Xarici Ticarət Əlaqələrinin stimullaşdırılması üzrə dünya təcrübəsi Dünya ölkələrində dövlət xarici ticarət fəaliyyətini xeyli dərəcədə inzibati qadağalar və məhdudiyyətlərlə deyil, iqtisadiyyatın səmərəliliyini yüksəltməyə, konkret sosial – iqtisadi inkişaf məsələlərini reallaşdırmağa kömək edən xarici ticarət əməliyyatlarını gerçəkləşdirmək üçün əlverişli iqtisadi şərait yaratmaqla tənzimləməyə çalışır. Əksinə, ölkənin iqtisadiyyatına mənfi təsir göstərə bilən əməliyyatlar üçün daha az əlverişli iqtisadi şərait yaradılır. Bu məqsədlərlə xarici ticarətin iqtisadi tənzimləmə vasitələrindən – idxal gömrük tarifi dərəcələrinin azaldılması və ya artırılması, valyuta əməliyyatlarının aparılma qaydasının dəyişdirilməsi və s. istifadə edilir.
Xarici ticarət fəaliyyətində dövlət stimullaşdırma vasitələrini iqtisadi və inzibati vasitələrə bölməklə yanaşı, digər təsnifat variantından da istifadə olunur: tarif və qeyri-tarif vasitələri. Sonuncu təsnifat variantı həm beynəlxalq hüquqda, həm də milli qanunvericilikdə çox geniş tətbiqini tapmışdır. Ilk dəfə belə təsnifat variantını 1960-cı illərin sonunda TTBS (ÜTT) Katibliyi təklif etmişdir.
Müasir dünya təsərrüfatında ticarət təsərrüfat həyatının ən çox tənzimləndiyi sahələrdən biridir. “Sərbəst ticarət” bayrağı altında, inkişaf etmiş ölkələr Ümumdüya Ticarət Təşkilatı çərçivəsində özlərinin, bir qayda olaraq, yüksək texnologiyalı hazır məhsullar kimi təqdim etdikləri məhsulların ixracını əngəlləyən tarif və qeyri-tarif məhdudiyyətləri zəiflətməyə çalışırlar. Həm də qeyd etmək lazımdır ki, xarici ölkələrdən heç biri malların ixrac və idxalının inzibati tənzimlənmə vasitələrinin tətbiqindən imtina etməmişdir.
Belə bir vacib məsələni vurgulamaq lazımdır ki, kəmiyyət məhdudiyyətləri qərbin inkişaf etmiş sənaye ölkələrinin idxal etdiyi ərzaq məhsullarının təxminən 50% - ni, yanacagın 30% - ni və tekstil məmulatlarının 10% - i qədərini əhatə edir. İdxalın qlobal kvotalasdırılmasını ABS, Kanada, Meksika, Hindistan, Koreya geniş tətbiq edir. İxracın lisenziyalasdırlması və könüllü məhdudlaşdırlması vasitəsilə AB ölkələri və ABŞ az inkisaf etmiş ölkələrdən tekstil tikiş və ayaqqabı sənayesi, qara metallurgiya məhsullarının, dəzgahların, məişət elektron mallarının və avtomobillərin idxal göndərişlərini tənzimləyir. Daxili bazarın “üçüncü dünya” ölkələrinin ucuz mallarından qorumaq üçün texniki baryerləri Yaponiya daha aktiv
tətbiq edir.
Ötən 50 ilərzində dünya ticarətində inanılmaz artım müşahidə olunur. Məhsul ixracı orta hesabla ildə 6% artır. 1997-ci ildə ümumi ticarət 1950-ci illə müqayisədə 14 dəfə artmışdır. GATT və ÜTT iqtisadi artıma təkan verən güclü və perspektivli ticarət sisteminin yaradılmasına köməklik göstərmişlər.
Əmtəələrlə, o cülədən xidmətlərlə beynəlxalq ticarətin tənzimlənməsində aparıcı rol Ümumdünya Ticarət Təşkilatına (ÜTT) məxsusdur. Hazırda dünyanın 150 ölkəsi ÜTT-nin üzvüdür. Dünya ticarətinin 97%-ə qədəri ÜTT üzvlərinin payına düşür. ÜTT çoxtərəfli ticarət sazişləri əsasında ölkələrarası ticarət münasibətlərinin tənzimlənməsini həyata keçirir. ÜTT-nin əsas məqsədi – beynəlxalq ticarətin maksimum dərəcədə liberallaşdırılması və onun möhkəm əsaslarının yaradılması və beləliklə də, iqtisadi inkişafın, eyni zamanda insanların həyat səviyyəsinin yüksəlməsidir.
Bir sıra beynəlxalq konvensiyalar Ümumdünya Gömük Təşkilatının himayəsi altında yaradılmış və fəaliyyət göstərir. Ticarət və İnkişaf üzrə BMT – nin Konfransı (YUNKTAD) xarici ticarətin tənzimlənməsi sahəsində çoxtərəfli qaydaların inkişafına öz töhfəsini vermişdir: Məhdudlaşdırıcı iş təcrübəsini tənzimləyən Qaydalar Toplusunu, Qarşılıqlı olmayan, qeyri – diskriminasiya xarakterli pereferensiyalar sistemi barəsində tövsiyələr, Qarışıq daşımalar haqqında konvensiya və YUNKTAD çərçivəsində işlənib hazırlanış bir sıra sənədləri xatırlatmaq lazımdır.
YUNKTAD-ın qarşısına qoyulan vəzifələr aşağıdakılardır:
Dünya ticarətinin inkişafına dəstək verilməsi, sabit dünyanın və bərabərhüquqlu qarşılıqlı faydalı əməkdaşlığın təmin edilməsi
Müasir beynəlxalq ticarətin səmərəli funksiya göstərməsi üçün tövsiyələrin, prinsiplərin, təşkilati-hüquqi şəraitin və mexanizmlərin işlənib hazırlanması
BMT sisteminin iqtisadi sahəsi üzrə təşkilatların fəaliyyətlərinin koordinasiyasında iştirak etmək
Beynəlxalq Ticarət Palatası (BTP) – qeyri hökümət beynəlxalq təşkilatı olmaqla 1922-ci ildə yaradılıb və ümumilikdə yardımçı funksiyasını yerinə yetirir. Özündə 100-dən artıq ölkəni birləşdirir. Palatanın baş qərargahı parisdə yerləşir. Əsas orqanı Konqresdir. Əsas məqsədi – beynəlxalq ictimaiyyət beynəlalq ticarətin daha yüksək artım dinamikasının təmin edilməsi üçün səy göstərir və bu sahədən alınan mənfəətin bütün ölkələr üçün maksimumlaşdırılmasına çalışır.
QATT fəaliyyətinin isə əsas məzmunu üzv ölkələr arasında gömrük rüsumlarının aşağı endirilməsi ilə əlaqədar danışıqlar təşkil etməkdir. QATT yaradıldığı gündən onun ÜDT –na transformasiya olmasına qədər belə danışıqların 8 raund keçirilmişdir. 1947-ci ildən 1967-ci ilə kimi keçirilən 5 raundda gündəlikdə ancaq tariflərin aşağı endirilməsi olmuşdur və 1947-ci ildə gömrük tarifləri 40-60% olmuşdursa 1990-cı ildə bu tariflər 3-5% təşkil etmişdir. 1964-1967 –ci illər raundunda dempinq əleyhinə kodeksin hazırlanması və tariflərin aşağı salınması müzakirə olunmuşdur. 1973-1979 – cu illərdəki Tokio raundunda tariflərin aşağı salınması, qeyri-tarif maneələrin qarşı ödənişlərin genişləndirilməsi və gücləndirilməsi kodeksi işlənib hazırlamışlar. 1986-1994-cü ildə Uruqvayda keçirilən danışılarda gömrük tariflərinin aşağı salınması, QATT mexanizinin təkmilləşdirilməsi, Ümumdünya ticarət təşkilatının yaradılması haqqında razılaşma əldə olunması və xidmətlərlə ticarət üzrə Baş Sazişin qəbul edilməsi mümkün olmuşdur.
Bütün bu çoxtərəfli beynəlxalq sazişlər kompleksi beynəlxalq ticarət sahəsində obrazlı şəkildə “davranış qaydaları”ını yaradır. Onlar müəyyənləşdirir ki (həmin qaydalara uyğun olaraq), milli iqtisadiyyatın mənfi arici iqtisadi təsirlərdən qorumaq, xarici ölkələrin diskriminsiya xarakterli tədbirlərinin ləğv edilməsinə nail olmaq, daxili vədünya bazarlarında ölkənin mövqeyini necə müdafiə etməyi müəyyənləşdirir.
Beynəlxalq ticarəti inkişaf etdirmək üçün ən effektiv yol idxal olunan mallar gömrük rüsumlarının azalmasını, vergilərin azalmasını, ticarətin artırılması üçün investisiyaların artırılmasını təmin etmək vacibdir. Məsələn əgər hər hansısa bir məhsulun istehsalı müəyyən ölkədə baha başa gəlirsə, həmin məhsulun istehsalı üçün digər ucuz başa gələn ölkədə investisiya qoymaq lazımdır.
Beynəlxalq ticarətin inkişafında gömrük prosedurlarının əhəmiyyətini göstərmək üçün öz dövlətimizin xarici ticarətinə nəzər salaq. Ölkəmizin müasir gömrüyü 22 il bundan əvvəl yaradılmışdır. 1992-ci ildən bu günə kimi ölkəmizin xarici ticarəti arzu olunan, gözləniləndən də yüksək templə inkişaf etməyə başlamışdır.
Beləliklə, 1992-ci ildə ticarət dövriyyəsi 2 423,8 dollar təşkil etmişdirsə, bu göstərici 2011-ci ildə 36326.9 dollara çatmışdır. Deməli, 1992-ci ildən indiyə kimi xarici ticarət dövriyyəsi 33903,1 dollar artmışdır. Bu rəqəm 20 il bundan öncə müstəqil qazanmış ölkə üçün olduqca yüksək göstəricidir. Bu da güclü dövlət siyasətinin və düzgün şəkildə həyata keçirilən ticarət əlaqələrinin nəticəsidir.
Belə vacib bir məsələni vurğulamaq lazımdır ki, dünya ölkələri arasında ticarət əlaqələrinin sürətli inkişafında ticarət mühüm rol oynayır.
Elektron ticarət- informasiya sistemlərindən istifadə edilməklə malların alqı-satqısı, xidmətlərin göstərilməsi və işlərin görülməsi üzrə həyata keçirilən fəaliyyət növüdür. Elektron ticarət anlayışı 1980-ci illərdə meydana gəlsə də, ilk dəfə internet vasitəsilə alqı-satqı 1995-ci ilə təsadüf edilib.
Müasir İKT-dən iqtisadiyyatın real sektorlarında geniş istifadə olunması təsərrüfatların bazar infrastrukturunun (maliyyə,ticarət,biznes və s.) informasiya texnologiyaları əsaslarına çevirməyə imkan verir. Bu isə elektron biznes mühitinin texnoloji bazisinin, elektron kommersiyasının, informasiya-marketinq şəbəkələrinin yaradılmasına imkan verir.
İnternet vasitəsilə həyata keçirilən elektron kommersiya əsasən 4 qrupa bölünür:
Məhsul satışı üzrə texnologiyalar. Buraya istehlakçıdan sorğunun alınması, hesabların yazılması, pul ödənişlərinin göndərilməsi və s. daxildir.
Distant satış və ixtisaslı kadrların hazırlanması və seçilməsi. Buraya məhsulun göndərişi, istehlakçıların monitorinqi, marketinq və satış üzrə mütəxəssis seçimi daxildir.
ETT – nin yeniliklərindən istifadə, eləcə də bir çox ölkələrdə zəif həyata keçirilən və ya hlə də istifadə olunmayan elektron ticarətin hüdudlarını genişləndirməklə ticarət münasibətlərini genişləndirmək olar.
Beynəlxalq ticarətdə alqı-satqı məsləhətləşmələri və məlumatların elektron ötürülməsi üçün lazımi sistem və avadanlıqlarda istifadə beynəlxalq ticarət əməliyyatlarının sadələşdirilməsinə kömək edə və vaxt itkisinə yol verilməz.
Nəticə Belə nəticəyə gəlirik ki, ölkənin müstəqillik dövründə xarici ticarət əlaqələrinin dinamikası bir-birindən əhəmiyyətli dərəcədə fərqlənmişdir. Coğrafiyası getdikcə genişlənməkdədir. Müasir xarici ticarət siyasəti əslində bütövlükdə beynəlxalq iqtisadi münasibətlər kompleksində baş verən proseslərin daxili məntiqinə uyğun şəkildə milli iqtisadi və siyasi amillərin qarşılıqlı təsirindən formalaşan mürəkkəb sistemdir. Xarici ticarət əməliyyatları dövlət planına uyğun şəkildə dövlətin adından səlahiyyətləndirilmiş orqan tərəfindən həyata keçirilməlidir. Xarici ticarət dövriyyəsinin inkişaf dinamikasında aşkara çıxarılmış meyl və təmayüllərin qərarlaşması prosesi demək olar ki, bütünlükdə idxal və ixracatın əmtəə strukturunda baş verən dəyişiklərə söykənir.
Xarici ticarət dövriyyəsinin inkişaf dinamikasında aşkara çıxarılmış meyl və təmayüllərin qərarlaşması prosesi demək olar ki, bütünlükdə idxal və ixracatın əmtəə strukturunda baş verən dəyişikliklərə söykənir.
Xarici ticarət siyasəti anlayışı altında dövlətin müxtəlif vasitələrindən istifadə etməklə digər ölkələrlə ticarət münasibətlərinə məqsədyönlü təsiri başa düşülür. Xarici ticarət siyasəti dövlətin ümumi iqtisadi siyasətinin vacib tərkib hissəsidir. Təsərrüfat inkişafının daxili aspektləri ilə sıx əlaqədə olduğundan xarici ticarət siyasətinin əsas vəzifəsi ölkənin daxili istehsalının genişləndirilməsi və mili sərvətin artırılması üçün əlverişli xarici iqtisadi şəraitin formalaşdırılmasıdır.
Bir ölkənin stimullaşdırma tədbirləri digər dövlətlərin iqtisadiyyatına birbaşa təsir göstərir ki, bu dövlətlər də öz növbəsində istehsalşılarını və istehlakçılarını müdafiə etmək üçün cavab tədbirləri görürlər. Xarici ticarət əlaqələrinin stimullaşdırılması dövlətlərarası səviyyədə həyata keçirilir.
Ölkələr beynəlxalq iqtisadi əməkdaşlıq və eləcə də elmi-texniki əməkdaşlıq etmək yolu ilə öz milli iqtisadiyyatın dirçəldilməsi üçün qarşıya çıxan problemləri həll etməklə istehsalın səmərəliliyini artırmaq, elm və texnikanı daha da inkişaf etdirmək yollarını axtarırlar. Bütün bunlara nail olmaq üçün ölkəmiz beynəlxalq iqtisadi və o cümlədən ticarət əlaqələrinin genişləndirilməsinə və inkişafına çalışmaqla beynəlxalq əmək bölgüsünün üstünlüklərindən yararlanmalıdır. Beynəlxalq əmək bölgüsü dünya təsərrüfatının yaranmasına və inkişafına gətirib şıardı.
Xarici ölkələrlə əməkdaşlıq Azərbaycanın milli iqtisadiyyatının çoxşahəli inkişafını təmin etmək üçün böyük üstünlüklər verə bilər. Məhz buna görə Azərbaycanın milli iqtisadiyyatının formalaşması şəraitində xarici ölkələrlə qarşılıqlı iqtisadi əlaqələr və bu əlaqələrin inkişafı böyük əhəmiyyət kəsb edir.
Beynəlxalq aləmdə Azrəbaycanın mövqeyinin möhkəmləndirilməsi və imicinin yüksəldilməsi, Azərbaycan mənşəli malların və xidmətlərin dünya bazarına maneəsiz çıxarılmasının təmin olunması, ölkəmizin ixrac potensialının gücləndirilməsi və ümumiyyətlə ixracın strukturunun təkmilləşdirilməsi, beynəlxalq ticarətdə ölkəmizin mənafelərinin qorunması, arici tərəf müqabilləri ilə eyni şərtlərlə ticarət əlaqələrinin qurulması, milli istehsalın inkişaf etdirilməsi üçün əlavə stimulların yaradılması, sağlam rəqabət şəraitində ölkədə istehsal olunan məhsulların keyfiyyətinin artırılması baımından Azərbaycanın ÜTT-yə qəbul olunması mühüm əhəmiyyət kəsb edir.