Azərbaycan respublikasi təHSİl naziRL



Yüklə 0,57 Mb.
Pdf görüntüsü
səhifə20/31
tarix02.01.2022
ölçüsü0,57 Mb.
#45197
1   ...   16   17   18   19   20   21   22   23   ...   31
shukurov rauf

Liderlik:-Liderliyi ümumi şəkildə izah etsək, insanları müəyyən məqsədlərə 

doğru istiqamtləndirmə  və  razısalma  qabiliyyəti,  lideri isə qrup üzvlərini bir  yerə 

toplayan  və  onları  qrup  məqsədlərinə  yönəldən  insan  olaraq  açıqlamaq 

mümkündür.  Ən  yüksək  səviyyədəki  rəhbərlər  (idarəedicilər)  şirkətin 

müvəffəqiyyətlərinin əsas cavabdehliyini daşımaqdadır və vəzifələrinə əsaslanaraq 

təlimatlar  verməkdə,  siyasətləri  müəyyənləşdirməkdə,  resursların  paylanmasında 

və  firmanın  mövqe  tutacağı  bazarların  seçilməsində  geniş  səlahiyyətlərə 

malikdirlər. 

Yüksək 

səviyyədəki 

idarəedicilər 

ş

irkətin 



müvəffəqiyyət 

qazanmasında  müştərilərinə,  işçilərinə  və  şirkətin  səhmdarlarına  qarşı  məsuliyyət 




64 

 

daşıyırlar.  Liderlik  ilə  idarəedicilik  arasındakı  fərq  çox  yaxşı  başa  düşülməlidir. 



Liderlər  doğru  hədəfləri  müəyyənləşdirən   insanlardır,  idarəedicilər  isə  bu  işləri 

lazımi  səviyyədə  və  düzgün  yerinə  yetirən  şəxslərdir.  Yaxşı  bir  lider,  ümumi 

olaraq,  müəyyən  məqsədə  sahib,  işbirliyi  içərisində  olan,  komanda  ruhunu 

meydana  gətirən,  tədris  və  təlimləri  təmin  edən,  eyni  zamanda  inamverici  bir 

xüsusiyyətə malik şəxs olmalıdır. 

Müştəri  istək  və  ehtiyaclarının  şirkəti  istiqamətləndirməsinə  icazə  verən 

liderlər,  bütün  işçilərin  gördükləri  işə  qarşı  strateji  bir  düşüncəyə  sahib  olurlar. 

Liderlər  hər  bir  şəxsin  iştirakını  təmin  edərək  işçilərin  bacara  bildiklərinin  ən 

yaxşısını  əldə  edirlər  və  onlardan  maksimum  istifadə  edirlər.  Liderlər, 

məhsuldarlığı  artırmaq  məqsədilə  iş  şəraitini  ən  yaxşı  vəziyyətə  gətirməyə 

çalışırlar. Keyfiyyət liderliyi, təşkilatların üzləşdikləri müxtəlif keyfiyyət idarəetmə 

anlayışlarını  özündə  əks  etdirir.  Bu  səbəbdən,  təşkilatlar  üçün  keyfiyyət  liderliyi 

strateji bir məqsəd olmalıdır. 


Yüklə 0,57 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin