Azərbaycan respublikasi təHSİl naziRİ h I azərbaycan döVLƏt pedaqoji universiteti


§6. Şagird nailiyyətinin qiymətləndirilməsi



Yüklə 175,75 Kb.
səhifə11/59
tarix29.03.2023
ölçüsü175,75 Kb.
#90923
1   ...   7   8   9   10   11   12   13   14   ...   59
riyaziyyat 11

§6. Şagird nailiyyətinin qiymətləndirilməsi
Təhsil sistemində yeni qiymətləndirmə konsepsiyasının qəbul olması ilə
əlaqədar müəllimlər qiymətləndirmənin yeni anlayışları və formaları ilə tanış
olurlar.
Qiymətləndirməni praktik şəkildə reallaşdırmaq üçün Azərbaycan
Respublikasının ümumtəhsil sistemində Qiymətləndirmə Konsepsiyası ilə, o
cümlədən qiymətləndirmənin növləri haqqında qəbul olunmuş fikirlərlə
yaxından tanış olmaq lazımdır: «Məzmun standartlarının mənimsənilməsi


15




istiqamətində əsasən aşağıdakı qiymətləndirmə növlərindən istifadə olunur və
onların hər biri qeyd edilən müvafiq məsələlərə aydınlıq gətirmək məqsədi
daşıyır:

  1. İlkin səviyyənin qiymətləndirilməsi (diaqnostik qiymətləndirmə).

  • Şagirdlər əsas bilik və bacarıqlara müəyyən dərəcədə malikdirlərmi?

  • Şagirdlər tədris edilmiş materialın hansı hissəsini bilirlər?

  1. İrəliləyişlərin monitorinqi (formativ qiymətləndirmə).

  • Standartların mənimsənilməsinə doğru şagirdlər kifayət qədər
    irəliləyə bilirlərmi?

  1. Yekun (summativ) qiymətləndirmə.

  • Şagirdlər verilmiş standart və ya standartlar qrupunda müəyyən
    edilmiş məqsədlərə nail olublarını?

Qiymətləndirmənin bu növləri şagirdləri hər bir fənnin məzmun
standartlarında göstərilən əsas bilik və bacarıqların əldə edilməsinə yönəlmiş
fəaliyyət istiqamətləri ilə təmin edirlər. İlkin səviyyənin qiymətləndirilməsi
(diaqnostik qiymətləndirmə) şagirdin biliyini müəyyən edir və təlimin düzgün
qurulmasında müəllimə köməklik göstərir. Təlim prosesində düzgün
istiqamətləndirilmiş şagird öyrənilmiş materialın təkrarına vaxt itirmir,
həmçinin onun üçün başa düşülməyən və ya tanış olmayan material qalmır.
İlkin səviyyə qiymətləndirməsinin sualları bir-biri ilə elə əlaqələndirilib
tənzimlənməlidir ki, onların bəziləri şagirdin hansı biliklərə malik olduğunu,
digərləri isə yeni materialı mənimsəmiş şagirdləri müəyyən etsin. Əgər ilkin
səviyyənin qiymətləndirilməsi şagirdlərin sinifdəki fəaliyyətini müqayisə
etmək və ya sonrakı inkişafını qiymətləndirmək üçün ilkin məlumat bazasını
yaratmaq məqsədi ilə istifadə olunursa, onda bu suallar əsas psixometrik
tələblərə cavab verməlidir»[ 1 ]
Bununla yanaşı, obyektiv və ya qeyri-obyektiv qiymətləndirmənin şagirdə
psixoloji təsirinin mövcudluğu və nəzərə alınması üçün Z.Veysovanm «Fəal
(interaktiv) təlim: müəllimlər üçün vəsait» kitabında verilmiş fikirlər diqqətlə
nəzərdən keçirilməlidir: «Qiymətin tədris prosesinin real tənzimləyicisi ola
bilməsi üçün şagird qiymətin obyektivliyinə əmin olmalıdır və onun nəyə görə
verildiyini dəqiq təsəvvür etməlidir. Obyektivliyin təmin edilməsi yollarından
biri qiymətləndirmə prosesində şəffaflıq, aşkarlıq prinsipinin aşağıdakı kimi
gözlənilməsidir:

  • şagirdlərin müəllimin istifadə etdiyi qiymətləndirmə meyarları ilə ta-
    nışlığı;

  • qiymətləndirmə prosesinin aşkarlığı: bu zaman müəllim qiymət verər-
    kən onu əsaslandırır;


16




• qarşılıqlı qiymətləndirmə və özünüqiymətləndirmə proseduralarından
istifadə edilməsi.
Qiymət ilk növbədə şagird üçün özünüqiymətləndirmə və özünənəzarət
vasitəsi kimi çıxış etməlidir. Özünüqiymətləndirmə vərdişlərini yaratmaq üçün
bütün sinif və müəllimin iştirakı ilə qiymətin şagirdin özü tərəfindən
qoyulmasını və eləcə də şagirdlərin bir-birinin işinə qiymət verməsiniı tətbiq
etmək lazımdır.
Yaddan çıxarmaq olmaz ki, qiymətləndirmənin ən mühüm üsullarından
biri sözdür. Qiymətləndirmə prosesinin ən yaxşı göstəricisi verbal (sözlə) qiy-
mətləndirmənin üstün rolu və qiymətin əhəmiyyətdən düşməsi ola bilər.
İbtidai məktəbdə ən səmərəli qiymətləndirmə mexanizmi "portfolio" sistemi-
dir. "Portfolio" sistemi hər şagirdin xüsusi məlumat toplusudur (dosyesidir)
ki, burada şagirdə aid olan bütün məlumat və sənədlər qeydə alınır.» 121]


  1. Yüklə 175,75 Kb.

    Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin