Maye mühitlərin təsirinə qarşı davamlılıq. Bu üsul boyanmış mayenin
materiala toxunmasının müşahidə edilməsinə əsaslanır. Bu üsul polimer plyonkanın
suyun, spirtin və digər mayelərin təsirinə qarşı davamlılığı haqqında məlumatın tes
və cadə yolla əldə olunmasına imkan verir. Bu üsula əsasən materialın səthinə
tərkibində yaxşı həll olmuş boyaqla rənglənmiş maye çəkilir, hansı ki bu rəng
materialın rəngi ilə kontrastlıq təşkil etməlidir. Müəyyən zaman müddətindən sonra
materialın səthi həmin maye ilə, lakin rəngsiz olmaqla yuyulur. Materialın səthində
rəngli ləkələrin olmaması onun verilən mayenin təsirinə qarşı baxılan zaman müddəti
ərzində davamlı olduğunu təsdiq edir.
Sınaq müddəti 5-10 dəqiqədən (aşağı təzyiqli polietilen üçün) bir-neçə min
saata qədər (poliamid sellofanlar üçün) dəyişə bilər. Əgər sınaqdan keçirilən
materialın səthində 24 saat ərzində rəngli ləkələr yaranmamışdırsa onda belə
materialı baxılan mayenin təsirinə qarşı tam davamlı olmasının hesab etmək qəbul
olunmuşdur.
Göstərilən üsul polimer örtüklü çoxtəbəqəli qablaşdırıcı materialların bütöv-
lüyünü təyin etmək üçün də istifadə oluna bilər. Bu halda materialın səthinə fırça ilə
rəngli maye çəkilir, hansı ki, bu maye polimerdən olan örtük materialına təsir etmir,
lakin astar tərəfindən aktiv olaraq hopdurulur. Rəngli maye materialın səthindən
kənarlaşdırıldıqdan sonra parlaq boyanmış ləkələr və nöqtələr polimer qatının bütöv-
lüyünün pozulduğu yerlərdə yaranmış olur. Bu üsulla kağız və digər materialların
üzərinə çəkilmiş polietilen örtük qatının bütövlüyünün pozulması asanlıqla aşkar
edilir.
Dostları ilə paylaş: |