Daxili qablaşdırma qutular, flakonlar, bankalar və s. formasında olur. Bu
qablaşdırmada məmulat pərakəndə ticarətdə istehlakçıya çatdırılır.
Xarici qablaşdırma məmulatlrın istehsal yerindən istehlak məntəqələrinə
göndərilməsi və saxlanması zamanı tətbiq edilir. Buna görə də belə taraların bəzi
növləri çoxdəfəli istifadə olunur. Bu qablaşdırmalara yeşiklər reşotkalar, qutular və s.
aiddir.
Xüsusi qablaşdırmaya daha mürəkkəb konstruksiyalı və xüsusi formalı, fərdi
və ya qrup halında olan xüsusi qablaşdırma növləri aid edilir.
Xüsusi qablaşdırma öz konfiqurasiyasına görə xüsusi mürəkkəbliyə malik olan,
qeyri-standart, kövrək məmulatların, laboratoriya üçün olan şüşə cihazların,optiki
aparatları və s. qablaşdırılması üçün istifadə olunur. Xüsusi qablaşdırmalarda əsas
həcmdən başqa əlavə detallar da, yəni müxətlif içliklər, amartizatorlar,dayaqlar,
hermetik üzlüklər də olur.
Xüsusi qablaşdırıcılar konstruksiyasından və hazırlandığı materialın növündən
asılı olaraq qaba, yumşaq və yarımqaba qablaşdırıcılara bölünürlər.
Dostları ilə paylaş: |