Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti


  Böyük Britaniyanın Avropa İttifaqı üzvlüyü



Yüklə 0,97 Mb.
Pdf görüntüsü
səhifə10/34
tarix02.01.2022
ölçüsü0,97 Mb.
#41662
1   ...   6   7   8   9   10   11   12   13   ...   34
lham-Sultan-q-z-Qas-mzad-

1.2.  Böyük Britaniyanın Avropa İttifaqı üzvlüyü 

1.2.1. Avropa İttifaqının yaranması və Birləşmiş Krallığın mövqeyi 

İkinci  dünya  müharibəsi  dövründə  Böyük  Britaniyanın  Baş  naziri  Çörçil 

ikiqütblü dünyanın və ideoloji qarşıdurmanın yaxınlaşdığını ilk hiss edən liderlərdən 

biri  idi.  O  bu  prosesləri  dünyanı  kapitalizm  və  kommunizm  düşərgələrinə  bölən 

“dəmir pərdə” kimi qiymətləndirirdi. Çörçil 19 sentyabr 1946-cı ildə İsveçrənin Surix 

şəhərindəki çıxışında Avropa dövlətlərinə müraciət edərək, onları “Avropa Birləşmiş 

Ştatları”nı  qurmağa  çağırdı.  Surix  çıxışı  səbəbindən  o  “Avropanın  atası”  kimi 

xatırlanır. Ancaq Britaniyalı jurnalist və siyasi şərhçi Hugo Youngun dediyi kimi “O 

həm də Britaniyanın Avropada rolu ilə bağlı anlaşmazlıqların banisidir. O Avropanın 

Britaniyanı, Britaniyanın da özünü səhv anlamasına səbəb oldu”. [44]  Onun nitqinin 

sonuna  diqqət  yetirdikdə  aydın  olur  ki,  Çörçil  Böyük  Britaniyanı  bu  birliyin 

içərisində  görmür.  Onun  səhv  anlaşılan  nitqi  sadəcə  Avropa  ölkələrini,  xüsusən 

Fransa və Almaniyanı əməkdaşlığa sövq etmək və ancaq Britaniyanın daxil olmadığı 

Avropa Birləşmiş Ştatlarını yaratmaq məqsədi daşıyırdı. 



“Bu çox təcilidir. Fransa və Almaniya liderliyi ələ almalıdır. Böyük Britaniya 

Britaniya  Millətlər  Birliyi,  Amerika  və  inanıram  ki,  Rusiya  yeni  Avropanın 

sponsorları  və  dostları  olmalı  və  onun  yaşamaq  və  dirçəlmək  hüququnu 

dəstəkləməlidir”. [41] 

Çörçilin  nitqindən  aydın  olur  ki,  o  Böyük  Britaniyanın  yerini  bir-biri  ilə 

qarşılıqlı  təmasda  olan  üç  güc  mərkəzinin  –  Avropa,  Amerika  və  özünün  əvvəlki 

müstəmləkələr  Birliyinin  ortasında  olan  əlaqələndirici  kimi  görürdü.  Çörçilin 

fikrincə,  məhz  Britaniya  bu  üç  mərkəzi  bir-birilə  bağlayan  əlaqələndirici  rolunu 



23 

 

oynamalı  idi.  Şübhəsiz  ki,  Britaniya  bu  üç  mərkəz  ilə  öz  milli  maraqlarına  uyğun 



olaraq  münasibətlər  qurmuşdu  və  onlardan  heç  biri  Britaniyanın  gələcək  siyasi 

perspektivləri  baxımından  dominant  rol  oynamırdı.  Britaniyanın    Birləşmiş  Avropa 

Ştatlarının  yaradılmasında    maraqları  demək  olar  ki,  Amerikanın  maraqları  ilə  üst-

üstə  düşürdü.    Belə  ki,  Britaniya  öz  qonşuluğunda  yerləşən    bu  dövlətlər  arasında 

sülhün, sabitliyin təmin olunmasını və  qorunub saxlanılmasını istəyirdi. [2] 

Britaniyanın Avropa Birliyinin yaranmasında mövqeyi “Məhdud öhdəlik” kimi 

xarakterizə  olunmuşdur.  (David  Gowland,  Arthur  Turner,  Alex  Wright  tərəfindən) 

“Məhdud  öhdəlik”  (Limited  Liability)  (1945-55)  konsepsiyası  daha  çox  Böyük 

Britaniyanın  Avropanın  müdafiəsində  minimal  hərbi  öhdəliyini  nəzərdə  tutsa  da, 

bəzən  müharibədən  sonra  Avropanın  yenidən  qurulmasında  iştirakını  və  Avropaya 

inteqrasiyanı  da  xarakterizə  edirdi.  Bu  ilk  dəfə  1949-cu  ilin  yanvarında  Whitehall 

rəsmilərinin  yekun  sənədində  öz  əksini  tapmışdır.  Clement  Attlee  rəhbərliyində 

Britaniya Nazirlər Kabineti bunu təsdiq etmişdir: 

“Bizim  siyasətimiz  Avropanın  bacardığımız  qədər  tez  bərpasına  kömək 

etməkdir... Ancaq bu konsepsiya məhdud öhdəliklə olmalıdır. Heç bir halda bu kömək 

Avropanın  tənəzzülü  halında  bizi  ABŞ  üçün  önəmli  müttəfiq  olmağa  mane 

olmamalıdır...  Biz  suverenliyimizi  təslim  edən  və  bizi  geri  dönüşü  olmayan  yola 

salacaq “əməkdaşlıq” tədbirlərinə başlamamalıyıq”. [31, 18-19] 

Müharibənin  təsirləri  və  müharibə  sonrası  Britaniyanın  qlobal  mövqeyi  və 

resursları  onun  Avropa  siyasətini  müəyyənləşdirdi.  Britaniyanın  Avropa  siyasətinin 

formalaşmasına  və  məhdud  öhdəlik  konsepsiyasının  rəhbər  tutulmasına  bir  neçə 

faktor təsir etmişdir. 

Birincisi,  müharibədən  sonra  Britaniyanın  bir  çox  Avropa  dövlətləri  üçün 

uyğun  olmayan  öz  milli  strategiyası  və  ya  müharibənin  mənfi  nəticələrinin  aradan 

qaldırılması üçün xüsusi yolu var idi. Bu çərçivədə Birləşmiş Krallığın malik olduğu 

resursların müstəsna əhəmiyyəti var idi. Resurslar dedikdə Britaniya Millətlər Birliyi 

bazarları,  müstəmləkələr,  Londonun  maliyyə  mərkəzi  mövqeyi,  geniş  silahlanmış 

ordu və nüvə silahınının əldə olunmasını sıralamaq olar. Britaniyanın sahib olduğu bu 



24 

 

üstünlüklər  onun  super  güc  kimi  əhəmiyyətini  artırır  və  Avropanın  onun  iqtisadi 



cəhətdən bərpa olunmasında rolunu önəmsiz edirdi. Britaniyanın bu mövqeyi 1947-ci 

ildə ABŞ-ın Marşal planına cavab olaraq verilmişdir. Britaniya hökuməti edilən ABŞ 

yardımını  ölkənin  Avropa  əməkdaşlığına  cəlb  olunma  şərti  olmadan  əldə  etmək 

tərəfdarı idi. Böyük Britaniya hökuməti, həmçinin ABŞ-dan Birləşmiş Krallığı digər 

Avropa  dövlətlərindən  fərqli  şəkildə,  qlobal  güc  olaraq  tanımasını  istəyirdi.  ABŞ 

hökuməti  hər  iki  yanaşmaya  etiraz  etsə  də  Britaniya  siyasətçiləri  Truman 

administrasiyana  Birləşmiş  Krallığının  dünya  iqtisadiyyatında  xüsusi  yet  tutduğuna 

dair təsirlər etməyə çalışırdılar. [31, 20] 

Digər  müəyyənedici  faktor  isə  Britaniyalıların  Avropanı  Britaniya  xarici 

siyasətinin qlobal miqyasının sadəcə bir hissəsi kimi görməsi idi.  Bu yanaşmaya görə 

Avropa  qitəsi  dünyanın  böyük  əksəriyyətini  təşkil  etmədiyindən  onun  Britaniyanın 

xarici  siyasətində  də  xüsusi  bir  yeri  yoxdur.  Britaniyalılar  tarix  boyu  özlərini 

Avropanın  bir  parçası  kimi  görməmişlər,  britaniyalı  siyasətçilər  də  Britaniyanı 

Avropa inteqrasiyasının bir aktoru kimi deyil, Avropa ilə ABŞ arasında əməkdaşlığı 

təmin  edən  qlobal  güc  kimi  dəyərləndirirdirlər.  Bu  yanaşmaya  baxmayaraq  Bevin 

1948-ci  ilin  yanvarında  Britaniyanın  da  daxil  olduğu  Qərb  İttifaqının  yaradılması 

təşəbbüsünü  irəli  sürmüşdür.  Ancaq  2  il  ərzində  1950-ci  ilin  aprelinə  qədər  Bevin 

Avropanın  müstəqil bir  ərazi  vahidi  olmadığına və  Qərb ittifaqı konsepsiyasının  öz 

yerini  daha  geniş  konsepsiya  olan  Atlantik  Ortaqlığına  verməsinə  inandırıldı.  Bəzi 

tarixçilər  və  siyasi  şərhçilər  Bevinin  bu  cəhdini  qərb  dövlətləri  və  SSRİ  arasındakı 

münasibətlərin  pozulması  kontekstində  və  Avropalıların  Sovet  planları  ilə  bağlı 

qorxularının  artdığı  dönəmdə  ABŞ  hərbi  qüvvələrini  Qərbi  Avropaya  qayıtmağa 

təşviq  edilməsi  kimi  dəyərləndirirlər.  İzaha  görə,  Qərb  İttifaqı  kollektiv  müdafiə 

tədbirləri görsə də, realda ABŞ-ın hərbi yardımına ehtiyac vardır. [31, 21] 

1948-ci  ilin  mart  ayında  Britaniya,  Fransa  və  BENİLÜKS  ölkələri  arasında 

Brüssel  sazişi  imzalandı.  Bu  sazişə  görə  5  dövlət  hər  hansı  bir  üzv  dövlətə  hərbi 

hücum  olarsa  hərbi  və  digər  istiqamətdə  kömək  göstərməyi,  həmçinin,  yaradılmış 

Brüssel Müqaviləsi Təşkilatı (Brussel Treaty Organization) vasitəsi ilə iqtisadi, sosial 




25 

 

və  mədəni  istiqamətdə  əməkdaşlıq  etməyi  öz  öhdələrinə  götürdülər.  [6]  Böyük 



Britaniyanın bu addımını Atlantik Alyansına keçid və ABŞ-la xüsusi münasibətlərin 

canlandırılması  kimi  dəyərləndirmək  olar.  1949-cu  il  4  aprel  tarixində  Şimali 

Atlantika Müqaviləsinin imzalanması bunu sübut etmişdir. [31, 22] 

İkinci Dünya Müharibəsindən sonrakı ilk illərdə Britaniya ticarətində Britaniya 

Millətlər Birliyi ölkələrinin həcmi 50% idisə, Avropa sadəcə 20%-lik paya sahib idi. 

Bundan başqa, Britaniya Millətlər Birliyi ölkələri sterlinq zonasına daxil olduğundan 

Britaniya  mərkəzi  bankir  rolu  oynayırdı  və  beynəlxalq  ödənişlərin  50%-i  məhz 

sterlinqlə ödənildiyindən Britaniya dünya ticarətində əsas oyunçulardan biri idi.  

Avropa İqtisadi Birliyinin yaranmasından Birləşmiş Krallığın ona üzv olmasına 

kimi olan müddət (1956-1972) bəzi mütəxəssislər tərəfindən (David Gowland, Arthur 

Turner,  Alex  Wright)  “iztirablı  yenidən  dəyərləndirmə”  adlandırılır.  Bu  müddətdə 

xəzinə  rəsmiləri  müşahidə  etdilər  ki,  Britaniya  Avropanı  qorumaq  üçün  yox  özünü 

qorumaq üçün Avropaya yaxın olmalıdır. [31, 42]

 

Spaak  komitəsi  1956-cı  ilin  mart  ayında  vahid  bazarın  yaradılması  haqqında 



hesabat  yayımladı.  2  ay  sonra  hesabat  altı  ölkənin  xarici  işlər  nazirləri  tərəfindən 

təsdiqləndi. Sonradan intensiv hökumətlərarası danışıqlar 1957-ci ilin fevralına kimi 

Roma  müqaviləsinin  hazırlanmasına  kimi  davam  etdi.  1958-ci  ilin  yanvarında 

qüvvəyə minən bu sazişlə Avropa İqtisadi Birliyi (European Economic Community) 

və  Avropa  Atom  Enerjisi  Birliyi  (European  Atomic  Energy  Community)  yaradıldı. 

Avropa  İqtisadi  Birliyi  əmtəə,  kapital,  əmək  və  xidmətin  azad  hərəkəti  ilə  vahid 

bazarın  yaradılması  üçün  planlaşdırılmışdı.  Gömrük  birliyinə  doğru  mərhələləi 

inkişaf  əsas  məqsəd  idi.  [6]  Vahid  Kənd  Təsərrüfatı  Siyasətinin  (Common 

Agricultural Policy) formalaşdırılması növbəti əsas prioritet kimi müəyyənləşdirildi. 

Avropa İqtisadi Birliyinin ilk tariff endirimi 1959-cu ilin yanvar və noyabr aylarında 

baş verdi. [31, 44] 

Eyni  ildə  Avropa  Birliyinin  formalaşmasının  son  mərhələsində  Böyük 

Britaniya  Avropa  Kömür  və  Polad  Birliyinə  alternativ  olaraq  Avropa  Azad  Ticarət 

Assosiasiyasını  da  yaratdı.  Birləşmiş  Krallıq  daxil  olmaqda  Avropanın  7  dövləti 




26 

 

Stokholm  konvensiyasını  imzaladı.  (1959  iyul).  [6]  Beləliklə,  1959-cu  ilin  sonunda  



Qərbi Avropa 2 ticarət blokuna bölündü.

  

 



Britaniya  hökumətinin  AİB  ölkələrinə  qarşı  siyasətinin  əsas  xarakteristikası 

əslində  Plan  G  kimi  tanınan  Avropa  Azad  Ticarət  Assosiasiyası  (AATA)  təklifinin 

kökündə  yatır.  Plan  G  Avropa  İqtisadi  Əməkdaşlıq  Təşkilatını  kənd  təsərrüfatı 

malları  deyil,  yalnız  manufaktura  malları  üçün  tarifdən  azad  ticarət  blokuna 

çevirməyi  təklif  edirdi.  Ancaq  burada  qeyri  AATA  ölkələri  üçün  vahid  tarif 

olmamalı,  həmçinin,  iqtisadi  inteqrasiya  daha  çox  dərinləşməməli  idi.  Britaniya 

hökumətinin Ticarət Heyəti və Xəzinəsi bu təklifin başlıca müəllifləri idilər və onlar 

növbəti illərdə AİB ölkələrinə qarşı Britaniya siyasətini formalaşdıran əsas hökumət 

departamentləri oldular.

  

Başlanğıcda Plan G Avropa İqtisadi Birliyini xüsusi, ayrı bir qrup kimi görmür



hətta,  Avropa  Azad  Ticarət  Assosiasiyasının  AİB  ölkələrini  də  əhatə  etməsi 

planlaşdırılmışdır.  Plan  G-nin  əsas  mahiyyəti  Britaniyanın  Millətlər  Birliyi  ölkələri 

ilə ticarətini zəiflətmədən Avropa ilə daha sıx tarif assosiasiyası qurması idi. [31, 44-

46]


 

Azad  Ticarət  Assosiasiyası  (ATA)  təklifi  üzrə  aparılan  hökumətlərarası 

danışıqlar  1958-ci  ilin  noyabrında  Fransa  tərəfindən  qoyulan  veto  ilə  kəsildi.  Kənd 

təsərrüfatı ticarətinin təklif olunan ATA layihəsinə daxil edilməməsi layihənin qəbul 

olunması  üçün  əsas  əngəllərdən  biri  idi.  Ümumi  bazara  vahid  kənd  təsərrüfatı 

siyasətinin daxil edilməsi üçün təkid edən Fransa Britaniya istehsalı malların ümumi 

bazara  maneəsiz  girişini  Fransa  kənd  təsərrüfatı  mallarının  Britaniya  bazarına  girişi 

olmadan  qəbul  edə  bilməzdi.  Bundan  başqa,  Fransızlar  təkif  edirdilər  ki,  Britaniya 

eyni zamanda iki fərqli ticarət klubuna (Ümumi bazar və Millətlər Birliyi) məxsus ola 

bilməz.  1958-ci  ildə  ATA  danışıqları  gömrük  ittifaqının  azad  ticarət  zonası 

çərçivəsində necə idarə ediləcəyi haqqında texniki suallara görə yarımçıq qaldı. 

 

Sonralar  Böyük  Britaniya  Avropa  İqtisadi  Birliyinə  belə  bir  mövqe 



tutduğundan  peşman  olaraq,  özü  bu  birliyə  daxil  olmağa  cəhdlər  göstərdi.  Amma 

Fransa  iki  dəfə  də  bu  cəhdin  qarşısını  alaraq,  Britaniyanın  Avropa  Birliyinə  onun 




27 

 

daxil olmasına imkan vermədi. Britaniya yalnız üçüncü cəhddən  – Avropa Birliyinə 



onun daxil olmasına qəti etiraz edən Fransa prezidenti Şarl de Qolun vəfatından sonra 

–  Birliyə  üzv  qəbul  edildi.  Nəhayət,  Böyük  Britaniya  anladı  ki,  Avropa  Birliyinə 

daxil olmaq ölkənin gələcək inkişafı üçün mühüm əhəmiyyət kəsb edir. [48]

 

 




Yüklə 0,97 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin