Aralıq qablaşdırıcı materiallar əmtəələri xoşagəlməz xarıcı təsirlərdən qoru-
maq (məsələn, bir-birinə təzyiqdən zədələmələrdən, qurumadan, nəmlənmədən və s.)
məqsədilə tətbiq olunur. Aralıq qablaşdırıcı material kimi sintetik pambıq, plyonka,
peno və poroplastlar və s. tətbiq olunur.
Istehlak qablaşdırmasına və qablaşdırıcı materiallara müəyən tələblər qoyulur.
Qablaşdırma gözəl və möhkəm, yüngül və kip, rahat və səmərəli olmalıdır. O,
qablaşdırılan materialın xassələrinə uyğun gəlməlidir.
Qablaşdırıcı materiallar quru və yüngül olmalı əmtəə ilə qarşılıqlı kimyəvi
əlaqəyə girməməli və onda başqa qoxu yaratmamalıdır.
Mal dövriyyəsində qablaşdırmanın rolu onun yerinə yetirdiyi funksiyalarla
müəyyən edilir. Bu funksiyalara aşağıdakılar daxildir:
1) Malı ətraf mühitin təsirlərindən, ətraf mühiti isə malın zərərli təsirlərindən
qorumaq;
2) Malı digər malların təsirindən qorumaq;
3) Malın istehsaldan istifadə yerinə qədər keçdiyi bütün yollarda onun kəmiyyət
və keyfiyyətcə qorunub saxlanması şəraitini təmin etmək;
4) Mallara və digər yüklərə lazımi mobillik vermək və mexanikləşdirilmiş və
çətin proseslər üçün şərait yaratmaq;
5) Malların kəmiyyətcə və keyfiyyətcə qəbulu üçün daha yaxşı şıraitin
yaradılması və həmçinin miqdarca hesablamanı yüngülləşdirmək;
6) Kommersiya informasiyalarının daşıyıcısı və ticarət reklamı rolunun yerinə
yetirilməsi.
Əmtəəşünaslıqda qablaşdırılmış malın kəmiyyət və keyfiyyətcə qorunması
funksiyasını yerinə yetirən istehlak tarası malın ayrılmaz hissəsi hesab edilir.
24
Yuxarıda göstərilən funksiyaları yerinə yetirmək üçün qablaşdırma müəyyən
tələblərə cavab verməlidir ki, bunlara da aşağıdakılar aiddir: funksional tələblər,
erqonomik tələblər, estetik tələblər, ekoloji tələblər (insan və ətraf mühit üçün
təhlükəsizlik), həmçinin etibarlılıq və sosial təyinatlı tələblər.
Dostları ilə paylaş: |