Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti «magistratura məRKƏZİ»



Yüklə 1,37 Mb.
Pdf görüntüsü
səhifə39/61
tarix02.01.2022
ölçüsü1,37 Mb.
#40669
1   ...   35   36   37   38   39   40   41   42   ...   61
S-f-rov-H-mid

 

 

 

 

 

 

 

 

 

 


38 

 

II FƏSİL. POLİMER ƏSASLI QABLAŞDIRICI MATERİALLARIN 



KEYFİYYƏT GÖSTƏRİCİLƏRİ VƏ ONLARIN QİYMƏTLƏNDİRİLMƏSİ 

2.1. Polietilen və polipropilendən olan qablaşdırıcı materiallarının keyfiyyət 

göstəricilərinin xarakteristikası 

 

Polimer  qablaşdırıcı  materialların  keyfiyyətinə  qoyulan  bir  sıra  tələblər  uyğun 

standartlarda  normalaşdırılır.  Standartlarda  taraların  ölçüləri,  onların  altlıqlarda 

yerləşdirilməsinin  təxmini  sxemləri  müəyyən  edilərək  göstərilir.  Bundan  başqa  tara 

və qablaçdırılmanın nəqqliyyat səmərəliliyi göstəriciləri standartlarda öz əksini tapır 

ki,  buraya  da  anbarlaşdırma  əmsalı(nəqliyyat  vasitələrinin  anbar  otaqlarının 

sahələrindən  istifadə  dərəcəsi),  paketləmə  əmsalı  və  s.  kimi  göstəricilər  daxildir. 

Standartlarda  materialların  hazırlanması,  konstruksiya  xüsusiyyətləri,  ölçü,  kütlə 

nöqteyi  nəzərindən  taraların  ən  səmərəli  növlərinin  hazırlanması  məsələləri  də 

nəzərdən keçirilir.  

Taraların  standartlaşdırılmasının  əsas  məsələlərindən  biri  də  taralara  qoyulan 

ümumi-texniki  tələblərin,  onların  keyfiyyətcə  qəbulu,  markalanması  daşınması  və 

saxlanması qaydalarının müəyyən edilməsidir.  

Polimer  materiallardan  olan  tara  və  qablaşdırmalar  a  aid  edilən  terminlər  və 

keyfiyyət tələbləri aşağıdakı standartlar üzrə reqlamentləşdirilir: QOST 17521, QOST 

18338, QOST 16 299. 

Standart üzrə polimer taraların əsas təsnifat əlaməti onların təyinatı hesab edilir 

ki,  bu  əlamətə  görə  də  polimer  tara  və  qablaşdırmalar  aşağıdakı  qruplara  bölünür: 

istehlak tarası, istehsal tarası, nəqliyyat tarası, xüsusi tara.  

Nəqliyyat-istehsal taraları polimer taralar içərisində öz çəkisinə görə əhəmiyyətli 

yer tutur. Bu taralar məhsullrın daşınması, anbarlaşdırılması və saxlanması məqsədilə 

tətbiq  edilir.  Nəqliyyat  tarasının  düzgün  seçilməsi  daşınmanın  səmərəliliyini  və 

etbarlılığını  təmin  edir.  Məhsulların  zədələnməsinin  25%-dən  çoxu  taranın  düzgün 

seçilməməsi ilə bağlıdır. Aşağıda nəqliyyat taralarının təsnifatı verilmişdir:  

  Ölçülərin sabitliyinə görə - qaba və yumşaq; 



39 

 

  İstifadə müddətinə görə - birdəfəlik və çoxdəfəli; 



  Qablaşdırılan  məhsulun  növünə  görə  -  maye,  dənəvər,  ədədi  məhsullar 

üçün; 


  Hazırlanma  üsuluna  görə  -  qaynaq,  yapışqan,  üfürmə,  tökmə,presləmə, 

termiki formalaşdırma üsulu ilə hazırlanan; 

  Materialına görə - polietilen, polivinilxlorid, polipropilen, rezin-polietilen, 

kombinələşdirilmiş materiallardan; 

  Kompaktlığına görə - sökülən, sökülməyən; 

  Qablaşdırılmasına görə - hermetik, izobarik, açıq.  

Təkrar  istifadə  olun  polimer  taraların  ən  geniş  yayılmış  növləri  yeşiklərdir  ki, 

bunlar da QOST-17358-in tələblərinə nəzərən tərtib edilir (Cədvəl 2.1).

 

     Cədvəl  2.1 



Yüksək və aşağı tezlikli polietilendən hazırlanan polimer nəqliyyat taralarının keyfiyyətinə 


Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin