III FƏSİL. İSTEHLAK BAZARINA DAXİL OLAN POLİMER
QABLAŞDIRICI MATERİALLARIN TƏSNİFATI, ÇEŞİDİ VƏ
EKSPERTİZASI
3.1. İstehlak bazarına daxil olan qablaşdırıcı materiallarının əsas növləri,
xarakteristikası və istehsalı
Məişətdə geniş istifadə edilən ərzaq və qeyri-ərzaq mallarının qablaşdırılması
üçün bir çox daxili və xarici qablaşdırıcı materiallardan istifadə edilir. Bu materiallar
onların istehsalı üçün istifadə edilən xammaterialın növünə görə təbii və kimyəvi
materiallara bölünür. Təbii materiallara selliloz əsaslı kağız və karton materialları,
parça və trikotaj polotnoları, şüşə və metal tərkibli qablaşdırıcı materiallar daxildir.
Bu materiallar təbii və süni yolla istehsal edilərək geniş çeşiddə ərzaq və qeyri-ərzaq
mallarının qablaşdırılması üçün onların funksional təyinatından asılı olaraq istifadə
edilir. Müasir dövrdə bizi əhatə edən geniş çeşiddə istehlak mallarının keyfiyyətli
şəkildə istehlakçılara çatdırılması üçün təbii qablaşdırıcı materialla ödəmək qeyri-
mümkündür. Buna görə də müasir dövrdə sənayedə və məişətdə yüksəkmolekullu
sintetik qatranlar əsasında alınan polietilen və polipropilen qatranlarından geniş
istifadə edilir. Bütün qablaşdırıcı materiallar içərisində polimerlər əsasında
hazırlanmış qablaşdırıcı plyonka materialları xüsusi yer tutur. Onlar həm istifadə
üçün rahat və etibarlı olmaqla yanaşı, istifadə üçün çox əlverişlidir. Belə qablaşdırıcı
materiallar universal materiallar olmaqla həm ərzaq məhsullarının, həm də qeyri-
ərzaq mallarının etibarlı qablaşdırılmaslı üçün tətbiq edilir.
Müasir dövrdə universal xassəli polimer qablaşdırıcı materialları geniş çeşiddə
istehsal edilir. Bu qablaşdırıcı materialların hər birinin özünəməxsus xassələri və
tətbiq sahələri vardır. Növlərinə görə müasir qablaşdırıcı polimer plyonkaları
aşağıdakı kimi üç qrupa bölmək olar:
1) Streyç plyonkalar;
2) Hava qabarcıqlı plyonkalar.
3) Yeyinti məhsulları üçün olan plyonkalar.
47
Streyç plyonkalar müasir dövrdə geniş tətbiq edilən qablaşdırıcı polimer
materiallardır. Bu qablaşdırıcı materiallar şəffaf olmaqla asanlıqla dartılır və
qablaşdırılan malın üzərini asanlıqla örtərək onun səthində parlaq elastik plyonka
əmələ gətirir. Streyç plyonkaların qablaşdırıcı material kimi istifadəsi çox asandır və
əsasən aşağıdakı üsullarla həyata keçirilir.
1. Qabaqcadan rulon şəklinə salınmış streyç plyonka əl üsulu ilə qablaşdırılması
nəzərdə tutulan malı və ya əşyanın üzərinə qablaşdırılan malın növündən, forma-
sından, konstruksiyasından və s. asılı olaraq müəyyən qüvvə ilə dartılaraq çəkilir. Bu
da qablaşdırılan malın şəffaf polimer örtüklə örtülərək təhlükəsiz və etibarlı
daşınmasını və saxlanmasını təmin edir.
2. Streyç plyonkanın xüsusi avadanlıq vasitəsilə qablaşdırılan səthə çəkilməsi.
Bu üsulla qablaşdırma aparmaq üçün xüsusi qablaşdırıcı masadan istifadə edilir. Bu
məqsədlə qablaşdırılan materialdan asılı olaraq müxtəlif endə streyç plyonkalardan
istifadə edilir.
Müasir dövrdə qablaşdırıcı material kimi streyç plyonkalardan istifadə
edilməsinin bir çox üstün xüsusiyyətləri vardır. Bu xüsusiyyətləri aşağıdakı kimi
qruplaşdırmaq olar:
Yüksək möhkəmlik və bərklik: qablaşdırıcı material xarici təsirlər nəticə-
sində malın etibarlı qorunmasını təmin edir. Qablaşdırıcı streyç plyonka örtüyü
yüksək elastikliyə və dartılma qabiliyyətinə malik olduğundan hazırda geniş istifadə
edilir.
Streyç plyonkaların yüksək adgeziya qabiliyyətinə malik olması qab-
laşdırma zamanı plyonka təbəqələrinin asanlıqla biri-birinə yapışaraq monolit, bütöv
örtük təbəqəsinin əmələ gəlməsinə səbəb olur;
Streyç plyonka təbəqəsinin şəffaf olması qablaşdırılan malın nə olduğunu
görməyə imkan verir.
Qablaşdırıcı streyç plyonka suya, rütubəyə və istiliyə davamlı örtük
təbəqəsinin yaranmasına imkan verir.
48
Streyç plyonkalar ədədi və dəst halında olan malların etibarlı qablaş-
dırılmasına imkan verir.
Streyç plyonka ilə qablaşdırılmış mal, məmulat, əşya qablaşdırmadan azad
edildikdən sonra onun orqanoleptik göstəricilərində, dadında, iyində, rəngində, xüsusi
görünüşündə heç bir dəyişiklik baş vermir.
Müasir dövrdə məişətdə, istehsal və xidmət sahələrində polimer qablaşdırıcı
material kimi geniş tətbiq edilən streyç plyonkalar məqsədli təyinatından, yəni
qablaşdırılan malın növündən, tərkibindən, əsas xarakterik xassələrindən, forma-
sından, ölçü və konstruksiyasından asılı olaraq müxtəlif qalınlıqda, ölçülərdə və
müxtəlif şəffaflıq, möhkəmlik və elastiklik xassələrinə malik istehsal edilir. Bütün bu
spesifik xüsusiyyətlərə malik olmasına baxmayaraq qablaşdırıcı material kimi istifadə
olunan streyç plyonkalar rahat və maksimal dərəcədə etibarlı və istifadə üçün
yararlıdır.
2) Hava qabarcıqlı plyonkalar. Müasir dövrdə məişətdə, sənayedə xidmət sahə-
lərində geniş tətbiq edilən polimer əsaslı qablaşdırıcı materiallar içərisində istifadə
sahəsinin genişliyinə görə polietilen əsaslı hava qabarcıqlı plyonkalar xüsusi yer
tutur. Bu qablaşdırıcı materiallar polietilen qatranının xüsusi texnoloji əməliyyatdan
keçirilməsi yolu ilə əldə edilir. Bu materiallar çoxqatlı polietilen plyonkasından
hazırlanır. İstehsal zamanı plyonka qatlarının arasında hava ilə doldurulmuş xüsusi
kameralar yaradılır. Hava ilə doldurulmuş bu kameralar qablaşdırıcı materialın
yüksək amartizasiya xassəsinə malik olmasını təmin edir. Məqsədli təyinatından asılı
olaraq hava qabarcıqlı plyonkaların xarakterik xüsusiyyətləri, növləri müxtəlif ola
bilir. Bu xüsusiyyətlər aşağıdakı amillərdən asılıdır:
- qablaşdırıcı materialın istehsalı üçün istifadə edilən polietilenin sıxlığından,
möhkəmliyindən və bərkliyindən. Çünki bu parametrlər qablaşdırıcı hava qabarcıqlı
plyonkaların ümumi möhkəmliyini, onların fiziki təsirlərə qarşı möhkəmliyini,
sürtünməyə qarşı davamlığını xarakterizə edir;
- materialda olan hava qabarcıqlarının sayından və ölçüsündən. Qablaşdırıcı
plyonkada olan hava qabarcıqları bütün səth boyu eyni bərabər səviyyədə yerləşdirilir
49
ki, bu da bütün materialı əhatə edir. Hava qabarcıqlarının olan xammalların ölçüləri
qablaşdırıcı materialın təyinatından asılı olaraq 6 mm-dən 25-mm-dək ola bilir.
Burada hava kamerasının ölçüsü böyük olduqca amortizasiya qatının qalınlığı yüksək
olur.
- amortizasiya qatının sayı. Qeyd etmək lazımdır ki, ümumiyyətlə istehsal olu-
nan hava qabarcıqlı plyonkalar iki və üçqatlı buraxılır. İkiqatlı qablaşdırıcı mate-
riallarda bir qat hava qabarcıqları olan təbəqəni təşkil edir. Bu hava qabarcıqlı qat iki
polietilen plyonka qatının arasında yerləşir. Bundan fərqli olaraq üçqatlı materiallarda
isə iki hava qabarcıqlı plyonka təbəqəsi iki polietilen plyonka qatının arasında
yerləşir. Belə qablaşdırıcı materiallar daha yüksək amortizasiya qabiliyyətinə malik
olmaları ilə fərqlənir.
Hava qabarcıqlı polietilendən hazırlanmış qablaşdırıcı materiallar iri ölçülü
malların qablaşdırılması üçün daha çox tətbiq edilir. Belə materiallara daşınma
zamanı xüsusi diqqət və ehtiyatlılıq tələb olunan müxtəlif cihaz və avadanlıqlar,
mədəni məişət təyinatlı mallar, şüşə və keramika mallarını aid etmək olar. İki və üç
qat hava qabarcıqları olan polietilen qablaşdırıcı plyonkalar çox etibarlı şəkildə
daşınma və saxlanma zamanı müxtəlif təyinatlı malların keyfiyyətli və tam yararlı
şəkildə istehlakçılara çatdırılmasını təmin edir. Qablaşdırıcı material kimi hava
qabarcıqlı plyonkalar aşağıdakı kimi iki üsulla istifadə edilir:
a) Qablaşdırılan malın tam bükülərək qablaşdırılması. Bu zaman hava qabarcıqlı
material qablaşdırılan malı xarici təsirlərdən, cızılmadan, zərbədən və s. qoruyur.
b) Karton və ya fanerdən hazırlanmış qutularda yerləşdirilmiş malların (şüşə,
keramika mallarının, məişət texnikası və s. bu kimi kövrək məişət əşyaların) xarici
qablaşdırıcı materialdan və biri-birinə sürtünməkdən qorunmaq üçün onların aralarına
və boşluqlara doldurulur.
Hava qabarcıqlı polietilen plyonkalar istifadə üçün çox rahat və etibarlıdır.
Qablaşdırma zamanı qablaşdırılan mal sadəcə materiala bükülür, üz qatı yapışqanlı
lent vasitəsilə bərkidilir. Qablaşdırıcı material yumşaq və elastikdir, asanlıqla kəsilir,
50
istənilən ölçülü, forma və konstruksiyalı malın qablaşdırılması çox asan və tez başa
gəlir.
3. Yeyinti məhsulları üçün qablaşdırıcı plyonkalar. Adından məlum olduğu kimi
bu qablaşdırıcı plyonkalar müxtəlif çeşidli ərzaq məhsullarının qablaşdırılması üçün
işlədilir.
Bu qablaşdırıcı materiallar xüsusi xarakterik göstəricilərə malik olan nazik
streyç plyonkalardan ibarətdir. Bu qablaşdırıcı materialların istehsalında xətti
quruluşlu polietilendən (LLDPE) istifadə edilir. İstehsal prosesinin və istifadə olunan
xammaterialların spesifik xüsusiyyətlərə malik olması bu plyonkalara aşağıdakı
xarakterik xassələri verir:
yüksək elastikliki istifadə zamanı material maksimum dərəcədə dartılır,
buraxıldığı zaman isə öz əvvəlki vəziyyətini alır. Məhz bu xüsusiyyət
yeyinti məhsulunun sıx və möhkəm qablaşdırılmasını təmin edir;
qablaşdırıcı materialın yüksək şəffaflığı. Yüksək şəffaflıq qablaşdırılan
meyvə, tərəvəz və s. ərzaq məhsullarının aydın görünməsinə şərait
yaradır;
yüksək adgeziya qabiliyyətli olması. Bunun nəticəsində məhsul asanlıqla
qablaşdırılır və qablaşdırmanın möhkəmliyini təmin etmək üçün əlavə
yapışdırıcı lentdən istifadə etmək lazım gəlmir;
qablaşdırıcı materialın qismən qaz və havakeçirmə qabiliyyətinə malik
olması. Bu göstərici yeyinti məhsullarının qablaşdırılması üçün istənilən
materiallarda ən böyük nailiyyət hesab edilir. Qablaşdırıcı material
qablaşdırılan məhsulun tez köhnəlməsinin, məhsulun iyinin, qoxusunun
ətrafa yayılmasının, kiflənməsinin, xarici təsirlər nəticəsində çirklən-
məsinin və s. qarşısını alır;
polietilendən olan qablaşdırıcı materialların müxtəlif aqressiv mühitin,
yağların, turşu və qələvilərin, duzların təsirinə qarşı davamlı olması.
Polietilen qatranı əsasında hazırlanmış yeyinti məhsullarının qablaşdırılması
üçün oan plyonka materiallarından istifadə etməkl normal temteratur rejiminə riayət
51
etməklə bu məhsulların uzun müddət saxlanılmasına imkan yaranır. Bu qablaşdırıcı
materiallar universal olduqlarından ticarət şəbəkələrində, s\ənayedə və məişətdə
qablaşdırıcı material kimi geniş istifadə edilir. Bunların köməyi ilə ərzaq və qeyri-
ərzaq mallarını qablaşdırmaq olar.
Qeyd etmək lazımdır ki, yüksək keyfiyyətli qablaşdırıcı material olan streyç
plyonkaların istehsal prosesi mürəkkəb texnoloji əməliyyatları özündə birləşdirir. Bu
texnoloji prosesin yerinə yetirilməsi üçün bir sıra amilləri ciddi şəkildə nəzərə almaq
lazımdır. Çünki bu amillər yekun etibarı ilə hazır məhsulun istismar göstəricilərinə
keyfiyyətinə çox böyük təsir göstərir. Streyç plyonkaların istehsalı ilə məşğul olan
mütəxəssislər tərəfindən bu amillər üç qrupa bölünür:
1. Qablaşdırıcı materialların istehsalında istifadə edilən xam materialların fiziki-
kimyəvi öarakteristikası.
2. Streyç plyonkaların istehsal texnologiyasının spesifik xüsusiyyətləri.
3. Streyç plyonkaların istehsalı ilə məşğul olan işçi heyətinin hazırlıq səviyyəsi.
Qeyd olunan bu amillərin hər biri qüvvədə olan normativ-texniki sənədlərin
tələblərinə uyğun aparılmalıdır. Texnoloji proses zamanı polietilen xammalının
texniki xarakteristikasının təhlili zamanı polietilenin sıxlığına, kristallaşma
dərəcəsinə və ərimə indeksi göstəricilərinə xüsusi fikir verilməlidir. Polietilenin
sıxlığı alınan streyç plyonkaların mexaniki xassələrinə və parlaqlıq səviyyəsinə təsir
göstərir. Sıxlığın çox olması alınan plyonka materialının möhkəmliyinə, bərkliyinə
təsir göstərir, hətta onun kövrəkliyini təmin edir. Polietilen qatranının kristallaşma
dərəcəsi alınan streyç plyonkaların parlaqlığını, şəffaflığını müəyyən edən əsas
göstəricidir. Streyç plyonkaların funksional təyinatından asılı olaraq onların qeyri-
şəffaf, solğun olması nəinki plyonkanın xarici görünüşünə mənfi təsir göstərir, hətta
onların istehlak xassələrinin aşağı düşməsinə səbəb olur. Xammalın keyfiyyətini
xarakterizə edən əsas göstəricilərdən biri olan ərimə indeksi polietilen qatranının
molekulyar quruluşunu xarakterizə etməklə yanaşı alınan hazır məhsulun mexaniki
xassələrinə, möhkəmliyinə, bərkliyinə birbaşa təsir göstərir. Yüksək ərimə indeksi
52
streyç plyonkanın dartılmaya, cırılmaya qarşı davamlılığını artırır və istehsal prosesi
zamanı istehsal temperaturunun nizamlanmasına kömək edir.
Streyç plyonkaların texnoloji proseslərini təmin edən spesifik xüsusiyyətlər
aşağıdakılardan ibarətdir:
1. Xammalın (polietilenin) fiziki-kimyəvi tərkibinin müəyyən edilməsi.
2. İstehsal prosesi zamanı ekstruder və tökmə maşınlarında polietilen
xammalının düzgün dozalaşdırılması.
3. İstehsal zamanı temperatur rejiminin tənzimlənməsi xüsusiyyətləri.
4. Streyç plyonkaların istehsalında istifadə edilən ekstruderin uzunluğu.
5. Ekstruder maşınında emal prosesi zamanı istifadə edilən süzgəcin (filtrin)
keyfiyyəti.
6. Ekstruziya mexanizmindən düzgün istifadə etmək.
7. Ekstruder maşınının işçi başlığının temperaturunun və boşluqlarını müəyyən
edən əsas parametrlərə riayət olunma.
8. Ekstruziya zamanı işçi vallara ötürülən materialın sürətinin və soyudul-
masının tənzimlənməsi.
9. İstehsal prosesində valların və barabanların temperaturunun gözlənilməsi.
10. Ekstruziya prosesi zamanı kristallaşma xəttinin parametrlərinin düzgün
müəyyən edilməsi.
11. Materialın qalınlığını təyin edən mexanizmin (qurğunun) tənzimlənməsi.
12. Hazır materialın rulon halında yığılması və kəsilməsi.
Bütün bu yuxarıda göstərilən əməliyyatlar spesifik xassələrə malik streyç
plyonkaların alınması üçün standart göstəricilərinin tələblərinə uyğun aparılmalıdır.
Bütün bunlarla yanaşı, yüksək keyfiyyətli materialın alınması üçün peşəkar
mütəxəssislərin hazırlanması və onlar üçün işçi şəraitinin yaradılması vacib şərtlərdən
biridir.
|