Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti «magistratura məRKƏZİ»



Yüklə 1,37 Mb.
Pdf görüntüsü
səhifə48/61
tarix02.01.2022
ölçüsü1,37 Mb.
#40669
1   ...   44   45   46   47   48   49   50   51   ...   61
S-f-rov-H-mid

 

 


58 

 

Kombinələşdirilmiş polimer materiallardan olan qablaşdırıcılar. Əgər isteh-

lak  qablaşdırmasına  bir  neçə  müxtəlif  tələblər  qoyulursa  kombinələşdirilmiş  ma-

terialların seçilməsi məqsədəuyğundur ki, bunlar da öz xassələrinin məcmusuna görə 

bütün qoyulan tələblərə cavab verir.  

Kombinələşdirilmiş  qablaşdırma  materiallarının  hazırlanması  üçün  aşağıdakı 

üsullardan  istifadə  olunur:  metallaşdırma  yolu  ilə  örtük  qatına  polimer  plyonkanın 

çəkilməsi;  bağlayıcı  maddənin  köməyi  ilə  iki  və  ya  daha  çox  eyni  cinsli  və  ya 

müxtəlif  cinsli  materialıların  birləşdirilməsi;  kağızın  səthinə  plyonka  şəklində  örtük 

qatının  çəkilməsi;kağız  materialının  müxtəlif  polimer  tərkibləri  ilə  hopdurulması 

bütün sadalanan üsulların birləşdirilməsi. 

Qablaşdırmada  daha  geniş  istifadə  olunan  kombinələşdirilmiş  materialları 

nəzərdən keçirək. 

 Təbəqəli  poliefir  plyonkaları  poletilen,  polipropilen  və  ya  polivinilxlorid 

örtüklərinin  ekstruziyası  üsulu  ilə  əldə  edilir.  Belə  materiallar  kisələr  və  paketlər 

şəklində vakkum altında, bişirilən yeyinti məhsullarının qablaşdırılması üçün istifadə 

olunur;  bu  qablaşdırıcı  materiallar  kofenin  də  qablaşdırılmasında  müvəffəqiyyətlə 

istifadə olunur. 

Təbəqəli  plyonkadan  olan  paketlər  ucuzdur  və  ənənəvi  qablaşdırıcı  material-

lardan  daha  yüngüldür.  Beləliklə  həm  qablaşdırmada  səmərə  əldə  etmək,  həm  də 

daşınma  xərclərini  aşağı  salmaq  mümkündür.  Təbəqəli  plyonkalardan  həmçinin 

tutumu  22  litr  olan  elastik  konteynerlər  də  hazırlamaq  mümkündür  ki,  bunlar  da 

büzməli kartonlardan olan qutularda yerləşdirilir. 

Sellüloza  əsaslı  təbəqəli  plastiklərdən  və  polietilendən  meyvə  şirələri  üçün 

yarımelastik paketlər də hazırlanır. Paketin dibində çıxıntıy abənzər altlıq olur ki, bu 

da məhsulun doldurulması zamanı düzlənir və paketlər upruq və davamlı olur.  

Təbəqəli plastiklərin üz qatına anilin boyaqlarından qravirovka və çap üsulu ilə 

naxışlar  da  salmaq  mümkün  olur.  Naxışları  həmçinin  orta  qatda  da  yaratmaq  olur, 

bundan  sonra  naxışlar  iki  təbəqənin  arasında  əks  olunur.  Bu  halda  naxışlar  paketə 



59 

 

doldurulan  məhsulla  toxunmur  və  plyonkanın  həm  daxili,  həm  də  xarici  qatından 



silinməkdən qorunur. 

Polietilendən olan metallaşdırılmış plyonkalar çox yüksək maraq yaradır. Bunlar 

çox yüksək dekorativliyə, geniş rəng diapozonuna malikdirlər ki, bu da çox asan və 

sadə yolla – səthin boyanması və laklanması yolu ilə əldə edilir. Yeyinti məhsulları 

üçün  nəzərdə  tutulan  metallaşdırılmış  polietilen  plyonkalar  yüksək  dekorativliyə 

malik  olması  ilə  yanaşı  məhsulun  uzun  müddət  ərzində  qorunub  sxlanmasını  təmin 

edir.  

Parça,  karton,  kağız,  hətta  metal  folqalar  əmtəənin  yüksək  qorunması  üçün 

plastik  plyonka və  ya  plastik  kürtlə  əsaslı  lak  qatı  ilə  örtmək  olar.  Parçaları plastik 

kütlə dispersiyaları ilə və yaxud məhlullarla hopdurmaq mümkündür.  

Bu məqsədlə istifadə üçün lak örtükləri yararlıdır ki, bunlar da əsasən aşağıdakı 

qətranlar əsasında hazırlanır: fenolformaldehid, melamin, alkid, epoksid və s. 

Polivinilxloriddən,  polistiroldan,  polivinilasetatdan  olan  laklar  qeyri-üzvi 

turşuların qələvilərin, duz məhlullarının təsirinə qarşı yüksək davamlılığa malikdirlər. 

Poliamid  lakları  digərlərindən  fərqli  olaraq,  benzinin  təsirinə,  həmçinin  səthi 

zədələnmələrə  qarşı  daha  davamlıdırlar.  Slikatlaşdırılmış  lakların  səthə  çəkilməsi 

taraların istiliyə davamlılığını təxminən +25°C-yə qədər yüksəldir.  

Uyğun  antikorroziya  qoruyuculuğunu  polivinilxlorid,  poliamid,  polietilen 

örtüklər təmin edir ki, bunlar da püskürtmə üsulu ilə taraların səthində yaradılır.  

Son illərdə ölkəmizdə və xaricdə kombinələşdirilmiş materiallardan (alüminium 

folqasından  və  poliefir  plyonkadan)  qablaşdırıcıların  yaradılmasının  yeni  üsulu 

işlənib hazırlanmışdır ki, bu üsul pnevmoformalaşdırma üsulu adlanır.  

Tələb  olunan  ölçüdən  və  möhkəmlikdən  asılı  olaraq  qablaşdırıcıların  hazırlan-

ması  üçün  müxtəlif  qalınlıqlı  folqalardan  istifadə  olunur.  Qalınlığı  0,05  mm    olan 

folqaların poliefir plyonka qatı daha möhkəm edir və lazım gəldikdə qablaşdırmanın 

həcmini iki dəfəyə qədər artırmağa imkan verir.  

Formalaşdırmadan  əvvəl  folqaya  informasiya  yazıları və qrafik  işarələr vurulur 

(dərin  çap  üsulu  və  ya  elastik  formada  çap  üsulu  ilə).  Sonrakı  formalaşdırma  bu 




60 

 

yazılara  əhəmiyyətli  təsir  etmir.  Əmtəə  qablaşdırılaraq  formaya  salındıqdan  sonra 



qablaşdırıcının bir yarısı digərinin üzərini örtüərək bağlanır və ya yastı folqa təbəqəsi 

ilə örtülür.  Qablaşdırmanın hermetikliyi  ultrasəs  üsulu  və  ya  termiki  emal  üsulu  ilə 

həyata keçirilir.  

Folqalardan  böyük  əyilmə  radiusuna  malik  sadə,  məqsədəuyğun  qablaşdırma 

formalarının yaradılması daha səmərəlidir, belə ki folqaların qabalığı qablaşdırmada 

xırda detalların və kiçik radiusa malik əyrilərin yaradılmasına imkan vermir. 

Kombinələşirilmiş  materialllardan  olan  bu  növ  qablaçdırıcılar  qurudulmamış 

konsentratların, bitki  yağlarının, süd məhsullarının, piylərin, şirniyyat  məhsullarının 

və müxtəlif konservlərin qablaşdırılması üçün daha geniş tətbiq oluna bilər. 


Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin