Azərbaycan respublikasi təHSİl naziRİ h I azərbaycan döVLƏt pedaqoji universiteti



Yüklə 175,75 Kb.
səhifə12/59
tarix29.03.2023
ölçüsü175,75 Kb.
#90923
1   ...   8   9   10   11   12   13   14   15   ...   59
riyaziyyat 11

Məktəbdaxili qiymətləndirmə

Diaqnostik qiymətləndirmə
Diaqnostik qiymətləndirməni nəzərdən keçirdiyimiz zaman belə bir sual
yaranır: «Ənənəvi təlimdə diaqnostik qiymətləndirmə əks olunmuşdurmu?»
Hər bir müəllim bilir ki, yeni şagirdlə işə başlarkən onun ilkin səviyyəsinin
qiymətləndirilməsi nə qədər vacibdir. İnteraktiv təlimə keçidlə əlaqədar
ənənəvi ilkin qiymətləndirməni yeni məzmun və formada həyata keçirmək
zərurəti yaranmışdır. Hər bir müəllim ilkin qiymətləndirməni pərakəndə
tətbiq etdiyinə görə bu baxımdan diaqnostik qiymətləndirmənin bir sıra
tələbləri ödənilmirdi. Bu tələbləri araşdırmaq üçün aşağıdakı suallara cavab
verilməlidir. Diaqnostik qiymətləndirməni sistemli şəkildə necə aparmaq
lazımdır? Müəllimlərimiz bu haqda nə bilirlər və hansı çətinliklərlə üzləşə
bilərlər? Bunu nəzərə alaraq, diaqnostik qiymətləndirmənin xüsusiyyətlərini,
yollarını, forma və metodlarım aşkar etməyə çalışacağıq.
Aydındır ki, qiymətləndirmə şagirdin əldə etdiyi bilik və bacarıqların
nəticələrini əks etdirən miqdar ölçüsü olmaqla yanaşı, həm də təlimin
keyfiyyətini artırmağa xidmət edir. Qiymətləndirmənin təlimin keyfiyyətinin
artırılmasına və şagirdin inkişafına xidmət etməsi üçün müəllimlərin
tədqiqatçılıq və yaradıcılıq bacarığı çox vacibdir.
Dünya təhsil sistemində qiymətləndirmə həmişə tədqiqat xarakterli və
müəyyən mübahisələr doğuran «qiymətləndirmə dövrəsi» və ya qiymətləndir-
mə prosesinin keçirilmə alqoritıııi olmuşdur. Hələ 1949-cu ildə Böyük Britani-
yada Ralf Taylerin bu mövzu ilə əlaqədar məqaləsi mübahisələr doğursa da,
onun «Taylerin izahı» adlı sadə «Məqsəd - Məzmun - Təşkilat - Qiymətlən-


17




dirmə» formulası ilk dəfə qiymətləndirməni tətbiq edən bir çox ölkələrdə təd-
risin keyfiyyətini inkişaf etdirən bir qayda kimi qəbul edildi.
Qiymətləndirmə - kompleks fəaliyyətdir. Qiymətləndirmənin kompleks
təşkil etməsi «Hansı fəaliyyətləri qiymətləndiririk?» «Hansı meyarlarla qiy-
mətləndiririk?)), «Kimi qiymətləndiririk?)) sualları ilə xarakterizə olunur.
Amerika alimi Deyvid Cenkinz kompleks qiymətləndirmənin mərhələlərini -
diaqnostik, formativ və summativ qiymətləndirməni - alpinistlərin qayalara
qalxması ilə müqayisə etmişdir. Alpinist zirvəni (yekun qiymətləndirmə) fəth
etmək qərarındadır. Bunun üçün o, hazırlıq mərhələsini (diaqnostik qiymət-
ləndirmə) necə keçməlidir? Bu, növbəti mərhələləri (kiçik summativ qiymət-
ləndirmə) necə qət etməyin yollarım öyrənmək üçün çox vacibdir. Alpinist qa-
yaları (formativ qiymətləndirmə) bir-bir qalxmış, artıq müəyyən bir yol (I ya-
rımilin sonu) qət etmiş, sonrakı mərhələni (II yarımil) keçmək, zirvəni fəth
etmək üçün o, ehtiyac varsa, yenidən növbəti hazırlıqlarını (diaqnostik qiy-
mətləndirmə) görə bilər, sonra isə yoluna davam edə bilər... Zirvə (yekun qiy-
mətləndirmə) fəth edilir. Prosesin hansı səviyyədə keçməsini bilmək üçün alpi-
nist hesabat və nəticə kimi işinin son qiymətləndirmə mərhələsini (müqayisə
üçün aparılan son diaqnostik qiymətləndirmə) aparır.[35]
Şagird qiymətləndirilməsini bir sistem üzrə həyata keçirmək üçün xüsusi
planlaşdırmadan başlamaq lazımdır. Bunun üçün isə aşağıdakı sualların ca-
vabları öz əksini tapmalıdır:

  1. Təlimdə hansı məqsədlər qarşıya qoyulur və müəllim nəyə nail olmağa
    çalışır?

  2. Bu məqsədləri həyata keçirmək üçün hansı metodlar mövcuddur? Bu
    zaman müəllim sinfin səviyyəsinə, şagirdlərin fərdi qabiliyyətlərinə və şəxsi
    təcrübəsinə istinad edə bilərmi?

  3. Müəllim məqsədə nail olduğunu necə təyin edə bilər?

Diaqnostik qiymətləndirmənin aparılması nəticəsində qarşıya çıxan
xarakterik sualları cavablandırırıq:
Diaqnostik qiymətləndirmənin obyekti nədir?

  • Şagirdin ilkin bilik səviyyəsi;

  • Şagirdin ilkin bacarıq səviyyəsi.

Diaqnostik qiymətləndirmənin funksiyaları nədən ibarətdir?

  • Sinifdə şagirdlərin ümumi səviyyəsini müəyyənləşdirmək;

  • fərdi şəkildə hər bir şagirdin ilkin bilik və bacarığını üzə çıxarmaq;

  • müəyyən zaman çərçivəsində şagird biliyini müqayisə etmək;

  • təlim prosesini istiqamətləndirmək;


18




  • müəllimin təlim fəaliyyətində hansı metoddan istifadə etməsini
    müəyyənləşdirmək;

  • şagirdin təhsilə marağını stimullaşdırmaq.

Diaqnostik qiymətləndirmənin məqsədi hansı nəticələrlə reallaşır?

  • Müəllim fərdi şəkildə hər bir şagirdin və ya bütöv sinfin gələcək
    planlarında çevik dəyişikliklər apara bilir;

  • müəllim sinifdə həm tərbiyəvi, həm də tədris baxımından hansı
    səviyyədə və hansı istiqamətdə iş aparacağını müəyyənləşdirir;

  • təkrara, öyrədici imlalara, üzündən köçürməyə, yazılı və şifahi nitqin
    inkişafına yönəlmiş tapşırıqlara, məntiqi tapşırıqlara, mütəmadi olaraq hansı
    tipdə yoxlamaların aparılmasını müəyyənləşdirir;

  • diaqnostik qiymətləndirmə vasitəsilə müəllim şagirdlərin maraq
    dairəsi, dünyagörüşü, yaşadığı mühit haqqında məlumat alır;

  • uşaqların sərbəstliyini, davranışım tənzimləməyə kömək edən
    söhbətlərin və ekskursiyaların təşkilinə ayrılan vaxtı tənzimləyir;

  • şagirdlərin təlim ehtiyaclarının ödənilməsi təmin olunur.

Diaqnostik qiymətləndirmə hansı məqsədlər üçün nəzərə alınır?

  • Şagirdin ilkin nailiyyət səviyyəsi müəyyənləşir;

  • şagirdin gələcək inkişaf səviyyəsinin istiqaməti müəyyənləşir.

Diaqnostik qiymətləndirmə təhsilin hansı mərhələsində və hansı
müddətdə aparılır?
«Diaqnostik qiymətləndirmə şagirdin bilik və bacarıqlarının ilkin
səviyyəsini müəyyənləşdirmək məqsədilə əsasən dərs ilinin, bəhs və bölmələrin
əvvəlində, şagird başqa məktəbdən gəldikdə, sinfi dəyişdikdə və digər zəruri
hallarda onun bilik və bacarıqları haqqında məlumat toplamaq, ona fərdi ya-
naşmanı təmin etmək və təlim strategiyasını müəyyənləşdirmək üçün müəllim
tərəfindən aparılır. Bu qiymətləndirmənin nəticələri jurnalda qeyd olunmur»
[1] Müzakirələr nəticəsində diaqnostik qiymətləndirmə zamanı müxtəlif ya-
naşmaların mövcud ola biləcəyi ilə qarşılaşırıq:

  • Diaqnostik qiymətləndirmə eyni meyar üzrə aparılırsa və bu zaman
    eyni vasitələrdən istifadə edilirsə, formativ xarakter daşıyır.

  • Diaqnostik qiymətləndirmə şagirdin inkişaf dinamikasını müəyyən
    etmək məqsədilə aparılırsa, müqayisəli xarakter daşıyır, tapşırıqlar isə əvvəlki
    qiymətləndirmədə verilmiş tapşırıqlara uyğun olur.

  • Diaqnostik qiymətləndirmə yeni mövzu və ya bölmənin
    keçirilməsindən əvvəl aparılırsa, bu zaman müəllimin əsas məqsədi yalnız bu
    mövzu ilə əlaqədar şagirdlərin mövcud bilik və bacarıqlarının səviyyəsini
    müəyyən etməkdən ibarət olur.

Müəllim diaqnostik qiymətləndirməni hansı formada apara bilər?


19




Dioqnostik qiymətləndirmə hansı metod və vasitələrlə aparılır?

  • Müsahibə;

  • söhbət;

  • müşahidə;

  • tapşırıqlar;

  • valideynlərlə və digər fənn müəllimləri ilə əməkdaşlıq.

Diaqnostik qiymətləndirmə hansı istiqamətlərdə aparılır?
Şagirdin


  • ümumdünyagörüşünü;

  • bilik səviyyəsini;

  • fəaliyyət səviyyəsini;

  • davranış xüsusiyyətlərini;

  • psixoloji durumunu müəyyənləşdirmək üçün.

Qiymətləndirmə prosesinə müxtəlif nöqteyi-nəzərdən diqqət yetirsək,
görərik ki, tədqiqat xarakterli bu proses mübahisəli olmaqla yanaşı, daha çox
real faktlara əsaslanan bir fəaliyyət növüdür.

Yüklə 175,75 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin