72
Nəticə:
Personalın əməyinin nəticəsi onun ixtisaslaşma forması və onun pillələrinin
tətbiq olunmasından asılıdır. Müəssisənin personalı konkret kateqoriya işçilərinin
cəmini, əmək haqqı, maddi ehtiyaclarının ödənilməsi istiqamətlənmiş vahid
istehsalat işgüzarlığı ilə məşğul olan mütəxəssisləri birləşdirir. Heyətin idarə
olunması heyət arasında münasibətlərin etibarlılığı və onların işgüzar fəaliyyətinin
mənimsənilməsinə istiqamətlənmişdir.
Nəticədə qarşımıza qoyduğumuz məqsəd və vəzifələrə nail olduq. Bazarstore
supermarketinin heyətinin idarə edilməsi sistemini təhlil edərək:
1.Supermarket üçün kadr vacibliyinin monitorinqi, bütünlükdə kadr siyasətinin
diaqnostikası mövcud deyil.
2.Heyətin ixtisas dərəcəsinin yüksəldilməsi məsələsinə bürokratik yanaşırlar.
İxtisaslaşmanın səviyyəsini yalnız iş təcrübəsi ilə müəyyən edirlər.
3.Müxtəlif və eyni vəzifə daşıyan heyətin əmək haqqları demək olar ki, eynidir.
Heyətin idarəetmə sistemində müəyyən edilmiş nöqsanların aradan qaldırılması
supermarketin işini bir bütün olaraq artıracaq.
İşin yekununda heyətin idarəolunması sistemini təkmilləşdirmək məqsədi ilə
tədbirlər planı təklif olunur. Heyətin seçilməsi sisteminin tətbiqi aparılır.
İşə götürmə sistemini yaxşılaşdırmaq üçün sınaq test imtahanlarının,
sorğuların aparılması təklif olunur. Bu tədbirlər heyətin idarə edilməsini
yaxşılaşdırmağa imkan verəcək. Tədbirlər heyətin ixtisaslaşma mahiyyətini
təkmilləşdirmək üçün məqsədə uyğundur.
Müasir qiymətləndirmə metodunu tətbiq etmək planlaşdırılır. Heyət üçün ildə
bir dəfə ixtisas artırmaq üçün, onların əməyinin stimullaşması üçün vəsait
ayrılmalıdır.
Əsas tarif sistemindən əlavə olaraq maddi stimullaşma sistemini
yaxşılaşdırmaq lazımdır. İşçilərə aşağıdakı ödənişləri etmək lazımdır:
Yaşa görə əlavə ödəmələr, yaxşı işçilərin mükafatlandırılması, bank ödəmələri
edilməlidir. Bonuskart əməyin idarə olunması əmsalında görə tənzimlənməlidir.
73
Tutma məbləği ehtimal ki, əmək haqqı fondunun məbləğinə uyğun olmalıdır.
Əməyin idarə olunması əmsalı müəssisənin nəticəsi olaraq ayrı-ayrı işçilərin və
kollektivin əməyinin ümumiləşdirilmiş qiymətini özündə əks etdirir. Müəssisənin
proqram və promaksiyalar onun missiyasına, strategiyasına uyğun olmalıdır.
Müəssisənin KSM proqramının həyata keçirilməsində müəssisənin sosial
reklamı, müəssisənin işçilərinin razılığı KSM-ə çəkilən nəticələrə adekvatdır.