Kafedra: Dünya İqtisadiyyatı Ixtisas: Dünya İqtisadiyyatı Qrup


Azərbaycan Xarici Ticarət əlaqələrininn Stimullaşdırılmasının xüsusiyyətləri və problemləri



Yüklə 175,65 Kb.
səhifə5/7
tarix16.12.2023
ölçüsü175,65 Kb.
#183364
1   2   3   4   5   6   7
referat 6293

Azərbaycan Xarici Ticarət əlaqələrininn Stimullaşdırılmasının xüsusiyyətləri və problemləri
Respublikamızda aparılan iqtisadi islahatlar ölkə iqtisadiyyatının başqa sahələrində olduğu kimi xarici ticarətə də öz müsbət təsirini göstərmişdir. Belə ki, 2012-ci ildə Azərbaycanın ticarət dövriyyəsinin həcmi əvvəlki dövrlərdə başlanan tendensiyaya uyğun olaraq artmaqda davam etmişdir. Ticarət sektorunda 2012-ci ildə 17.6 milyard manatlıq əmtəə satılmış, son 10 ildə 3 dəfə artmışdır. əhalinin həyat səviyyəsi yüksəldikcə ölkə əhalisinin qeyri-ərzaq mallarına tələbatı genişlənmiş, pərakəndə ticarət dövriyyəsinin ümumi həcmində qeyri-ərzaq mallarının xüsusi şəkisi 114% artmışdır.
Azərbaycan iqtisadiyyatında aparılan uğurlu islahatların mühüm istiqamətlərindən biri, yaxın gələcəkdə Azərbaycanın neft və neft məhsulları ixracatı ilə yanaşı hazır sənaye məhsulları kənd təsərrüfatının, UKT və s.ixracatçısı kimi tanınması üçün real zəminin mövcudluğudur. Son beş il ərzində xarici ticarətin təhlili göstərirki, neft və neft məhsullarının ixracının kəskin artması ilə yanaşıqeyri-neft məhsullarının xarici bazarlara çıxarılmasında da müsbət dəyişikliklər nəzərə çarpır. 2012-ci ilin statistik məlumatlarına görə kimya məhsulları ixracı son dövrlə müqayisədə bu 60% çox olmuşdur. Yeyinti, tekstilvə toxuculuq, az qiymətli metallar və s.məhsulların ixracında eyni müsbət meylləri müşahidə etmək olar.
Onuda qeyd etmək lazımdır ki, son dövrdə maşın, mexanizm, elektrotexniki avadanlıqların ixracı ötən illərə nisbətən azalmasına bamayaraq, bu sahənin potensial imkanları çox genişdir.
Respublikaya yeni texnoloji avadanlıqların tətbiqinin genişlənməsini, istehsal proseslərinin beynəlxalq standartlara uyğun yenidən qurulmasını, informasiya və komnukasiya texnologiyaları sahəsinin ən müasir səviyyəyə çatdırılmasını təmin etmək üçün əvvəlki illərlə müqayisədə idxalın ümumi həcmində respublikaya gətirilən maşın və meanizmlər, elektrotexniki avadanlıqlar və aparaturalarınxüsusi çəkisi artaraq 2012-ci ildə 27.2% təşkil etmişdir. Yerli istehsal sahələrinin yenidən qurulması və uğurla həyata keçirilən aqrar islahatların aparılması bir sıra yerli qida məhsullarının istehsalının artmasına və ölkəmizdə idxalın azalmasına səbəb olmuşdur. Yerli məhsullar daxili bazarlarımızı zənginləşdirmiş, əsas qida məhsullarına idxaldan asılılığını azaltmışdır.
Son 10 il ərzində xarici ticarət dövriyyəsi Azərbaycanda 8.8 dəfə, o cümlədən idxal 5.8 dəfə, ixrac isə 11 dəfə artmışdır. Xarici ticarətin struktur dəyişikliyə uğradığı kimi, onun ticarət partiyalarının tərkibi də dəyişmişdir. əgər 2003-cü ildə ticarət partiyalarının sayı 124 ölkə olmuşdursa, 2012-ci ildə onların sayı artaraq 155-ə çatmışdır.
Qeyd etmək lazımdır ki, son dövrlərdə neft sektorunun inkişaf etdirilməsi ilə əlaqədar olaraq son illər əsas ticarət partnyorlarının sırasına İtaliya, Fransa, İsrail, Almaniya, Niderland və başqa Avropa dövlətləri qatılmışlar. Ixracın bu ölkələrə artması eyni zamanda əks istiqamətdə bu ölkələrdə istehsal olunan malların gətirilməsinə şərait yaratmışdır. Bunun nəticəsində Azərbaycana İtaliyanın mebel, tekstil və ayaqqabı məmulatarı, məişət avadanlığı, Fransadan üxtəlif çeşidli ərzaq məhsulları, dərmanlar gətirilir. Neft məhsullarından başqa bu ölkələ Azərbaycanda istehsal olunmuş kənd təsərrüfatı məhsulları, pambıq, kiya sənayesi məhsulları və s. mallar ixrac olunur.
Azərbaycanın şirkət və iş adamları dünyanın əksər dövlətləri ilə ticarət əməliyyatları aparılır. Son zamanlar gömrük və vergi sistemində aparılan islahatlar nəticəsində sahibkarlığın inkişaf etdirilməsi və eləcə də xarici investorların cəlb olunması üçün şərait daha da yaxşılaşdırılmışdır. Bu amil xarici ticarətin inkişafında başlıca rol oynayır. Ölkədə qeydiyyatdan keçən müxtəlif dövlətlərin şirkət və iş adamlarının sayı artmaqdadır. Azərbaycanın regionda tutduğu əlverişli geostrateji mövqeyi, zəngin təbii ehtiyatları və eləcə də inkişaf etmiş infrastruktura malik olması arici şirkətləri cəlb edir. Azərbaycanda istehsal olunan mallar, o cümlədən kənd təsərrüfatı malları, xarici ekspertlərin rəylərinə görə ekoloji cəhətdən təmiz və keyfiyyətlidir.
Xarici ticarət əməliyyatlarının stimullaşdırılmasında müasir beynəlxalq ticarət qaydalarının tətbiqi, məsələn ixrac rüsumlarının ləğv edilməsi, malların idxa-ixracında lisenziya və kvotaların məhdudlaşdırılması və s. tədbirlərin həyata keçirilməsi nəticəsində gəm idxal-ixrac əməliyyatlarının həcmi, həm də onun coğrafiyası ilbəil artmaqda davam edir. Azərbaycan Respublikasının dünya iqtisadi məkanına inteqrasiyası ildən-ilə geniş vüsət alır.
Azərbaycanın Ümumdünya Ticarət Təşkilatının, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının, ECO-nun üzvü olması, həmçinin Beynəlxalq Valyuta Fondu, Dünya Yenidənqurma və İnkişaf Bankı, İslam İnkişaf Bankı və s. təşkilatlarla əməkdaşlığı getdikcə intensivləşir. Sahibkarlıq fəaliyyətinin inkişafı, xarici investisiyalar üçün normal şəraitin yaradılması məqsədilə əsassız məhdudiyyətlərin ləğv olunması, neqativ halların aradan qaldırılması, dövlət idarəetmə sisteminin təkmilləşdirilməsi məqsədilə son zamanlar çox mühüm qərar və fərmanlar qəbul edilmiş və bu proses davam etdirilir.
Hazırda Azərbaycanın iqtisadiyyatında yeni mərhələnin başlanması müşahidə edilir. Xarici ticarətdə qeyri neft sektorunda istehsal olunan malların iracının artdığı kimi, investisiya qoyuluşunun strukturunda da müsbət dəyişikliklər baş vermişdir. Belə ki, bütün mənbələr hesabına yönəldilən investisiyalarda qeyri-neft sektorunun xüsusi çəkisi xeyli artmışdır.
Son 10 ildə istifadə edilən investisiya vəsaitlərinin 40.7 milyard manatı (47.3 milyard ABŞ dolları) neft-qaz sektorunun inkişafına,69.1 milyard manata (84.6 milyard ABŞ dolları) və ya 63 faizi iqtisadiyyatın qeyri-neft sahələrinin və maliyyə bazarının inkişafına yönəldilmişdir. Təhlil nəticəsində belə bir qənaətə gəlmək olar ki, Azərbaycan iqtisadiyyatının ixrac potensiallı ən perspektiv sahələrindən aşağıdakıları göstərmək olar:

  • Maşınqayırma sənayesi üzrə - məişət kondisonerləri, televizorlar,telefon, soyuducu və buzxanalar,müxtəlif məişət universal mexanizmləri və s. istehsalı

  • Kimya sənayesi üzrə - sintetik yuyucu vasitələr, lak boya, bitkilərin kimyəvi mühafizə vasitələrinin istehsalı və s.

  • Tikinti materialları sənayesi üzrə keramik piltələr və digər sanitar-texniki məmulatlar, şifer,kirəmit və s. istehsalı

  • Yüngül sənaye üzrə hazır pambıq parçalar, trikotaj məmulatlar, ayaqqabı və s.

Yeyinti sənayesi üzrə şərablar, konyaklar, qənnadı
məmulatları, təbii şirələr, cemlər, qoz və fındıq, efir yağları, zeytun, yüksək keyfiyyətli meyvələr, çay və s.
Qeyd edim ki, İqtisadi inkişaf səviyyəsini müəyən edən mühüm göstəricilərdən biri də xarici ticarət fəaliyyətidir.
Xarici ticarət sahəsində aparılan strateji xətti ixrac-idxal əməliyyatları üçün əlverişli şəraitin yaradılmasından, onları tənzimləyən qaydaların liberallaşmasından ibarətdir.
Xarici ticarət sahəsində islahatlar 3 əsas istiqamətdə aparılmışdır:

  • Səmərəli idarəetmə sisteminin yaradılması

  • Hüquqi bazanın təkmilləşdirilməsi

  • Idxalın və ixracın strukturunun yaxşılaşdırılması.

Idarəetmə sisteminin təkmilləşdirilməsində əsas məqsəd bu sahədə paralelçiliyin aradan qaldırıılması, inzibati stimullaşdırma üsullarının ləğv olunması,xarici ticarətin beynəlxalq standartlar səviyyəsində stimulaşdırılması, bütün iş adamlarının və şirkətlərin fəaliyyəti üçün əlverişli şəraitin yaradılmasıdır.
Son illər iqtisadiyyatın və ticarətin liberallaşdırılması, demokratikləşdirilməsi, makroiqtisadi sabitliyin əldə olunması məqsədilə xeyli sayda yeni qanunlar və fərmanlar qəbul edilmişdir.
Idarəetmə sahəsində aparılmış dəyişikliklər, qanunvericiliyin təkmilləşdirilməsi Azərbaycanın xarici ölkələrlə iqtisadi-ticarət əlaqələrinin inkişaf etməsinə birbaşa müsbət təsir göstərmişdir.
2012-ci ilin yekunlarına görə Azərbaycan Respublikasının xarici dövlətlərlə ticarət dövriyyəsinin ümumi həcmi 43813.2 milyon ABŞ dolları təçkil etmişdir ki, bu da 2004-cü illə müqayisədə 6.15 dəfə çodur.idalın həcmi 9652.9 milyon ABŞ dolları, iracın həcmi isə 34160.3 milyon ABŞ dolları təşkil etmişdir. 2012-ci ildə Azərbaycan 155 ölkə ilə ticarət əlaqəsi qurmuşdur.
Azərbaycan İqtisadiyyatının inkişafını təmin etmək, xarici ticarət dövriyyəsində ixracatın xüsusi çəkisini artırmaq üçün ixrac-idxal əməliyyatlarının liberallaşdırılması, dünya bazarında rəqabətədavamlı məhsul istehsalının təşkili ilə yanaşı ixracat yönümlü sahələrə xarici investisiya qoyuluşunun stimullaşdırılması həyata keçirilən islahatların əsasını təşkil edir. Buna görə də milli iqtisadiyyatımıza xarici kapitalın cəlb olunması obyektiv zərurətdir.
Hazırda Respublikamız dünyanın bir sıra universal təşkilatları ilə, o cümlədən BMT – nin İnkişaf Proqramı, Avropa Birliyinin TASİS Proqramı, Beynəlxalq Valyuta Fondu, Dünya Bankı ilə əməkdaşlıq edir. Həmin təşkilatların xətti ilə Azərbaycanda bir çox layihələr maliyyələşdirilir. Eyni zamanda respublikamız regional iqtisadi təşkilatlarla da sıx əməkdaşlıq həyata keçirir. Bu baxımdan EKO, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində əməkdaşlıq əlaqələri xüsusilə intensiv şəkildə inkişaf edir.
Bazar iqtisadiyyatının stimullaşdırılmasında dünya ölkələrinin beynəlxalq təcrübəsi göstərir ki, hərbir ölkənin beynəlxalq rəqabətdə strategiyasının reallığı əlverişli iqtisadi əsasa söykənməlidir. Buna görədə Azərbaycan da öz xarici iqtisadi siyasətini həyata keçirərkən göstərilən istiqamətlərdə səmərəlilik prinsipindən çıxış etməklə xarici ticarət əlaqələrinin optimal inkişafının perspektivləri üçün əlverişli zəmin yaratmalıdır.


Yüklə 175,65 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin