58
Kombinələşdirilmiş polimer materiallardan olan qablaşdırıcılar. Əgər isteh-
lak qablaşdırmasına bir neçə müxtəlif tələblər qoyulursa kombinələşdirilmiş ma-
terialların seçilməsi məqsədəuyğundur ki, bunlar da öz xassələrinin məcmusuna görə
bütün qoyulan tələblərə cavab verir.
Kombinələşdirilmiş qablaşdırma materiallarının hazırlanması üçün aşağıdakı
üsullardan istifadə olunur: metallaşdırma yolu ilə örtük qatına polimer plyonkanın
çəkilməsi; bağlayıcı maddənin köməyi ilə iki və ya daha çox eyni cinsli və ya
müxtəlif cinsli materialıların birləşdirilməsi; kağızın səthinə plyonka şəklində örtük
qatının çəkilməsi;kağız materialının müxtəlif polimer tərkibləri ilə hopdurulması
bütün sadalanan üsulların birləşdirilməsi.
Qablaşdırmada daha geniş istifadə olunan kombinələşdirilmiş materialları
nəzərdən keçirək.
Təbəqəli poliefir plyonkaları poletilen, polipropilen və ya polivinilxlorid
örtüklərinin ekstruziyası üsulu ilə əldə edilir. Belə materiallar kisələr və paketlər
şəklində vakkum altında, bişirilən yeyinti məhsullarının qablaşdırılması üçün istifadə
olunur; bu qablaşdırıcı materiallar kofenin də qablaşdırılmasında müvəffəqiyyətlə
istifadə olunur.
Təbəqəli plyonkadan olan paketlər ucuzdur və ənənəvi qablaşdırıcı material-
lardan daha yüngüldür. Beləliklə həm qablaşdırmada səmərə əldə etmək, həm də
daşınma xərclərini aşağı salmaq mümkündür. Təbəqəli plyonkalardan həmçinin
tutumu 22 litr olan elastik konteynerlər də hazırlamaq mümkündür ki, bunlar da
büzməli kartonlardan olan qutularda yerləşdirilir.
Sellüloza əsaslı təbəqəli plastiklərdən və polietilendən meyvə şirələri üçün
yarımelastik paketlər də hazırlanır. Paketin dibində çıxıntıy abənzər altlıq olur ki, bu
da məhsulun doldurulması zamanı düzlənir və paketlər upruq və davamlı olur.
Təbəqəli plastiklərin üz qatına anilin boyaqlarından qravirovka və çap üsulu ilə
naxışlar da salmaq mümkün olur. Naxışları həmçinin orta qatda da yaratmaq olur,
bundan sonra naxışlar iki təbəqənin arasında əks olunur. Bu halda naxışlar paketə
59
doldurulan məhsulla toxunmur və plyonkanın həm daxili, həm də xarici qatından
silinməkdən qorunur.
Polietilendən olan metallaşdırılmış plyonkalar çox yüksək maraq yaradır. Bunlar
çox yüksək dekorativliyə, geniş rəng diapozonuna malikdirlər ki, bu da çox asan və
sadə yolla – səthin boyanması və laklanması yolu ilə əldə edilir. Yeyinti məhsulları
üçün nəzərdə tutulan metallaşdırılmış polietilen plyonkalar yüksək dekorativliyə
malik olması ilə yanaşı məhsulun uzun müddət ərzində qorunub sxlanmasını təmin
edir.
Parça, karton, kağız, hətta metal folqalar əmtəənin yüksək qorunması üçün
plastik plyonka və ya plastik kürtlə əsaslı lak qatı ilə örtmək olar. Parçaları plastik
kütlə dispersiyaları ilə və yaxud məhlullarla hopdurmaq mümkündür.
Bu məqsədlə istifadə üçün lak örtükləri yararlıdır ki, bunlar da əsasən aşağıdakı
qətranlar əsasında hazırlanır: fenolformaldehid, melamin, alkid, epoksid və s.
Polivinilxloriddən, polistiroldan, polivinilasetatdan olan laklar qeyri-üzvi
turşuların qələvilərin, duz məhlullarının təsirinə qarşı yüksək davamlılığa malikdirlər.
Poliamid lakları digərlərindən fərqli olaraq, benzinin təsirinə, həmçinin səthi
zədələnmələrə qarşı daha davamlıdırlar. Slikatlaşdırılmış lakların səthə çəkilməsi
taraların istiliyə davamlılığını təxminən +25°C-yə qədər yüksəldir.
Uyğun antikorroziya qoruyuculuğunu polivinilxlorid, poliamid, polietilen
örtüklər təmin edir ki, bunlar da püskürtmə üsulu ilə taraların səthində yaradılır.
Son illərdə ölkəmizdə və xaricdə kombinələşdirilmiş materiallardan (alüminium
folqasından və poliefir plyonkadan) qablaşdırıcıların yaradılmasının yeni üsulu
işlənib hazırlanmışdır ki, bu üsul pnevmoformalaşdırma üsulu adlanır.
Tələb olunan ölçüdən və möhkəmlikdən asılı olaraq qablaşdırıcıların hazırlan-
ması üçün müxtəlif qalınlıqlı folqalardan istifadə olunur. Qalınlığı 0,05 mm olan
folqaların poliefir plyonka qatı daha möhkəm edir və lazım gəldikdə qablaşdırmanın
həcmini iki dəfəyə qədər artırmağa imkan verir.
Formalaşdırmadan əvvəl folqaya informasiya yazıları və qrafik işarələr vurulur
(dərin çap üsulu və ya elastik formada çap üsulu ilə). Sonrakı formalaşdırma bu
60
yazılara əhəmiyyətli təsir etmir. Əmtəə qablaşdırılaraq formaya salındıqdan sonra
qablaşdırıcının bir yarısı digərinin üzərini örtüərək bağlanır və ya yastı folqa təbəqəsi
ilə örtülür. Qablaşdırmanın hermetikliyi ultrasəs üsulu və ya termiki emal üsulu ilə
həyata keçirilir.
Folqalardan böyük əyilmə radiusuna malik sadə, məqsədəuyğun qablaşdırma
formalarının yaradılması daha səmərəlidir, belə ki folqaların qabalığı qablaşdırmada
xırda detalların və kiçik radiusa malik əyrilərin yaradılmasına imkan vermir.
Kombinələşirilmiş materialllardan olan bu növ qablaçdırıcılar qurudulmamış
konsentratların, bitki yağlarının, süd məhsullarının, piylərin, şirniyyat məhsullarının
və müxtəlif konservlərin qablaşdırılması üçün daha geniş tətbiq oluna bilər.
Dostları ilə paylaş: