Azərbaycan respublikasi təHSİl naziRL



Yüklə 0,57 Mb.
Pdf görüntüsü
səhifə15/31
tarix02.01.2022
ölçüsü0,57 Mb.
#45197
1   ...   11   12   13   14   15   16   17   18   ...   31
shukurov rauf

2.2. Məhsul keyfiyyətinin planlaşdırılmasına sistemli yanaşma 

 

Məhsul – istehlakçının təlabatını ödəmək məqsədilə bazara təklif edilən hər 

hansı  təlabatı  ödəmək  qabiliyyətinə  malik  olan  təbiət  tərəfindən  hazır  şəkildə 

verilən və (və ya) insan əməyi ilə yaradılan bütün predmetlərdir, şeylərdir, maddi 

nemətlərdir. 

Məhsulun  keyfiyyəti  –  məhsulun  təyinatına  uyğun  olaraq  müəyyən 

təlabatların ödəməsi üçün onun yararlığını təyin edən xassələrin məcmuudur. 

 

Keyfiyyətin  bilavasitə  idarə  olunması  obyektləri  məhsulun  keyfiyyətinin 



göstəriciləri və xarakteristikalarından, onların səviyyəsinə təsir gösərən amillərdən 

və  şərtlərdən,  habelə  məhsulun  həyat  silsiləsinin  müxtəlif  mərhələlərində  onun 

keyfiyyətinin formalaşması proseslərindən ibarətdir. 

 

Məhsulun  keyfiyyətinin  formalaşdırılması  və  dəstəklənməsi  (saxlanılması) 



onun həyati silsiləsinin bütün mərhələlərində baş verir. 


41 

 

Cədvəl 5. Məhsulun həyat silsiləsinin əsas mərhələləri 



Məhsulun buraxılmasının planlaşdırılması və ona tələblərin işlənib 

hazırlanması 

 

 

Məhsulun layihələndirilməsi və işlənməsi 



 

 

Məhsulun istehsalı 



 

 

Məhsulun istismarı (istifadəsi) 



 

 

Resursu qurtardıqdan sonra məhsulun utilləşdirilməsi 



 

Birinci  mərhələ  -  məhsulun  buraxılışının  planlaşdırılması  və  ona  tələblərin 

işlənib  hazırlanması  –  məhsulun  təcrubi  nümunəsinin  və  ya  maketinin  ortaya 

çıxmasına  qədər  başlayır.  Bu  mərhələ  üzrə  məsuliyyət  müəssisədə  marketinq 

ş

öbəsinin  üzərinə  düşür.  Bu  şöbə  bazarı  öyrənir,  potensial  istehlakçıları 



müəyyənləşdirir, hansı məhsulu layihələndirmək və istehsalata qoymaq, hansı növ 

buraxılan  məhsulu  isə  modernləşdirmək  haqqında  yuxarı  rəhbərliyə  təkliflər 

hazırlayır.  Yeni  məhsulun  istehsalata  qoyulduğu  hallarda  bu  mərhələnin  əsas 

nəticəsi  məhsula  tələblərin  (texniki  şərtlərin)  hazırlanması  və  layihələndirmə 

ş

öbəsinə tapşırığın verilməsindən ibarətdir. 



İ

kinci mərhələ. Məhsulun layihələndirilməsi və işlənməsi – konsturuktorlar 

və  texnoloqlar  məhsula  tələbləri  çertyoj  və  texniki  təlimatların  dilinə  çevrirlər. 

Bunlara 


uyğun 

olaraq 


müəssisənin 

istehsal 

sexləri 

keyfiyyətli 

və 

rəqabətqabiliyyətli  məhsul  buraxmalıdır.  Bu  mərhələ  layihələndirilmiş  məhsulun 



təcrübi nümunələrinin sınaqlarının keçirilməsi ilə başa çatır. 

Üçüncü mərhələ. Məhsulun istehsalı - zəruri materialların, komplektləşdirici 

məmulatların,  avadanlıqların,  nəzarət  vasitələrinin  və  s.  alınması  ilə  başlanır, 



42 

 

bundan  sonra  müəssisə  yeni  məhsulun  istehsalına  başlayır.  Bu  mərhələdə  işin 



nəticəsi  məhsulun  seriyalı  buraxılışıdır,  məhsul  əvvəlcə  anbara,  sonra  isə 

istehlakçıya çatdırılır. 

Dördüncü  mərhələnin  məzmunu  –  məhsulun  istismarı(istifadəsi)  –  onun 

adından  aydındır.  İstehsalçı  müəssisə  bu  mərhələdə  özünün  məhsulunu 

quraşdırmaqda  və  istismara  verməkdə  istehlakçıya  kömək  etməli  və  yaxud  heç 

olmasa onu bu məsələlər üzrə dəqiq təlimatlarla təmin etməlidir. 

Beşinci  mərhələdə  olan  məhsul  –  resursu  qurtardıqdan  sonra  məhsulun 

utilləşdirilməsi  ISO  9000  seriyalı  standartlarla  xarakterizə  edilmir.Bu  mərhələdə 

proseslərin  idarə  edilməsi  ətraf  mühitin  müdafiəsinin  idarə  edilməsi  sistemlərinə 

tələbləri müəyyənləşdirən ISO 14000 seriyalı standartlar əsasında aparılır. 

Birinci-dördüncü  mərhələlərdə  olan  məhsulun  keyfiyyətinin  idarə  edilməsi 

ISO 9000 seriyalı standartların tələblərinə uyğun olaraq aparılmalıdır. 

ISO  standartlarına  müvafiq  surətdə    məhsulun  “ömür  tsiklinə”  12  mərhələ 

daxildir: 

 Şəkil 5. 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

            1-ci mərhələ - marketinq və bazarın öyrənilməsi – məhsula istehlakçıların 



tələblərinin  öyrənilməsini  nəzərdə  tutur.  Bu  mərhələdə  yerinə  yetirilməsinin 

nəticəsi layihələndirmə şöbəsinə məhsulun texniki şərtlərini (məhsulun modernizə 

 

1. Маркетинг вя базарын   



      юйрянилмяси 

 

            2. Мящсулун лайищялян-  



                дирилмяси вя ишлянмяси 

 

 



 

 

 



 

3.Просеслярин          

    планлашдырылмасы    

     вя ишлянмяси 

               

               4. Сатыналмалар 

 

5. Мящсул истещсалы вя хидмят  



      Эюстярилмяси 

6.Йохламалар 

 

                          12. Ресурс битдикдян  



                  сонра бярпа вя йа утилляшдирмя 

 

               11. Сатышдан сонракы  



                                    мярщяля 

 

 



          10. Техники кюмяк  

                         вя хидмят 

 

 

                9. Гурашдырма вя  



           истисмара бурахылма 

 

                         



                           8. Мящсулун сатышы  

                                  вя пайланмасы 

                 

                                 7. Габлашдырма вя сахлама 




43 

 

olunması və ya yenidən layihə edilməsi) əks etdirən mümkün qədər dəqiq texniki 



tapşırığın hazırlanmasıdır. 

            2-ci  mərhələ  -  məhsulun  layihələndirilməsi  və    işlənməsi.  Bu  mərhələdə 

texniki şərtlərin tələbləri məhsulun hazırlanması üçün cizgilər və təlimatların dilinə 

çevrilir. 

            3-cü  mərhələ  -  proseslərin  planlaşdırılması  və  işlənilməsi  –  məhsulun 

hazırlanmasının  əsas  və  köməkçi  texnoloji  proseslərinin,  o  cümlədən  aralıq 

mövqelərdə və hazır məhsulun ölçmə və nəzarət proseslərinin işlənməsini nəzərdə 

tutur. 


           4-cü  mərhələ  -  satınalmalar  –  bu  mərhələdə  nəzərdə  tutulur  ki,  yeni 

məhsulun  istehsalına  başlamamışdan  əvvəl  zəruri  xammal,  material, 

komplektləşdirici məmulat, ölçmə və nəzarət vasitələri, sərfiyyat materialları və s. 

alınmalıdır. 

           5-ci  mərhələ  -  məhsulun  istehsalı  və  xidmətin  göstərilməsinə  o  vaxt 

başlamaq  olar  ki,  texnoloji  proseslər  işlənmiş  və  zəruri  bütün  materiallar  və 

komplektləşdirici  məmulatlar  alınmışdır.  Bu  mərhələnin  nəticəsi  kimi  məhsulun 

istehsalı  və ya xidmətin göstərilməsi seriyalı xarakter alır. 

            6-cı  mərhələ  -  yoxlamalar  –  tələb  edir  ki,  texnoloji  proseslərin  yerinə 

yetirilməsi  və  məhsul  istehsalının  bütün  mərhələlərində  keyfiyyətə  nəzarət  təşkil 

edilsin.                                                                                                                                    

  

7-ci mərhələ - qablaşdırma və saxlama – nəzərdə tutur ki, təşkilat məhsulun 



istehsal prosesləri bitdikdən sonra da, o cümlədən konserviləşdirmə, qlobalaşdırma 

və saxlama zamanı da keyfiyyəti idarə erməyə borcludur. 

 

8-ci  mərhələ  -  məhsulun  satışı  və  paylanması.Bu  mərhələdə  təşkilatda 



yükləmə  -  boşaltma  və  məhsulun  nəql  etdirilməsi  prosesində  məhsulun 

keyfiyyətinin  müvafiq  qaydada  idarə  olunması  tələb  olunur.  Əgər  məhsulu 

istehlakçı  özü  aparırsa,  bu  halda  da  yükləmənin  dəqiq  təlimatlara  cavab  verməsi 

təmin edilməlidir. 

 

9-cu  mərhələdə  -  quraşdırma  və  istismara  buraxılma  –  nəzərdə  tutur  ki, 



təşkilatlar,  əgər  zəruridirsə,  istehlakçıya  mürəkkəb  məhsulun  quraşdırılması  və 


44 

 

istismara  buraxılmasında  köməklik  göstərməyə  borcludur  və  ya  bu  işlərin 



görülməsi üçün onları müvafiq təlimatlarla təchiz etməlidirlər. 

 

10-cu  mərhələ  -  texniki  kömək  və  xidmət.  Bu  mərhələdə  istehlakçı 



istehsalçıdan  məhsulun  istismara  buraxılmasından  sonra  da  zəruri  kömək  almaq 

imkanına malik olmalıdır.(məsələn, təminatlı təmir müddətində). 

 

11-ci  mərhələ  -  satışdan  sonrakı  mərhələdir.  İstehlakçı  istehsalçıdan,  əgər 



zəruridirsə,  təminat  müddəti  bitdikdən  sonra  da  müvafiq  kömək  almaq  imkanına 

malik olmalıdır. Məsələn, bu kömək bütün növ və dövri aparılan plan – profilaktiki 

işlərin  dəqiq  təlimatları  kimi  göstərilə  bilər;  istehsalçı  həmçinin,  məsələn, 

abonoment xidməti şərtləri ilə istehlakçıya kömək göstərə bilər. Bu mərhələnin bir 

məqsədi  də  istehsalçı  müəssisənin  məhsulunun  istismar  prosesi  haqqında 

məlumatlar əldə etməsi və bunları məhsulun keyfiyyətinin yaxşılaşmasında istifadə 

etməkdir. 

 

12-ci  mərhələ  -  resursu  bitdikdən  sonra  məhsulun    utilləşdirilməsi  və  ya 



bərpası  –  məhsulun  həyat  tsiklində  çox  vacib  mərhələdir.  Məsələn,  atom  sualtı 

qayıqlarının  resurs  müddəti bitdikdən sonra  utilləşdirmə  prosesi  bir  neçə  il  çəkir. 

Bu  qayıqların  gövdələrinin  utilləşdirilməsi  heç  bir  çətinlik  törətmir  –  onları 

Hindistan  satmaq  olar,  burada  onları  doğrayır  və  sonra  əridirlər.  Bu  gəmilərin 

“içi”ni  metal  qırıntısına  heç  kim  almaz,  çünki  onların  layihələndirilməsi  zamanı 

atom reaktorlarının utilləşdirilməsi prosesi işlənilməmişdir. Bu nümunə inandırıcı 

olaraq  göstərir  ki,  məhsulun  marketinq  və  layihələndirmə  mərhələsində 

utilləşdirilmə proseslərinin də planlaşdırılması zəruridir. 

 

Yuxarıda    araşdırdığımız  məhsulun  həyat  mərhələləri  göstərir  ki,  bu 



mərhələlərdən hər biri məhsulun (xidmətin) keyfiyyətinə əhəmiyyətli təsir göstərir. 

Məhsulun  keyfiyyət  göstəricilərini,  həll  edilən  vəzifənin  məqsəd  və 

xarakterindən asılı olaraq, müxtəlif əlamətlərə görə sinifləşdirmək olar. 

 

 



 

 



45 

 

Cədvəl   6.  Sinifləndirmə əlamətləri (15,10) 



 Sıra 


Yüklə 0,57 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin