Bu taralar dayaz taralardır və bunların içərisinə məhsullar bir qat olmaqla yığılır.
Bu taralara məhsulların yığılması mexanikləşdirilmiş və avtomatlaşdırılmış yolla
həyata keçirilir QOST 17358-ə uyğun olaraq ərzaq məhsullarının daşınmasında iki
tip polimer taralardan istifadə olunur ki, bu zaman üst tara qapaq kimi istifadə olunur
41
Ərzaq mallarının daşınması üçün istifadə olunan bu tip taralar qapaqlı və ya
qapaqsız, üzərində çökəkləri olmaqla buraxılır ki, bununn üzərinə də digər taranı
yerləşdirmək mümkün olur. Bu tip taralar anbar yerlərindən 60% səmərəli istifadə
etməyə imkan yaradır. Bunların ölçüləri isə beynəlxalq yük modullarına -
1200x1000, 1200x800 mm uyğun olmalıdır.
Cədvəl 2.3
Dostları ilə paylaş: