Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti «magistratura məRKƏZİ»


Poliüzvisiloksanların xassələri və tətbiqi



Yüklə 1,37 Mb.
Pdf görüntüsü
səhifə13/61
tarix02.01.2022
ölçüsü1,37 Mb.
#40669
1   ...   9   10   11   12   13   14   15   16   ...   61
S-f-rov-H-mid

Poliüzvisiloksanların xassələri və tətbiqi. Tərkibindəki Si—O rabitəsinin əlaqə 

enerjisi  89,3  kkal.mol  olduğu  üçün  poliüzvisiloksanların  termosabitliyi  yüksəkdir. 

Bundan  əlavə,  poliüzvisiloksanlar  termiki  və  termosidləşdirici  destruksiyaya  və 

şaxtaya  davamlıdır.  Onların  yüksək  dielektrik  göstəriciləri  temperatur  artdıqda  belə 

dəyişmir.  Poliüzvisiloksan  makromolekulları  çox  çevik  olduqları  üçün  polimerlər 

elastikdir. 

Poliüzvisiloksan  örtükləri  hidrofobdur.  Poliüzvisiloksanların  kimyəvi  davam-

lılığı  yüksəkdir.  Yağlar,  zəif  turşular,  qələvilər  və  müxtəlif  həlledicilər  polimerin 

xassələrinə o qədər də təsir etmir. 

Poliüzvisiloksanlar lak, plastic kütlə, kauçuk rezin, qatran, maye yapışqanlar və 

s. materiallar şəklində geniş tətbiq olunur. 

Silisium-üzvi mayelər rəngsiz, asan həll olan yağlarıdr: 

 

 



 



3

2

3



R

Si

O

R

Si

O

Si

R

n





 

 

Burada, R — CH



3

, C


2

H

5



 radikallardır. 

Bu  yağların  özlülüyü  temperaturdan  asılı  deyildir,  onların  termiki  davamlılığı 

yüksəkdir. Onlar -60°C-dən +280°C-yə qədər temperaturlarda işlədilə bilər. silisium-

üzvi  mayelər  aviamotorların  yağlanmasında  geniş  tətbiq  olunur.  Bundan  başqa, 

onlardan pres-qəliblərin yağlanmasında istifadə etmək olar. 

Poliüzvisiloksanların adgeziyası çox da yüksək deyildir, lakin başqa qatranlarla 

qarışdırıldıqda onların əsasında yüksək temperaturlu yapışqanlar almaq olur. 

Poliüzvisiloksan kauçuklarının ən geniş yayılmış nümayəndəsi polimetilsiloksan 

(silicon) kauçukudur: 



16 

 

 



 

 

 



 

 

 



Silikon  kauçuklarının  xətti  quruluşu  vardır.  Bunlar  tam  doymuş  polimer  ol-

duqları  üçün  oksigenə  davamlıdır.  Silikon  kauçuklarının  molekul  kütləsi 

6

5

10



8

,

2



10

9

,



2



  arasında  dəyişir.  Kauçuklar  -40±45°C  temperatur  intervalında  kris-

tallaşır,  -65±-74°C  temperaturlar  arasında  isə  şüşələşir.  Silikon  kauçuklarının  di-

elektrik  xassələri  yüksəkdir.  Bu  kauçukları  vulkanlaşdırmaq  üçün  peroksidlərdən 

istifadə  edilir.  Alınmış  silikon  rezinlərin  əsas  müsbət  cəhəti  onların  yüksək  termiki 

davamlılığıdır.  Rezinləri  200-250°C  temperaturda  3-4  ay  qızdırdıqda  onların  fiziki-

mexaniki  xassələri  az  dəyişir,  rezinlər  300°C  temperaturda  30-40  saat  işləyə  bilir. 

Rezinlər öz elastikliyini -60°C temperatur qədər itirmir. 

Vulkanizatlar  kipləyici  kimi  və  şlanqlar  hazırlanmasında  tətbiq  olunur.  Silicon 

rezinlərinin  möhkəmliyi  azdır.  Bu  onların  mənfi  cəhətidir.  Bu  qüsuru  aradan 

qaldırmaq üçün kauçuka flüoroplast qarışdırılır. 

Silicon  kauçukları  əsasında  izolyasiyaedici  və  hermetikləşdirici  pastalar  və 

yapışqanlar hazırlanır. 

Poliüzvisiloksanlar  əsasında  presmateriallar  və  penoplastlar  hazırlana  bilər. 

presmateriallar qrupuna prestozlar, voloknitlər və laylı plastiklər daxildir. 

Prestozlar  yüksək  temperatorda  öz  dielektrik  xassələrini  itirmir.  Onların 

əsasında elektro və radiotexniki detallar və s. hazırlanır. 

Voloknitlər  və  laylı  plastiklər  istehsalında  və  laylı  plastiklər  istehsalında  dol-

durucu  kimi  şüşə  lifindən  və  şüşə  parçasından  istifadə  edilir.  Şüşə  tekstolitdən, 

voloknitdən  250-300°C  temperaturda  işləyən  elektroizolyasiya  məmulatları 

hazırlanır. 

   CH


3           

 CH


3       

   CH


3

 

    │            │            │ 



―Si―O―Si―...     Si―O― 

    │            │            │ 

   CH

3         



   CH

       CH



3

          n 

 

 

 




17 

 

Poliüzvisilikon  penoplastları  yanmır,  yüksək  temperatur  davamlıdır,  onların 



gözəl  dielektrik  xassələri  vardır.  Onları  almaq  üçün  hazırlanan  kompozisiya  poli-

metilfenilsiloksan  qatranı,  qaz  əmələ  gətirən  maddə  (diazominobenzol),  doldurucu 

(şüşə  lifi)  və  bərkimə  katalizatoru  qatılır.  Komponentləri  qarışdırıb  xüsusi  pilləli 

temperatur rejimi üzrə qızdırır və penoplast alırlar. 




Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin