Taraların hermetikliyinin təyini. Taraların hermetikliyi onlarda əlavə təzyiqin
yaradılması ilə yoxlanılır (QOST 17000). Bunun üçün taranın boğaz hissəsi hava
daxil edilmək məqsədilə borucuqlu qapaqla kip bağlanır, suda yerləşdirilir və 20kPa-
a yaxın əlavə təzyiq yaradılır. Hava qabarcıqlarının yaranması taranın qeyri-
hermetikliyinə dəlalət edir. Xarici ölklərdə taraların hermetikliyinin suda
yerləşdirmədən yoxlanılması üçün xüsusi avtomatlar işlənib hazırlanmışdır. Bu
zaman hermetikliyin pozulması təzyiqin kəskin düşməsinə əsasən təyin edilir.
Başqa bir metodika üzrə sınaq zamanı isə taralar həcminin 0,9 hissəsi qədər su
ilə doldurulur, kip bağlanır, bir-birindən 100mm məsafədə üfiqi vəziyyətdə düzülür.
Üst hissədə isəuzunluğu 550 mm, eni 70 mm olan ağac palanka qoyulur ki, bunun
üzərinə də 10 kq kütləli yük yerləşdirilir. Taralar bu vəziyyətdə 5 dəqiqə ərzində
saxlanılır. Əgər sınaq zamanı su axması müşahidə edilmirsə, sınaqdan keçirilən
taralar hermetik hesab edilir.
Moskva Elmi Tədqiqat Kimya İnstitutu tərəfindən taraların hermetikliyinin
vakuumm altında yoxlanılması metodikası işlənib hazırlanmışdır. Sınaq üçün şəffaf
plastik kütlədən hazırlanan, divarının qalınlığı 4-5mm olan, 25-40 Pa vakuum
yaratmağa imkan verən silindirdən istifadə olunur. Silindrin mərkəzində iki
35
plastinkalı mil yerləşdirilir. Aşağı plastinkasilindrin dibindən 30-40 mm məsafədə
bərkidilir, yuxarı plastinka isə sərbəst hərəkət etdirilə bilir. Silindir həcminin 0,5
hissəsi qədər su ilə doldurulur. Sınaqdan keçirilən tara iki plastinka arasında elə
yerləşdirilir ki o tamamilə suyun içərisiində ola bilsin. Bundan sonra silindirdə 5-7
dəqiqə ərzində 13,3 Pa vakuum yaratmaqla tara 1 dəqiqə saxlanılır. Silindirdə hava
qabarcıqları yaranan zaman tara daha 3-5 dəqiqə saxlanılır.bundan sonra vakuum
götürülür. Tara o zaman hermetik hesab edilir ki, vakuumlaşdırmadan sonra onun
üzərində bir damcı belə su olmasın.
Dostları ilə paylaş: |