Plastik kütlə materialları kövrək məmulatları sınmadan və zədələnmədən qorumaq
məqsədilə aralıq və amortizasiya materialı kimi və həmçinin məmulatları temperatur
təsirindən qorumaq üçün izolyasiya materialı kimi tətbiq olunur. Adətən aralıq və
62
amortizasiya materialları kimi tətbiq edilən ağac yonqarı, büzməli karton, keçə və
başqa materiallara köpükləndirilmiş plastikatlar adlanan penoplast əlavə edilir.
Müxtəlif qətranlar və elastomerlər əsasında alınan çoxlu miqdarda penoplastlar
vardır. Bunlar bərk, yumşaq, elstiki olmaqla bölünürlər, strukturuna görə isə
penoplastlar açıq və qapaı məsaməli (nüvəli) materiallara bölünürlər.
Penoplastlar onları çox qiymətli tara növü kimi tanıdan bir –sıra qiymətli
xassələrə malikdirlər. Qablaşdırıcı penoplast materiallarının əsas üstünlüyü ondadır
ki, onlardan elə konstruksiyalar və formalar əldə etmək mümkündür ki, bunlar yüksək
dərəcədə dəqiqliklə qablaşdırılan əmtəənin kontrlarını əhatə edir və nəticədə onları
bütün mümkün olan zədələnmələrdən qoruya bilir.
Özünün xassələr məcmusuna görə polistirol əsaslı penoplastlar– penopolisti-
rollar qablaşdırıcı məmulatların hazırlnmasında geniş tətbiqini tapmışdır. Peno-
polistirol kövrək və bahalı alətlərin, ölçü və optiki cihazların, tibb alətlərinin,
fotoaparatların və s. qablaşdırılması üçün həcmli qablaşdırıcı futlyarların hazırlan-
masında istifadə olunur. Penopolistirol aralıq materialı kimi də müxtəlif növlü aralıq
formalar şəklində də istifadə olunur.
Penoplastların amortizasiya qabliyyəti xüsusi yük ilə, başqa sözlə desək
penoplastın qablaşdırılan əmtəəyə toxunan vahid səthinə düşən kütlə ilə təyin edilir.
Penoplastın əyilmə və sıxılma möhkəmliyini epoksid qətranlarından olan örtük
qatının çəkilməsi ilə yüksəldilə bilər.
Qablaşdırıcı material kimi elastik plastik kütlələrin tətbiqi geniş yayılmışdır ki,
bunlar da yumşaq və upruq sintetik materiallardan ibarət olmaqla davamlı mexaniki
yüklərə, həmçinin, tez-tez yaranan itələmələrə və zərbələrə qarşı davamlıdırlar.
Əvvəllər belə qablaşdırıcı və aralıq materialı kimi məmulatları mexaniki zədələn-
mələrdən qorumaq üçün ağac yonqarı, doğranmış mantar, toxuculuq materialları,
bitki və heyvanat mənşəli liflər tətbiq olunurdu.
Müasir dövrdə poliuretan penoplastların tətbiqi daha geniş yayılmışdır ki, bunlar
yüngül və ucuz materiallar olub, bütövlükdə elastik taralara qoyulan təəblərə cavab
63
verir – qablaşdırılan əşyaları zərbədən etibarlı müdafiə edir, temperatur dəyişmə-
lərindən qoruyur, rütubətin, nəmliyin yaranmasının qarşısını alır və s.
Qablaşdırıcı material kimi elastik plastik kütlələrdən polietilen köpüyü daha çox
maraq doğurur, hansı ki, bunlar da 90% bağlı məsamələrə malikdirlər və zərbələri və
təkanları yüksək udmaq qabliyyətinə malikdirlər.
Qablaşdırıcı material kimi elastik xassəli plastik kütlələrin istifadə imkanlarının
ən maraq doğuran cəhətlərindən biri də odur ki, bu materiallar bir-biri ilə və digər
materiallar və maddələrlə çox yaxşı uzlaşa bilir. Məsələn. şüşə lifləri ilə möhkəm-
ləndirilmiş plastik kütlələr çox geniş tətbiq olunur. Bunlar termoplastların şüşə lifi ilə
birləşməsindən alınan qablaşdırıcı plyonkalardır. Bu plyonka materiallarında şüşə
lifləri müstəsna dağılma möhkəmliyi yaratmaqla yanaşı, həm də dekorativ
məqsədlərə xidmət edir.
Son dövrlərdə həmçinin qiymətli kövrək cihazları hava ilə doldurulmuş elastik
yastıqların vasitəsilə qablaşdırılması üsulu olduqca geniş yayılmışdır. Bu yastıqlar
əsasən polivinilxlorid plyonkadan hazırlanır. Belə plyonkaların yüksək möhkəmliyi
hava ilə doldurulmuş yastıqların 10t-a qədər yükə davam gətirməsinə imkan verir.
Pnevmatik qablaşdırıcılar (elastik yastıqlar) kövrək yüklərin daşınması zamanı çox
qiymətlidirlər, belə ki, hava yastıqları istənilən nəqliyyat vasitəsilə daşınma zamanı
qaçılmaz olan kəskin silkələnmələri, təkanları, zərbələri və s. udur.
Iri tutumlu bərk və yumşaq taralar üçün içlik kimi polietilen kisələrdən istifadə
etməyə başlamışlar. Polietilen plyonkalar su buxarını keçirmirlər, buna görə də onlar
hiqroskopik məhsulların və məmulatların rütubətin təsirindən tam qorunmasını təmin
edir, bundan başqa çox vcibdir ki, bunlar əyilmə yerlərindəə təbəqələrə ayrilmır və
sədələnmir.
İçlik plyonklar qablaşdırılan materialın çirklənməsini istisna edir. Polietilen
plyonkaların üstünlüyü həm də onların kimyəvi davamlılığı və hrtmetikliyidir ki, bu
da onlardan olan kisələrə məhsulları qablaşdırmağa imkan verir. İçliyin olması xarici
qablaşdırmaya qənaət etməyə imkan yaradır.
64
Plastik kütlədən olan tutumlar müxtəlif forma və ölçülərdə hazırlanır, onlar
maye və dənəvər məhsulların qablaşdırılması üçün rahatdırlar, gözəl və gigiye-
nikdirlər.
Dostları ilə paylaş: