Azərbaycan respublikasi təHSİl naziRİ h I azərbaycan döVLƏt pedaqoji universiteti


ÜMUMİ METODİKA MƏSƏLƏLƏRİ I FƏSİL



Yüklə 175,75 Kb.
səhifə3/59
tarix29.03.2023
ölçüsü175,75 Kb.
#90923
1   2   3   4   5   6   7   8   9   ...   59
riyaziyyat 11

ÜMUMİ METODİKA MƏSƏLƏLƏRİ
I FƏSİL

RİYAZİYYAT KURİKULUMUNUN STRUKTURU VƏ
XÜSUSİYYƏTLƏRİ



§1. Kurikulumun strukturu


«Adətən cəmiyyət öz problemlərini həll etmək üçün özünə qayıdır, daxili
aləmini, milli-mənəvi dünyasını yeniləşdirir. İlk növbədə potensial imkanlarını
səfərbər edir və bu da insan resurslarından səmərəli istifadə etmək üçün onun
təkmilləşdirilməsi zərurəti meydana çıxır. Bununla mənəvi təkamülə nail ola
bilir» [20; 3] Bunun reallaşdırılmasında təhsil mühüm rol oynayır. Hazırkı
dövrün və ya müasir təhsil özünün koqnitiv (idraki) xarakteri ilə insan
şəxsiyyətinin formalaşmasında mühüm və həlledici rol oynayır. Təhsilin
müasir vəzifələrini reallaşdırmaq üçiin bütün dünyada təlimin səmərəli olması
və onun keyfiyyətini yüksəltmək üçün yeni pedaqoji texnologiyalardan və
metodiki yanaşmalardan istifadə olunur. Cəmiyyətin tələblərini ödəmək üçün
şəxsiyyətyönümlü təhsil sisteminin yaradılması zərurəti yaranıb və onun
reallaşdırılması üçün islahatlar aparılır, pedaqoji eksperimentlər keçirilir.
Müstəqil Azərbaycan Respublikası 1999-cu ilin iyun ayında ilk dəfə
təhsilə aid yeni təlim sistemində və ya kurikulum sənədində əksini tapmış
islahat proqramını təsdiq etdi. Bu sənəddə təlimin yeni struktur məzmunu,
yeni təlim strategiyaları və şagirdin təlim nailiyyətlərinin qiymətləndirilməsi
sistemi öz əksini tapmışdır.


Artıq Azərbaycanda ibtidai siniflərdə fənlər kurikulum proqramı ilə
tədris olunur və bu proses yuxarı siniflərdə davam etdirilməkdədir. Yeni təhsil
siyasəti və təhsilin reallaşdınlmasının ümumi istiqamətiəri haqqında ulu öndə-
rimiz Heydər Əliyev «Təhsi! millətin gələcəyidir^ müddəası ilə təhsil siyasəti-
nin əsasım qoymuş və Azərbaycan təhsilinin gələcək inkişaf perspektivləri ilə
bağlı üç mühüm məsələnin həll edilməsini tövsiyə etmişdir.

  1. Təhsil sahəsində qazanılmış təcrübənin öyrənilməsi və mütərəqqi ənənə-
    lərin əsas götürülməsi.

  2. Dünyanın inkişaf etmiş ölkələrinin qabaqcıl təcrübələrinin əks olanması
    və ottruculuq illərində onlara istinad edilməsi.


  1. Aparılan islahat işlərində tələsikİiyə yol verilməməsi, təkamül yolunun
    seçilməsi. (20: 7]

İslahat Proqramının hazırlanmasında ba müddəalara istinad edilmişdi!,
Təhsil proqramında realiaşdınlacaq vəzifələr, təhsil sisteminin struktura,
idarə edilməsi, maddi-texniki bazanın, təhsilin məzmunu, strategiyası və təlim
nəticələrinin qiymətləndirilməsi kimi problemlərin həll olunmasında apa-
rılacaq islahat işlərinin mərhələləri konkret şəkildə öz əksini tapmışdır.


6


Aparılan təhsil islahatı əvvəllər aparılmış ləhsil tədbirlərindən fərqli olaraq,
demokratik, humanist prinsiplərə söykənən inteqrativ xarakterli təhsil
sisteminin yaradılmasını nəzərdə tutmuşdur.
Yeni təhsilin aşağıdakı xüsusiyyətləri onun perspektivliyini bir daha sübut
edir:


  1. İdrakı' inkişafın parametrləri nəzərə alınmışdır.

  2. İdraki inkişaf üçün imkan və şəraitin yaradılması.

  3. Təhsilin bilavasitə inkişafyönümlü bir proses kimi stimullaşdırılması.

  4. Təhsil humanist prinsiplərə əsaslanaraq, inzibati xarakterdən uzaqlaş-
    mış və qarşılıqlı əməkdaşlıq əlaqələrinə söykənir. Təlim prosesində şagird bir
    subyekt kimi müəllimlə birgə hər hansı problemin həllində iştirak edir.

  5. Yeni təhsil sisteminin əsas vəzifəsi - təhsil alanı bir şəxsiyyət kimi for-
    malaşdırmaqdar ibarətdir. Bu zaman milli və bəşəri dəyərlərə istinad edilmə-
    lidir.

  6. Şagirdlərin hazırlığı hafizə (yaddaş) məktəbinin tələblərinə deyil,
    müstəqil idraki fəaliyyətin nəticələrinə istinad etməli, vətənin strateji vəzifələ-
    rini həyata keçirmək üçün və əməli hazırlığa malik şəxsiyyət kimi
    yetişdirilməsi təlimin mahiyyətini təşkil edir. Əldə olunan dəyərlər (kompeten-
    siyalar) şagirdin idraki, hissi və psixomotor fəaliyyətlərinin fonunda şagirdin
    hərtərəfli inkişafının səviyyəsini göstərir. Bu biliklər qabiliyyət səviyyəsinə
    çatmayan bilik və bacarıqlardan fərqlənir.

  7. Təhsilin rəqabətə davamlı olması cəmiyyətin inkişaf istiqamətinə və
    onun sürətinə uyğun olaraq, mütərəqqi dinamiklik tələb edir. Bu da təlimin
    keyfiyyətini yüksəltməkdə əsas faktorlardan biridir.

Qeyd olunan əsas xüsusiyyətlərin hər birinin ciddi problem kimi həll olun-
ması kurikulum təlim sisteminin həyata keçirilməsi məqsədlərinə xidmət edir.
[20; 10j Qarşıda duran vəzifələrin (işlərin) həyata keçirilinəsi mərhələlərlə apa-
rılır:

Yüklə 175,75 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin