Kafedra: Dünya İqtisadiyyatı Ixtisas: Dünya İqtisadiyyatı Qrup



Yüklə 175,65 Kb.
səhifə1/7
tarix16.12.2023
ölçüsü175,65 Kb.
#183364
  1   2   3   4   5   6   7
referat 6293


Azərbaycan Respublikasının Təhsil Nazirliyi
Bakı Dövlət Universiteti

Fakültə: Beynəlxalq Münasibətlər və İqtisadiyyat
Kafedra: Dünya İqtisadiyyatı
Ixtisas: Dünya İqtisadiyyatı
Qrup: 548 Kurs: III
Beynəlxalq İqtisadiyyat fənni üzrə
Azərbaycan Respublikasının Xarici Ticarət əlaqələr Və onun stimullaşdırılmasında Dövlətin rolu” mövzusunda
Kurs İşi

TƏLƏBƏ: Məmmədzadə Münəvvər
ELMİ RƏHBƏR: Qafarlı Qalib


BAKI-2017
Mündəricat Plan........................................................................3
Giriş........................................................................4
Mövzu 1.................................................................5
Mövzu 2................................................................11
Mövzu 3................................................................14
Mövzu 4................................................................17
Mövzu 5................................................................22
Nəticə....................................................................26
Ədəbiyyat.............................................................28

Plan


Mövzu 1: Azərbaycanın xarici ticarət əlaqələrinin inkişaf mərhələləri və meylləri
Mövzu 2: Azərbaycan xarici ticarət əlaqələrinin dinamikası, strukturu və coğrafiyası
Mövzu 3: Azərbaycanın xarici ticarət siyasətinin mahiyyəti, tənzimlənməsi və əsas prinsipləri
Mövzu 4: Azərbaycanın xarici ticarət əlaqələrinin stimullaşdırılmasının xüsusiyyətləri və problemləri
Mövzu 5: Xarici ticarət əlaqələrinin stimullaşdırılması üzrə dünya təcrübəsi
Nəticə

Giriş
Bildiymiz kimi, dünya dövlətlərinin əsrlər boyu bir-birilə iqtisadi əlaqələr yaratmaq üçün istifadə etdiyi ən çevik, ənənəvi mexanizm xarici ticarətdir. Ticarət-insan əməyi ilə bağlı iqtisadi fəaliyyətdir. Xarici Ticarət isə geniş mənada - ölkə hökümətinin istehsal amillərinin hərəkəti və istiqamətinə, ticarətin həcmi, strukturu və coğrafi yönümünə və s. müdaxilə məqsədi güdən tədbirlər kompleksi kimi başa düşülür. Bu yanaşmadan göründüyü kimi, bu halda söhbət təkcə gömrük siyasətindən deyil, eyni zamanda pul, valyuta və ümumiyyətlə maliyyə siyasətində əhatə olunduğundan gedir. Dar mənada xarici ticarət siyasəti xarici ticarətlə investisiyaların məhdudlaşdırılması, stimullaşdırıcı və tənzimlənməsi istiqamətində dialektik vəhdətə söykənir.
Ölkənin qlobal İqtisadi məkanda tutduğu mövqeyinin xarici ticarətin inkişaf səviyyəsindən, xüsusiyyətlərindən daha çox asılı olması xarici ticarətin ölkə iqtisadiyyatının ən vacib ünsürü kimi öyrənilməsini labüd edir. Bu baxımdan Azərbaycan Respublikasının da xarici ticarətinin inkişaf səviyyəsinin, onun beynəlalq ticarətdə tutduğu mövqeyinin öyrənilməsi mühüm əhəmiyyət kəsb edir.
XX əsrin sonunda dövlət müstəqilliyi əldə etmiş Azərbaycan Respublikası beynəlxalq hüququn tam səlahiyyətli üzvü kimi beynəlxalq iqtisadi münasibətlər sisteminə daxil olmağı və xarici ölkələrlə qarşılıqlı iqtisadi əlaqələrin yaradılmasını və bu əlaqələrin inkişafını ali məqsəd kimi qarşıya qoymuşdur.
Azərbaycanın xarici ticarət siyasəti bütövlükdə ölkənin iqtisadi təhlükəsizlik sisteminin əsas tərkib hissələrindən biri olmaqla ilk növbədə milli rəqabət üstünlüklərinin formalaşması və inkişafına əsaslanmalıdır.
Respublikanın xarici ticarət əlaqələrinin stimullaşdırılması istiqamətində sistemliliyə nail olunmuş, ölkənin ÜTT-yə üzv olmaq istiqamətində bir çox maneələr dəf edilmiş, ölkənin milli mənafelərinin qorunması yönümündə qismən də olsa irəliləyiş müşahidə olunmuşdur.


Yüklə 175,65 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin