Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti



Yüklə 0,97 Mb.
Pdf görüntüsü
səhifə12/34
tarix02.01.2022
ölçüsü0,97 Mb.
#41662
1   ...   8   9   10   11   12   13   14   15   ...   34
lham-Sultan-q-z-Qas-mzad-

 

1.2.3. Birləşmiş Krallığın Avropa İttifaqının genişlənmə və dərinləşmə siyasətində 

mövqeyi 

 

Böyük  Britaniya  həmişə  Avropa  İttifaqının  problemli  üzvü  kimi  xarakteristika 

edilir. Böyük Britaniya birlik daxilində “xüsusi” statusa malik olan ölkədir. Belə ki, 

Böyük  Britaniya  Avropa  İttifaqında  inteqrasiyanın  dərinləşməsində  iştirak  etməyə 

bilərdi.  Böyük  Britaniya  həmişə  öz  müstəqilliyini  saxlamağa  önəm  vermiş,  Şengen 



31 

 

ərazisinə  daxil  olmamış,  eyni  zamanda  avro  yerinə  öz  milli  valyutasından  istifadə 



etmiş, Ticarət Birliyi Konqresinin (TUC) baş katibi Len Murrayın qeyd etdiyi kimi 

“Böyük Britaniyanın gələcəyi ilə bağlı ən vacib qərarlar yalnız Londonda alına bilər” 

prinsipi ilə üzvlüyə davam etmişdir. [1] 

Avropa  İttifaqı  ölkələrində  avroskeptisizmin  mərkəzi  Böyük  Britaniya  hesab 

edilir. Britaniyalıları Avropada gedən inteqrasiya proseslərində oynadıqları rola görə 

“qəribə  partnyor”  adlandırırlar.  Avropada  inteqrasiyanın  dərinləşməsində  Maastrixt 

müqaviləsinin  böyük  rolu  vardır.  Bir  qayda  olaraq  Birləşmiş  Krallıq  Avropada 

federal sistemin yaradılmasına dair hər hansı maddənin müqaviləyə daxil edilməsinə 

ciddi  müqavimət  göstərirdi.  Bütün  bunlara  baxmayaraq,  Avropa  İttifaqı  barədə 

Müqavilə  köklü  dəyişikliklərə  gətirib  çıxardı.  İttifaqın  iki  səviyyədə  inkişaf 

etdirilməsi  barədə  razılaşma  Britaniyanı  qane  edirdi.  Razılaşmaya  görə  dövlətlərə 

istəmədikləri sahələr üzrə əməkdaşlıqdan kənarda qalmaq hüququ verilirdi. Məsələn, 

Sosial Xartiyaya qoşulmayan dövlət vahid bazar ilə əlaqədar məsələlərdə iştirak edə 

bilərdi.  Beləliklə,  Avropa  İttifaqının  strukturu  da  “üçpilləli  sistem”  yaratmaqla 

dövlətlərüstü  qurumlar  ilə  dövlətlərarası  qurumlar  arasında  heç  də  rəvan  olmayan 

rəqabəti  özündə  əks  etdirirdi.  Dövlət  suverenliyinin  itirilməsindən  narahat  olan 

dövlətlər üçün bu böyük müvəffəqiyyət idi. Avropa İttifaqı üçpilləli sistemə çevrilirdi 

və  hər  pillə,  nəticədə  dövlətlərüstü  münasibətlərin  hüdudlarını  müəyyənləşdirmək 

hüququ qazanırdı.  

Birinci  pillə  Avropa  Kömür  və  Polad  Birliyini,  həmçinin,  Avropa  Atom-Enerji 

Birliyini  birləşdirən  Avropa  Birliyindən  ibarət  idi.  Avropa  İttifaqına  geniş 

səlahiyyətlər  verildi  və  həm  müqavilələrdən,  həm  də  Avropa  Komissiyasının 

səlahiyyətlərindən  doğan  hüquqi  aktlara  görə,  qərarların  qəbul  edilməsində  Birlik 

metodu  üstünlük  təşkil  etdi.  Digər  iki  pillə  isə  qərar  qəbuletmə  prosesində 

dövlətlərarası  yanaşmanı  qoruyub  saxlayacaqdı.  Üzv  dövlətlər  üçün  mühüm  milli 

maraq kəsb edən sahələrdə dövlətlərin suverenliyinin qorunması şübhəsiz idi. 

İkinci  pillə  İttifaqın  xarici  və  təhlükəsizlik  siyasətini  əhatə  edir.  Bu  sahələrdə 

İttifaq  ümumi  mövqedən  çıxış  etsə  də,  müdafiə  məsələlərində  dövlətlər  tam 




32 

 

suverenliyini qoruyub saxlayacaqdı. Bütün qərarların qəbul olunması üçün yekdilliklə 



səsvennə prinsipi tətbiq edilirdi. 

Üçüncü  pilləyə  gəldikdə  isə  daxili  işlər  və  ədliyyə  sahələrində  (o  cümlədən, 

transmilli cinayətkarlığa qarşı mübarizə, qaçqınlara sığınacaq verilməsi sahələrində) 

əməkdaşlıq  məsələlərində  üzv  dövlətlər  öz  suverenliklərini  hələlik  qoruyub 

saxlayırlar.  Üçpilləli  sistem  İttifaq  daxilində  güc  və  səlahiyyətlərin  kimdə  olmasını 

aydın  surətdə  göstərir.  Birinci  pillədə  Avropa  Parlamenti  və  Avropa  Komissiyası 

daha  artıq  rola  malikdilər.  Lakin  ikinci  və  üçüncü  pillələrdə  səlahiyyətlərə  nəzarət 

aydın  surətdə  Avropa  İttifaqının  Nazirlər  Şurasında  cəmləşir.  Böyük  Britaniyanın 

bəzi  məsələlərdən  kənarda  qalmaq  imkanı  Avropa  vətəndaşlarını  xüsusilə  narahat 

edirdi. Əsasən ona görə ki, inteqrasiya proseslərinə ikitirəli yanaşma o anlama gəlirdi 

ki,  bu  prosesin  mühüm  elementlərində  Böyük  Britaniya  xüsusi  seçim  qazanırdı. 

Məsələn,  sosial  yönümlü  sahələri  əhatə  edən  məsələlərdən  Britaniyanın  kənarda 

qalması  o  demək  idi  ki,  bu  ölkə  liberal  bazar  iqtisadiyyatı  siyasətinin  mənfi 

nəticələrini aradan qaldırmağa yönəlmiş siyasətdə iştirak etməkdən imtina edir. [2] 

Britaniya hökuməti tarixən Avropa İttifaqının genişlənməsinin güclü dəstəkçisi 

və  hərəkətverici  qüvvəsi  olmuşdur.  On  illər  boyu  ardıcıl  hökumətlər  genişlənməni 

Birləşmiş Krallığın təhlükəsizlik, rifah kimi strateji faydaları əsasında təbliğ etmişdir. 

Britaniya ənənəvi olaraq Avropa Komissiyası ilə yaxından çalışmış və genişlənməyə 

pozitiv  baxan  üzv  dövlətlərin  dövlətlərə  rəhbərlik  etmişdir.  Bu  məqamda  Birləşmiş 

Krallığın baş naziri Margaret Thatcherin sözlərini xatırlamaqda fayda var. 



“Biz  heç  vaxt  Dəmir  Pərdənin  şərqini  unutmamalıyıq,  o  insanlar  ki,  Avropa 

mədəniyyətini,  azadlığını  və  identifikasiyasını  daşımaqdan  həzz  alır.  Biz  həmişə 

Varşaya, Praqa və Budapeştə əzəmətli Avropa şəhərləri kimi baxacağıq”. 

1990-97-ci illərdə Birləşmiş Krallığın baş naziri olmuş John Major 1995-ci ildə 

çıxışında hökumətin genişlənməyə olan yanaşmasını belə ifadə etmişdir.  

“Mən  inanıram  ki,  biz  geniş  Avropa  boyunca  stabillik  və  demokratiya 

yaymalıyıq. Şərqi və Mərkəzi Avropa əsrlər boyu mübarizə meydanı olmuşdur. Ancaq 

bizim  indi  onları  vahid  bazara  və  Qərbi  Avropanın  demokratik  məkanına 



33 

 

birləşdirmək  kimi  tarixi  imkanımız  var.  Buna  görə  Avropa  İttifaqının  genişlənməsi 



həyati hədəf kimi qalmaqdadır”. 

2010-cu  ilin  mayında  koalisiya  anlaşmasında  Birləşmiş  Krallığın  koalisiya 

hökuməti genişlənməyə dəstəyini təkrarladı: 

“Biz Avropa İttifaqının irəlidəki genişlənməsini dəstəkləyirik”.  

Birləşmiş  Krallığın  genişlənməyə  olan  dəstəyinin  vurğusu  zamanla  dəyişdi. 

1990  və  2000-ci  illərdə  Birləşmiş  Krallıq  genişlənməni  Avropa  İttifaqı  siyasətinin 

əsas  hədəfi  kimi  görürdü.  Son  illərdə  2004  və  2007-ci  illərdə  olan  genişlənmədən 

dərslər  götürən  Birləşmiş  Krallıq  daha  sərt,  qəti  ancaq    ədalətli,  şərtlərə  əsaslanan 

yanaşma  (conditions-based  approach)  qəbul  etmişdir.  O  genişlənməyə  olan  güclü 

dəstəyini  davam  etdirsə  də,  bunu  şərtlər  əsasında  etməyin  tərəfdarıdır.  Üzvlüyə 

qəbuldan  əvvəl  namizəd  ölkələr  tam  hazır  olmalı  və  bütün  şərtləri  (xüsusilə  də 

qanunun  aliliyi,  mütəşəkkil  cinayətlərlə  və  korrupsiya  ilə  mübarizə)  açıqca 

qarşılamalıdır.  

2014-cü  ildə  oktyabrında  Birləşmiş  Krallıq  hökuməti  Avropa  Komissiyasının 

namizəd ölkələr haqqında yeni İnkişaf Hesabatlarını alqışladı. Həmin hesabatlar “ilk 

öncə  təməllər”  (fundamentals  first)  yanaşmasını  dəstəkləmiş  və  dövlət  idarəçiliyi 

islahatları, iqtisadi idarəetmə və rəqabətlilik, qanunun aliliyi (mütəşəkkil cinayətlərlə 

və  korrupsiya  ilə  mübarizə  də  daxil  olmaqla),  təməl  hüquqlar,  yaxşı  qonşuluq 

əlaqələri,  ikitərəfli  münaqişələrin  həll  edilməsi  və  regional  əməkdaşlıq  kimi 

məsələləri  genişlənmə  prosesinin  əsas  prioritetlərinə  fokus  olmuşdur.  Həmçinin, 

orada  üzvlüyə  qəbul  olma  danışıqlarında  işçilərin  azad  hərəkəti  üzərində  transmilli 

tədbirlər və ya qorucu mexanizmin yaradılması təsdiqlənmişdir.

 [48]


 

Britaniyanın  Avropa  İttifaqına  üzv  olması  iqtisadi  fayda  səbəbindən  baş 

vermiş,  bugünə  kimi  də  belə  davam  etmişdir.  Britaniya  siyasi  inteqrasiyaya  cəhd 

etməmiş,  həmişə  öz  suverenliyini  Brüsselə  ötürməkdə  istəksiz  olmuşdur.  Bunun 

nəticəsində Avrozona və Şengen zonasından kənarda qalmaq qərarını almışdır. [17] 

Suverenliyin  itirilməsi  daima  Birləşmiş  Krallıq  üçün  təhdid  olaraq  qalsa  da  vacib 

qərarların əksəriyyəti Londonda alınır. 



34 

 

Cədvəl 1.1. 



Avropa İttifaqı  və Birləşmiş Krallıq arasında səlahiyyətlərin bölgüsü 


Yüklə 0,97 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin