3.2. İstehlak bazarına daxil olan qablaşdırmada istifadə olunan polimer
materiallarının ekspertizası
Müasir dövrdə həm ölkəmizdə, həm də xaricdə yeyinti, əczaçılıq, kimya və
digər sənaye sahələrində intensiv olaraq yeni, orjinal qablaşdırma vasitələri və
üsulları müşahidə olunur ki, bunlar da müxtəlif plastik kütlə materiallarının tətbiqinə
əsaslanır. Belə ki, əvvəlcədən müəyyən olunmuş xassələrə malik plastik kütələrin
alınması mümkündür. Istənilən məqsəd üçün spesifik keyfiyyətə malik,vacib xassəli
plastik kütlə əldə etmək mümkündür. Yüksək dekorativ keyfiyyət, aşağı sıxlıq,
kimyəvi davamlılıq, şəffaflıq, su,buxar, qaz keçirmə və s. kimi qiymətli xassələrə
malik olması plastik kütlələrin qablaşdırıcı material kimi tətbiqini genişləndirir.
Ənənəvi materiallarla müqayisədə plastik kütlədən olan qablaşdırıcılar bir-sıra
üstünlüklərə malikdirlər – onlar yumşaq, yarımyumşaq və qaba ola bilirlər; qısa
müddətli və uzun müddətli istifadə oluna bilirlər;dövri olaraq və birdəfəlik istifadə
oluna bilirlər.
Müxtəlif xassəli plastik kütlələrin tətbiqi etibarlı, praktiki qablaşdırmanı yarat-
mağa imkan verir. Belə qablaşdırma yüksək estetik üstünlüyə malik olur, qablaş-
dırılan malın keyfiyyətinin qorunub saxlanmasına təminat yaradır. Plastik kütlədən
olan qablaşdırmalar əşyaların və ya məhsulların qurumasından və nəmlənməsindən
qaçmağa imkan yaradır, eyni zamanda onların keyfiyyətinin qorunmasına və
saxlanma müddətinin artmasına səbəb olur.
Qablaşdırmada həm termoplastik, həm də termoreaktiv plastik kütlələrdən
istifadə edilir. termoplastik xassəli qablaşdırıcılar yüksək məhsuldar üsullarla əldə
edilir ki, onların əsasları aşağıdakılardır: təzyiq altında tökmə, ekstruziya, üfürmə,
vakuum və pnevmoformalaşdırma, termoqaynaq.
Termoreaktiv xasəli plastik kütlədən olan qablaşdırıcı materiallar əsasən
presləmə və təzyiq altında tökmə üsulları ilə hazırlanır.
Qablaşdırıcı materiallar bütövlükdə plastik kütlədən (polivinilxlorid, poletilen,
poliamidlər, polefirlər və s.) və ya onların klassik materiallarla (kağız, karton, alü-
54
minium folqa və s.) birləşməsindən əldə edilə bilər. Plastik kütlələrin digər mate-
riallarla kombinələşməsi qablaşdırmaya yeni, xüsusi qiymətli xassələr verir, bunun
nəticəsində onlar tamamilə hermetik, rütubətin, qazların, yağların təsirinə qarşı
davamlı olurlar. Bu qiymətli keyfiyyət ənənəvi qablaşdırma üsullarından fərqli olaraq
yeyinti məhsullarını onların ilkin vəziyyətində uzun müddət qoruyub saxlamağa
imkan verir.
Qablaşdırma məqsədilə plyonka materialları geniş istifadə olunur. Həm daxili,
həm də xarici qablaşdırma məqsədilə bu materiallar tətbiq olunur ki, bunlar da
aşağıdakı plastik kütlələrdən alınır: polivinilxlorid (bərk və yumşaq halda), poli-
vinildienxlorid, polistirol, polietilen, poliamid, üzvi şüşə (polimetilmetakrilat) sello-
fan (hidrat sellüloza) və s. Bu plyonkaların xassələri çox müxtəlifdir. Onlara müxtəlif
rəng, reklam xarakterli poliqrafik tərtibatlar vermək mümkündür. Plyonkalar şəfaf və
qeyri-şəffaf ola bilər. Onlar qaynaq və yapışdırma üsulu ilə asanlıqla formaya
salınırlar.
Bütün bu plyonka materialları əsasən tamlı-qida məhsullarının formaya salın-
ması üçün və sənaye mallarının qablaşdırılması üçün istifadə olunur. Plyonkalar
zərflər, paketlər, tubalar və s. formada istifadə olunurlar. Plyonka materiallarının
hazırlanması müxtəlif avtomatlarda həyata keçirilir. Tətbiq olunduğu istehsal sahə-
sindən asılı olaraq polimer plyonka materialları aşağıdakı kımı qruplaşdırıla bilər.
Yeyinti sənayesində tətbiq olunan qablaşdırıcı plyonkalar:
Supermarketlərdə çörək, bulki və tərəvəzlərin qablaşdırılması üçün olan
paketlər.
Qida məhsullarının müəssisələrə çatdırılması zamanı altlıqların sarınması
üçün istifadə olunan materiallar
Qutu-paketlər (məsələn içkilərin daşınmasında)
Qənnadı məmulatlarının qablaşdırılması üçün olan qablaşdırıcılar
Dərhal hazırlanmaq üçün olanqida məhsullarının qablaşdırıldığı paketlər
Karton yeşiklər üçün olan içliklər
Qeyri-qida məhsulları üçün isifadə olunan qablaşdırıcı materiallar:
55
Daşınma üçün olan kisələr
Sarğılar
Konvertlər
Hava-qabarcıqlı plyonkalar
Çərçivə paketləri, stellajlar
Plyonkalar qablaşdırılan məhsullara qoyulan tələblərdən asılı olaraq seçilir.
Məsələn, qablaşdırma məhsulun dadını və qoxusunu qorumalıdırmı, onu bakte-
riyalardan və kiflənmənin təsirindən qorumalıdırmı, istiyə və şaxtaya davamlı
olmalıdırmı, qazı və su buxarını keçirməlidirmi, kimyəvi reagentlərin təsirinə qarşı
davamlı olmalıdırmı və s.
Plyonkaların hazırlanmasında polivinilxlorid qətranlarından geniş istifadə
olunur, (vinilxloridin əsasən imulsiyalı polimerləşmə yolu ilə alınan polimerləri və
sopolimerləri). Bu məqsədlə tətbiq olunan polivinilxlorid qətranlarının xassələri və
tətbiq sahələri 3.1saylı cədvəldə verilir.
Polivinilxloriddən olan plyonka materialları nəqliyyat qablaşdırması üçün daha
çox yararlıdır, belə ki, onlar istinin və soyuğun təsirinə qarşı daha çox davamlıdırlar
(-20°C-dən +70°C-yə qədər). Bunun üçün onların hazırlanmasında uyğun
plastifikatorlardan və stablizatorlardan istifadə olunur. Bu çox elastiki, asan qaynaq
edilən material olub, kimyəvi maddələrə qarşı davamlıdır. Bunlar həm də mexaniki
təsirlərə qarşı da yüksək davamlığa malikdirlər.
Polivinilxloriddən olan bərk (qaba) plyonkalar və plitələr qaynaq yolu ilə elə
yapışdırıla bilər ki, onlar hava və su keçirməyən olsunlar.
Qablaşdırma məqsədi üçün həm də polietilen plyonkalrdan istifadə olunur ki,
bunlar su buxarını keçirmirlər, suya davamlıdırlar və böyük mexaniki yüklərə tab
gətirə bilirlər. Onlar şəffafdırlar, yüksək temperatura davam gətirə bilirlər, aşağı
temperatur təsirindən dəyişmirlər və onları xüsusi üsulla yapışdırırlar.
56
Cədvəl 3.1
Dostları ilə paylaş: |