Alınma üsulları. Polietilen plyonkalar ekstruziya üsulu ilə alınır. Bu plyonkalar
çörək, tərəvəz, ət və toyuq üçün paketlərin istehsalında, zibil kisələrinin, yüklərin
bərkidilməsi üçün plyonkaların hazırlanmasında istifadə olunur.
Aşağı sıxlıqlı polietilen həmçinin, digər termoplastik polimerlərlə kombinələş-
dirilmiş plyonkaların hazırlanmasında, kağız, karton, alüminium folqalarının üzərinə
çəkilmək üçün istifadə olunur. Çoxqatlı kombinələşdirilmiş materialların alınması
üçün digər imkan isə başqa plyonkalarla – poliefir, tsellofan və alüminiumla-
qarışdırılmadır. Bütün bu kombinələşdirilmiş plyonkalarda aşağı sıxlıqlı polietilen
təbəqəsi plyonkaya əla qaynaq edilmə xüsusiyyəti, digər qatlar isə möhkəmlik və
qoxunu keçirməməzlik xassəsi verir.
68
Müəyyən edilmiş xassələri əldə etmək üçün polietilenin vinilasetatla birlikdə
alınması həyata keçirilir. Bu plyonkalar yaxşı möhkəmliyə malik olması ilə yanaşı
daha şəffafdırlar və daha yaxşı qaynaq edilmə (yapışma) xüsusiyyətinə malikdirlər.
Buna görə də bu materiallar qızdırılma zamanı digər materiallara daha yaxşı adgeziya
oluna bilirlər, onlar həm də karton və digər materialların üzərinə daha yaxşı yapış-
dırıla bilirlər.
Polietilen HDPE – bu polietilen yüksək sıxlığa malikdir. Bu material qalınlığı 7
– 100 mkm olan plyonkaların hazırlanması üçün istifadə olunur. “Sintetik kağız”
adlanan material bu plyonkanın bir növüdür. Bu material kağızın bütün xassələrinə
malik olmaqla yanaşı, həm də suyu keçirmir. Bu material yaxşı rənglənir və onun
üzərində yazı çap etmək mümkündür. Plyonkanın özü şəffaf rəngdədir və ondan
qablaşdırılan yük yaxşı görünür.
Bundan başqa hava qabarcıqlı plyonkalar da vardır ki, bunlar iki qatdan
ibarətdir: saya qat və qabarçıq yuvacıqlı qat. Bu material əla ammortizasiya və
termoizolyasiya xüsusiyyətlərinə malkdir.
Kombinələşdirilmiş poletilen plyonkalar oksigen təsirinə qarşı həssas olan
məhsullar üçün istifadə olunur. Belə plyonkalar sənaye məhsullarının qablaşdırıl-
masında daha kütləvi şəkildə istifadə olunurlar.
Şlanqlı (xortumlu) polietilen plyonkaların köməyi ilə məhsulların karton
qutularda qablaşdırılmasına xidmət edən paketlər hazırlanır və qaynaq edilir. Onlar
yığılma xüsusiyyətinə malkdirlər. Plyonkalı paketlərə maye məhsulu götürmək üçün
süzücü klapanlar quraşdırılır, məhsulun götürüldüyü miqdarda paket içərisinə hava
buraxmadan sıxılır, eyni zamanda saxlama müddətini artırır.
HDPE – polimeri üfürmə balonlarının, boçkaların, kanistrlərin hazırlanmasında
geniş tətbiq olunur ki, bunlar da bütün mümkün kimyəvi maddələrin daşınması və
saxlanması məqsədinə xidmət edir. HDPE-nin başqa bir növü yüksək molekullu
polimer olub, təhlükəli yüklərin daşınması üçün taraların hazırlanmasında istifadə
olunur.
69
HDPE polimerindən olan qablaşdırmalar içərisində butılkalar üçün olan yeşiklər
və zibil üçün olan konteynərlər ən populyar olmaqla qalmaqdadır.
HDPE polimeri həmçinin şampun qablarının, kosmetikaların, təmizləyici
vasitələrin qablaşdırılması üçün butılkaların, flakonların hazırlanmasında istifadə
olunur. Bu polietilen həm də penomaterialların hazırlanması üçün çox yaxşıdır, bu
materialların üst səthi məhsulları zədələnmədən qoruyur. Bu material müxtəlif rəng-
lərə çox asanlıqla boyanır, elektron pribor və detalların qablaşdırılmasında istifadə
edilə bilər, belə ki, penopolietilen antistatik materialların əlavəsi ilə hazırlanır.
Kombinələşdirilmiş plyonka və plitələrlə eyni sıradapenpoletilendən hazırlanmış
fasonlu qablaşdırmalardan da istifadə olunur. Penopolietilenin istilik təsirlərinə qarşı
davamlılığı polimer şaxələrinin yaranması və ya yüksəkenerjili şüalanma ilə
əhəmiyyətli dərəcədə artır. Bu polietilendən müxtəlif diametrli torlu şlanqlar (xor-
tumlar) da hazırlanır. Xüsusi ekstruziya metodu nəticəsində belə xortumlarda qaynaq
yerləri demək oar ki, olmur. Bu qablaşdırmalar rulon şəklində bükülür və buna görə
də məhsullar avtomatik sistemlə qablaşdırıla bilər. Belə torlu qablaşdırmalar tərəvəz
və meyvələrin və o cümlədən sənaye məhsullarının qablaşdırılmasında istifadə
olunur.
LLDPE markalı xətti poletilen - aşağı sıxlıqlı polietilendir. Bu polimer son
dövürlərdə istehsalda geniş tətbiq olunur. Bu polimerdən olan plyonkalar çat, cızıq
yaranmaya qarşı davamlıdır, yaxşı möhkəmliyə, şəffaflığa və oksigenə münasibətdə
baryer xüsusiyyətlərə malikdirlər. Bu plyonkaların əsas tətbiq sahələri elastik və
termiki yığılan plyonkaların, həmçinin ağır yüklərin və tullantıların qablaşdırılması
üçün qablaşdırmların hazırlanmasıdır.
Böyük yüklərin qaldırılması üçün nəzərdə tutulan kisələr xüsusi polipropilen və
polietilen lentlərdən hazırlanr. Bəzi kisələrin daxilindəəlavə olaraq poletilen örtük
istifadə olunur ki, bu da qablaşdırmanın toz və rütubət keçirməməsiniı təmin edir.
Dondurulmuş məhsulların qablaşdırılmasında LLDPE-nin tətbiqi onun aşağı
temperaturlarda malik olduqları xarakteristikalarla şərtləşir. Bu polimerin dartılan
plyonkaların hazırlanmasında tətbiqi sürətlə genişlənir. Lakin LLDPE- nin əsas
70
çatışmamazlığı onun çətin emal edilməsidir ki, bu da polimrerin özünün məhdud
molekulyar kütlədə paylanması ilə bağlıdır.
Dostları ilə paylaş: |