Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti



Yüklə 0,97 Mb.
Pdf görüntüsü
səhifə7/34
tarix02.01.2022
ölçüsü0,97 Mb.
#41662
1   2   3   4   5   6   7   8   9   10   ...   34
lham-Sultan-q-z-Qas-mzad-

1.1.2. Avropa İttifaqının hüquqi əsaslarının yaranması 

Fransanın  xarici  işlər  naziri  olmuş  Robert  Şuman  və  milli  planlaşdırma  üzrə 

komissar Jan Mone Avropa Birliyinin yaradıcıları hesab olunurlar.  1950-ci il 9 may 

tarixi R.Şumanın tarixi əhəmiyyətli nitqi səbəbindən  Avropa Birliyinin doğum günü 

hesab olunur və “Avropa Günü” kimi qeyd edilir.   Avropa Birliyinin yaranmasında 

əsas  məqsəd  bir  daha  Avropanın  heç  bir  vəchlə  müharibə  meydanına  çevrilməməsi 

idi.  Avropa  Birliyinin  əsas  yaradıcıları  olan  Almaniya  və  Fransa  öz  resurslarının 

(kömür  və  polad)  inteqrasiyanın  hərəkətverici  qüvvəsinə  çevriləcəyi  qənaətində 

idilər.  Elə  o  dövrdə  R.Şuman  polad  və  kömür  üzərində  nəzarətə  sahib  birgə  ali 

hakimiyət  orqanının  yaradılmasını  təklif  etmişdi.  Müharibə  sənayesinin  əsas 

resursları olan kömür və polada nəzarət edilməsi vasitəsi ilə onlar arasında qarşılıqlı 

asılılığın  yaradılması  və  bu  vasitə  ilə  iki  ölkə  arasında  müharibə  ehtimalının 

minimuma endirilməsi planlaşdırılırdı. [2] 

18  aprel  1951-ci  ildə  Fransa  Almaniya,  İtaliya,  Belçika,  Hollandiya  və 

Lüksemburq  arasında  Paris  müqaviləsi  imzalandı.  Müqavilə  23  iyun  1952-ci  ildə 

qüvvəyə mindi. Bu müqaviləyə əsasən  Avropa Kömür və Polad Birliyi yaradıldı. Bu 

Avropa İttifaqının yaradılmasına gedən yolda ilk addım idi. [53] 

1955-ci  ilin  iyul  ayında  altı  dövlət  Mesina  şəhərində  görüşdülər.  Görüşün 

nəticəsində  birgə  iqtisadi  ittifaqın  yaradılması  qərarı  alındı.  Elə  həmin  görüşdə 

Belçikalı dövlət xadimi Pol Spakın təklifi Roma müqaviləsinin əsasını qoydu. Roma 

müqaviləsi  isə  Avropa  Birliyinin  əsasını  qoyan  müqavilə  kimi  xatırlanır.  Roma 




10 

 

müqaviləsi  25  mart  1957-ci  ildə  imzalanmış  və  1  yanvar  1958-ci  ildə  qüvvəyə 



minmişdir.  Bu müqavilə ilə 3 təşkilatın (Avropa Kömür və Polad Birliyini, Avropa 

İqtisadi  Birliyi,  və  Avropa  Atom  Enerjisi  Birliyini)  birləşməsi  nəticəsində  Avropa 

Birliyi  yarandı.  Roma  müqaviləsinə  əsasən  Avropa  Birliyi  4  əsas  orqan  vasitəsi  ilə 

idarə olunur:  

Ali  Orqan  səlahiyyətlərini  üzərinə  götürən  Avropa  Komissiyası;  Parlament 

Assambleyası; Nazirlər Şurası; Ədalət Məhkəməsi. [31, 45] 

Roma  müqaviləsi  malların,  insanların,  xidmətlərin  və  kapitalın  azad  hərəkəti 

əsasında  qurulan  vahid  bazarın  yaradılmasını  nəzərdə  tuturdu.  Müqavilədə  Avropa 

İqtisadi  Birliyinin  və  vahid  bazarın  məqsədi  6  üzv  ölkənin  ərazisində  ticarət  və 

istehsal  şərtlərinin  transformasiya  edilməsi  və  Avropanın  daha  sıx  siyasi 

bütövləşməsinə  doğru  bir  addımın  atılması  idi.  Müqaviləni  imzalayan  dövlətlər  öz 

iqtisadi siyasətlərini tədricən uyğunlaşdırmağa razılaşdılar. Bundan başqa müqavilədə 

6 ölkə arasında gömrük vergiləri ləğv edildi və AİB ölkələrindən kənardan idxal üzrə 

vahid  xarici  tarif  yaradıldı.  Həmçinin,  vahid  kənd  təsərrüfatı  siyasəti,  vahid  ticarət 

siyasəti, və nəqliyyat siyasətinin yaradılması qərara alındı. [54] 

Böyük  Birtaniya  bu  müqaviləyə  qoşulmayaraq  ona  alternativ  olan  Avropa  Azad 

Ticarət  Assosiasiyasını  yaratdı.  Təşkilatın  üzvləri  Avstriya,  Danimarka,  İsveçrə, 

İsveç, Norveç, Portuqaliya və Böyük Britaniya idi. [31, 45] 

8  aprel  1965 tarixində  6 ölkə  arasında  Avropanın  3 qurumunun  birləşdirilməsinə 

dair  müqavilə imzalandı. Bu müqavilə nəticəsində Avropa Kömür və Polad Birliyi, 

Avropa Atom Enerjisi Birliyi və Avropa İqtisadi Birliyi birləşdirilərək vahid bir şura, 

komissiya  və  parlament  yaradıldı.  Müqavilə  1967-ci  il  iyulun  1-indən  etibarən 

qüvvəyə mindi. [55] 

Avropa  Birliyi  ilk  genişlənməyə  qədər  əsas  diqqəti  6  üzv  dövlət  arasında 

inteqrasiyanın daha da dərinləşməsinə yönəltdi. Bu inteqrasiyanın mərkəzində Fransa 

və Qərbi Almaniya arasında alyansın daha da möhkəmləndirilməsi dururdu. 1963-cü 

il  22  yanvar  tarixində  2  dövlət  arasında  Yelisey  sarayında  müqavilə  imzalandı. 



11 

 

Fransa-AFR 



alyansı  Avropa  Birliyinin  yaranmasında  və  inteqrasiyanın 

dərinləşməsində əsas hərəkətverici qüvvə oldu. [10] 

1965-ci ildə 1 iyul tarixində Fransa Avropa Birliyi Şurasının və Daimi Təmsilçilər 

Komitəsində  iştirak  etməyəcəyini  bəyan  etdi.  Bu  Avropa  Birliyi  tarixinə  “boş  stul” 

böhranı  olaraq  düşmüşdür.  Böhranın  yaranmasına  səbəb  digər  üzv  ölkələrlə  Fransa 

arasında xüsusi  səs  çoxluğu  ilə səsvermə  qaydası  ilə  bağlı  yaranan  anlaşmazlıq idi. 

Fransa  prezidenti  Şarl  de  Qol  düşünürdü  ki,  bu  cür  səsvermə  üzv  dövlətlərin 

suverenliyinə  təhdid  ola  bilər.  Şarl  de  Qol  yekdillik  prinsipi  ilə  qərarların  qəbul 

olunması  tərəfdarı  idi.  Onun  təkidi  ilə  dövlətlərin  suverenliyinə  zərər  vuracaq 

qərarların  qəbulunda  üzv  dövlətlərə  veto  hüququ  verildi.  Ancaq  bəzi  qərarların 

qəbulunda xüsusi səs çoxluğu səsvermə qaydası tətbiq olunmağa davam etdi. Əslində 

“Lüksemburq kompromisi” kimi tanınan bu razılaşma birlik daxilində inteqrasiyanın 

dərinləşməsinin qarşısını 20 il müddətində aldı.  

Avropa  Parlamenti  üzvlərinin  birbaşa  səsvermə  yolu  ilə  seçilməsi  Avropa 

vətəndaşları  üçün  əhəmiyyətli  bir  hadisə  idi.  1979-cu  il  7-10  iyun  tarixlərində  ilk 

seçkilər keçirildi. 410 parlament üzvü seçildi və Simone Veil Avropa Parlamentinin 

prezidenti seçildi. [2] 

İnsanların azad hərəkəti prinsipi - Avropa İttifaqı çərçivəsindən kənarda qarşılıqlı 

əməkdaşlığı  nəzərdə  tutan  14  iyun  1985-ci  ildə  Almaniya  və  Fransa  arasında 

bağlanmış  Şengen  razılaşması  ilə  tənzimlənirdi.  Sonradan  bu  müqaviləyə  Benilüks 

ölkələri  də  qoşulmuşdu.  İlkin  mərhələdə  müqavilə  üzv  dövlətlər  tərəfindən  həmin 

dövlətin  vətəndaşlarının  sərhəd  keçid  məntəqəsində  pasport  və  gömrük 

yoxlamalarında nəzarətin sadələşdirilməsini, 1 yanvar 1990-cı ildən isə, ümumiyyətlə 

belə  yoxlamaların  ləğvini  nəzərdə  tuturdu.  Şengen  razılaşması  digər  dövlətlərin 

böyük marağına səbəb oldu. Belə ki, Şengen razılaşması formal sərhəd yoxlamalarını 

dayandırmaqla və ya yoxlama qaydalarını sadələşdirməklə insanların azad hərəkətinə 

şərait yaradırdı. Bu da, öz növbəsində, vahid daxili bazar münasibətlərinin inkişafına, 

investisiya qoyuluşuna, yeni törəmə və birgə müəssisələrin açılmasına, iş yerlərinin 

sayının  artırılmasına  müsbət  təsir  göstərir,  iştirakçı  dövlətlərin  kənar  sərhədlərində 



12 

 

nəzarətin  gücləndirilməsinə  gətirib  çıxarırdı.  Bu  səbəbdən  Şengen  razılaşmasına 



qoşulan  üzv  dövlətlərin  sayı  getdikcə  artırdı.  1990-cı  ildə  İtaliya,    1991-ci  ildə 

İspaniya  və    Portuqaliya,    1992-ci  ildə  Yunanıstan,  1995-ci  ildə  isə  Avstriya 

müqaviləyə qoşuldu. [49] 

17-28 fevral 1986-cı ildə Lüksemburq və Haaqa konfranslarının nəticəsi olaraq 12 

üzv  dövlət  tərəfindən  «Vahid  Avropa  Aktı»  imzalandı. «Vahid  Avropa  Aktı»  34 

maddə  və  20-dən  artıq  təklifi  və  digər  məzmunlu  sənədləri  özündə  birləşdirən  1 

yekun  aktından  ibarətdir.  Aktın  I  maddəsində  göstərilir  ki,  Vahid  Avropa  Aktının 

məqsədi  Avropa  Birliyinə  gətirib  çıxaran  üzv  dövlətlərin  siyasi  əməkdaşlığına  nail 

olmaqdır. Vahid Avropa Aktı həmin dövr üçün  böyük ümid mənbəyi olsa da, keçid 

xarakterli  olması  ilə  fərqlənirdi.  [56]  Üzv  dövlətlərin  birləşməsi  prosesinin 

təkmilləşdirilməsi  üçün  mövcud  hüquqi  baza  çətinlik  yaradırdı.  Vahid  valyuta 

mexanizminin işə salınması, iqtisadi, valyuta, vahid sosial siyasətin, eləcə də, xarici 

siyasət,  ümumi  təhlükəsizlik  məsələləri  sahəsində  yeni  hüquqi  bazaya  zərurət 

yaranmışdı. Avropada  və  yer  kürəsinin  digər  hissələrində  köklü  dəyişikliklər  baş 

vermişdi. Belə ki, Şərq ölkələrində sosialist rejimlərin çökməsi Varşava Müqaviləsi 

əməkdaşlığının  sonu  ilə  nəticələnmişdi.  SSRİ  ayrı-ayrı  müstəqil  dövlətlərə 

parçalanmışdı.  İkinci  Dünya  müharibəsindən  sonra  Almaniyanı  iki  hissəyə  ayıran 

«Berlin  divarları»  sökülmüşdü  və  Almaniya  vahid  dövlət  kimi  mövcudluğuna 

qayıtmışdı. Belə bir şəraitdə Avropa Birliyinin beynəlxalq aləmdə müstəqil və legitim 

qüvvə kimi təqdim olunmasına zərurət artırdı. Hələ 1990-cı ilin əvvəllərindən Fransa 

prezidenti  Fransua  Mitteran  və  Almaniya  kansleri  Helmud  Kol  yeni  və  xüsusi 

əhəmiyyətli  təşəbbüslə  çıxış  etdilər.  Onların  təşəbbüsü  təkcə  iqtisadi  əməkdaşlığı 

deyil,  ümumi  Avropa  siyasətini  və  kollektiv  təhlükəsizlik  məsələlərini  də  əhatə 

edirdi.  Bu  məqsədlə  Xarici  İşlər  nazirlərinin  iştirakı  ilə  keçirilən  görüşlərdə  zəruri 

məsələlərin  –  siyasi,  iqtisadi  və  valyuta  birliyinin,  Avropa  Mərkəzi  Bankının 

yaradılması  məsələlərinin  müzakirəsi  üçün  hökumətlərarası  iclasların  keçirilməsi 

qərara  alındı.   Bu  məqsədlə  yeni  müqavilə  layihəsi  hazırlandı.  Layihənin  müzakirə 

edilməsi  üçün  9-10  dekabr  1991-ci  ildə  Hollandiyanın  Maastrix  şəhərində  Avropa 




13 

 

Birliyi üzvlərinin iclası keçirildi. 12 üzv dövlət başçısı tərəfindən bəyənilən müqavilə 



rəsmi olaraq «Avropa İttifaqı haqqında saziş» adlandırılsa da, əksər hallarda, iclasın 

keçirildiyi şəhərin şərəfinə «Maastrix müqaviləsi» adlandırılır. [57] 

Avropa  İttifaqı  Müqaviləsi    7  fevral  1992-ci  ildə  imzalandı  və  1993-cü  ilin  1 

noyabrında  qüvvəyə  mindi.  Bu  müqaviləyə  uyğun  olaraq,  Avropa  Birliyi  bundan 

sonra  “Avropa  İttifaqı”  adlandırıldı.  Maastrix  müqaviləsi  Avropa  İttifaqlı  daxilində 

inteqrasiyanın dərinləşməsini keyfiyyətcə yeni mərhələyə qaldırdı. [2] 

Avropa  İttifaqına  yenilik  gətirən  Amsterdam  müqaviləsi  2  oktyabr  1997-ci  il 

tarixində  imzalandı.  Və  1  may  1999-cu  il  tarixindən  qüvvəyə  mindi.  Amsterdam 

müqaviləsi  nəticəsində  Maastrixt  müqaviləsinin  bəzi  müddəaları  yumşaldıldı.  Birgə 

qərar  qəbuletmə  proseduru  sadələşdirildi;  Avropa  Parlamentinin  inteqrasiya 

proseslərində  səlahiyyətləri  genişləndirildi;    Daxili  İşlər  və  Ədliyyə  sahəsində 

dəyişikliklər edildi; ümumi xarici və təhlükəsizlik siyasəti yenidən quruldu. [86, 101] 

26  fevral  2001-ci  il  tarixində  bu  istiqamətdə  yeni  bir  razılaşma-Nis  (Nitsa) 

müqaviləsi  imzalandı.  Müqavilənin  imzalanmasında  məqsəd  Avropa  İttifaqının  ən 

böyük  genişlənməsinə  hazırlaşmaq  istiqamətində  onun  iş  mexanizminin 

təkmilləşdirilməsi  idi.  Avropa  İttifaqı  (Maastrix)  müqaviləsinə  düzəlişlər  etmək  və 

onu dövrün tələblərinə uyğunlaşdırmaq lazım idi. [10] 

Müasir dövrdə genişlənmə siyasəti ilə bərabər Avropa İttifaqının qarşısında duran 

əsas  məsələlərdən  biri  birlik  daxilində  inteqrasiyanın  gücləndirilməsidir.  XX  əsrdə 

üzv  dövlətlər  Avropa  İttifaqı  inteqrasiyasını  gücləndirmək  məqsədi  ilə  bir  sıra 

addımlar  atdı  kı,  onlardan  ən  vacibi  Avropa  İttifaqı  Konstitusiyasının  hazırlanması 

idi.  Avropa  İttifaqı  Dövlət  və  Hökumət  Başçılarının  2000-ci  ilin  dekabr  ayında 

Fransanın  Nis  şəhərində  keçirilmiş  Zirvə  görüşü  İttifaqın  genişlənməsi  ilə  bağlı 

müvafiq qərarlar qəbul etməklə bərabər, Avropa İttifaqının Konstitusiyasının işlənib 

hazırlanması  üçün  də  ilkin  addımlar  atdı.  Bir  il  sonra  Laaken  şəhərində  Avropa 

İttifaqının  gələcəyi  ilə  bağlı  yeni  Bəyannamə  qəbul  edildi.  Bu  Bəyannamə  üzv 

dövlətlərin qarşısına bir sıra vəzifələr qoydu. Bunlardan biri də Avropa vətəndaşları 

üçün  vahid  Konstitusiyanın  yaradılması  idi.  Avropa  İttifaqının  Dövlət  və  Hökumət 




14 

 

Başçılarının  Şurası  İttifaqın  Konstitusiyasının  işlənib  hazırlanması  üçün  Fransanın 



keçmiş  prezidenti  Qistard  De  Steytinqin  rəhbərliyi  altında  xüsusi  Konvensiyanın 

çağırılması  barədə  qərar  qəbul  etdi.  Bir  neçə  il  davam  edən  müzakirələrdən  sonra, 

nəhayət, Konvensiya öz işini başa çatdırıb Avropa İttifaqı Konstitusiyası Layihəsini 

hazırlayaraq Aİ rəhbərliyinə və üzv dövlətlərin hökumətlərinə təqdim etdi. [2] 

29  oktyabr  2004-cü  ildə  Romada  Kici  sarayının  Qoraçiyev  zalında  təntənəli 

surətdə  «Avropa  Konstitusiyası»  Aİ-nin  25  üzv  dövləti  tərəfindən  imzalanmışdır. 

Konstitusiya  layihəsini  hazırlayan  mütəxəssislərin  fikrincə,  Avropa  Konstitusiyası 

«ümumavropa  düşüncəsini  aşılamalı  və  Avropa  İttifaqı  timsalında  dünyaya  yeni 

nümunəvi  davranış  qaydaları  gətirməlidir».    Konstitusiya  Avropa  İttifaqı 

təsisatlarının quruluşunu və funksiyalarını dəyişdirir.   

Lakin  qeyd  edilməlidir  ki,  Konstitusiyanın  qüvvəyə  minməməsi  Avropa 

İttifaqının  tənəzzülü  deyil.  Təsis  sənədləri  və  digər  normativ  hüquqi  aktlar  öz 

qüvvəsini  saxlayır.  Üzv  dövlətlər  Konstitusiyanı  ratifikasiya  etmək  üçün  ali 

qanunvericiliklərinə uyğun olaraq, iki üsuldan birini seçməlidirlər: 

 1.Parlamentdə səsvermə ilə 2. Ümumi referendumla  

Bununla  əlaqədar  Avropa  ölkələrində  referendum  keçirildi.  İspaniya, 

Lüksemburq  kimi  ölkələrdə  konstitusiya  bəyənilərək  qəbul  olundu.  Fransada  da  29 

may  2005-ci  il  tarixində  bu  mövzu  ilə  bağlı  referendum  keçirildi.  Ancaq 

referendumun  nəticələrinə  görə  Avropa  İttifaqının  Konstitusiyası  layihəsi  xalq 

tərəfindən qəbul olunmadı. Yalnız Fransada deyil, bir çox Avropa ölkələrində də bu 

hal  yaşandı.    Bu  səbəbdən  Avropa  İttifaqının  22-23  iyun  2007-ci  ildə  keçirilən 

konfransında  Konstitusiyanı  müvəqqəti  əvəz  edən  «İslahatlar  barədə  saziş» 

imzalanmışdır. Saziş 2007-ci ilin 13 dekabrında Lissabonda imzalandığından Lissabon 

sazişi adlanır. [58] 

Lissabon sazişi və ya Avropa İttifaqının islahatları haqqında saziş - tərkibində 27 

dövləti birləşdirən Avropa İttifaqının dünya arenasında mövqeyinin və əhəmiyyətinin 

artırılması,  kəskin  qlobal  dəyişikliklərin  baş  verdiyi  bir  dövrdə  fəaliyyətinin  və 

səmərəliliyinin  artırılması  məqsədilə  19  oktyabr  2007-ci  ildə  Lissabonda  keçirilən 




15 

 

Hökumətlərarası  konfransda  yekun  olaraq  razılaşdırılmışdır.  Sazişin  üzv  dövlətlər 



tərəfindən imzalanması onun ratifikasiya olunması prosesinə start vermiş və nəzərdə 

tutulmuşdur  ki,  1  yanvar  2009-cu  ilədək  ratifikasiya  prosesi  başa  çatdırılmalıdır. 

Mahiyyətinə görə saziş ratifikasiya olunmayan Konstitusiyanı əvəz etməlidir. 2008-ci 

ilin iyulunadək saziş 27 üzv dövlətdən 23-ü tərəfindən ratifikasiya olunub. Lissabon 

sazişi Fransa tərəfindən 7 fevral 2008-ci tarixində ratifikasiya olunmuşdur. Burada Aİ-

nin  hüquq  subyekti  olması    bir  daha  təsdiqlənir.  (Aİ  haqqında  müqavilənin  32-ci 

maddəsi)  -  bu  onunla  şərtlənir  ki,  Aİ  səlahiyyətləri  çərçivəsinə  bir  sıra  hallarda 

beynəlxalq sazişlər bağlaya bilər. Üzv dövlətlərin Aİ tərəfindən imzalanmış sazişlərlə 

ziddiyyət  təşkil  etməyən  və  ya  Aİ-nin  səlahiyyətlərinə  aid  olmayan  sahələr  üzrə 

istənilən  beynəlxalq  sazişi  imzalamaq  səlahiyyətləri  var.   Lissabon  Sazişi  Avropa 

İttifaqı  təsisatlarında  bir  sıra  islahatların  keçirilməsini  nəzərdə  tutur  və  həmçinin, 

«mütləq səs çoxluğu» prinsipi ilə qəbul edilən məsələlərin siyahısını müəyyənləşdirir.  

Beləliklə,  Aİ  dövlətləri  Lissabon  sazişi  ilə  qəbul  edilməmiş  Avropa  İttifaqı 

Konstitusiyasını əvəz etməyə çalışaraq birlik daxilində inteqrasiyanın gücləndirilməsi 

yönündə  uğurlu  addımlar  atdı.    Avropa  İttifaqının  daxilindəki  inteqrasiya  prosesinin 

sürətləndirilməsindən sonra birlik genişlənmə  məsələlərinə daha çox diqqət verməyə 

başladı. [59] 

 


Yüklə 0,97 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin