Mütləq məqsəd
- göstəricinin qiyməti (“göstəricinin məqsəd tutulan qiyməti”) ilə
ifadə edilir.
Məsələn,
P=0,1
(P
göstəricisinin
qiyməti
0,1-ə
bərabərdir);
P=[0;
100]
(P
göstəricisinin
qiyməti
[0;100]
parçasında
dəyişir);
P= 300 (P göstəricisinin qiyməti 300-dən kiçik ola bilməz).
Nisbi məqsəd
- göstəricinin qiymətini bilavasitə özündə əks etdirmir, ancaq
nəzərdə tutur. Nail olunması müəyyən vaxtla məhdudlaşan nisbi məqsəd
aşağıdakılarla ifadə oluna bilər:
•
Nisbi növ göstəricinin qiyməti ilə;
•
Mütləq artımla;
•
Nisbi artımla;
•
Rəqəmlərlə ifadə olunmamış artımla.
Müddət üzrə məqsədləri - qısamüddətli və uzunmüddətli məqsədlərə ayırmaq
olar. Qısamüddətli məqsədlərə nail olunma müddəti rəhbərlik tərəfindən KMS-nin
təhlil dövrünü aşmır. Nail olunma müddəti rəhbərlik tərəfindən KMS-nin təhlil
dövrünü aşan məqsədləri uzunmüddətli məqsədlər adlandırmaq olar.
ISO 9001-2008 standartı baxımından qısamüddətli məqsədlər - “nail olunan”
məqsədlər, uzunmüddətli məqsədlər isə “can atılan” məqsədlərdir. Prinsipcə,
mütləq və nisbi məqsədlər də müddətli məqsədlərdir, çünki məqsədlərə nail
olunma müddəti göstərilmədikdə onların icrasına nəzarət etmək mümkün deyil.
Qısamüddətli məqsədlər çox vaxt bir il üçün müəyyənləşdirilir. Bu, rəhbərlik
tərəfindən KMS-nin təhlil müddəti ilə bağlıdır. Uzunmüddətli məqsədlər bir neçə il
üçün müəyyənləşdirilir. Ancaq bu zaman məqsədlərə nail olunma istiqamətində
irəliləyiş
barədə
hər
il
qərar
vermək
üçün
müvafiq
meyarlar
müəyyənləşdirilməlidir. Uzunmüddətli məqsəd qısamüddətli məqsədlərin
məcmusu olduqda uzunmüddətli məqsədin faizi şəklində nisbi məqsəd kimi yeni
qısamüddətli məqsəd növü yaranır.
61
Keyfiyyət göstəriciləri subyektiv olaraq yüksək müəyyən edilərsə, bu halda
onlardan istifadə çətinlik törədir. Ona görə də birinci qrup məqsədlərin
qoyuluşunda kəmiyyət göstəricilərindən istifadə olunur.
İ
kinci qrup məqsədlər nöqtəvi xassələr üçün müəyyən edilir. Bu o deməkdir
ki, proses (və ya KMS) bu xassəyə ya malikdir ya da yox (rərəmsal şəkildə 1 və ya
0). Baxılan halda yalnız başlanılmasına nəzarət oluna bilən hər hansı hadisəni
məqsəd hesab etmək olar. Məsələn, “KMS-nin 2008-ci ildə sertifikatlaşdırılması”
ikinci qrup məqsəddir, çünki sertifikatlaşdırılmanın aparılması faktını
sertifikatlaşdırma üzrə orqan tərəfindən verilmiş sertifikatla təsdiq etmək olar.
Yalnız birinci qrup üçün məqsədlərə nail olunma dərəcəsi barədə danışmaq
olar. İkinci qrup üçün məqsədlərə nail olunma dərəcəsini hesablamaq olar, ancaq
bu subyektiv, qərar qəbul edən konkret şəxsin fikrindən tam asılı olacaq.
Keyfiyyət sahəsində düzgün formalaşdırılmamış (ölçülə bilməyən)
məqsədlərin bəzi nümunələri təhlil edilmişdir. Keyfiyyət sahəsində məqsədlər
müxtəlif səbəblərdən düzgün formalaşdırılmaya bilər, lakin onların içərisində
ə
sasən iki səbəbə xüsusi diqqət yetirmək lazımdır:
•
ISO 9001-2008 standartının tələblərini düzgün başa düşülməməsi;
•
Keyfiyyət üzrə məqsəd göstəricisinin düzgün seçilməməsi (nail olunmasına
nəzarət etmək mümkün olmayan məqsədlər qoymaq).
Keyfiyyət sahəsində düzgün formalaşdırılmamış (ölçülə bilməyən)
məqsədləri (cədvəl 2) iki qismə bölmək olar:
•
Konkret olmayan məqsədlər;
•
Qeyri-korrekt formalaşdırılmış məqsədlər.
Konkret olmayan mə qsə dlə r
dedikdə məqsədin aid olduğu obyekti (KMS,
istehsal həcmi, məhsulun keyfiyyəti, istehsalın stabilliyi və s). xarakterizə edən
göstəricilərin müəyyənləşdirilməməsi və ya bununla əlaqədar həyata keçirilməsi
vacib olan işlərin görülməməsi başa düşülür. Qeyri-korrekt məqsədlər - birinci
qrupda göstəricinin mütləq qiyməti məlum olmayan məqsədlər və nailolma
müddəti
göstərilməmiş
birinci
və
ikinci
qrup
məqsədlərdir.
Keyfiyyət idarəetməsinin inkişafına baxdığımız zaman istehsal formalarının
62
dəyişməsi ilə bağlı keyfiyyət idarəetmə prinsiplərinin də dəyişdiyi görülməkdədir.
Bir neçə nəfərin işlədiyi sex tipli istehsalatdan sistemli istehsalata keçilməsi,
dəyişikliyə məruz qalan keyfiyyət idarəetmə prinsipləri, müştərinin ön plana
çıxdığı, məhsul çeşidinin çoxaldığı, rəqabətin artdığı günümüzdə daha geniş və
sistemli hala gəlmişdir.
Getdikcə artan rəqabət şərtlərində, şirkətlər istər Ümumi Keyfiyyət
İ
darəetməsini tədbiq etsin, istərsə də ISO 9000 Standartlarından hər hansı birinə
sahib olsun, müvəffəqiyyət qazana bilmələri üçün keyfiyyət idarəetməsini tədbiq
edərkən əhəmiyyət vermələri vacib olan əsas prinsiplər vardır. Keyfiyyət
İ
darəetməsinin əsasını meydana gətirən bu prinsipləri, hər bir şirkət mənsub olduğu
sektora, böyüklüyünə, imkanlarına, bazarın vəziyyətinə və buna bənzər faktorlara
görə müəssisəsinə uyğunlaşdıraraq, özünə ən münasib keyfiyyət idarəetmə
sistemini qurmalıdır. Başqa sözlə, bu əsas prinsiplər, bir şirkət daxilində keyfiyyət
idarəetməsinin qurulmasına işıq tutacaq, yol göstərəcək faktorlardır.
Keyfiyyət idarəetməsini şərtləndirən əsas prinsiplər aşağıdakılardır:
•
Müştəriyönlülük;
•
Liderlik;
•
Müəssisə daxilində hər kəsin iştirakı;
•
Proses yanaşması;
•
İdarəetməyə sistemli yanaşma;
•
Daimi Yaxşılaşdırma;
•
Faktlara əsaslanan qərar qəbul edilməsi;
•
Tədarükçülərlə qarşılıqlı faydalı münasibətlər.
Dostları ilə paylaş: |