MƏKTƏBİN İBTİDAİ SİNİFLƏRİNDƏ
RİYAZİYYATIN TƏDRİSİ METODİKASI (ÜMUMİ VƏ XÜSUSİ METODİKA) Azərbaycan Respublikası Təhsil Nazirliyi Elmi-Metodik
Şuranın «Riyaziyyat» bölməsinin 27.01.2001-ci il tarixli
iclasının (protokol JY« 14) qərarına əsasən ibtidai sinif
müəllimliyi fakültəsi tələbələri üçün dərs vəsaiti kimi təsdiq olunmuşdur.
HƏMİDOV SEYİDAĞA SAİL OĞLU
Azərbaycan Dövlət Pedaqoji Universitetinin professoru,
pedaqoji elmlər doktoru
Kitabın I, XI fəsilləri və «Əlavələr» bölməsi fəlsəfə doktoru, Əməkdar müəllim
Aygün Əbülfət qızı Məcidova tərəfindən yazılmışdır.
MƏKTƏBİN İBTİDAİ SİNİFLƏRİNDƏ RİYAZİYYATIN
TƏDRİSİ METODİKASI
(iimumi Y3 xüsusi metodika)
Təqdim olunan vəsait ADPU-da ibtidai sinif müəllimləri hazırlanan fakültədə
uzunmüddətli pedaqoji fəaliyyətin, qabaqcıl müəllimlərin iş təcrübəsi və yeni təlim
sistemi (kurikulum) əsasında yazılmışdır. Ali pedaqoji məktəblərin pedaqoji
fakültəsinin «Riyaziyyatın tədrisi metodikası» (l-IV siniflər) fənni proqramına və
kurikuluma uyğun yazılmış, ümumi və xüsusi metodikanın bütün məsələləri əhatə
olunmuşdur. Kitabdan ali və orta ixtisas pedaqoji məktəb tələbələri, ibtidai sinif
müəllimləri, magistr-tələbələr, pedaqoji sahədə tədqiqat aparan riyaziyyatçı
metodistlər müvəffəqiyyətlə istifadə edə bilərlər.