Bazara təklif edilən biopolimerlərin növləri
Neft əsaslı
İstehsaledici (marka)
Poliestr (müəyyən növləri)
BASF, DuPont, Eastman
Bitki əsaslı
İstehsaledici (marka)
Buğda əsaslı
Novamont (MaterBi), Solany, Plantik
Polihidroksilalkanlar
Prokter &Camble
Süd turşusu polimeri
Cargil Dow, Mitsui(Lacea), Hycail
Sellüloza asetatlar
Eastman (Tenite),İFA (Fasal)
Buğda qarışığından olan
Novamont,Stalenco
Bipolimerlər müxtəlif texnologiya ilə istehsal oluna bilər: yəni həm bitki və
heyvanat mənşəli materiallardan, həm də neft-kimya məhsulları əsasında.
Biopolimerlərdən ən çox istifadə ediləni poliestrdir ki, bu da süd turşusu və
polihidroksilalkanlar əsasında alınır. Hətta yeyinti sənayesinin tullantıları biopolimer
qablaşdırıcıların hazırlanmasında tətbiq edilə bilər. Məsələn, kartof qabıqları Solany
markalı biqablaşdırıcıların alınmasında əsas xammal kimi istifadə olunur.
Biopolimer materialların xassələri ənənəvi plastiklərin xassələrinə oxşardır
(polietilen, polipropilen və s.). Lakin materialda mövcud olan yeni struktur onun yeni
texniki xarakteristikalara və imkanlara malik olmasına səbəb olur. Məsələn süd
turşusu polimeri əsasında alınan qablaşdırıcı materiallar kulinariyada daha çox
istifadə olunmaqla məhsulları üzun müddət təzə saxlamağa imkan verir. Buğda
66
qarışığı əsaslı biopolimerdən alınan qablaşdırıcı material isə meyvə və tərəvəzlərin
qablaşdırılmasında istifadə edilir ki, bu da saxlanma zamanı lazımi rütubətlilik
səviyyəsini ideal şəkildə təmin edir.
Aparılan tədqiqatlar göstərir ki, biopolimer qablaşdırıcılar istehlskçılar razı
salmaqla həm də yüksək ekoloji tələblərə cavab verir.
Dostları ilə paylaş: |