Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti «magistratura məRKƏZİ»



Yüklə 1,37 Mb.
Pdf görüntüsü
səhifə16/61
tarix02.01.2022
ölçüsü1,37 Mb.
#40669
1   ...   12   13   14   15   16   17   18   19   ...   61
S-f-rov-H-mid

Sulfoxlorlaşdırılmış polietilen. Sulfoxlorlaşdırılmış polietilen (SXPE)  qipalon, 

yaxud  xaypalon  adı  ilə  buraxılır.  SXPE  sənaye  miqyasında  hələlik  nisbətən  az 

istehsal olunur, lakin xalq təsərrüfatının bu materiala tələbatı ildən-ilə artır. Ona görə 

də ölkəmizdə SXPE-nin istehsalı genişləndirilməlidir. 

SXPE istehsalında xammal kimi polietilen və CCl

4

, həlledicisindən, kükürd qazı 



və xlordan istifadə edilir. 

Kükürd  qazı  –  SO

2

  rəngsiz,  kəskin  qoxulu  qazdır,  havadan  2,3  dəfə  ağırdır. 



Sənaye miqyasında kükürd qazı kolçedanının yandırılması nəticəsində alınır: 

 

4FeS



2

+11O


2

=8SO


2

+2Fe


2

O

3



+Q 

 

Başqa üsula görə kükürdü oksigen mühitində yandırmaqla da kükürd qazı almaq 



olar: 

S+O


2

=SO


Xlor  adi  temperaturda  atmosfer  təzyiqində  yaşıl  rəngli  boğucu  və  qorxulu 

qazdır.  Normal  şəraitdə  sıxlığı  3,21  kq/m

3

-dir.  Atmosfer  təzyiqi  altında  qaynama 



temperaturu 33,6°C, donma temperaturu -102°C-dir. Xlor suda və üzvi həlledicilərdə 

asan həll olur. 

Polietilenin  sulfoxlorlaşması  kükürd  və  xlor  qazlarının  qarışığı  ilə  dördxlorlu 

karbon  mühitində  aparılır.  Reaksiyadan  alınmış  məhsulda  hydrogen  atomlarının  bir 

qismi xlor və sulfoxlor qrupları ilə əvəz olunur: 



20 

 

 



Proses  zəncirvari  mexanizm  üzrə  gedir,  ona  görə  də  həyəcanlandırıcı  kimi 

peroksidlərdən, azobirləşmələrdən, şüalanmadan istifadə etmək olar. 

Sulfoxlorlaşma  dərəcəsi  prosesinin  temperaturunun  və  kükürd  qazının  xlora 

nisbətinin dəyişdirilməsi ilə tənzimlənir. 

Sulfoxlorlaşma prosesinin həm heterogen, həm də homogeny şəraitdə aparmaq 

olar.  Heterogen  sulfoxlorlaşma  zamanı  molekul  kütləsi  80000  olan  alçaq  təzyiqli 

polietilenin narın tozu 40-80°C-də xlor-kükürd qazı qarışığı ilə emal edilir, tərkibində 

18%  xlor  və  3,2%  kükürd  olan  məhsul  alınır.  Sənaye  miqyasında  homogeny 

sulfoxlorlaşma işlədilir və kauçukabənzər xaypalon maddəsi istehsal olunur. 

Homogen  sulfoxlorlaşma  prosesində  fotokimyəvi  həyəcanlandırmadan  istifadə 

edilir.  Molekul  kütləsi  20000  olan  polietilen  dördxlorlu  karbonda  həll  edilir  və  60-

75ºC temperaturda şüalanma şərti ilə xlor-kükürd qazı qarışığında emal edilir. Alınan 

məhsulda 20-45% xlor və 0,4-3% kükürd olur. 

Hazır  məhsul  reaksiya  məhsulundan  ayrılır,  yuyulur  və  qurudulur.SXPE 

aromatic  və  xlorlu  karbphidrogenlərdə  yaxşı  həll  olan,  yumşaq,  kauçukabənzər 

polimerdir. Polimer zəncirində xlorun optimal miqdarı 27%, SO

2

, şəklində kükürdün 



miqdarı isə 1,5% olmalıdır. 

Uzun  müddət  120°C-yə  qədər  temperaturda  qızdırıldıqda  SO

2

Cl  qrupları 



parçalanır  və  SO

2

  qazı  ayrılır.  Ultrabənövşəyi  şüalar  vulkanlaşdırılmamış  polimeri 



parçalayır. 

SXPE metal oksidləri karbamidlər, amidlər, diaminlər və s. maddələrin təsiri ilə 

vulkanlaşır.  Vulkanlaşmanın  sürətini  artırmaq  üçün  prosesi  difenilquanidin,  2-

merkaptotizol və s. maddələr əlavə edilir. Vulkanlaşma prosesində torşəkilli elastiki 

polimer alınır. Diaminlərlə vulkanlaşma zamanı sulfonamide qrupları əmələ gəlir. 

...―CH


2

―CH


2

―CH


2

―CH


2

―...+2Cl


2

+SO


2

→ 

→...―CH―CH



2

―CH


2

―CH―...+2HCl 

              │                            │ 

             Cl                        O=S=O 

                                             │ 

                                            Cl 

 

 

 



 

 



21 

 

Nəmlik  olduqda  vulkanlaşma  prosesi  daha  tez  gedir.  Buna  görə  də  sistemə 



hidratlaşdırılmış  duzların  verilməsi  məsləhətdir.  SXPE  əsasında  hazırlanmış  rezin 

qarışıqları  120-160°C-də  vulkanlaşandan  sonra  bir  sıra  qiymətli  xassələri  olan 

rezinlərə çevrilir. Bu rezinlərin kimyəvi davamlılığı yüksəkdir, onlar xlor, brom, qatı 

turşular mühitində işləyə bilir. SXPE rezinləri oksigenə və ozona yüksək müqavimət 

göstərir. 

SXPE  rezinləri  120°C  temperaturda  uzun  müddət  işləyir.  Aşağı  temperaturda 

onların iş qabiliyyəti doldurucunun miqdarından asılı olaraq dəyişir. Doldurucu 10-

12% olduqda kövrəklik temperature -56ºC-62ºC, 25% olduqda isə -20-30ºC-yə çatır. 

Rezinlərin dartılmaya möhkəmlik həddi 245-280kQ/sm

2

, nisbi uzanması 200-600%-



dir. 

SXPE  əsasında  xüsusi  təyinatlı  rezinlər,  kimyəvi  davamlı  laklar,  rənglər, 

döşəmələr  və  s.  hazırlanır.  Kauçukları  və  rezinləri  ozon  təsirindən  qorumaq  üçün 

onların səthinə lak çəkilir. 

 

 


Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin