Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti «magistratura məRKƏZİ»


Polimer materiallarının xassələri və məhsullrın qorunub saxlanma müddə-



Yüklə 1,37 Mb.
Pdf görüntüsü
səhifə57/61
tarix02.01.2022
ölçüsü1,37 Mb.
#40669
1   ...   53   54   55   56   57   58   59   60   61
S-f-rov-H-mid

Polimer materiallarının xassələri və məhsullrın qorunub saxlanma müddə-

ti.  Məhsulların  saxlanma  müddəti,qida  məhsulları  istehsalçılarının  qablaşdırma 

materiallarını  seçən  zaman  qarşıyaqoyduqları  əsas  suallardan  biridir.  Əlbəttəbelə 

seçim  zamanı  qablaşdırma  materiallarını  istehsal  edən  şirkətlərin  məsləhəti  və 

təklifləri  əsas  rol  oynayır.  Dəqiq  seçim  üçün  təkcə  müxtəlif  qablaşdırma  material-

larının  xüsuiyyətləri  haqqında  məlumarlara  malik  olmaq  azdır,  bu  zaman  həm  də 

seçimə elmi, savadlı və şüurlu şəkildə yanaşmaq lazımdır.  

Qida məhsullarının keyfiyyətini və saxlama müddətini artırmaq üçün məhsulda 

müxtəlif  qazların,  buxarların,  qoxuların  yaranmasının  qarşısını  alan  xüsusi  polimer 

materialları  istifadə  olunur.  ən  təhlükəsiz  qablaşdırma  növü  çoxqatlı  plyonkalardan 

hazırlanan paketlər hesab olunur. Bu qablaşdırmalar öz daxilində davamlı atmosferi 

saxlamağa imkan verir ki, bu da zərərli mikroorqanizmlərin inkişafının qarşısını alır 



71 

 

və məhsulun sonrakı təhlükəsiz istifadəsini təmin edir. Əgər bu paketlər pasterizə və 



strelizə edilmiş olarsa, bu zaman onlarda qablaşdırılan məhsulların saxlanma müddəti 

də çox uzun olacaqdır. Ayrılıqda götürüləndə polimer materialları bütün tələb olunan 

xassələrə malik olmurlar və istehlak xassələrinin bütün tələb olunan palitrasını təmin 

edə bilmirlər. Bir çox materialların əsas çatışmayan cəhəti ondan ibarətdir ki, onların 

əksəriyyəti qablaşdırılma altlıqlarına qaynaq edilmə keyfiyyətinə malik material kimi 

istifadə oluna bilmir. Buna görə də daha çox bu məqsədlə çoxqatlı xüsusi plyonkalar 

istifadə  olunur  ki,  bunlar  da  yaxşı  baryer  xüsusiyyətlərə  malikdirlər.  Onlar 

qablaşdırmalara  qoyulan  bütün  vacib  istehlak  tələblərini  təmin  edə  bilirlər  və 

məhsulu daha uzun müddətə qoturub saxlamaq imkanı yaradırlar. 

Belə plyonkalar iki üsulla istehsal edilir: laminasiya üsulu və ekstruziya üsulu. 

Laminasiya  prosesi  bir-neçə  üsulla  həyata  keçirilir.  İsti  laminasiya  və  soyuq 

laminasiya üsulu. İsti laminasiya üsulu o zaman tətbiq edilir ki, qatlardan biri və ya 

hər  ikisi  yapışdırılmamışdan  əvvəl  əridilir  və  ya  qatların  arasına  adgeziyaedici 

adlandırılanxüsusi əridilmiş polimer materialı doldurulur. Soyuq laminasiya müxtəlif 

yapışqanların istifadəsi zamanı tətbiq edilir.  

Su buxarları və müxtəlif qzlarla qarşılıqlı əlaqəyə girmək baxımından ən geniş 

yayılan  polimer  material  növlərinə  poliamid,  etilenvinil  spirti,  polietilentetraftalat  – 

lavsan  və  polivinildixlorid  aid  edilir.  Su  buxarına  münasibətdə  baryer  xassələrinin 

azaldılması  dərəcəsinə  görə  polimer  materialları  yüksək  sıxlıqlı  polietilen, 

polipropilen və aşağı sıxlıqlı polietilenə bölünür.  

Polimer  materiallarının    baryer  xassələrinə  bir-neçə  amillər  təsir  edir:  ətraf 

mühitin  temperaturu,  materialın  qalınlığı  və  polimerin  orientasiya  dərəcəsi.  Orien-

tasiya  dərəcəsi–plyonka  materialı  daxilində  molekulyar  polimer  zəncirinin  dartıl-

masını  ifadə  edən  xarakteristikadır.  Bu  göstəricini  plyonkanın  istehsalı  prosesində 

polimer ərintisinin dartılma əmsalı ilə müəyyən edirlər.  

Qablaşdərma  materiallarının  baryer  xassələri  onu  qlınlığının  artması  və  ətraf 

mühitin temperaturunun azalması ilə yüksəlir. Bunlar polimer materiallarının baryer 

xassələrinə  təsir  edən  əsas  amillərdir.  Buxarın  qablaşdırıcıya  nüfuz  etməsinin 




72 

 

qarşısını almaq qbliyyətinə malik olan istənilən qablaşdırıcının seçilməsi zamanı tez-



tez tərkibinə yüksək sıxlıqlı polietilen daxil olan plyonkalar seçilir.  

Daha  steril  qida  məhsullarının  qablaşdırılması  zamanı,qablaşdırmaya 

doldurulma anından keçən vaxt  və məhsulun saxlanma  şəraiti əhəmiyyət kəsb edir. 

Son  zamanlarda  bu  məqsədlə  baryer  plyonkalardan  hazırlanan  və  içərisinə 

əddəlcədən bakteriyalardan təmizlənmiş hava vurulan paketlərdən istifadə olunur.  

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 


Yüklə 1,37 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin