Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti



Yüklə 0,97 Mb.
Pdf görüntüsü
səhifə17/34
tarix02.01.2022
ölçüsü0,97 Mb.
#41662
1   ...   13   14   15   16   17   18   19   20   ...   34
lham-Sultan-q-z-Qas-mzad-

Siyasi  təsirlər:  Brexitin  ilk  siyasi  təsiri  ölkənin  baş  naziri  David  Kameronun  istefa 

etməsi  oldu.  Şotlandiyanın  baş  naziri  Nicola  Sturgeonun  referendum  nəticələrinin 

açıqlanmasından  sonra  verdiyi  açıqlamaya  görə,  ölkəsinin  Aİ-də  qalmaq  istəməsinə 

baxmayaraq ümumi nəticələrə görə birlikdən kənarda qalmaları qəbuledilməzdir. Bu 

səbəbdən  2014-cü  ildə  keçirilən  və  o  dönəmdə  müstəqilliyin  qəbul  olunmadığı 

referendumun yenidən keçirilməsi təsadüfi deyil. Eyni təsirlər Şimali İrlandiyada da 

görülür. Şimali İrlandiyanın İrlandiya ilə birləşməsi eşidilən təsirlər sırasındadır. Əsas 

təsirlərdən  biri  Brexitin  “domino  effekti”  yaradacağıdır.  Referendum  nəticələri 

Fransa,  Almaniya  və  Hollandiya  kimi  ölkələrin  sağ  siyasi  hərəkatlarında  müsbət 

qarşılanmış  və  bu  istiqamətdə  bir  referendumun  öz  ölkələrində  də  keçirilməsinə 

ehtiyac olduğu bildirilmişdir. Xüsusilə Fransada Le Pen liderliyindəki Milli Cəbhə ilə 

Hollandiyada  Gert  Vilders  liderliyindəki  Azadlıq  Partiyası  bu  cür  referendumun 

keçirilməsinin əsas dəstəkçiləri sırasındadırlar. [73] 

 

Beləliklə,  aydın  olur  ki,  Böyük  Britaniyanın  Avropa  İttifaqından  çıxması 



prosesi  istər  onun  hüquqi  tənzimlənməsi  baxımdan,  istərsə  də  bu  prosesin  milli, 

regional və qlobal təsirləri baxımdan çətin keçəcəkdir. 

 

2.1.2  Brexit refendumu və nəticələri 

Brexit  referendumu  Böyük  Britaniya  tarixindəki  üçüncü,  Avropa  İttifaqı 

üzvlüyü  mövzusunda  isə  ikinci  referendum  olmuşdur.  Böyük  Britaniyanın  Aİ 

üzvlüyü  ölkənin  1973-cü  ildə  birliyə  qoşulduğu  dövrdən  bəri  mübahisə  mövzusu 




43 

 

olmuşdur. Bu məsələdəki ilk referendum 1975-ci ildə keçirilmişdir. [65] Seçicilərin 



67%-i  üzvlüyün  davam  etməsi  leyhinə  səs  verdi.  Ancaq  o  zamandan  bu  günə  kimi 

Avropa İttifaqının strukturu böyük ölçüdə dəyişmişdir. 

Avropa İttifaqı tarixində böyük hadisə sayılan Brexit referendum 23 iyun 2016-

ci ildə keçirilmişdir. Referendum bülletenində xalqa sual “Birləşmiş Krallıq Avropa 

İttifaqından  ayrılsın?  Bəli  və  ya  Xeyr”  şəkilində  qoyulmuşdur.  Birləşmiş  Krallığın 

Seçki  Komissiyası  tərəfidən  açıqlanan  nəticələrə  görə  seçicilərin  51,9%-ı  Avropa 

İttifaqından  çıxması  leyhinə  səs  vermişlər.  Referendumda  iştirak  72,2%  oldu. 

Birləşmiş  Krallığın  regionlarında  referendum  nəticələri  fərqli  oldu.  London, 

Şotlandiya  və  Şimali  İrlandiya  Avropa  İttifaqında  qalmağa  qərar  verdilər.  Ancaq 

ölkənin digər bütün regionların (Şərqi Midland, Şərq, Şimal Şərq, Şimal Qərb, Cənub 

Şərq,  Cənub  Qərb&Gibraltar,  Uels,  Qərbi  Midland,  Yorkshire&Humber)  ümumi 

nəticələri Brexit leyhinə idi.  [24] 

Nəticələrin  Brexit  leyihə  çıxması  ehtimalı  çoxları  tərəfindən  gözlənilmirdi. 

Keçirilən  anketlərdə  Aİ  tərəfdarları  ilə  birlikdən  çıxma  tərəfdarları  arasında  çox  az 

fərq  olduğu  bildirilmişdir.  Ən  məşhur  3  firmanın  anket  nəticələrində  bunu  görmək 

olar.  Birinci  olaraq,  YouGov  şirkətinin  29  mart-4  aprel  2016-cı  il  apardığı  anketə 

görə Aİ-də qalma tərəfdarları 39%, çıxma tərəfdarları 38%, qərarsızların sayı isə 18% 

idi.  İkincisi,  İCM  şirkətinin  1-3  aprel  2016-cı  il  tarixlərində  apardığı  anket 

nəticələrinə görə Aİ-də qalma tərəfdarları 44%, çıxma tərəfdarları 43%, qərarsızların 

sayı  isə  13%  idi.  Son  olaraq,  BMG  Research  şirkətinin  24-29  mart  2016-cı  il 

tarixlərində  apardığı  anket  nəticələrinə  görə  Aİ-də  qalma  tərəfdarları  41%,  çıxma 

tərəfdarları 45%, qərarsızların sayı isə 14% idi. [85] Hər üç anketdən belə bir nəticə 

çıxarmaq  olar  ki,  o  dövrdə  insanlar  arasında  qərarsızların  sayı  çoxdur  və 

referendumun nəticələri həmin insanların yekun qərarlarından asılı idi. Nəticədə kiçik 

fərqlə Brexit tərəfdarları qalib gəldi. 

Əsas  diqqətçəkən  məqam  isə  səslərin  bölgələr  üzrə  bölünməsindədir.  Brexit 

leyhinə  səs  verənlərin  böyük  qismi  cənub  bölgələrdəndir.  [80]  Ölkənin  şimalında 

yerləşən Şotlandiya və Şimali İrlandiya Aİ-də qalmaq leyhinə, İngiltərə və Uelts isə 




44 

 

birlikdən  çıxmaq  yönündə  səs  verdilər.  Nəticənin  açıqlanmasından  1  gün  sonra 



Şimali İrlandiya Sinn Fein Partiyası bütöv İrlandiya üçün referendum keçirilməsinə 

ehtiyac  olduğunu  açıqladı.  Nəticələrə  görə  Şimali  İrlandiya  xalqının  55,8%-i, 

Şotlandiya  xalqının  62%-i  Aİ-yə  “bəli”,  Şimali  İrlandiya  xalqının  44,2%-i, 

Şotlandiya  xalqının  38%  isə  “xeyr”  dedi.    Şotlandiyada  2014-cü  ildə  Birləşmiş 

Krallığın  tərkibindən  çıxaraq  müstəqil  olmaq  məqsədilə  keçirilən  referendumda 

səsverənlərin  55,3%-i  məhz  Aİ-nin  tərkibindən  çıxmaq  istəmədikləri  üçün 

müstəqillik  əleyhinə  səs  vermişdilər.  [50]  Şimali  İrlandiya  Sinn  Fein  Partiyası 

Britaniyanın Aİ-dən çıxması halında bu ölkənin Şimali İrlandiya xalqının maraqlarını 

təmsil  etmə  haqqında  məhrum  olacağını  bildirmişdir.  Şotlandiyanın  baş  naziri 

Şotlandiya  Milli  Partiyasının  lideri  Nicola  Sturgeon  da  “Şotlandiya  Aİ-də  qalmaq 

yönündə güclü qərar verdi. Xalqımız öz gələcəyini Aİ-də görür” şəkilində açıqlama 

etdi.  


Digər  tərəfdən  Brexit-ə  dair  referendumda  maraqlı  məqamlar  diqqəti  cəlb 

etmişdir: 

-  YouGov  şirkətinin  keçirdiyi  anketə  görə  gənclərin  75%-i  Aİ-də  qalmaq 

tərəfdarıdır. [25] 

-  Paytaxt  London  ölkədə  digər  bölgələrə  nisbətən  daha  çox  miqrant  qəbul 

etməsinə baxmayaraq sakinlərin 60%-i Aİ-də qalmaq lehinə səs vermişlər. [26] 

-  Əhali  arasında  tipik  avrofillər  18-29  yaşlı  qadınlar,  universitet  məzunları, 

yüksək  sosial  sinfə  sahib,  Şotlandiya  sakinləri,  Yaşıl  Partiya  dəstəkçiləridir. 

Avroskeptiklər  isə  65  yaşdan  böyük  kişilər,  təhsilsiz  və  ya  aşağı  təhsilli 

insanlar,  fiziki  işçi  qüvvəsi,  Şərqi  Anglia  sakinləri,  Birləşmiş  Krallıq 

Müstəqillik Partiyası dəstəkçilərindən ibarətdir. [27] 

 

Ümumilikdə,  Brexit  referendumu  gözlənilən  nəticələri  verməmişdir.  Həmçinin, 



bu referendum Böyük Britaniyada keçiriləcək növbəti referendumların xəbərçisidir. 

 

 



 


45 

 


Yüklə 0,97 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin