Kafedra: Dünya İqtisadiyyatı Ixtisas: Dünya İqtisadiyyatı Qrup


Azərbaycan Xarici Ticarət əlaqələrinin Dinamikası, strukturu və coğrafiyası



Yüklə 175,65 Kb.
səhifə3/7
tarix16.12.2023
ölçüsü175,65 Kb.
#183364
1   2   3   4   5   6   7
referat 6293

Azərbaycan Xarici Ticarət əlaqələrinin Dinamikası, strukturu və coğrafiyası
Dünya ölkələrinin iqtisadi inkişaf tarixi göstərir ki, xarici ticarət siyasəti müxtəlif tarixi mərhələlərdə fərqli məzmun daşımaqla, həmin dövrün konkret xüsusiyyətlərindən və bunların əsasında formalaşan situasiyadan asılı olmuşdur. Qərb iqtisadçıları da xarici ticarət siyasətinin mahiyyətinə vahid mövqedən yanaşmamışlar. Belə ki, Q.Haberlərə görə xarici ticarət siyasəti hər hansı bir ölkənin bütövlükdə xarici iqtisadi əlaqlərini tənzimləyən tədbirlər sistemidir. C.Mid isə xarici ticarət siyasətini tədiyyə balansında əks olunan əməliyyatlara birbaşa nəzarət məqsədi daşıyan tədbirlər sistemi kimi səciyyələndirirdi. B.Belaxankinin verdiyi tərif isə sadəcə olaraq, xarici ticarət siyasətini idxal-ixrac tarifləri, miqdar məhdudiyyətləri və s. ilə xarakterizə olunur.
Tarixi materialların tədqiqi göstərir ki, xarici ticarət siyasəti sferasında ilkin konseptual baxışlar real bazar münasibətlərinin formalaşdığı və milli bazarın meydana çıxdığı dövrə təsadüf edir. Tarixi-xronoloji nöqteyi nəzərdən xarici ticarət siyasətinin baza konsepsiyalarını aşağıdakı kimi qruplaşdırmaq olar:

  1. Merkantilzm

  2. Azad ticarət siyasəti

  3. Proteksionizm

Merkantilzm dövründə başlıca rol ticarət kapitalına məxsus olmuşdur və buna müvafiq sürətdə də sərvətin sinonimi kimi pul vəsaitləri qəbul edilirdi. Xarici ticarət qiymətli metalların yığımına istiqamətlənməklə, dövlət nəzarəti və dövlət müdaxiləsi vasitəsilə idxalın məhdudlaşdırılması və ixracın genişləndirilməsi siyasətinə xidmət etməli idi. Əcnəbi mənşəli əmtəələrin daxili bazara girişində əsas məhdudlaşdırıcı vasitə idxal rüsumları olmuşdur. Eyni zamanda, müstəmləkə idxal malları yalnız metropoliyadan daxil ola bilərdi. Onların fikrincə, bir ölkənin zənginliyi digərinin yaxşılaşması hesabına ola bilər. Xarici ticarətin merkantilist siyasətibelə hesab edirdi ki, milli mövqelərin möhkəmlənməsi üçün dövlət müsbət ticarət balansını dəstəkləməli, tariflər,kvotalar və ticarət siyasətinin digər vasitələrilə müsbət ticarət saldosuna malik olmaq üçün xarici ticarəti tənzimləməli, xammal ixracını qadağan etməli və ya ciddi məhdudlaşdırmalı, ölkə daxilində hasil olunmayan və qızıl ehtiyatının toplanmasına imkan verən xammalın rüsumsuz idxalına icazə verməlidir və s.
Manufaktura istehsalına keçid dövründə və kapitalist istehsal münasibətlərinin formalaşması nəticəsində merkantilizm tədricən proteksionist siyasətlə əvəz olunmağa başladı və bununla da, xarici ticarət siyasətində konseptual bazarın keyfiyyətcə dəyişməsi prosesi start götürdü. Belə ki, artıq maksimum səviyyədə pul yığımı deyil, milli iqtisadiyyatda (gömrük rüsumları və qeyri-tarif vasitələrin köməyi ilə) himayədarlıq siyasəti həyata keçirilməyə başlandı.
Proteksionizm xarici ticarət siyasətini bir forması olmaqla öz təkamül prosesindən üç mərhələdən keçmişdir:
1.”azad” rəqabət dövrü
2. İnhisar dövrü
3. Müasir dövr
Hal-hazırda proteksionizmin 4 növü mövcuddur:

  1. Selektiv proteksionizm bu halda himayədarlıq məzmunu daşıyan ticarət siyasəti ya ayrıca götürülmüş bir ölkəyə, ya da bir məhsula istiqamətlənir.

  2. Sahə proteksionizmi konkret bir sahənin , məsələn, kənd təsərrüfatı sferasının (aqrar proteksionizm) xarici rəqabətdən mühafizəsi.

  3. Kollektiv proteksionizm iqtisadi inteqrasiya bloku, yaxud çoxtərəfli müqavilələr arasında yaradılmış ölkələr birliyi tərəfindən üzv olmayan ölkəyə istiqamətlənir

  4. Gizli proteksionizm daxili iqtisadi siyasət metodlarından istifadə etməklə həyata keçirilir. Müasir xarici ticarət siyasəti əslində bütövlükdə beynəlxalq istisadi münasibətlər kompleksində baş verən proseslərin daxili məntiqinə uyğun şəkildə mili iqtisadi və siyasi amillərin qarşılıqlı təsirindən formalaşan mürəkkəb sistemdir.

Dünya ölkələrinin təcrübəsi göstərir ki, dövlətin xarici ticarət sferasındakı fəaliyyət üç aspektdə nəzərdən keçirilə bilər:
1)Dövlət xarici sferasını öz inhisarına alır. Məsələn, Xalq Komissarları sovetinin 25 aprel 1918-ci il tarixli sərəncamı ilə tətbiq edilən dövlət orqanları (47 xarici ticarət birliyi) yerinə yetirirdi. Qeyd etmək lazımdır ki, hal-hazırda xarici ticarət üzərində dövlət inhisarı çox sayda ölkələrdə - Şimali Koreya, Kuba və s. qalmaqdadır.
2) Dövlət səhmlərin nəzarət paketinə, yaxud böyük paya sahib olduğu firmalar vasitəsilə xarici ticarətdə iştirak edə bilər.
3)İxracın stimullaşdırılması
Keçid dövrünün ilkin vaxtlarında əksər postsosialist ölkələrində müşahidə olunan situasiya Azərbaycan Respublikasında da analoji məzmun daşıyırdı. Bu hal özünü xarici ticarət dövriyyəsinin kəskin şəkildə aşağı düşməsində, onun coğrafiyasının daralmasında daha aydın formada təzahür etdirirdi. Qeyd etmə lazımdır ki, yalnız makroiqtisadi sabitliyə nail olunduqdan sonra xarici ticarət əlaqələrinin dəyərcə həcminin artımı, onun coğrafiyasının genişləndirilməsi müşahidə olunur.


Yüklə 175,65 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin