Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti



Yüklə 0,97 Mb.
Pdf görüntüsü
səhifə23/34
tarix02.01.2022
ölçüsü0,97 Mb.
#41662
1   ...   19   20   21   22   23   24   25   26   ...   34
lham-Sultan-q-z-Qas-mzad-

 

3.2.3  Rusiya Federasiyası və Birləşmiş Krallıq 

Britaniya  tərəfindən  Avropa  İttifaqını  tərk  etmək  haqqında  verilən  qərar  onun 

Avropa ilə gələcək münasibətlərini şübhə altına alır. Bu Rusiya üçün etibarlı ticarət 

tərəfdaşına çevrilmək üçün bir imkan ola bilər.  

Bugünlərdə  iqtisadi  sanksiyalara  məruz  qalması  və  Qərb  və  NATO  ilə  pisləşən 

münasibətlər  səbəbindən  Birləşmiş  Krallıq  üçün  uyğun  tərəfdaş  kimi  görünməyən 

Rusiyanın keçid mərhələsində Britaniya üçün vacib müttəfiq (sadəcə ticarət tərəfdaşı 

deyil,  Şərqlə  Qərb  arasında  körpü)  olma  potensialı  var.  Moskva  keçən  bir  neçə  il 

müddətində Avrasiyada öz təsir dairəsini əhəmiyyətli dərəcədə artmış və bugün Çin 

və Hindistan ilə yaxın tərəfdaş mövqeyində dayanmışdır. Rusiya öz xarici siyasətini 

digər Avrasiya ölkələri arasında imicini yaxşılaşdırmaq və dünyanın ən inkişaf etmiş 

bazarlarını əhatə edən BRİCS vasitəsi ilə qlobal iqtisadi güc  kimi  meydana çıxmaq 

istiqamətində həyata keçirir.  

2016-ci il statistikasına görə, Birləşmiş Krallığın Rusiyadan idxal etdiyi  malların 

dəyəri 5,6 milyard funt sterlinq, idxalı isə 3,5 milyard funt sterlinqdir. 

Birləşmiş  Krallıqda  Rusiya  Federasiyasının  fövqəladə  və  səlahiyyətli  səfiri 

Aleksandr  Yakovenko  Kameronun  istefasından  sonra  Britaniya  hökumətinin 



67 

 

dəyişməsinin  onun  Rusiya  ilə  münasibətlərinin  normallaşması  üçün  yeni  imkanlar 



yaratdığını bildirmişdir. 

Xarici siyasətdə praqmatik mövqe tutan Theresa Mayın Rusiya ilə bağlı mövqeyi 

mediada yayımlanan məqaləsində öz əksini tapmışdır: 

“Biz  son  illərdə  Rusiyanın  yeni  aqresiv  hərəkətlərinin,  ən  qorxunc  bir  şəkildə 

Krımın qeyri-qanuni anneksiyası vəziyyətinə şahid olduq və Vladimir Putin Rusiyanın 

nüvə  güclərini  yüksəltmək  niyyətindədir.  Rusiya  həyata  keçirdiyi  nüvə  sınağının 

sayını artırdı, Putin isə Krımda və Kalininqradda, Baltik dənizindəki Rusiya anklavı 

Polşa  və  Litvaya  qonşu  olan  ərazilərdə  nüvə  gücü  yaratmaqda  təhdid  edir. 

...Birləşmiş Krallıq NATO ilə birgə çalışmağa davam edəcək”.  

ABŞ prezidenti Donald Trumpın Rusiyaya qarşı münasibəti Birləşmiş Krallıq 

hökumətinin Rusiyaya qarşı gələcək qərarlarına təsir göstərə bilər. 

Mövcud  siyasi  vəziyyət  London  və  Moskva  arasında  qısamüddətli  aktiv 

əməkdaşlıq üçün əlverişsiz görünsə də iqtisadi və ticarət əlaqələrini inkişaf etdirmək 

üçün böyük potensiala malikdir.

 

Bu  ssenari,  50-ci  maddənin  müzakirəsi  zamanı  Aİ-



nin Böyük Britaniyaya iqtisadi ziyan  vurma ehtimalına və həmçinin Theresa Mayın 

yeni tərəfdaşları ilə yeni körpülər qurma seçimlərini necə dəyərləndirəcəyinə əsasən 

köklü dəyişə bilər

[45]



 

2003-cü  ildə  tərəflər  arasında  münasibətlər  soyuq  müharibədən  sonra  yüksək 

səviyyəyə çatdı. Prezident Putin Böyük Britaniyaya dövlət səfərini etdi və TNK-BP 

neft  sazişi  imzalandı.  Üç  ildən  sonra  Londonda  Aleksandr  Litvinenkonun 

öldürülməsindən  sonra  əlaqələr  soyudu.  Əlaqələr  daha  sonra  bir  qədər  sabitləşdi, 

amma  Rusiyanın  Krımı  ilhaqı  və  Şərqi  Ukraynada    baş  verənlər  münasibətləri 

yenidən  pisləşdirdi.  Rusiya  ilə  olan  münasibətlərin  Böyük  Britaniya  siyasətçiləri 

tərəfindən qəribə olaraq qiymətləndirilməsində bir sıra səbəblər vardır.  

Birincisi, əlaqələr dəyişkəndir, çünki onlar çox az ortaq dəyərlərə və maraqlara 

sahibdirlər.  

İkincisi, əlaqələr Britaniya hökumətinin nəzarətindən kənar qüvvələr tərəfindən 

formalaşır.  2003  və  2006-cı  illərdə  baş  verənlər  buna  misaldır.  İraqa  Birləşmiş 

Krallığın  da  iştirak  etdiyi  ABŞ  rəhbərliyi  ilə  edilən  müdaxilənin  Rusiya  ilə 



68 

 

münasibətlərə  mənfi  təsiri  var  idi.  Həqiqətən  də,  əlaqələri  pisləşdirən  məsələlər 



Britaniya  hökumətinin  faktiki  olaraq  heç  bir  təsiri  olmadığı  hadisələr  idi:  İngiltərə 

məhkəməsinin  Boris  Berezovskiyə  sığınacaq  verməsi;  Rusiyanın  2003-cü  ilin 

sonlarından  etibarən  avtoritarizmə  meyl  etməsi  (təhlükəsizlik  xidmətlərinin 

üstünlüyü);  ABŞ-Rusiya  münasibətlərinin  pisləşməsi;  Rusiyanın  postsovet 

qonşularının  bəzilərində  qeyri-sabitlik  (xüsusilə,  Gürcüstan  və  Ukraynada  "rəngli" 

inqilablar). 

Üçüncüsü, Rusiya liderləri Birləşmiş Krallığı öz ölkələri ilə eyni gücdə hesab 

etmirlər. Kremlin üçün Rusiya həmişə böyük güc olmuşdur və olmaqda davam edir. 

ABŞ və Çinlə birlikdə o çoxqütblü dünyanın bir parçasıdır, ancaq Birləşmiş Krallıq 

qütblərdən  biri  deyildir.  Birləşmiş  Krallıq  BMT  Təhlükəsizlik  Şurasının  daimi 

üzvüdür; nüvə silahına malikdir; NATO-nun aparıcı üzvlərindən biridir; tarixən ABŞ-

ın  yaxın  tərəfdaşıdır;  və  dünyanın  6-cı  böyük  iqtisadiyyatıdır.  Ancaq  Rusiya 

perspektivindən Birləşmiş Krallığın müstəqil xarici siyasət aparmaq üçün lazım olan 

imkanları yoxdur. Böyük güc olmağın əsas şərtlərindən biri geosiyasi muxtariyyətin 

olmasıdır  ki,  Britaniya  bu  xüsusiyyətə  malik  deyildir.  Bunun  Böyük  Britaniyanın 

xarici  siyasətində  bəzi  nəticələri  vardır.  Rusiya  ilə  münasibətlərində  maraqlarını 

mümkün  qədər  effektiv  şəkildə  müdafiə  etmək  üçün  Böyük  Britaniya  öz 

ittifaqlarından və çoxtərəfli təşkilatlarda üzvlüyündən istifadə etməlidir. 

Brexitə gəldikdə, Brexit Birləşmiş Krallığı Rusiyanın gözündə daha da kiçildir. 

Birincisi,  bu  Böyük  Britaniyanın  çoxtərəfli  orqandan  xaricdə  qalması  deməkdir. 

Həmin  çoxtərəfli  orqanlarda  təmsil  olunma  Böyük  Britaniyanın  Rusiya  siyasətinin 

əsas  elementi  halına  gəlmişdir.  Məsələn,  Ukrayna  ilə  bağlı  Rusiyaya  qarşı 

sanksiyalar. 

İkincisi,  Böyük  Britaniyanı  Aİ-dən  çıxması  olduqca  mürəkkəb  və  mübahisəli 

məsələdir. O Birləşmiş Krallığın digər üzv dövlətlərlə əlaqələrinə ziyan vuraraq onun 

Avropadakı nüfuzunu və təsirini azaltmaqdadır.   

Nəhayət,  Brexit  Böyük  Britaniyada  siyasi  qruplar,  bölgələr  və  yaş  qrupları 

arasında  dərin  parçalanmalara  səbəb  olmuşdur.  Rus  liderlərinin  fikrincə  daxili 

bölünmə xarici zəifliyi gətirir.

 

[8] 




69 

 

Rusiyanın  birtərəfli  əlaqələrdə  çox  da  maraqlı  olmadığı  görünür.  2013-cü  il 



Rusiyanın Xarici Siyasət Konsepsiyası Böyük Britaniyanı qarşılıqlı əlaqələri inkişaf 

etdirməyin faydalı olduğu bir ölkə kimi qeyd etmişdi. 2016 konsepsiyası Almaniya, 

Fransa, İtaliya və "digər Avropa" dövlətləri ilə əlaqələr deyərkən Birləşmiş Krallığı 

qeyd etmir. 

Brexit  nəticəsində  “Qlobal  Britaniya”nın  yeni  tərəfdaşlara  ehtiyac  duyacaqdır. 

Bəs  Brexit  Birləşmiş  Krallıqla  Rusiya  yaxınlaşması  üçün  yeni  imkanlar  yarada 

bilərmi?  

İkitərəfli səviyyədə Brexitin gətirdiyi yeni rəhbərliyin ilk baxışda Kremlinlə daha 

yaxşı əlaqələrdə olacağı ümidi yaratmışdı. İlk telefon danışığında, prezident Putin və 

yeni təyin olunmuş Baş nazir Teresa May mövcud vəziyyətlə bağlı "narazılıqlarını" 

dilə  gətirdi  və  aviasiya  təhlükəsizliyi  sahəsində  təhlükəsizlik  orqanları  arasında 

dialoqdan  bəhs  etdilər.  Xarici  İşlər  üzrə  Katib  Boris  Johnson  öz  həmkarı  Sergey 

Lavrova əlaqələrin normallaşdırılmasının vacibliyini bildirmişdir.  

Birləşmiş Krallığın xarici siyasətini öz müttəfiqləri ilə birlikdə formalaşdırması 

düşmən hesab olunan ölkələrlə əlaqələri bərpa etməklə müqayisədə daha çox ehtimal 

olunur.  Nəticədə,  Böyük  Britaniyanın  Aİ  ilə  gələcək  təhlükəsizlik  əlaqələri  Brexit 

işığında  son  dərəcə  narahatlıq  doğuracaq.  Bu,  Rusiyaya  əvvəlki  xarici  siyasət 

yanaşmasına davam etmək deməkdir.

 

[39] 


 


Yüklə 0,97 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin