Kafedra: Dünya İqtisadiyyatı Ixtisas: Dünya İqtisadiyyatı Qrup


Azərbaycan Xarici Ticarət əlaqələrinin inkişaf mərhələləri və meylləri



Yüklə 175,65 Kb.
səhifə2/7
tarix16.12.2023
ölçüsü175,65 Kb.
#183364
1   2   3   4   5   6   7
referat 6293

Azərbaycan Xarici Ticarət əlaqələrinin inkişaf mərhələləri və meylləri
Milli İqtisadiyyatın dünya iqtisadi sisteminə inteqrasiya olunması, iqtisadi münasibətlərdə baş verən müsbət keyfiyyət və kəmiyyət dəyişikliklərinə, ilk növbədə, tam hüquqi-iqtisadi, idarəçilik baxımından qanunvericilik aktlarının qəbul edilməsi, bazar infrastrukturlarının formalaşdırılmasının və onların çevik fəaliyyət mexanizminin yaradılması əhəmiyyətli dərəcədə təsir göstərmişdir. Respublikamızın ticarət əlaqələrinin genişləndirilməsində və dərinləşdirilməsində ölkənin bir çox beynəlxalq iqtisadi təşkilatlarda iştirakı, regional iqtisadi-ticarət əməkdaşlığa qoşulması və ayrı-ayrı ölkələrdə bağlanmış ticarət müqavilələri müstəsna əhəmiyyət kəsb edir.
Azərbaycan Respublikasının xarici ticarət-iqtisadi əlaqələrini şərti olaraq iki mərhələyə bölmək olar:

  1. Müstəqillik əldə olunanadək SSRİ-nin tərkibində olan ticarət-iqtisadi əlaqələr

  2. Müstəqil Azərbaycan Respublikasının ticarət-iqtisadi əlaqələri

Birinci mərhələdə Azərbaycan ittifaq respublikaları ilə qarşılıqlı sürətdə geniş ticarət-iqtisadi əlaqələrə malik idi. Lakin bu əlaqələr ittifaqdaxili səciyyə daşıyırdı, onlar ayrı-ayrı ittifaq respublikalarının iqtisadi mənafeyindən daha çox vahid xalq təsərrüfatı kompleksinin tələbləri baxımından qiymətləndirilirdi. Bu dövrdə Azərbaycanın xarici ticarət əlaqələrini inkar etmək olmazdı. Bu zaman ölkənin sənaye məhsullarının bir hissəsi xarici ölkələrə göndərilirdi. Bu işi yalnız ittifaq orqanlarının xarici iqtisadi əlaqələr strukturları həyata keçirirdi. Şübhəsiz, sərbəst ixrac-idxal balansı, hesablaşmalar aparan müstəqil valyuta bankı, milli valyutası, idarəetmə strukturları və s. atributları olmayan respublikada müstəqil xarici ticarət siyasəti həyata keçirmək mümkün deyildi. 1992-1993-cü illərdə Azərbaycanın xarici ticarət əlaqələrinə kəmiyyət və keyfiyyət baxımından müəyyən dəyişikliklər baş vermişdir. Bu zaman həm keçmiş ittifaq respublikaları ilə, həm də başqa xarici ölkələrlə iqtisadi-ticari əlaqələr inkişaf edirdi. Respublikada keçən dövr ərzində yaradılmış sənaye potensialı onun bu ölkələrlə əməkdaşlığı üçün baza rolunu oynayırdı. Müstəqil dövlət kimi Azərbaycanın xarici ticarət əlaqələrinin vəziyyəti haqqında tam təsəvvür əldə etmək üçün 1995-2014-cü illərdə xarici ticarətin əsas göstəricilərinə diqqət yetirmək məqsədəuyğundur.
Respublikamız müstəqilik əldə etdikdən sonra xarici ticarət əlaqələrinin inkişafı üçün bir çox tədbirlər görülmüşdür. Ilk növbədə Beynəlxalq İqtisadi təşkilatlara üzv olmuşdur, eyni zamanda xarici ticarət əlaqələrini təmin edən beynəlxalq sazişlər imzalamışdır. Müstəqillik əldə etdikdən sonra ölkəmizin ilk üzv olduğu təşkilatlardan biri İqtisadi Əməkdaşlıq Təşkilatıdır (İƏT).
Qeyd edim ki, respublikamızın xarici ticarət dövriyyəsində İƏT yeddinci yerdədir. Azərbaycanın ümumi xarici ticarət dövriyyəsində İƏT ölkələrinin payı isə 30.1% artmışdır. Ümumilikdə İƏT ölkələri ilə tiracarət dövriyyəsi 31% artmışdır. Bu da Azərbaycanın İƏT üzv ölkələri ilə əlaqələrinin genişlənməsinin göstəricisidir. 2014-cü ilin yekunlarına görə İƏT Azərbaycanın idxalında 24% xüsusi çəki ilə İƏT (49.9%), Qara Dəniz İƏT (36.8%), Asiya-Sakit Okeanı İƏT (21.3%), MDB(14.5%), İslam Konfransı Təşkilatından (9.96%) geri qalmaqla hər iki göstərici üzrə beşinci yerdə durur.
Azərbaycanla İƏT ölkələrinin iqtisadi əməkdaşlığının dərinləşməsinə təkan verəcək ən mühüm səbəblərdən biri onların çoxunun yüksəliş dövründə olması, arasıkəsilmədən orta və yüksək inkişaf templəri göstərmələridir. Həm də İƏT üzvlərinin makroiqtisadi göstəricilərinin xeyli hissəsinin yaxınlığı, iqtisadi durumlarının, problemlərinin oxşar olması müxtəlif sahələrdə (proteksionizm və ya təşkilat daxilində liberellaşma, antiinflyasiya, xarici ticarət, valyuta-kredit) uyğunlaşdırılmış iqtisadi siyasət yeridilməsini və çətinliklərin birgə aradan qaldırılmasını daha asanlıqla mümkün edir. Azərbaycanın bu ölkələrlə idxal-ixrac əməliyyatlaının strukturuna baxsaq görərik ki, Respublikamız İƏT ölkələrindən idxalında hazır məhsulların payı 27%-dən çox olduğu halda, Azərbaycanın bu ölkələrə ixracında hazır məhsulların payı 6.1% təşkil edir. Onlardan ümumiyyətlə ölkəyə idxal olunan məhsulların əsas hissəsini elektrik avadanlıqları, buğda unu, un məmulatları, şəkər, məişət avadanlıqları, rabitə cihazları, onlara ixrac olunan məhsulların əsas hissəsini isə neft və neft məhsulları, aluminium oksidi, plastik kütlələr, pambıq lifi təşkil edir. İƏT ölkələrindən idxalın 8.6%-i, ixracın 1.5%-i istehsal təyinatlı avadanlıq və maşınlardır.
Qeyd edim ki, Azərbaycanın hazırda istehsal etdiyi məhsulların əksəriyyətinin keyfiyyəti və rəqabət qabiliyyəti, dünya bazarlarında təklif olunan analoji əmtəələrin keyfiyyəti, İƏT ölkələrinin bazarlarının tələbi, alıcılıq qabiliyyəti nəzərə alınarsa, bu təşkilatla inteqrasiya əlaqələrinin gücləndirilməsi ölkəmiz üçün daha cəlbedici olar. Çünki ölkəmizdə istehsal olunan məhsuların çoxu (xüsusilə qeyri-neft sektorunda) öz keyfiyyətinə görə əsasən İƏT-ə üzv dövlətlərin daxili bazarlarının tələblərinə cavab vermək iqtidarındadır. Bütün bunları ümumiləşdirərək Azərbaycanın İƏT ilə əməkdaşlığının aşağıdakı 4 istiqamətini məqsədəuyğun hesab etmək olar:

  • İqtisadiyyatın müxtəlif sahələrində müştərək müəssisələrin yaradılması

  • Qarşılıqlı nəqliyyat-kommunikasiya və ticarətin bütün növlərinin inkişaf etdirilməsi üçün əməkdaşlıq

  • Respublikamızda regional statusa malik azad iqtisadi zonaların yaradılması

  • Elmi-texniki əməkdaşlığın genişləndirilməsi.

Respublikanın milli ticarət sisteminin beynəlxalq standartlara uyğunlaşdırılması, bu sahədə iqtisadi-ticari əməkdaşlığın genişləndirilməsi baxımından beynəlxalq səviyyədə əməkdaşlıq mühüm rol oynayır. Bu baxımdan Azərbaycan Respublikasının Ümumdünya Gömrük Təşkilatına üzvlüyü mühüm əhəmiyyət kəsb edir. 1992-ci ildən bugünə qədər Azərbaycanın xarici və daxili ticarət siyasətinin tərkib hissəsi olan vahid gömük siyasətinin həyata keçirilməsi sayəsində ölkənin beynəlxalq əlaqələri daha da genişlənmiş və keyfiyyətcə yeni səviyyəyə çatmışdır. Ticarət qaydalarının sadələşdirilməsi məqsədilə Azərbaycanla ÜGT arasnda XİF əmtəə namenklaturası (ƏN) əsasında vahid gömrük tarifinin işlənib hazırlanması, gömrük məqsədləri üçün malların qiymətləndirilməsi barədə razılaşmalar əldəedilmişdir. ÜGT-nin Baş Katibi Mişel Danenin müraciət məktubuna əsasən Azərbaycan “Malların təşkili və kodlaşdırılması üzrə harmonikləşdirilmiş sistem haqqında Beynəlxalq Konvensiya”ya qoşulmaq barədə təklif almışdır. Bu təklif qəbul olunmuş və artıq ölkəmiz öz ticarət əlaqələrində bu konvensiyanın müddəalarını tətbiq edir.
Azərbaycanın ixracında əsasən neft vəneft məhsulları üstün yer tutur. Məhz ixracın 80%-i neft və neft məhsulları təşkil edir. İxrac olunan neft dəniz və boru kəməri nəqliyyatı vasitəsilə dünya bazarına çıxarılır. Azərbaycan neftinin əsas idxalatçıları Avropa ölkələri, Yaxın Şərq ölkələri və Rusiyadır. Dövlət büdcəmizin böyük hissəsi məhz neft ixracından əldə edilən vəsait hesabına formalaşır. Buna görədə neftin qiymətinin dünya bazarında dəyişməsi birbaşa ölkəmizin iqtisadi inkişafına təsir edir. Neftin dünya bazarında qiymətinin dəyişməsinə də əsasən OPEK ölkələri təsir edir. Belə ki, dünya neft istehsalı və ixracının 60-70%-i bu ölkələrin payına düşür. Bu ölkələr tərəfindən neftin qiymətinin dəyişməsi neftin dünya qiymətlərinə bilavasitə təsir göstərir və bu da Azərbaycanın ixrac etdiyi neftin qiymətinin dəyişilməsində özünü biruzə verir. Bu səbəbdən də dünya neft bazarında qiymətlərin dəyişlməzliyini qorunub saxlanılması üçün yolların axtarılıb tapılması, neft istehsal edən və ixrac edən ölkələrin gəlirlərinin möhkəmliliyini təmin etmək, dünya bazarında neft qiymətlərinin sabitləşdirilməsi üzrə qeyri-üzv ölkələrlə əməkdaşlığında Azərbaycanın da öz yeri vardır.
Azərbaycanın daxil olduğuregional iqtisadi təşkilatlardan biridə Qara dəniz İƏT-dir. Makroiqtisadi göstəricilərdən aydın olduğu kimi, dünya əhalisinin 6%-i, ərazisinin 5.23%-i QİƏT-nin payına düşür. QİƏT-nin dünya təsərrüfatının inkişafında layiqli yer tuta bilməsi üçün çox böyük potensial imkanları vardır:

  • Zəngin təbii resurslar – region öz özünü mineral, kənd təsərrüfatı və enerji resurslarına olan ehtiyaclarını tamamilə ödəyə bilər.

  • əlverişli coğrafi mövqe – region bir tərəfdən Avropa ilə, digər tərəfdən Qərbi, Cənub Şərqi Asiya arasında əlverişli mövqe tutmuşdur.

  • Yüksək demoqrafik potensial – yüksək savadlıqla xarakterizə olunan ucuz əmək resursları.

  • Qarşılıqlı investisiyalar və birgə müəssisələr vasitəsilə rəqabət qabiliyyətli məhsullar buraxmağa imkan verən güclü istehsal imkanları.

  • Çox güclü ixrac potensialı.

Azərbaycan müstəqillik qazandıqdan sonra ilk daxil olduğumuz İslam Konfransı Təşkilatıdır (İKT). Məhz ölkəmizi bu təşkilata daxil olan ölkələrlə mədəni, tarixi, dini ənənələrimiz bağlayır. Bir sıra qüvvətli islam ölkələrinin daxil olduğu bu təşkilatla ölkəmizin ticari-iqtisadi əlaqələri də geniş vüsət almışdır. Burada ölkəmiz əsasən İran, İndoneziya, Birləşmiş Ərəb Əmirlikləri, Pakistan, Küveyt, Suriya və s. respublikalarla ticarət əlaqələrində iştirak edir. Respublikamızın bütün İKT ölkələrindən idxal etdiyi məhsulların 19.6%-i, ixrac etdiyi məhsulların isə 1.5%-i İranın payına düşür. Analoji göstəricilər üzrə BƏƏ idxalda 6.7%, ixracda 2.5%, Pakistan-idxalda 0.7%, ixracda 1%, İndoneziya – idxal çox az təşkil edir, ixrac 1.9% və s. təşkil edir. Təhlil göstərir ki, ixracda vəidxalda Azərbaycanın regional iqtisadi-ticarət əməkdaşlığı xüsusi çəkiyə malikdir.
Beləliklə, regional iqtisadi-ticari əməkdaşlıq tərəflər üçün qarşılıqlı fayda və yüksək iqtisadi səmərə verməklə iqtisadi zərurətə çevrilir.
Azərbaycan Respublikası dövlət suverenliyi əldə etdikdən sonra onun xarici iqtisadi fəaliyyət sahəsində sərbəst, müstəqil siyasət yeritməsi obyektiv zərurətə çevrilmisdir, digər tərəfdən isə bunun üçün zəruri zəminlər yaranmısdır. Ölkə SSRİ-nin tərkibində oldugu illər ərzində xarici ölkələrlə, hətta sabiq müttəfiq respublikalarla öz mənafeyini, ehtiyac və imkanları baxımından müstəqil iqtisadi əlaqələr həyata keçirmək imkanına malik deyildi. Azərbaycanın xarici ticarət əlaqələrinin təhlili göstərir ki, son illərdə baslanmıs meyl - ticarət əlaqələrinin liberallasdırılması, idxal və ixracın strukturu və cografiyasının genisləndirilməsi, ölkəmizin xarici ticarət təskilatlarında istirakı və bu təskilatların qayda və metodlarını öz xarici ticarət siyasətinə tətbiqi və s. Ticarət sferasında müsbət meyllər əmələ gəlmisdir.
Azərbaycan, demək olar ki, dünyanın bütün ölkələri ilə ticarət-iqtisadi əlaqələrə malikdir. Lakin istehsal olunan məhsulların rəqabət qabiliyyətinin dünya bazarlarında asagı olduguna gorə, hazırda respublika əsasən xammal ixrac edir. Son vaxtlarda dünya ölkələri arasında iqtisadi inteqrasiya güclənmisdir. Artıq hər bir
Ölkənin iqtisadiyyatının inkisafı milli sərhədlərdən çıxaraq dünya iqtisadiyyatına qovusur. Deməli, elə etmək lazımdır ki, ölkə dünya əmək bölgüsündə hazır məhsulla daha çox təmsil olunsun. Sənaye cəhətdən inkisaf etmis ölkələr dünya bazarına əsasən hazır məhsul, qabaqcıl mütərəqqi texnologiya, daha çox elm tutumlu məhsullar çıxarır. Həmin texnologiyanı alan ölkələr isə tez bir zamanda
onu tətbiq edərək, milli iqtisadiyyatın formalasdırılması və inkisafını
sürətləndirirlər. Azərbaycanın idxal və ixrac balansının təhlili göstərir ki, ölkəyə Avstraliya, Belçika, Bolqarıstan, Çin, Çexiya, Fransa, Almaniya, Macarıstan, İran, İsrail, Cənubi Koreya, Polsa, İsveçrə, Suriya, Türkiyə, Birləsmis Ərəb Əmirlikləri, Böyük Britaniya, ABS kimi güclü inkisaf etmis ölkələrdən texniki tərəqqinin əsasını təskil edən sənaye sahələrinin məhsulları ilə bərabər, Azərbaycanda inkisafı
və istehsalı üçün bütün imkanlar və amillər olan sənaye və kənd təsərrufatı məhsulları da gətirirlər. Yuxarıda göstərilən ölkələrdən Azərbaycana ət, süd məhsulları, qus əti, çay, duyu, günəbaxan yagı, tünd spirtli içkilər, üzüm, alma, armud, kolbasa, qənnadı məmulatları, meyvə -tərəvəz şirələri, siqaretlər, makaron
məmulatları, mineral sular, bir sıra tərəvəzlər, məişət mebelləri, xalça və xalça məmulatları, elektrik cihazları, telefon aparatları, ayaqqabı, pambıq parçalar, kauçuk və rezin məmulatları, elektrik naqilləri və kabellər, sintetik yuyucu vasitələr, boyalar və s. gətirilir. Halbuki, həmin məhsulların istehsalı üçün ölkəmizdə bütün imkanlar və amillər mövcuddur.
Beləliklə, Azərbaycanın xarici ticarət təşkilatları ilə əlaqələrinin təkmilləşdirilməsi, bu təşkilatlarla əməkdaşlığın genişləndirilməsi imkanları və istiqamətlərinin müəyyənləsdirilməsi və onların reallasdırılması mexanizminin hazırlanması və tətbiqi gələcəkdə ölkəmizin ticarət əlaqələrinin artmasına, ixrac
potensialından səmərəli istifadə edilməsinə və dünya iqtisadiyyatına inteqrasiyasına müsbət təsir göstərəcəkdir.



Yüklə 175,65 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin