qablaşdırıcıda qablaşdırılması lazım gələrsə (məsələn, mayelər, sənaye məhsulları və
s.), bu zaman plastik kütlədən olan qutular, butılkalar və s. tətbiq olunur. Plastik
kütlədən olan belə fərdi qablaşdırıcılar malın yüksək tərtibatına imkan yaradır ki, bu
da reklam xarakteri daşıyır və məişəti yüngülləşdirir, eyni zamanda bu taralar
Bundan başqa həmçinin polistirol (əgər üzvi həlledicilərin təsiri yoxdursa),
poliamidlər və müxtəlif mürəkkəb efirsellülozalar (yüksək itələnmə zədələrinə məruz
qalan məmulatların qablaşdırılmasında), akril qətranları (yüksək optiki tələblər
Bütün bu plastik kütlələr istehlak mallarının o cümlədən yeyinti məhsullarının
qablaşdırılması üçün yaxşı qablaşdırıcı materiallar hesab edilir, belə ki, onlara həm də
müxtəlif rəngarəng formalar vermək mümkündür. Bu materialların az kütləyə malik
olmasını nəzərə almaqla onlardan istənilən növ qablaşdırıcı əldə etmək mümkündür.
əsas amillərdən biri də (ənənəvi materiallardan fərqli olaraq) onların universallığıdır:
qablaşdırılan əmtəənin xüsusiyyətlərindən asılı olaraq qablaşdırmaya qoyulan
61
tələbləri təmin etmək qabliyyəti. Dünyada mövcud olan müasir plastik kütlə sənayesi
demək olar ki, hər bir əmtəə üşün uyğun olan plastik qablaşdırıcı material təklif
etmək iqtidarındadır.
Müasir dövrdə polietilen, polipropilen və xüsusilə də polipropilenin xüsusi
sortlu sopolimerləri plastik taraların istehsalında daha çox üstünlük təşkil edir. Bu
plastik kütlələrin bir sıra üsünlüklərə malik olması onların qablaşdırıcı yeşiklərin,
tutumların, altlıqların və konteynerlərin istehsalında tətbiqinin durmadan
genişlənməsinə səbəb olur.
Üfürmə üsulu ilə hazırlnan plastik tutumlar (həcmli plastik taralar) daha geniş
tətbiqini tapmışdır. Polietilendən və polipropilendən olan tutumlar təkanlara və
zərbəyə qarşı daha davamlıdırlar, buna görə də onlar bir sıra yeyinti məhsullarının,
kimyəvi reagentlərin, kosmetik məhsulların və tibbi məmulatların qablaşdırılmasında
tara kimi daha çox yararlıdırlar. Üfürmə üsulu ilə müxtəlif tutumlu plastik taralar əldə
etmək mümkündür. Bu üsulla az miqdarda plastifikator əlavə etməklə polivinil-
xloriddən də əhəmiyyətli tutuma malik olan (10 l-ə qədər) plastik taralar – balonlar,
kanistrlər və s. – hazırlamaq mümkündür.
Presləmə və təzyiq altında tökmə üsulları ilə tutumu 100 l-ə qədər olan iri
həcmli taralar hazırlamaq mümkündür. Lakin plitələrdən hazırlanan böyük qablaş-
dırıcı qutular və tutumlar daha sadə və ucuz başa gəlir. Bu məqsədlə bərk poli-
vinilxlorid, asetat sellülozalar, asetobutilat sellülozalar, alkid qətranları, polistirol,
poliamid, polipropilen və polietilen plitələr tətbiq edilir. Plitələr vakuumlu dərin
dartılma üsulu ilə formaya salınır.
Taralar (yeşiklər, boçkalar və s.) şüşə lifi qatlı mürəkkəb efirlərin qətranlarından
hazırlanır.
Dostları ilə paylaş: