Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti



Yüklə 0,97 Mb.
Pdf görüntüsü
səhifə11/34
tarix02.01.2022
ölçüsü0,97 Mb.
#41662
1   ...   7   8   9   10   11   12   13   14   ...   34
lham-Sultan-q-z-Qas-mzad-

 

1.2.2. Birləşmiş Krallığın Avropa İttifaqı üzvlüyünə qəbulu 

1960-cı  illərdə  Britaniyanın  Avropa  İqtisadi  Birliyinə  üzvlük  müraciətinin 

uğursuzluğuna  səbəb  olan  və  Azad  Ticarət  Assosiasiyası  (ATA)  danışıqlarınında 

özünü  biruzə  verən  bir  xüsusiyyət  Britaniyalı  siyasətçilərin  İkinci  Dünya 

Müharibəsindən  əvvəl  və  sonrakı  dövrdə  olduğu  kimi  Fransa  hökumətini  zəif  hesab 

etməsi  idi.  Şarl  de  Qolun  hakimiyyətə  gəlməsi  ilə  onlar  daha  milliyyətçi  və  iddialı 

Fransa hökuməti ilə qarşılaşdılar. Bu zaman  Şarl de Qol  onu ATA danışıqlarına və 

Britaniyanın Avropa İqtisadi Birliyinə üzvlük müraciətinə veto qoyarkən dəstəkləyən 

Qərbi  Almaniyanın  kansleri  Adenauer  ilə  yaxşı  münasibət  yaratmağı  bacardı. 

Halbuki,  Birləşmiş  Krallığın  baş  naziri  Harold  Makmillian  ilə  Adenauer  arasındakı 

münasibət ürəkaçan deyildi. 

 

Britaniya  veto  ilə  qarşılaşdıqda  digər  6  dövlət  ilə  Avropa  Azad  Ticarət 



Assosiasiyasının  (AATA)  qurulması  üçün  işə  başladı.  Məqsəd  1970-ci  ilə  qədər 

yalnız  sənaye  malları  üçün  azad  bazarın  yaradılması  idi.  Avropa  Azad  Ticarət 

Assosiasiyası  yaradıldıqda  gələcəkdə  AİB  ilə  AATA  arasında  körpü  olacağı 

düşünülsə də, reallıqda AİB-in buna heç bir marağı yox idi və AATA-nın yaradılması 

Britaniyanın köhnə əks-koalisiya yaratma oyununa bir misal idi. [31, 48-51] 

Makmillian  de  Qolun  Britaniya  üzvlüyündə  ən  çətin  əngəl  olduğundan 

məlumatlı  idi.  O,  bu  haqda  öz  həmkarlarından  və  Birləşmiş  Krallığın  Fransadakı 

səfirindən  bu  barədə  tez-tez  müraciətlər  alırdı.  Buna  baxmayaraq  o,  Fransadan 

Avropa inteqrasiyasının güclənməsi üçün razılıq alacağını ehtimal edirdi. O, sonra öz 

yazılarında  qeyd  etmişdir  ki,  de  Qol  Britaniyanın  qoşulmaq  istəyəcəyi  ancaq 

daxilində olmadığı Avropa Birliyi istəyirdi.  (L'Europe à l'anglais sans les Anglais). 



28 

 

Şarl  de  Qol  Britaniyanın  Avropa  İqtisadi  Birliyinə  üzvlük  ehtimalına  qarşı  olan 



arqumentlərini  və  şərtlərini  gizlətmirdi.  İlk  olaraq  o,  Britaniyanın  Avropa  İqtisadi 

Birliyi  yaranarkən  ona  məsafəli  qalması  faktını  irəli  sürürdü.  Bundan  başqa,  o, 

Britaniyanın  Millətlər  Birliyi  ilə  olan  ticarət  tərtibatının  AİB  üzvlüyü  ilə 

uyğunlaşdırılmasının çətinliyini vurğulayırdı. [31, 60-61] 

II  Dünya  Müharibəsi  zamanı  Şarl  de  Qol  Böyük  Britaniyada  mühacir  həyatı 

yaşamışdı. Hələ Londonda olarkən Şarl de Qol dəfələrlə Birləşmiş Ştatların və Böyük 

Britaniyanın  onu  Azad  Fransa  lideri  kimi  başqası  ilə  əvəz  etmək  cəhdləri  ilə 

üzləşmişdi.  Şarl  de  Qol  belə  hesab  edirdi  ki,  Avropa  Birliyinin  qapılarını  Böyük 

Britaniyanın  üzünə  açmaq  elə  Amerika  Birləşmiş  Ştatlarını  arxa  qapıdan  Avropa 

Birliyinə  daxil  etmək  deməkdir.    Başqa  sözlə  desək,  Böyük  Britaniya    ABŞ  üçün  

Troya  atı  rolunu  oynayacaqdı.  Şarl  de  Qol  britaniyalılara    və  amerikalılara  Avropa 

Birliyində Fransanı əsas “oyuncu” statusundan məhrum etmək istəyən qüvvələr kimi 

baxırdı. [2]

 

Şarl  de  Qolun  vetosu  4  il  sonra  Wilson  hökumətinin  birliyə  qoşulmaq  üçün 



ikinci cəhdində yenidən təkrarlandı. Bu veto Harold Wilsonun Makmillanın yolunu 

davam etməsi qədər təəccüb doğurmadı. Çünki, 1964-cü ilin oktyabrında hakimiyyətə 

gələn  zaman  onun  prioritetlərində  iqtisadi  planlama,  Millətlər  Birliyi  ölkələri  ilə 

əlaqələrin  yenilənməsi  və  Britaniya  iqtisadiyyatının  elm  və  texnologiya  vasitəsi  ilə 

modernizasiyası  kimi  vəzifələr  varkən,  Avropa  İqtisadi  Birliyi  və  Avropa  Azad 

Ticarət Assosiasiyası barədə heç bir fikir səsləndirilməmişdi. [31, 63]

 

Fikirlər  arasında  Britaniyanın  ikinci  üzvlük  müraciətinin  səbəbi  iqtisadi 



mülahizələrlə  izah  edilir.  Wilson  hakimiyyətə  aşağı  iqtisadi  artım  problemini  həll 

etmək  vədi  ilə  gəlmişdi.  Onun  iqtisadi  strategiyasının  mərkəzində  1965-ci  ilin 

sentyabrında  elan  olunmuş  Milli  Planda  göstərilmiş  resursların  və  investisiyaların 

koordinasiyası dururdu. Milli Planda növbəti 5 ildə illik iqtisadi artımın 4% olacağı 

kimi  iddialı  hədəf  qoyulmuşdur.  Halbuki,  keçən  60  il  ərzində  Britaniyada  iqtisadi 

artım  göstəricisi  2,5%-dən  artıq  olmamışdı.  Ona  görə  Britaniyanın  AİB  üzvlüyü 

iqtisadi quruluş üçün alternativ göstərilirdi. Wilson hökumətinin üzvlük müraciətinin 



29 

 

əsas  səbəblərindən  biri  onun  əhəmiyyətli  qurumların  fikirlərindən  təsirlənməsi  idi. 



Məsələn,  Xarici  İdarənin  (The  Foreign  Office)  arqumenti  bu  idi  ki,    AİB  üzvlüyü 

Britaniya gücünün  dünyada dəstəklənməsi üçün əsasdır.  

Müzakirələrin  sonunda  Britaniyanın  AİB-ə  qoşulmaq  üçün  müraciət  etməsi 

hökumət kabinetində 13 səsdən 8-ini qazanaraq qəbul olundu. Bu qərar parlamentə 2 

may  1967-ci  ildə  elan  edildi.  2  həftə  sonra  isə  Şarl  de  Qol  mətbuat  konfransında 

Britaniyanın  hələ  Avropa  İqtisadi  Birliyinə  daxil  olmaq  üçün  hazır  olmadığını 

bildirdi. O, öz çıxışında fund sterlinqin zəifliyini və onun Avropa maliyyə sisteminə 

daxil edilməsinin çətinliyini vurğulamışdır. Britaniyanın üzvlük üçün ümidləri 1967-

ci ilin noyabrında Şarl de Qolun rəsmi olaraq veto qoyması ilə sona çatdı. [31, 65-69]

 

Hakimiyyətə  gəlmiş  Heathin  Britaniyanın  üzvlük  üçün  1970-72-ci  illərdəki 



üçüncü  müraciətində  əsas  yanaşması  bu  idi  ki,  fikri  əsas  olaraq  AİB-ə  üzv  olmağa 

cəmləşdirmək və onun institutlarında və quruluşlarında dəyişiklik etməyə üzvlükdən 

sonra  cəhd  etmək  lazımdır.  1961-63-cü  il  danışıqları  onu  inandırmışdı  ki,  indiki 

məqamda  Avropa  İqtisadi  Birliyinin  tənzimləmələrində  fundamental  dəyişiklik  əldə 

etmək  imkanı  yoxdur.  Üzvlük  şərtləri  və  güzəştlərin  bəzi  aspektləri  gələcək 

problemlər  və  mübahisələri  miras  qoydu.  Əsas  problemlər  isə  Britaniyanın  AİB 

büdcəsinə  dəstəyi,  Ümumi  Kənd  təsərrüfatı  Siyasətinin  maliyyələşməsi  və 

ictimaiyyətin diqqətini az çəkən milli suverenlik idi. [31, 73-74]

 

1972-ci il 22 yanvar tarixində Britaniya qoşulma sazişini (Treaty of Accession) 



imzalayaraq  1  yanvar  1973-cü  il  tarixindən  etibarən  AİB-in  üzvü  oldu.  [6]  Ancaq 

Heath  hər  zaman  səsləndirdiyi  “üzvlük    parlament  və  xalqın  istəyi  əsasında  baş 

verməlidir” öhdəliyə əməl etmədi. 1967-71-ci il periodunda AİB-in üzvlüyünə xalqın 

dəstəyi 65%-dən 22%-ə düşdü.  

Qısa  zaman  içərisində  Birləşmiş  Krallıq  digər  üzvlər  arasında  qəribə  və 

əməkdaşlıq  etməyən  bir  üzv  reputasiyası  qazandı.  Britaniyada  Avropa  Birliyinə 

davamlı  və  bəzən  şiddətli  skeptik  yanaşma  1975-ci  ilin  yayında  referendum 

keçirilməsinə  gətirib  çıxardı.  Üzvlüyə  qəbuldan  dərhal  sonra  Britaniyada  AİB-ə 




30 

 

mədəni, psixoloji uyğunlaşma problemi, həmçinin, vahid enerji siyasəti və balıqçılıq 



siyasəti ilə bağlı problemlər yarandı. [31, 75-78]

 

1974-cü  ilin  fevralında  Wilsonun  rəhbərliyi  ilə  İşçi  Partiyası  öz  seçim 



manifestosunda  “fundamental  yenidən  danışıqlar”  yəni  üzvlük  şərtləri  ilə  bağlı 

yenidən danışıqlara girmək haqqında bənd daxil edilmişdir. Yenidən danışıqlar rəsmi 

olaraq 1974-cü ilin iyununda  Wilsonun rəhbərliyində 3-cü hökumətin qurulmasından 

sonra başladı. Danışıqlar gündəliyində Ümumi Kənd təsərrüfatı Siyasətinin yenidən 

hazırlanması,  Birləşmiş  Krallığın  birliyin  büdcəsinə  dəstəyinin  azaldılması  və 

Birləşmiş Krallığın ümumi bazara zəmanətli girişinin genişləndirilməsi kimi vəzifələr 

dayanırdı.    Onlardan  sadəcə  sonuncusunda  hiss  olunan  dəyişiklik  əldə  olundu. 

Digərlərində isə nəaliyyət əldə olunmadı. 

 

Yenidən  danışıqlar  rəsmi  olaraq  1975-ci  ildə  Dublində  keçirilmiş  AB 



Şurasında sonlandı. Yerli ictimai fikir yenidən danışıqların nəticələri ilə bağlı kəskin 

şəkildə 2 yere bölündü. Bəziləri bu danışıqların nəticəsində vacib nəaliyyətlərin əldə 

olunduğunu  müdafiə  etsələr  də,  digərləri  bunun  əksini  düşünürdü.  Bu  fikirlər 

Birləşmiş  Krallığın  Avropa  Birliyində  üzvlüyünü  şübhə  altına  alaraq  referendum 

keçirilməsini  labüd  etdi.  1975-ci  ildə  keçirilən  referendumda  seçicilərin  67%-i 

üzvlüyün  davam  etməsi  leyinə  səs  verdi,  ancaq  o  zamandan  bu  günə  kimi  Avropa 

İttifaqının strukturu böyük ölçüdə dəyişmişdir. [31, 81-82] 

 


Yüklə 0,97 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin