Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti



Yüklə 0,97 Mb.
Pdf görüntüsü
səhifə15/34
tarix02.01.2022
ölçüsü0,97 Mb.
#41662
1   ...   11   12   13   14   15   16   17   18   ...   34
lham-Sultan-q-z-Qas-mzad-

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


37 

 

II Fəsil. Birləşmiş Krallığın Avropa İttifaqı üzvlüyündən çıxması 



2.1 Brexiti şərtləndirən amillər 

2.1.1  Brexit ideyasının yaranması və səbəbləri 

Brexit  (Britain,  Exit)  kəlimə  mənası  ilə  Böyük  Britaniyanın  Avropa  İttifaqından 

çıxmasını  ifadə  edir.  Brexit  bu  mənada  Böyük  Britaniyadakı  avroskeptiklər 

tərəfindən  ölkənin  Aİ-dən  çıxışını  ideya  kimi  siyasi  arenada  aktuallaşdırılmasının 

nəticəsidir.  Bu  proses  isə  qısa  bir  müddətdə  dünyanın  diqqətini  Böyük  Britaniyaya 

yönəltdi.  Əslində  ölkədə  Aİ  üzvlüyünün  sorğulanması  ilk  deyildir,  ancaq  bu  dəfə 

vəziyyət fərqli idi. Belə ki, son dövrlərdə Brüsselə verilən səlahiyyətlərin bir qisminin 

Böyük  Britaniya  tərəfindən  geri  alınması,  üzvlüyün  yaratdığı  bir  sıra  problemlər 

səbəbi ilə Aİ-yə qarşı olanların səslərinin yüksəlməsi ilə baş nazir Kameron 2015-ci 

ildə  seçimləri  qazanacağı  təqdirdə  lideri  olduğu  Mühafizəkar  Partiyadan  yüksələn 

avroskeptik  fikirlərin  təsiri  ilə  ölkənin  Aİ  üzvlüyü  məsələsini  referenduma 

aparacağını bildirmişdir. [21] 2015-ci 7 may tarixində keçirilən parlament seçkisinin 

nəticələrinə  görə  parlanmentdə  650  nəfərlik  yerdən  325-ni  qazanaraq  Mühafizəkar 

partiyası  qalib  gəldi.  Beləliklə,  David  Kameron  2013-cü  ildə  verdiyi  vədi  yerinə 

gətirmək üçün referendumun keçirilməsinə məcbur oldu. [81] 

Böyük  Britaniya  ilə  Avropa  İttifaqı  uzun  ancaq  çətin  tarixi  əlaqələrə  sahibdir. 

Böyük  Britaniya  İkinci  dünya  müharibəsindən  sonra  həmişə  vahid  Avropa 

yaratmaqda çox həvəsli olmuşdur. Çörçilin 1946-ci ildə məşhur Surix çıxışı buna bir 

misaldır. 

“Avropa  ailəsini  yenidən  yaratmaq  vaxtıdır...  Biz  bir  növ  Avropa  Birləşmiş 

Ştatları yaratmalıyıq” 

Çörçil bu sözləri ilə “Avropanın atası” adlandırılmışdı. Ancaq Britaniyalı jurnalist 

və  siyasi  şərhçi  Hugo  Young-ın  sözlərinə  görə  o  həm  də    Britaniyanın  Avropadakı 

rolu  ilə  bağlı  anlaşmazlıqların  banisidir.  [44]  Əgər  onun  nitqinin  sonuna  diqqət 

yetirsək aydın olur ki,  Çörçil Böyük Britaniyanı bu birliyin daxilində görmür. Onun 



38 

 

səhv  anlaşılan  nitqi  sadəcə  Avropa  ölkələrini,  xüsusilə  də  Fransa  və  Almaniyanı 



keçmişi  unutmağa  və  Britaniyasız  Avropa  Birləşmiş  Ştatlarını  yaratmağa 

həvəsləndirmək xarakteri daşıyırdı. [41] 

Birləşmiş  Krallıq  yalnız  1973-cü  ildə  üçüncü  müraciətində  Avropa  İqtisadi 

Birliyinə  qoşuldu.  Ancaq  bu  tarixdə  avrofillərin  qələbəsi  kimi  deyil,  Britaniya 

müstəsnalığı  kimi  xatırlanır.  Buradan  aydın  olur  ki,  Brexit  Böyük  Britaniyanın 

imperial  tarixində  yatır,  onun  maraqları  və  qlobal  diplomatiyası  heç  bir  zaman 

Avropa ilə limitli qalmamışdır. [44]

 

Brexit  kampaniyasında  bir  çox  arqumentlər  səsləndirilmişdir.  Referendum 



günündə Lord Ashcroft Birləşmiş Krallıq vətəndaşlarının həqiqi fikirlərini öyrənmək 

və onların qərarlarının arxasında yatan arqumentləri öyrənmək üçün 12369 nəfərdən 

anket  götürmüşdür.  Anketin  nəticələrinə  əsasən,  Brexit  leyhinə  səs  verənlərin 

təxminən yarısı (49%) Avropa İttifaqını ona görə tərk etmək istəyirlər ki, “Birləşmiş 

Krallıqla  bağlı  qərarlar  Birləşmiş  Krallıqda  alınmalıdır”.  Təqribən  üçdə  bir  Brexit 

tərəfdarları  (33%)  əsas  səbəb  kimi  “Birləşmiş  Krallıq  immiqrasiya  və  öz  sərhədləri 

üzərində nəzarəti yenidən əlinə almalıdır” variantını göstərmişlər. Brexit leyhinə səs 

verənlərin 13%-i “Aİ-də qalmaq illər sonra onun öz sərhədlərini və mərkəzi gücünü 

daha  çox  genişləndirməsinə  razı  olmaqdan  başqa  seçimi  olmamaq  deməkdir” 

variantını seçmişlər. Sadəcə 6% isə “Birləşmiş Krallıq Aİ-dən kənarda daha çox ticari 

və iqtisadi fayda əldə edər” deyə düşünürlər. [9]

 

Anket  nəticələrindən  göründüyü  kimi  iqtisadiyyat,  suverenlik  və  immiqrasiya 



Brexit kampaniyası müddətində ən çox səslənən sözlər olmuşlar. 

Bəs  ölkənin  çətinliklə  daxil  olduğu,  Avropa  dövlətləri  üçün  cəlbedici  görünən 

Avropa İttifaqından çıxmasına nə səbəb oldu?  

Səbəbləri sistemli şəkildə belə sıralamaq olar: 

-  Büdcə  problemi:  Böyük  Britaniya  Aİ  büdcəsinə  verdiyi  töhvə  daha  az  gəlir 

götürür. Beləcə, Fransa və Almaniya kimi Aİ büdcəsinə xalis töhvə verən ölkələr 

arasında yer alır. Büdcə üçün edilən xərclər digər Aİ ölkələrinə kömək və yatırım 

edilməsi  üçün  istifadə  olunur.  [71]  Brexit  tərəfdarları  iddia  edirlər  ki,  Birləşmiş 




39 

 

Krallığın  iqtisadiyyatı  onun  Avropa  İttifaqından  çıxmasından  daha  çox  fayda 



götürə  bilər.  Birləşmiş  Krallığın  Aİ  büdcəsinə  verdiyi  xalis  töhvə  Brexit 

kampaniyasının  əsas  arqumentlərindən  birinə  çevrilmişdir.  Avropa  İttifaqı  üzv 

dövlətlərdən birliyin büdcəsinə illik haqq ödəməyi tələb edir.  Digər üzv dövlətlər 

kimi  Birləşmiş  Krallıq  da  Aİ  büdcəsinə  gömrük  tarifləri,  ƏDV  faizləri,  Ümumi 

Milli  Gəlirin  müəyyən  hissəsi  şəkilində  ödəyir.  Bu  o  deməkdir  ki,  Birləşmiş 

Krallıq  nə  qədər  çox  Ümumi  Milli  Gəlirə  sahib  olsa,  o  qədər  çox  Aİ  büdcəsinə 

ödəniş  etməlidir.  Birləşmiş  Krallıq  yeganə  ölkədir  ki,  Avropa  İttifaqından  daimi 

güzəştə  (permanent  rebate)  malikdir.  1985-ci  ildən  bəri  Aİ  Birləşmiş  Krallığın 

ödəniş  məbləğindən  həmin  güzəşti  çıxır.  Birləşmiş  Krallıq  parlamenti  tərəfindən 

yayınlanmış  məlumata  əsasən  2016-2017-ci  ildə  Birləşmiş  Krallıq  £16,9  milyard 

ödəmiş,  Aİ  £4,1  milyardı  güzəşt  olaraq  qaytarmışdır.  Əlavə  olaraq  Birləşmiş 

Krallıq  £4,1  milyardı  Aİ-dən  maliyyə  dəstəyi  olaraq  almışdır.  Bu o  deməkdir ki, 

2016-2017-ci ildə Birləşmiş Krallığın Aİ büdcəsinə xalis töhvəsi £8,9 milyarddır. 

Brexit  tərəfdarlarının  arqumentinə  əsasən  Birləşmiş  Krallıq  Aİ  büdcəsinə  verdiyi 

xalis töhvəyə qənaət edərək onu əhali üçün xərcləyə bilərlər. [38] 



Miqrant problemi: Əsas səbəblərdən biri kimi Böyük Britaniyaya kütləvi miqrant 

axınları göstərilir. Brexit tərəfdarlarının arqumentinə əsasən immiqrasiya Birləşmiş 

Krallıqda həyatın keyfiyyətini aşağıya salır. 

 

Aİ öz vətəndaşlarına digər üzv ölkələrdə azad şəkildə yaşamaq, səyahət etmək 



və işləmək hüququ verir. Birlikdən çıxma tərəfdarlarının fikrinə görə Aİ ölkələrdən 

Birləşmiş  Krallığa  olan  immiqrasiya  maaşları  aşağı  salır  və  vətəndaşlar  üçün  iş 

imkanlarını  azaldır.  2015-ci  il  statistikasına  əsasən  Birləşmiş  Krallıqda  digər  Aİ 

ölkələrindən  gələn  3,3  milyon  immiqrant  yaşayır  və  onlar  əhalinin  5,3%-i,  əmək 

qabiliyyətinə  malik  olan  insanların  (16-64  yaşda)  6,3%-ini  təşkil  edir.  Aİ 

ölkələrindən  gələn  miqrantlar  Birləşmiş  Krallıqda  yaşayan  miqrantların  35%-ini 

təşkil  edir.  Aİ  ölkələrindən  gələn  miqrantların  böyük  hissəsini  Polşa  (29%), 

Irlandiya  (12%),  Portuqaliya  (7%),  Rumıniya  (7%),  Litva  (6%)  və  Italiya  (6%) 

təşkil edir. [66]

 



40 

 

Ölkəyə  hər  il  gələn  miqrant  sayı  300  mini  aşır.  Hökumət  bu  sayı  100  minə 



endirmək  istəyir.  Aİ  vətəndaşlarının  ölkədə  sərbəst  hərəkəti,  ölkə  daxilində  ucuz 

işçi  qüvvəsinin  artımı  və  işləmək  məqsədilə  digər  Avropa  ölkələrindən  gələn 

insanların sayının azaldıla bilməməsi ayrılma tərəfdarlarının arqumentlərinin sayını 

çoxaldır. 

-  Suverenliyin  məhdudlaşdırılması:  Avropa  İttifaqından  ayrılma  tərəfdarlarının  ən 

çox  istifadə  etdiyi  arqumentlərdən  biri,  hətta  birincisi  birlikdən  asılılığı  azaltma, 

beləcə  dövlət  suverenliyinin  və  müstəqilliyinin  yenidən  gücləndirilməsidir  və  Aİ-

nin  məhdudlaşdırıcı  qanun  və  qərarlarından  azad  olmaqdır.  [84

Onların  fikrinə 



görə,  Britaniyanın  Aİ  üzvlüyü  onun  suverenliyinə  təhdiddir.  Britaniya  Avropa 

Birliyinə  üzv  olarkən  imzaladığı  1972-ci  il  Avropa  Birlikləri  Aktına  (European 

Communities  Act)  əsasən  Birləşmiş  Krallıq  milli  hüququnu  Avropa  Birliyi 

hüququna  uyğunlaşdırmalıdır.  [18]  Yuxarıda  anket  nəticələrində  də  göründüyü 

kimi,  avroskeptiklər  “Birləşmiş  Krallıqla  bağlı  qərarlar  Birləşmiş  Krallıqda 

alınmalıdır”  şüarı  ilə  hərəkət  edirlər.  [9]  “Nəzarəti  əlinə  al”  sloqanı  Brexit 

kampaniyasının əsas sloqanlarından biri olmuşdur.  

Bundan  əlavə,  Brexit  tərəfdarları  iddia  edir  ki,  qanunvericilik  təklifi  ilə  çıxış 

etmə  hüququna  malik  Avropa  Komissiyası  xalq  tərəfindən  seçilməyən 

bürokratlarıdan ibarətdir və xalqı təmsil etmir. Brexit kampaniyasına liderlik edən 

London  şəhərinin  meri  Boris  Johnson  bəyan  etmişdir  ki,  Aİ  üzvlüyü  parlament 

suverenliyi  ilə  uyğunluq  təşkil  etmir.  [18]  Həmçinin,  Birləşmiş  Krallıqda 

milliyyətçilik  Avropa  inteqrasiyasına  mane  olur.  Belə  ki,  Brexit  ilə  İngilis 

milliyyətçiliyi  arasında  bir  əlaqə  vardır.  [35]  Londondan  başqa  bütün  ingilis 

regionları  Brexit  leyhinə  səs  vermişlər.[24]  Özlərini  Avropa  kimliyinə  aid  edən 

Britaniyalılar birlikdə qalma tərəfdarıdırlar. [43] 

 

 

 



Böyük Britaniyada Avropa İttifaqında üzvlüyü məsələsində əhali iki əks fikrə 

sahib  olan  avroskeptiklər  və  avrofillərə  bölünmüşdür.  Böyük  Britaniyanın  Aİ 

üzvlüyünə  qarşı  olan  tərəflərdən  avroskeptiklərə  Nigel  Farage  (Birləşmiş  Krallıq 

Müstəqillik  Partiyası),  ölkənin  Avropa  İttifaqında  qalmasının  vacibliyini 




41 

 

vurğulayan  avrofillərə  isə  Nick  Clegg  (Liberal  Demokrat  Partiyası)  rəhbərlik 



edirdi.  [42]  Brexiti  dair  tərəflərin  arqumentləri  aşağıdakı  cədvəldə  ətraflı 

verilmişdir: (Cədvəl 2.1) 

Cədvəl 2.1. 

Avroskeptiklər və Avrofillərin arqumentləri 




Yüklə 0,97 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin