Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti



Yüklə 0,97 Mb.
Pdf görüntüsü
səhifə6/34
tarix02.01.2022
ölçüsü0,97 Mb.
#41662
1   2   3   4   5   6   7   8   9   ...   34
lham-Sultan-q-z-Qas-mzad-

 

Tədqiqatın  praktik  əhəmiyyəti:  Dissertasiya  işi  praktik  cəhətdən  beynəlxalq 

münasibətlər,  Avropaşünaslıq  və  Britaniyaşünaslıq  kimi  fakultələrdə  tələbələrin 

istifadə  edəcəyi  yeni  bir  mənbədir.  Tədqiqat işi  eyni  zamanda  gələcəkdə bu  sahədə 

yazılacaq işlər üçün də faydalı mənbə sayıla bilər.



 

 

 



 

 

 



 

 

 

 

 

 

 


 

I Fəsil. Avropa İttifaqı və Birləşmiş Krallıq 



1.1.   Avropa İttifaqının yaranması 

1.1.1. Avropa İttifaqının yaranmasını şərtləndirən amillər 

II  Dünya  Müharibəsi  Avropanı  dağıntılar  içərisində  qoymuşdu.  Milyonlarla 

insan  həlak  olmuş,  əsir  düşərgələri  təkcə  Almaniyanın  yox  bütün  bəşəriyyətin 

reputasiyasına  mənfi  təsir  etmişdir.  Qurbanların  ehtimal  olunan  sayı  40  milyona 

yaxın idi, onların yarısından çoxu mülki vətəndaşlar idi. [32] 

  

İndiyə qədər baş vermiş 2 böyük dünya müharibəsinin mərkəzi məhz Avropa 



olmuşdur.  O  dövrdə  Avropalılarda  qəzəb,  qisasçılıq  hissləri  meydana  gəlsə  də, 

müharibənin  ağır  nəticələrindən  bezmiş  insanlar  köklü  dəyişikliklər  istəyirdilər. 

Birinci  və  İkinci  Dünya  Müharibəsinin  iştirakçısı  olmuş  Avropaya  artıq  qitəni 

bütövləşdirməyə və inkişafa aparan inteqrasiya prosesləri lazım idi. Elə eyni dövrdə 

bu  məqsəd  üçün  çalışan  dövlət  adamları  meydana  çıxmışdı.  [2]  Hələ  1946-cı  ildə 

Winston  Churchill  Surix  Universitetindəki  çıxışında  “Avropa  Birləşmiş  Ştatları”nın 

yaranmasına çağırış etmişdi. [6] 

İkinci  Dünya  Müharibəsindən  sonra  Avropada  inteqrasiya  prosesləri  böyük 

sürətlə  gedirdi.  “Avropa  Birliyi”    yaratmaq  planları  bu  dəfə  geniş  bir  ictimaiyyət 

dəstəyini qazanmışdı. Bu inteqrasiya prosesləri nəticəsində yaradılacaq dövlətlərüstü 

qurum Avropa ölkələri arasında illərdir davam edən müharibələrin və düşmənçiliyin 

qarşısını  ala  bilərdi.  Avropa  dövlətlərinin  liderləri  bu  cür  düşünən  insanlara 

qoşularaq,  sülh,  əmin-əmanlıq  və  tərəqqi  naminə  yeni  gələcəyin  axtarışına  çıxdılar. 

Avropanın  əsas  dövlətləri  və  Amerika  Birləşmiş  Ştatları  müəyyən  əsaslara 

söykənərək,  Avropanı  bütöv  və  birləşmiş  şəkildə  görmək  istəyirdilər.  Səbəblərin 

müxtəlifliyinə  baxmayaraq,  məhz  bu  dövlətlərin  Avropadaxili  inteqrasiya 

proseslərinə  başlamağa  yönəlmiş  vahid  siyasəti  bu  gün  Avropa  İttifaqı 

adlandırdığımız birliyin əsasını təşkil etdi. [87, 10] 




 

Amerika  Birləşmiş  Ştatları  və  Sovet  Sosialist  Respublikaları  İttifaqı  İkinci 



dünya  müharibəsindən  qalib  kimi  çıxan  2  böyük  dövlət  idi.  Müharibə  ilə  əlaqəli 

ehtiyaclara  yönəldilmiş  iqtisadiyyatın  sürətli  inkişafı  həm  ABŞ,  həm  də  SSRİ  üçün 

digər dövlətlər ilə müqayisəedilməz dərəcədə böyük imkanlar yaratmışdı. Bu iki ölkə 

qısa zamanda atom bombası da əldə etdilər. Müharibədən sonra super gücə çevrilən 

iki  rəqib  dövlət  daha  təhlükəli  bir  münaqişənin  iştirakçısına  çevrilməmək  üçün 

ehtiyatlı  davranırdılar.  Hər  iki  dövlət  bilirdi  ki,  bundan  sonra  baş  verə  biləcək 

münaqişənin  mərkəzi  öz  əraziləri  deyil,  digər  dövlətlərin  əraziləri  olacaqdır.  SSRİ 

potensial  döyüş  meydanı  kimi  Mərkəzi  və  ya  Şərqi  Avropanı  gördüyü  üçün  işğal 

etdiyi  ölkələri  bir  blokda  birləşdirmək  planları  qururdu.  Eyni  zamanda,  ABŞ 

Avropada  kommunizmin  yayılmasının  qarşısını  almaq  üçün  Qərbi  Avropa 

dövlətlərindən  ibarət  ön  cəbhə  yaratmağı  planlaşdırırdı.  Amerika  Birləşmiş 

Ştatlarının Avropa Birliyinin yaradılmasınına dəstəyini sadəcə hərbi və təhlükəsizlik 

maraqları  ilə  deyil,  siyasi  və  iqtisadi  maraqları  ilə  izah  etmək  lazımdır.  ABŞ 

müharibədən sonra dünya bazarlarında  bütün rəqiblərini üstələyəcək texnologiyalara 

malik güc mərkəzi kimi ortaya çıxmışdır. Qərbi Avropa ABŞ üçün böyük bazar idi. 

Müharibə  dövründə  və  ondan  sonra  ABŞ  şirkətləri  xeyli  qazanc  əldə  etmişdilər. 

Avropa  bu  dövrdə  öz  mövcudluğu  uğrunda  mübarizə  aparır,  hətta  ən  əsas 

tələbatlardan məhrum idi. ABŞ-ın maliyyə resursları Avropada yenidənqurma işlərinə 

sərf  olunmalı  idi  və  bu  səbəbdən  Marşall  Planının  həyata  keçirilməsinə  başlandı. 

Marşall  Planı  gələcəkdə  ABŞ  iqtisadiyyatına  yararlı  olacaq  Avropa  bazarını  bərpa 

etmək  üçün  ABŞ  tərəfindən  Avropaya  böyük  miqdarda  kapital  və  investisiya 

qoyulmasını nəzərdə tuturdu. [2] 

Beləliklə,  Avropa  qitəsi  Amerika  Birləşmiş  Ştatları  və  Sovet  İttifaqı  arasında 

gündən-günə  artan  bir  rəqabətin  içində  idi.  Bu  kontekstdə  bölünmüş  Qərbi  Avropa 

tezliklə başa düşdü ki, həyatda qalmaq üçün ABŞ-ın maliyyə, texniki və hərbi dəstəyi 

ilə iqtisadi resursların birləşdirilməsi və vahid institutların yaradılması vacibdir. [32] 

Qərbi  Almaniya  Fransa  və  digər  Avropa  dövlətləri  ilə  birlik  qurmaq  fikirini 

müsbət  qiymətləndirdi.  Ona görə  ki,  bu addım  Qərbi  Almaniyaya  özünün  militarist 




 

keçmişindən uzaqlaşdığını  nümayiş etdirmək üçün əlverişli imkanlar yarada bilərdi. 



Müharibə  nəticəsində  Almaniyanın  iqtisadiyyatı  çox  ziyan  görmüşdü.  Bu  birlik 

sayəsində  Almaniya  dağılmış  iqtisadiyyatını,  həmçinin,  ölkənin  nüfuzunu  yenidən 

bərpa edə bilərdi. 

XIX əsrin ortalarından XX əsrin ortlarına qədər Fransa və Almaniya arasında üç 

böyük  müharibə  yaşanıb.  Bu  müharibələrin  nəticəsində  Fransa  öz  ərazilərdən 

məhrum  olub.  Fransa  Avropada  birliyin  yaradılmasını  üç  əsas  səbəb  üzündən 

dəstəkləyirdi. 

Birincisi,  Fransa  ABŞ  və  SSRİ  qarşıdurmasının  hakim  olduğu  yeni  dünya 

nizamında aparıcı rola sahib olmaq istəyirdi. Fransa ikiqütlü sistem əvəzinə Fransanın 

da daxil olduğu güclü dövlətlərin tarazlıq sisteminin tərəfdarı idi.  

İkincisi,  Fransa  Almaniyanın  birləşməsindən  və  yenidən  güclənməsindən 

narahatlıq  keçirirdi.  Yaşanan  təcrübələr  onu  göstərmişdi  ki,  güclü  və  müstəqil 

Almaniya  həmişə  militarizmə  meyl  edir.  Bu  səbəbdən  Fransa  Almaniyanı 

zərərsizləşdirməyin  yolunu  Almaniya  ilə  bir-birindən  asılı  qarşılıqlı  münasibətlər 

qurmaqda görürdü.  

Üçüncüsü,  Coğrafi  olaraq  Fransanın  mövqeyinə  diqqət  etsək,  Qərbi  Avropa 

dövlətlərinin qurduğu birlikdən onun kənarda qalması mümkün görünmürdü. Bundan 

başqa,  bu  inteqrasiya  prosesləri  vasitəsi  ilə  Fransa  öz  dövlət  müstəqilliyini 

möhkəmləndirə bilərdi. [2] 

Böyük  Britaniyanın  Avropa  Birliyinin  yaradılmasına  münasibəti  digər 

dövlətlərdən fərqli idi. Müharibənin təsirləri və müharibə sonrası Britaniyanın qlobal 

mövqeyi  və  resursları  onun  Avropa  siyasətini  müəyyənləşdirdi.  Britaniya  özünü 

Amerika, Avropa və Birlik ölkələri arasında əlaqələndirici körpü olaraq görürdü. [31, 

22] 


Niderland, Belçika və Lüksemburq kimi kiçik Avropa dövlətləri tarixən Almaniya 

və  Fransa  arasında  baş  vermiş  müharibələrdən  əziyyət  çəkdikləri  üçün  Avropada 

qurulacaq  birlikdə  təmsil  olunaraq  Avropa  və  dünya  siyasətinə  təsir  etmək  fürsəti 

qazanacaqlarını düşünürdülər. [32] 




 

Beləliklə,  Avropa  ölkələri  belə  bir  təşkilatın  yaradılmasının  milli  mənafelərinə 



tam uyğun olacağı qənaətində idilər. Avropa İttifaqının yaranmasını şərtləndirən əsas 

amillər  müharibənin  millətlərdə  oyandırdığı  birləşmə  fikirləri,  dağılmış 

iqtisadiyyatlar, ABŞ və SSRİ kimi 2 super gücün Avropa üzərində qurduğu planlar və 

Avropa dövlətlərinin bu birliyə olan böyük ümidləri idi. [31, 15] 

 

 


Yüklə 0,97 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin