Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti



Yüklə 0,97 Mb.
Pdf görüntüsü
səhifə19/34
tarix02.01.2022
ölçüsü0,97 Mb.
#41662
1   ...   15   16   17   18   19   20   21   22   ...   34
lham-Sultan-q-z-Qas-mzad-

İrlandiya və Şimali İrlandiya - Birləşmiş Krallığın Avropa İttifaqından çıxması 

İrlandiya  və  Şimali  İrlandiya  arasında  olan  əlaqələr  baxımdan  mühüm 

əhəmiyyət  kəsb  edir.  Mütəxəssislərin  sözlərinə  görə  Brexit  nəticəsində 

İrlandiya  və  Şimali  İrlandiya  arasında  azad  hərəkət  və  ticarət  əlaqələri 

pozularsa  tərəflər  arasında  illər  əvvəl  baş  vermiş  münaqişə  yenidən  alovlana 

bilər. Hesabatda Birləşmiş Krallıq İrlandiya və Şimali İrlandiya əməkdaşlığının 

qorunub  saxlanılmasına  təminat  verir.  Hər  iki  tərəf  Şimal  və  Cənub  arasında 

AB daxili bazarının və Gömrük İttifaqının qorunması və nəzarət edilməsi üçün 

xüsusi  tənzimləmə  mexanizmlər  yaradacaqdır.  Təqdim  olunan  müqavilə 

layihəsində indiyə qədər bununla bağlı bir müddəa öz əksini tapmayıb. [36] 

  Maliyyə  nizamlaması  –  Brexit  danışıqlarında  ən  çox  danışılan  məsələlərdən 



biri məhz Birləşmiş Krallıq Aİ qarşısında büdcə öhdəlikləridir. Təqdim olunan 

müqavilə layihəsində  Birləşmiş Krallığın 31 dekabr 2020-ci il tarixinə kimi Aİ 

qarşısında öz öhdəliklərini yerinə yetirəcəyi qeyd olunub. [29] Sənəddə həmin 

miqdarın  nə  qədər  olacağı  barədə  bir  məlumat  olmasa  da  mütəxəssislər  bu 

məbləğin 60 milyard avroya qədər ola biləcəyini bildirirlər. [14] 

Mişel Barniyer 19 mart 2018-ci il tarixində mətbuata verdiyi açıqlamada iki tərəf 

arasında  bağlanacaq  müqavilənin  maddələri  üzərində  hələ  də  maddələrin  davam 

etdiyini  bildirmişdir.  Onun  sözlərinə  görə,  indiki  vəziyyətdə  həmin  maddələri  belə 

qruplaşdırmaq olar: 

1.  Hər iki vasitəçinin rəsmi razılıq verdiyi maddələr; 




50 

 

2.  Siyasi  razılığın  verildiyi,  ancaq  gələcək  günlərdə  aydınlaşdırmalar  tələb  edən 



maddələr; 

3.  Avropa  İttifaqı  tərəfindən  təklif  olunan  və  tərəflər  arasında  narazılıq  yaradan 

maddələr. [46] 

Beləliklə,  Brexit  danışıqları  hüquqi  bazaya  uyğun  davam  etməkdədir.  Yekun 

müqavilə  isə  2018-ci  ilin  oktyabr  ayına  kimi  davam  edəcək  danışıqlar  nəticəsində 

yenilənəcək və təsdiq olunması üçün Aİ Şurasına təqdim olunacaqdır.  

 

2.2.2  Brexit sonrası əməkdaşlıq modelləri 

    Böyük  Britaniyanın  Aİ-dən  çıxmasının  hüquqi  tənzimlənməsindən  başqa  gələcək 

əlaqələrin,  xüsusi  ilə  ticarət  əlaqələrinin  forması  da  maraq  doğurur.  Mövcud 

vəziyyətdə  Böyük  Britaniya  Avropada  Sərbəst  Ticarət  Zonası,  İqtisadi  Zona  və 

Gömrük Birliyi içərisində yerləşir. Bu vəziyyətdə ortaq valyutadan istifadə etməyərək 

və Aİ qaydalarına az tabe olaraq birliyin ölkəyə verdiyi xüsusi güzəştlərdən yararlana 

bilir. [74] Əlaqələrdə ehtimal olunan əsas uyğun modellər aşağıdakılardır: 

-  Norveç  Modeli:  Avropa  İttifaqına  üzv  olmadan  Avropa  İqtisadi  Zonası 

müqaviləsi  ilə  münasibətlərin  tənzimlənməsi  nəzərdə  tutulur.  Böyük  Britaniya 

ümumi bazarda öz mövqeyini qoruyaraq ticarət əlaqələrini davam etdirərkən Aİ-

dən  asılı  olmadan  digər  ticarət  müqavilələri  imzalaya  bilər.  Bu  modeldə  Böyük 

Britaniya  yenə  də  Aİ  büdcəsinə  haqq  verməyə  davam  edəcək.  Bu  model  Böyük 

Britaniyanın  Avropa  İttifaqı  ilə  olan  problemlərinə  uyğun  gəlməsə  də  ehtimal 

olunan modellər sırasındadır. Bu model qısaca aşağıdakıları nəzərdə tutur: 

  Mal, xidmət, kapital və insanların azad hərəkətinə icazə verilir 



 

Əhəmiyyətli maliyyə töhfələri mütləqdir 



 

Aİ daxili bazar qaydalarının tətbiqi şərtdir 



 

Üçüncü ölkələrlə sərbəst müqavilə bağlamaq hüququ mövcuddur. 




51 

 

-  İsveçrə  Modeli:  Böyük  Britaniya  Aİ-yə  və  Avropa  İqtisadi  Zonasına  daxil 



olmadan  Aİ  ilə  ikitərəfli  müqavilələrlə  münasibətlər  qura  bilər.  Aİ-dən  asılı 

olmadan  başqa  ölkələrlə  ticarət  müqavilələri  imzalaya  bilər.  Qeyd  edək  ki, 

İsveçrə  17  müqavilə  və  120  ikitərəfli  müqavilə  ilə  Aİ  ilə  əlaqələrini  həyata 

keçirməkdədir.  Cari  vəziyyətin  formalaşması  üçün  25  il  lazım  olmuşdur.  Bu 

modeldə  də    Böyük  Britaniya  Norveç  modelindəki  kimi  olmasa  da  Aİ 

proqramlarına  iştirak  haqqı  ödəməlidir.  Xidmət  ticarətinə  dair  müqaviləsi 

olmadığı üçün sadəcə  mal ticarətindən yararlana bilər və ikili müqavilələrdə Aİ 

qaydalarında  əməl  etməli  olduğu  halda  qərarvericilikdə  söz  haqqı  olmayacaq. 

Böyük  Britaniyanın  yalnız  onun  maraqlarına  uyğun  olan  sahələrdə  əməkdaşlıq 

etməsini  nəzərdə  tutan  bu  model  Avropa  İttifaqına  maraqlı  gəlməyə  bilər.  Bu 

model qısaca aşağıdakıları nəzərdə tutur: 

 



Mallar üçün tarif maneələri yoxdur 

  Xidmətlərə daha çox çıxış mümkündür 



  Maliyyə töhfələri mütləqdir 

 

İnsanların azad hərəkətinə icazə verilir 



 

Üçüncü ölkələrlə sərbəst müqavilə bağlamaq hüququ mövcuddur



 

 

-  Ümumdünya  Ticarət  Təşkilatı:  Böyük  Britaniya  Aİ-dən  asılı  olmadan  ticarət 

əlaqələri  qura  bilər.  Aİ-nin  iqtisadi  siyasəti  və  tənzimləmələrinə  uyğun  olmağa 

ehtiyac  yoxdur.  Aİ  büdcəsinə  haqq  vermir.  Ancaq  bu  modeldə  Aİ  ərazisində 

insanların  sərbəst  hərəkətinə  icazə  yoxdur,  Aİ  bazarlarına  daxil  olmaq  haqqı 

yoxdur,  Aİ-yə  ixrac  olunan  məhsulların  Aİ  məhsul  standartlarına  uyğun  olması 

məcburidir.  Qeyri-üzv  dövlətlərlə  Aİ  arasındakı  münasibətlərdə  məhdudiyyətlər 

mövcuddur.  

Bu model qısaca aşağıdakıları nəzərdə tutur: 

  Digər ÜTT üzvləri arasında olduğu kimi malların ticarəti 



  Xidmətlərə daha çox çıxış mümkündür 

  Maliyyə töhfələrinə ehtiyac duyulmur 



 

İnsanların azad hərəkətinə icazə verilmir 




52 

 



 

Üçüncü ölkələrlə sərbəst müqavilə bağlamaq hüququ mövcuddur. [60] 

Əslində  Brexit  tərəfdarları  bu  modeli  üstün  hesab  edirlər  ancaq  bunun  ölkə 

iqtisadiyyatına ağır təsirləri ola bilər.

 [71]

 

Göründüyü  kimi,  münasibətləri  tənzimləyən  modellerin  hər  birinin  hər  iki  tərəf 



üçün müsbət və mənfi cəhətləri mövcuddur. Brexit sonrası Avropa İttifaqı ilə Böyük 

Britaniya  arasındakı  münasibətlərin  qeyd  olunan  modellərdən  birinə  əsaslanacağı 

ehtimal  olunsa  da,  bu  münasibətlər  təcrübədə  görülməmiş  yeni  bir  modellə  də 

tənzimlənə bilər. 




Yüklə 0,97 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin