Azərbaycan respublikasi təHSİl naziRİ h I azərbaycan döVLƏt pedaqoji universiteti


Riyaziyyat dərslərində əyaniliyin tətbiqi və ona verilən tələblər



Yüklə 175,75 Kb.
səhifə32/59
tarix29.03.2023
ölçüsü175,75 Kb.
#90923
1   ...   28   29   30   31   32   33   34   35   ...   59
riyaziyyat 11

Riyaziyyat dərslərində əyaniliyin tətbiqi və ona verilən tələblər
Riyaziyyat təlimində əyanilikdən müxtəlif məqsədlər üçün istifadə
edilir:

  1. Şagirdlərin yeni material ilə tanış edilməsində.

  2. Bilik, bacarıq və vərdişlərin möhkəmləndirilməsində.

  3. Bilik və bacarıqların yoxlanmasında.

Lakin elə hal ola bilər ki, əyani vasitə həm də dərsin məqsədi olur. Onda
həmin əyani vasitə öyrədiləcək anlayışın mühüm və mühüm olmayan əlamətlə-
rini özündə əks etməlidir. Məsələn, şagirdlər düzbucaqlının xassələri ilə tanış
olduqda, həmin fiquru müxtəlif ölçülərdə və müxtəlif vəziyyətlərdə müşahidə
edir, ölçür və nəticələr çıxarırlar. Bununla da onlar öyrəndiyi həndəsi fiqurun
invariantlığı ilə tanış olurlar. Bu prosesdə müəllimin düzgün göstərişləri və
sualları şagirdlərin qavrama fəaliyyətini artırır.
İndi riyaziyyat təlimi prosesinin ayrı-ayrı mərhələləri üzrə əyaniliyin tət-
biq edilməsi metodikasını konkret nəzərdən keçirək.
Şagirdlərin yeni anlayışla tanış edilməsi konkret situasiyanın canlı müşa-
hidəsindən başlanmalıdır.
Əyani qavrayış sözlə - ikinci siqnal sistemi ilə qarşılıqlı əlaqədə mi'ışayət
olunmalıdır. Bu zaman istifadə olunan əyanilik verilən biliyin konkretləşdiril-
məsinə kömək edir. Belə ki, prosesdə müxtəlif analizatorlar: görmə, eşitmə,
hərəkət, nitq iştirak edir.
Təlimin bu mərhələsində işi elə qurmaq lazımdır ki, əyani vasitələrdən
istifadə etdikdə, şagirdlər yeni bilikləri evristik yolla qazansınlar.
Bir sıra hallarda bilik və bacarıqları yoxlamaq üçün əyani vasitələrdən is-
tifadə edilir. Məsələn, çoxbucaqlının perimetrini, sahəsini hesablamaq üçün
şagirdlərə çoxbucaqlılar paylanır və həmin işlərin icrası onlara tapşırılır. Kib-
rit çöplərindən müxtəlif həndəsi fiqurların düzəldilməsi və verilən fiqurun tər-
kib hissələrinə ayrılması və s.
Əyani vasitələrin seçilməsində və tətbiq edilməsində pedaqoji və psixoloji
xüsusiyyətlər nəzərə alınmalıdır:

  1. Şagirdlərin diqqətini yayındırmamaq üçün və mühakimələrinin səthi
    olmaması üçün daha effektli və sayca çox olmayan əyani vasitələrdən istifadə
    edilməlidir.

  2. Əvani vasitədən istifadə edərkən, onu dərslikdəki müvafiq illüstrasiya
    və çalışmalarla əlaqələndirmək lazımdır.

  3. Əyanilikdən yalnız zəruri olan zaman istifadə edilməlidir. Əyanilikdən
    əyanilik xatirinə istifadə olunmamalıdır.

  4. Riyaziyyatın ibtidai məktəb kursunun hər mərhələsində müvafiq əyani
    vasitələrdən istifadə olunmalıdır.

5 Riyaziyyat təiim; əyaniliyə həmişə istinad etməməlidir.

  1. ƏyaniLkdən lüzumsuz artıq istifadə edilməsi şagirdlərin mühakimə
    qabiliyyətlərinin, fəza təsəvvürlərinin zəif inkişafına səbəb olur.


56





Yüklə 175,75 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin