Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti



Yüklə 0,97 Mb.
Pdf görüntüsü
səhifə8/34
tarix02.01.2022
ölçüsü0,97 Mb.
#41662
1   ...   4   5   6   7   8   9   10   11   ...   34
lham-Sultan-q-z-Qas-mzad-

1.1.3. Avropa İttifaqının genişlənmə mərhələləri 

Avropa İttifaqının qısa zamanda qazandığı nəaliyyətlər başqa dövlətləri də bu quruma 

üzv  olmağa  ruhlandırdı.  Avropa  İttifaqı  yarandığı  gündən  bəri  7  genişlənmə 

mərhələsindən keçmişdir: 

1.  Böyük Britaniya, Danimarka və İrlandiya. (1971). 3 dövlət genişlənməyə qarşı 

siyasətlərdən  sonra  birliyə  ilk  genişlənmədə  üzv  olan  ölkələrdir.  [30]  1961-ci 

ildə  İrlandiya,  Danimarka  və  Böyük  Britaniya,  1962-ci  ildə  Norveç  Avropa 

Birliyinə  daxil  olmaq  üçün  müraciət  etdilər.  Fransa  Böyük  Britaniyanın 



16 

 

Avropa  Birliyinə  daxil  olmasına  müxalif  olması  səbəbindən  yalnız  1973-cü 



ildə  onun  üzvlüyünə  razılıq  əldə  olundu.  Beləliklə,  Böyük  Britaniya, 

Danimarka,  İrlandiya  və  Norveç  Avropa  Birliyinə  üzvlüyünə  qəbul  barədə 

müqavilə  imzalandı.  Lakin  Norveçdə  keçirilmiş  referendumda  müqaviləni 

ratifikasiyasına etməməsi səbəbindən Norveç Avropa Birliyinə üzv olmadı. 

2.  Yunanıstan  (1981).  1959-1960-cı  illərdə  Yunanıstan  və  Türkiyə  Avropa 

İqtisadi  Birliyinə  assosiativ  üzv  olmaq  üçün  müraciət  etdi.  Yunanıstanda 

hərbçilərin  dövlət  çevrilişi  və  ölkədə  diktaturanın  qurulması  səbəbilə  onun 

Avropa  Birliyində  assosiativ  üzvlüyünə  son  qoyulmasına  səbəb  oldu.  [2] 

Yunanıstan yanlız 1981-ci ildə birliyə tamhüquqlu üzv statusunu qazandı. 

3.  İspaniya və Portuqaliya (1986). İspaniya və Portuqaliyanın birliyə üzv olması 

ilə Avropa Birliyi cənuba doğru genişləndi. [30]  Əslində birliyin genişlənməsi 

ilə  üzvlərin  iqtisadi  və  siyasi  inkişaf  səviyyəsi  baxımdan  qeyri-bərabərlik 

yarandı.  Yeni  üzvlərin  uzun  müddət  diktatorlar  tərəfindən  idarə  olunmasını 

səbəbilə  yaranmış  yanlış  iqtisadi  idarəetmə  və  ağır  iqtisadi  durum  onlara 

Avropa  Birliyi  tərəfindən  külli  miqdarda  yardım  göstərilməsini  qaçılmaz 

edirdi. 


4.  Finlandiya,  İsveç  və  Avstriya  (1995).  Avropa  Birliyi  Avropa  İttifaqına 

çevrildikdən  sonra  3  yeni  üzvü  öz  sıralarına  qəbul  etdi.  Bununla  da,  birliyin 

üzvlərinin sayı 15-ə çatdı. [2] 

5.  10  yeni  üzvün  qəbulu  (2004).  Bu  həm,  ölkələrin  sayı,  həm  də  əhatə  olunan 

insanların  sayı  baxımdan  Avropa  İttifaqı  tarixində  ən  böyük  genişlənmə  idi. 

Eyni  zamanda  10  ölkə,  Çexiya,  Estoniya,  Kipr,  Latviya,  Litva,  Macarıstan, 

Malta, Polşa, Slovakiya və Sloveniya birliyin üzvləri sıralarına qoşuldular. 

6.  Rumıniya  və  Bolqarıstan  (2007).  Şərqi  Avropanın  daha  2  dövləti  Avropa 

İttifaqına üzv olaraq birliyə üzv olan ölkələrin sayını 27-ə çatdırdı. 

7.  Xorvatiya  (2013).  Xorvatiyanın  Avropa  İttifaqına  qoşulması  hələ  ki,  birliyin 

son genişlənməsini əhatə edir. Sloveniyadan sonra Xorvatiya birliyə üzv olan 

ikinci post-Yuqoslaviya ölkəsidir. [30] 




17 

 

2013-cü ildən bəri Avropa İttifaqı yeni üzv qəbul etməyib. Əksinə olaraq, birliyin 



qədim üzvlərindən olan Böyük Britaniya üzvlükdən çıxmaq istəyini bildirib. 

Avropa  İttifaqının  genişlənmə  strategiyasını  və  perspektivlərini  araşdırarkən  ilk 

öncə Aİ-nin genişlənmə prosesindən əldə etdiyi mənfəət və üstünlükləri və həmçinin, 

genişlənmənin dayandırılacağı halında Aİ-nin itkilərini təhlil etmək lazımdır. Aİ-nin 

bu genişlənmədən qazanclarını belə sıralaya bilərik: 

 



Hər  şeydən  əvvəl,  dövlətlərin  Avropa  İttifaqına  üzvlük  gözləntisi 

kommunizmin süqutundan sonra Orta və Şərqi Avropa dövlətlərindəki reform 

prosesini sürətləndirdi; 

 



Bölgədə  sabit  demokratiyaların  yaranması  ümumilikdə  Avropanın 

təhlükəsizliyini  artırdı.  Milli  azlıq  məsələləri  və  sərhəd  problemləri  qismən 

aradan qaldırıldı; 

 



Ticarətdə  sürətli  yüksəliş  Aİ  üçün  yeni  bazarlar  və  investisiyalar  mənasına 

gəlirdi. Üzv dövlətlər artıq ticarətlərinin böyük hissəsini Avropa ilə edirdilər. 

Aİ-nin genişlənmə layihəsi olmasaydı, bu qazanclar əldə edilə bilməzdi. [48] 

Aİ  üzvlərinin  genişlənməyə  razılıq  verməməsi  və  bunun  nəticəsində  Aİ-nin 

genişlənmə layihəsinin gecikdirilməsi və ya tamamilə genişlənmədən imtina edilməsi 

Avropa üçün böyük bir siyasi uğursuzluq ola bilər. Bunun nəticəsi həm Aİ, həm də 

üzv ölkələr tərəfindən hiss edilər: 

 



Vahid bazarın genişlənməməsi və bunun nəticəsindi üzvlüyə namizəd ölkələrin 

inkişaf nisbətinin azalması Aİ-ni iqtisadi qazanclardan məhrum edər; 

 

Üzvlüyə  namizəd  ölkələr  üçün  isə  demokratik  islahatların  davam  etdirilməsi 



məsələsindəki iradələrini zəiflədə bilər, nəticə olaraq xarici kapitalların ölkəyə 

gəlməsinə mane olar və iqtisadi inkişafı zəiflədər; 




18 

 



 

Siyasi  cəhətdən  qeyri-sabitliyə  səbəb  ola  bilər  ki,  bunun  da  təsirləri  Avropa 

İttifaqına birbaşa təsir edər. Sülh və sabitliyin həssas olduğu Balkanlarda riski 

artıra bilər; 

 

Genişlənmə olmazsa, Aİ üçün cinayətlərlə, qeyri-qanuni miqrasiya və terrorla 



mübarizə çətin olar

 



Üzvlüyə  namizəd  olan  ölkələrdəki  xəyal  qırıqlığı  Aİ-də  və  başqa  yerlərdə 

Avropaya şübhəli yanaşan avroskeptiklərin tərəddüdlərini gücləndirə bilər. 

Nəticə olaraq genişlənmənin qarşının alınmasının istər siyasi, istər iqtisadi itkiləri 

çox böyük olar və bunun əvəzini həm üzv dövlətlər, həm də üzvlüyə namizəd ölkələr 

ödəyər.  Genişlənmədən  imtina  edilməsi  sadəcə  gələcəkdə  əldə  ediləcək  faydaların 

itirilməsi  deyil,  həmçinin,  keçmişdə  edilmiş  səylərin  boşa  getməsini  və  qazanılmış 

uğurların itirilməsi mənasına gəlir. [67] 

Avropa İttifaqına üzv olmaq üçün dövlətlər müəyyən kriteriyalara sahib olmalıdır. 

1993-cü  ilin  iyun  ayında  Aİ  ölkələrinin  liderləri  Kopenhagen  Zirvəsində  bir  araya 

gələrək,  “Kopenhagen  kriteriyaları”  adlandırılan    üzvlük  şərtlərini  qəbul  etdilər.Bu 

kriteriyalar aşağıdakılardır: 

1.  Demokratiya,  qanunun  aliliyi,  insan  hüquqları  və  milli  azlıqlara  hörmət 

edilməsini və qorunmasını təmin edən qurumların mövcudluğu; 

2.  Ölkənin  bazar  iqtisadiyyatının  birlik  daxilindəki  iqtisadi  güclərlə  rəqabət 

aparacaq iqtisadi və maliyyə gücünün olması; 

3.  Birliyin  siyasi,  iqtisadi  və  maliyyə  məqsədlərinin  namizəd  ölkə  tərəfindən 

qəbul edilməsi və üzvlük öhdəliklərini üzərinə götürməsi; 

Birinci  kriteriya  üzvlüyə  namizədlik  üçün  danışıqların  başladılmasının  əsas  şərti 

kimi qəbul olunur, digər kriteriyaların isə namizədlik zamanında yerinə yetirilməsini 

qəbul edilir. [48] 




19 

 

Aİ-nin genişlənmə strategiyasının nəticələri və faydaları açıqca görülür. Nisbətən 



yeni üzv olmuş Orta və Şərqi Avropa ölkələrində demokratik qurumları olan və milli 

azlıqlara hörmətlə yanaşan sabit demokratiyalar ortaya çıxdı. Bu dövlətlər tərəfindən 

reallaşdırılan iqtisadi reformlar da daha yüksək iqtisadi inkişaf səviyyəsinə çatmasına 

şərait yaratdı. [69] 

Bildiyimiz  kimi,  Avropa  Komissiyası  və  Parlamentinin  Aİ-nin  əsas  orqanları 

olmasına  baxmayaraq  genişlənmə  prosesi  dövlətlərin  hökumətləri  arasında  gedir  və 

bu  məsələdə  hər  bir üzv  dövlət öz  maraqlarını  qorumağa  çalışır.  Buna  görə  də  üzv 

dövlətlər Aİ-yə namizəd ölkə ilə danışıqların başlaması və bitməsinə veto qoya bilər. 

Əgər Aİ daxilində namizəd ölkəni müdafiə edən bir ittifaq varsa və bu ittifaqa Fransa 

və Almaniya kimi dövlətlər daxildirsə, həmin ölkənin Aİ-yə üzv olması perspektivi 

güclüdür. Üzv dövlətlərin üzvlüyə namizəd ölkələri dəstəkləməsinin önəmli bir təsiri 

vardır.  Beləliklə,  dövlətlərin  Avropa  İttifaqına  üzvlük  məsələləri  üzv  dövlətlərin 

xüsusilə  Almaniya,  Fransa  və  Böyük  Britaniya  kimi  böyük  dövlətlərin  istəyindən 

asılıdır. Fransa və Almaniya Avropa İttifaqının əsas hərəkətverici qüvvəsi və Aİ-də 

ən böyük nüfuza sahib olan ölkələrdir.  

Avropa İttifaqının genişlənməsində bu dövlətlərin mövqeyi birmənalı deyil. Belə 

ki, bu məsələ ilə bağlı dövlətlərin yanaşması namizəd ölkədən asılıdır. [88]

 

Burada  xalqların  da  istəyi  böyük  rol  oynayır.    Məsələn,  Fransa  əhalisi  arasında 



keçirilən  sorğuya  görə  fransızların  66%-i  Avropa  İttifaqının  genişlənməsinin 

tərəfdarıdır. [69] 

Hər  dəfə  Aİ  sıralarına  yeni  üzvlər  qoşulanda  Aİ  strukturunda  bir  sıra  yeniliklər 

olur. Belə ki, Aİ hər dəfə genişləndikcə Avropa Parlamenti üzvlərinin sayı da artır. 

Buna  əks  olaraq  Fransa  kimi  təsisçi  dövlətlərin  Avropa  Parlamentində 

nümayəndələrinin  sayında  azalma  müşahidə  olunur.  Məsələn  Aİ  12  və  15  üzvdən 

ibarət  olanda  Fransa  deputatlarının  sayı  87  ikən,  müasir  dövrdə  bu  rəqəm  78  ilə 

məhdudlaşıb. [2] 

Almaniya Aİ-də ən böyük nüfusa sahib olan ölkə və Aİ büdcəsinə ən çox maliyyə 

yatıran  ölkədir.  Almaniya  birliyin  şərqə  doğru  genişlənməsində  böyük  rol 




20 

 

oynamışdır.  Şərq  genişlənməsinin  əsas  hərəkətverici  qüvvələri  olan  Almaniya, 



İngiltərə və Danimarka   Aİ-ni  bu  prosesə  hazırlaşdıran  başlıca  aktorlardır. 

İngiltərənin  şərq  genişlənməsini  dəstəkləməsinin  səbəbi  Aİ-ni  daha  böyük 

hökümətlərarası bir quruluş kimi görməsi ilə bağlıdır. [48] 

Almaniya iqtisadi və təhlükəsizlik faktorları səbəbi ilə yaxın qonşuları olan Polşa, 

Macarıstan  və  Çexiyanı  üzvlük  məsələlərində  dəstəkləmişdir.  Ən  başlıca 

təhlükəsizlik səbəbi Almaniyanın yenidən birləşməsi sonrasında qonşuluğunda qeyri-

sabit dövlətlərin mövcudluğunu istəməməsi, ən başlıca iqtisadi səbəbi isə bu ölkələr 

ilə  ənənəvi  tarixi  iqtisadi  bağlarının  olmasıdır.  Fransanın  Orta  və  Şərqi  Avropa 

ölkələri  ilə  quru  sərhəddi  olmadığı  və  həmin  ölkələrlə  iqtisadi  əlaqələri  az  olduğu 

üçün Aİ-nin Şərqə doğru genişlənməsinin Aİ daxilində öz nüfuzunu azaldacağını və 

Almaniyanın  Aİ-nin  güc  mərkəzinə  çevriləcəyini  düşünürdü.    Fransa  NATO-nun 

Kosova  əməliyyatına  dəstəklərinə  görə  mükafat  olaraq  Bolqarıstan  və  Rumıniyanın 

Aİ-yə  daxil  olmaq  üçün    namizədliyini  dəstəkləmişdir.  Fransa  Rumıniyanın  ən 

önəmli dəstəkçisi idi, çünki Şərqi Avropanın Aİ daxilindəki təsirini və Almaniyanın 

artan  siyasi  gücünü  tarazlaşdırmaq  üçün  bir  müttəfiqə  ehtiyacı  var  idi.    Bu  səbəblə 

iqtisadi  gücünün  zəif  olmasına  və  demokratik  dəyərlərin  əskikliyinə  baxmayaraq, 

Rumıniya  1997-ci  ildə  Lüksemburq  Zirvəsində  namizəd ölkələr  sırasına  daxil  oldu. 

[88] 


Avropa  İttifaqının  rəsmilərinin  sözlərinə  görə,  Avropa  İttifaqının  qapıları 

demokratik, bazar 

iqtisadiyyatına sahib 

ve Aİ-nin 

qanunlarına 

tabe 


olan 

Avropa ölkələrinin üzünə açıqdır.  

Avropa  İttifaqı  Xorvatiyanın  birliyə  üzvlüyünü  Balkanların  birliyə  qoşulmağı 

yolunda təşviqedici bir qüvvə kimi görür. Aİ-nin genişlənmə planlarına görə şərtlər 

yerinə  yetirildiyində  Qərbi  Balkanların  bütün  ölkələri  Türkiyədən  əvvəl  Aİ  üzvü 

olacaqlar. [70] 

Hal-hazırda Aİ-nin genişlənmə miqyası Türkiyə, Balkanlar və İslandiyanı əhatə 

edir. Avropa İttifaqında üzv dövlətlərlə yanaşı üzvlüyə namizəd ölkələr və potensial 

namizəd  ölkələr  vardır.  Monteneqro,  Serbiya,  Albaniya,  Makedoniya,  İslandiya  və 



21 

 

Türkiyə  üzvlüyə  namizəd  ölkələr,  Bosniya  və  Herseqovina,  Kosova  isə  potensial 



namizəd  ölkələrdir.  İslandiya  Aİ-yə  üzvlük  üçün  iqtisadi  böhrandan  dərhal  sonra 

2009-cu  ildə,  Serbiya  2008-ci  ildə,  Monteneqro  da  Serbiyadan  ayrılandan  sonra 

2008-ci  ildə,  Makedoniya  2004-cü  ildə,  Albaniya  2009-cu  ildə,  Türkiyə  isə  1987-ci 

ildə Avropa İttifaqına üzv olmaq üçün müraciət etmişlər. Bosniya və Herseqovina və 

Kosova Aİ-nin perpektiv genişlənməsinin əsas obyektləridir. Bu ölkələr Aİ-yə üzvlük 

üçün müraciət etməmiş potensial namizəd ölkələr kimi qəbul olunmuşdur. [48] 

İndiyə  kimi  Türkiyənin  Avropa  İttifaqına  üzvlük  məsələsi  aktual  məsələ  kimi 

qalmışdır.  Türkiyənin  Aİ  ilə danışıqların başlanması  1963-cü ildən başlayır.  Həmin 

ildə  Türkiyə  və  Avropa  Birliyi  arasında  assosiativ  üzvlük  barədə  Ankara  sazişi 

imzalanmışdır. Bu sazişə görə Gömrük Birliyinin yaradılması və bir çox sahələr üzrə, 

o  cümlədən,  Avropa  İttifaqının  indiyə  qədər  qəbul  etdiyi  qanunlar  toplusunun 

Türkiyə 


tərəfindən 

qəbul 


edilməsi 

üçün 


müvafiq 

zaman 


çərçivəsi 

müəyyənləşdirilmişdir. [2] 

İngiltərə  və  İspaniyanın  Türkiyənin  Aİ-yə  namizədliyini  dəstəkləməsinə 

baxmayaraq,  Aİ  daxilində  Fransa  və  Almaniyanın  sahib  olduğu  siyasi  və  iqtisadi 

nüfuza  sahib  deyillər.  Fransa  və  Almaniya  Türkiyəyə  tam  üzvlük  yerinə  “xüsusi 

tərəfdaşlıq” verilməsini müdafiə etməsi Türkiyəyə qarşı olan ayrı-seçkiliyi göstərir.  

Fransada  Türkiyənin  üzvlüyü  ilə  bağlı  yanaşmalar  müxtəlifdir.  2007-ci  ildə 

prezident  seçkilərində  qalib  gələn  Xristiyan  Demokrat  Partiyasının  lideri  Nikola 

Sarkozi ‘Testimony’ kitabında Türkiyənin üzvlüyünə  qarşı olduğunu bildirmişdi: 


Yüklə 0,97 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin