Kimyəvi davamlılıq. Polimer taralara aqressiv materialların qablaşdırılması
zamanı polimer materialın dağılması (kimyəvi destruksiyası) baş verə bilər, ayrı-ayrı
komponentlər tərkibdən ayrıla bilər, materialın şişməsi baş verə bilər. Bundan başqa
polimer materialları müəyyən keçiriciliyə malikdir ki, bu da polimerin və
qablaşdırılan məhsulun kimyəvi təbiətindən asılı olaraq geniş hədlərdə dəyişə bilər.
Aqressiv məhsulların qablaşdırılması üçün bu və ya digər plimerin seçilməsi
imkanını müəyyən edən zaman məhsul itkisi, taranın kütləsinin dəyişməsi,
möhkəmlik xassələrinin, xarici görünüşün dəyişməsi, iykeçirmənin, qablaşdırmadan
sonra məhsulda baş verən dəyişmələrin nəzərə alinması çox vacibdir.
Polimer taraların kimyəvi davamlılığını təyini zamanı müxtəlif üsul və
vasitələrdən istifadə edilir. Burada əsasən sınaqların tutumu 0,05-0,1litrə qədər olan
slindrik formada standart nümunələrdə aparılması nəzərdə tutulur. Sınaq üçün təbəqə
materialdan paketlər də hazırlana bilər. Laboratoriya flakonları və ya paketlər
preparatla birlikdə normal şəraitdə (temperatur20-25°C, nisbi rütubət 50-70%) və
dövri olaraq çəkilir. Nəticələrə əsasən maddələrin taranın divarlarından keçmə sürəti
hesablanır. Aşağıdakı düsturda preparatın illik itkisi faizlə hesablanmışdır:
X = Xн + (PS(365 – τ)
∙100)/Gδ
Burada Xн –preparatın daimi kütlə itkisi sürəti baş verənə qədər olan itkisidir; τ
– daimi itki sürətinin yaranmasına qədər keçən vaxtdır; Р – itki sürətidir; δ – taranın
divarının qalınlığıdır.
36
Polimer materialı tara istehsalı üçün o zaman təklif oluna bilər ki, kimyəvi
davamlılıq sınağı keçirildikdən sonraonun fiziki-mexaniki xassələri 20%-dən çox
olmayaraq dəyişmiş olsun.
Dostları ilə paylaş: |