38
II FƏSİL. POLİMER ƏSASLI QABLAŞDIRICI MATERİALLARIN
KEYFİYYƏT GÖSTƏRİCİLƏRİ VƏ ONLARIN QİYMƏTLƏNDİRİLMƏSİ
2.1. Polietilen və polipropilendən olan qablaşdırıcı materiallarının keyfiyyət
göstəricilərinin xarakteristikası
Polimer qablaşdırıcı materialların keyfiyyətinə qoyulan bir sıra tələblər uyğun
standartlarda normalaşdırılır. Standartlarda taraların ölçüləri, onların altlıqlarda
yerləşdirilməsinin təxmini sxemləri müəyyən edilərək göstərilir. Bundan başqa tara
və qablaçdırılmanın nəqqliyyat səmərəliliyi göstəriciləri standartlarda öz əksini tapır
ki, buraya da anbarlaşdırma əmsalı(nəqliyyat vasitələrinin anbar otaqlarının
sahələrindən istifadə dərəcəsi), paketləmə əmsalı və s. kimi göstəricilər daxildir.
Standartlarda materialların hazırlanması, konstruksiya xüsusiyyətləri, ölçü, kütlə
nöqteyi nəzərindən taraların ən səmərəli növlərinin hazırlanması məsələləri də
nəzərdən keçirilir.
Taraların standartlaşdırılmasının əsas məsələlərindən biri də taralara qoyulan
ümumi-texniki tələblərin, onların keyfiyyətcə qəbulu, markalanması daşınması və
saxlanması qaydalarının müəyyən edilməsidir.
Polimer materiallardan olan tara və qablaşdırmalar a aid edilən terminlər və
keyfiyyət tələbləri aşağıdakı standartlar üzrə reqlamentləşdirilir: QOST 17521, QOST
18338, QOST 16 299.
Standart üzrə polimer taraların əsas təsnifat əlaməti onların təyinatı hesab edilir
ki, bu əlamətə görə də polimer tara və qablaşdırmalar aşağıdakı qruplara bölünür:
istehlak tarası, istehsal tarası, nəqliyyat tarası, xüsusi tara.
Nəqliyyat-istehsal taraları polimer taralar içərisində öz çəkisinə görə əhəmiyyətli
yer tutur. Bu taralar məhsullrın daşınması, anbarlaşdırılması və saxlanması məqsədilə
tətbiq edilir. Nəqliyyat tarasının düzgün seçilməsi daşınmanın səmərəliliyini və
etbarlılığını təmin edir. Məhsulların zədələnməsinin 25%-dən çoxu taranın düzgün
seçilməməsi ilə bağlıdır. Aşağıda nəqliyyat taralarının təsnifatı verilmişdir:
Ölçülərin sabitliyinə görə - qaba və yumşaq;
39
İstifadə müddətinə görə - birdəfəlik və çoxdəfəli;
Qablaşdırılan məhsulun növünə görə - maye, dənəvər, ədədi məhsullar
üçün;
Hazırlanma üsuluna görə - qaynaq, yapışqan, üfürmə, tökmə,presləmə,
termiki formalaşdırma üsulu ilə hazırlanan;
Materialına görə - polietilen, polivinilxlorid, polipropilen, rezin-polietilen,
kombinələşdirilmiş materiallardan;
Kompaktlığına görə - sökülən, sökülməyən;
Qablaşdırılmasına görə - hermetik, izobarik, açıq.
Təkrar istifadə olun polimer taraların ən geniş yayılmış növləri yeşiklərdir ki,
bunlar da QOST-17358-in tələblərinə nəzərən tərtib edilir (Cədvəl 2.1).
Cədvəl 2.1
Yüksək və aşağı tezlikli polietilendən hazırlanan polimer nəqliyyat taralarının keyfiyyətinə
Dostları ilə paylaş: