Azərbaycan respublikasi təHSİl naziRİ h I azərbaycan döVLƏt pedaqoji universiteti


«Statistika və ehtimal» məzmun xəttinin zəruriliyi



Yüklə 175,75 Kb.
səhifə10/59
tarix29.03.2023
ölçüsü175,75 Kb.
#90923
1   ...   6   7   8   9   10   11   12   13   ...   59
riyaziyyat 11

«Statistika və ehtimal» məzmun xəttinin zəruriliyi

Bu məzmun xətti kəmiyyətlərin ədədi qiymətinin hesablamasında, orta
qiymətin müəyyən edilməsi, seçim zamanı təsadüfi halların nəzərə alınması,
toplanmış informasiyaların təsnifı və qrafiklər üzrə təhlilin aparılması,
modelləşdirmə elementlərindən istifadə edilməsi məqsədilə proqrama daxil
edilmişdir. İbtidai siniflərdə ehtimala aid eksperimentlərin yerinə yetirilməsi
və müvafiq məsələlərin həll edilməsi məqsədlərini daşıyır.
«Statistika və ehtimal» məzmun xəttinə aid təlim nəticələri
Bu məzmun xəttinə aid şagird bacarmalıdır:

  • məlumatları toplamağı, cədvəl şəklində göstərməyi və təhlil etməyi,

  • müvafiq statistik metodlardan istifadə etməyi,

  • hadisələri təhlil etmək üçün mühakimə aparmağı, ümumiləşdirmə və
    nəticə çıxarmağı,

  • ehtimala aid sadə məsələləri həll etməyi.

§5. Fəaliyyət xətləri və standartlar
Əvvəlcə məzmun standartları anlayışını müəyyənləşdirək.
Riyaziyyat fənni üzrə standartlar orta təhsil kursu çərçivəsində zəruri
olan məzmunu əhatə edir, şagirdlərin riyaziyyatı qavrama qabiliyyətlərini,
bilik və bacarıqlarını təsvir edir, hər bir şagirdin öyrənə biləcəyi məsələləri
müəyyən edir və bununla da onları təhsilin sonrakı pilləsinə hazırlayır.
Standartlar (riyazi anlayışlar, təkliflər və s.) məktəbin bütün sinifləri üçün
həcmi və məzmunu tədricən genişlənmiş qaydada müəyyənləşdirilmişdir. Hər
bir standart bir neçə məqsəddən və ya alt standartdan ibarət olur.
Riyaziyyat təliminin məzmun standartları siniflər üzrə 5 məzmun xətli
üzrə təmsil olunmuşdur. Hər bir standartın məqsədi - ayrı-ayrı siniflər üzrə
gözlənilən təlim nəticələrini əhatə edir.
Ümumtəhsil məktəblərində riyaziyyatdan məzmun xətləri üzrə aşağıdakı
nəticələrin əldə olunması nəzərdə tutulmuşdur:


14




  1. Standartlar müəyyən edilərkən:

  • hesablama və ilkin bacarıqlar,

  • idraki qabiliyyət və müstəqillik,

  • problemlərin (məsələlərin) həll edilməsi bacarıqları nəzərdə tutulur.

  1. Ümumi təlim nəticələrinə nail olmaq üçün şagirdin baza hazırlığı və
    riyazi təfəkkürün inkişaf səviyyəsi (mühakimə qabiliyyəti, nəticəçıxarma və s.)
    nəzərə alınmalıdır.

Riyaziyyatdan standartlar tərtib edilərkən, onların hər birində riyazi
proseslərin elementləri kimi fəaliyyətyönümlü 5 xəttin daxil edilməsi vacibdir:

  • problemin həlli,

  • mühakiməyürütmə və isbatetmə,

  • əlaqələndirmə,

  • təqdimetmə.

Yuxarıda qeyd edilən fəaliyyət xətləri məzmun xətlərindən fərqlənməklə
yanaşı, onların hər biri ilə əlaqədardır. Bu xətlər məzmun üzrə biliklərin əldə
edilməsi və istifadə yollarını müəyyənləşdirmək, onları təsvir etmək məqsədi
daşıyır və riyaziyyat fənninin əhəmiyyətini dərk etməyə xidmət edir. Şagird
riyaziyyatdan mənimsəyəcəyi məzmuna yiyələnmək üçün müxtəlif
fəaliyyətlərdən istifadə edir.
Fəaliyyət standartları nədir? Fəaliyyət standartları yeni təlim sistemini
reallaşdırmaq üçün məzmun standartlarının öyrədilməsini təmin edir. Hər bir
fəaliyyət standartı təhsil pilləsində nəyin əhatə olunduğunu və məzmun
standartını öyrənmək üçün müəllimin rolunu ifadə edir.
Hər bir fəaliyyət standartı bütün siniflərdə tətbiq olunur, lakin təhsil
pillələri və siniflər üzrə dəyişə bilər. Ona görə də bu standartların ümumi
şəkildə qəbul olunması və ayrı-ayrı siniflərdə istifadə olunması məsləhət
görülür.

Yüklə 175,75 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin