Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti


Konstitusiya layihəsində təklif olunan



Yüklə 0,97 Mb.
Pdf görüntüsü
səhifə14/34
tarix02.01.2022
ölçüsü0,97 Mb.
#41662
1   ...   10   11   12   13   14   15   16   17   ...   34
lham-Sultan-q-z-Qas-mzad-

Konstitusiya layihəsində təklif olunan 

məsələlər 

Birləşmiş Krallıq tərəfindən həmin təkliflərə 

edilən düzəlişlər 

Aİ-nin “vahid hüquqi şəxsiyyət” olması, 

müqavilə danışıqlarının sadələşdirilməsi 

Ayrı xarici və təhlükəsizlik siyasəti, 

beynəlxalq təşkilatlarda təmsil olunma 

Layihə Nazirlər Şurasında daha çox səs 

çoxluğu ilə səs verməyə təklif edir. 

səs çoxluğu ilə səs vermə müəyyən sahələrdə 

istifadə oluna bilər, lakin müqavilə 

dəyişikliyində və milli maraqlara toxunan digər 

məsələlərdə (vergi, sosial təhlükəsizlik, 

müdafiə) yekdillik şərtdir. 

Layihə Aİ-nin iqtisadi idarəçiliyini 

dəyişməsinin və iqtisadi koordinasiyada üzv 

dövlətlər ilə mərkəz arasında balansın 

yaranmasını (avro da daxil olmaqla) təklif edir. 

Hökumət üzv ölkələrin iqtisadi siyasətlərini 

müəyyənləşdirməkdə mərkəzi rolunu itirə 

biləcək hər hansı bir təklifə qarşı çıxır. 

Britaniya öz iqtisadi çevikliyini təhlükə altına 

qoymaq istəmir. 

Layihə Aİ xarici siyasət şefi və xarici əlaqələr 

üzrə komissar vəzifələrini birləşdirərək 

Nazirlər Şurası və Komissiya qarşısında Aİ 

xarici işlər naziri vəzifəsini təsis edilməsini 

nəzərdə tutur. 

Britaniya Aİ xarici işlər nazirinin üzv ölkələr 

qarşısında məsuliyyət danışmasını istəyir. 

Səsvermə isə seçilməyən komissiya xarici 

siyasəti müəyyənləşdirə bilməz. 

Layihə Avropa İttifaqının hərbi və sülh 

missiyalarının yaradılmasını təklif edir. 

Britaniya NATO-nun zəmanəti altında olan 

təhlükəsizlik sisteminin başqa bir sistem ilə 

əvəz olunması və ya ona zidd bir sistem 

yaradılması ilə razı deyil. [64] 

 

Böyük  Britaniyanın  Avropa  İttifaqı  mövqeyini  qısa  olaraq  belə  ümumiləşdirə 



bilərik:  

-  “Dərinləşmək  yerinə  genişlənmə”  siyasəti.  Böyük  Britaniya  birlik  daxilində 

inteqrasiyanın  güclənməsini  istəmir,  onun  əvəzinə  birliyin  qonşu  sərhədlərə 

doğru genişlənməsini dəstəkləyirdi. 




36 

 

-  Qərar  vermə  prosesində  yekdillik.  Böyük  Britaniya  birlik  daxilində  qəbul 



olunan  vacib,  dövlətin  “qırmızı  xətləri”  barədə  qərarları  yekdillik  prinsipi  ilə 

qəbul etmək tərəfdarıdır. 

-  Konstitusiya  yerinə  müqavilə  əsasında  əməkdaşlıq.  2004-cü  ildə  hazırlanmış 

Avropa  İttifaqı  Konstitusiyasına  Böyük  Britaniya  müsbət  yanaşmırdı.  Ölkədə 

konstitusiyanın qəbulu ilə bağlı keçiriləcək referendum Fransa və Hollandiyada 

xalqın konstitusiyaya “yox” deməsi ilə ləğv olundu. [19] 

Beləliklə, Böyük Britaniya Avropa İttifaqına çətin yollar keçərək daxil olmuş, Aİ-

nin  xüsusi  statuslu  üzvü  kimi  hərəkət  etmiş  və  birlik  daxilində  inteqrasiyanın 

dərinləşməsinə daim diqqətlə yanaşmışdır.  

 


Yüklə 0,97 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin