37
II Fəsil. Birləşmiş Krallığın Avropa İttifaqı üzvlüyündən çıxması
2.1 Brexiti şərtləndirən amillər
2.1.1 Brexit ideyasının yaranması və səbəbləri
Brexit (Britain, Exit) kəlimə mənası ilə Böyük Britaniyanın Avropa İttifaqından
çıxmasını ifadə edir. Brexit bu mənada Böyük Britaniyadakı avroskeptiklər
tərəfindən ölkənin Aİ-dən çıxışını ideya kimi siyasi arenada aktuallaşdırılmasının
nəticəsidir. Bu proses isə qısa bir müddətdə dünyanın diqqətini Böyük Britaniyaya
yönəltdi. Əslində ölkədə Aİ üzvlüyünün sorğulanması ilk deyildir, ancaq bu dəfə
vəziyyət fərqli idi. Belə ki, son dövrlərdə Brüsselə verilən səlahiyyətlərin bir qisminin
Böyük Britaniya tərəfindən geri alınması, üzvlüyün yaratdığı bir sıra problemlər
səbəbi ilə Aİ-yə qarşı olanların səslərinin yüksəlməsi ilə baş nazir Kameron 2015-ci
ildə seçimləri qazanacağı təqdirdə lideri olduğu Mühafizəkar Partiyadan yüksələn
avroskeptik fikirlərin təsiri ilə ölkənin Aİ üzvlüyü məsələsini referenduma
aparacağını bildirmişdir. [21] 2015-ci 7 may tarixində keçirilən parlament seçkisinin
nəticələrinə görə parlanmentdə 650 nəfərlik yerdən 325-ni qazanaraq Mühafizəkar
partiyası qalib gəldi. Beləliklə, David Kameron 2013-cü ildə verdiyi vədi yerinə
gətirmək üçün referendumun keçirilməsinə məcbur oldu. [81]
Böyük Britaniya ilə Avropa İttifaqı uzun ancaq çətin tarixi əlaqələrə sahibdir.
Böyük Britaniya İkinci dünya müharibəsindən sonra həmişə vahid Avropa
yaratmaqda çox həvəsli olmuşdur. Çörçilin 1946-ci ildə məşhur Surix çıxışı buna bir
misaldır.
“Avropa ailəsini yenidən yaratmaq vaxtıdır... Biz bir növ Avropa Birləşmiş
Ştatları yaratmalıyıq”
Çörçil bu sözləri ilə “Avropanın atası” adlandırılmışdı. Ancaq Britaniyalı jurnalist
və siyasi şərhçi Hugo Young-ın sözlərinə görə o həm də Britaniyanın Avropadakı
rolu ilə bağlı anlaşmazlıqların banisidir. [44] Əgər onun nitqinin sonuna diqqət
yetirsək aydın olur ki, Çörçil Böyük Britaniyanı bu birliyin daxilində görmür. Onun
38
səhv anlaşılan nitqi sadəcə Avropa ölkələrini, xüsusilə də Fransa və Almaniyanı
keçmişi unutmağa və Britaniyasız Avropa Birləşmiş Ştatlarını yaratmağa
həvəsləndirmək xarakteri daşıyırdı. [41]
Birləşmiş Krallıq yalnız 1973-cü ildə üçüncü müraciətində Avropa İqtisadi
Birliyinə qoşuldu. Ancaq bu tarixdə avrofillərin qələbəsi kimi deyil, Britaniya
müstəsnalığı kimi xatırlanır. Buradan aydın olur ki, Brexit Böyük Britaniyanın
imperial tarixində yatır, onun maraqları və qlobal diplomatiyası heç bir zaman
Avropa ilə limitli qalmamışdır. [44]
Brexit kampaniyasında bir çox arqumentlər səsləndirilmişdir. Referendum
günündə Lord Ashcroft Birləşmiş Krallıq vətəndaşlarının həqiqi fikirlərini öyrənmək
və onların qərarlarının arxasında yatan arqumentləri öyrənmək üçün 12369 nəfərdən
anket götürmüşdür. Anketin nəticələrinə əsasən, Brexit leyhinə səs verənlərin
təxminən yarısı (49%) Avropa İttifaqını ona görə tərk etmək istəyirlər ki, “Birləşmiş
Krallıqla bağlı qərarlar Birləşmiş Krallıqda alınmalıdır”. Təqribən üçdə bir Brexit
tərəfdarları (33%) əsas səbəb kimi “Birləşmiş Krallıq immiqrasiya və öz sərhədləri
üzərində nəzarəti yenidən əlinə almalıdır” variantını göstərmişlər. Brexit leyhinə səs
verənlərin 13%-i “Aİ-də qalmaq illər sonra onun öz sərhədlərini və mərkəzi gücünü
daha çox genişləndirməsinə razı olmaqdan başqa seçimi olmamaq deməkdir”
variantını seçmişlər. Sadəcə 6% isə “Birləşmiş Krallıq Aİ-dən kənarda daha çox ticari
və iqtisadi fayda əldə edər” deyə düşünürlər. [9]
Anket nəticələrindən göründüyü kimi iqtisadiyyat, suverenlik və immiqrasiya
Brexit kampaniyası müddətində ən çox səslənən sözlər olmuşlar.
Bəs ölkənin çətinliklə daxil olduğu, Avropa dövlətləri üçün cəlbedici görünən
Avropa İttifaqından çıxmasına nə səbəb oldu?
Səbəbləri sistemli şəkildə belə sıralamaq olar:
- Büdcə problemi: Böyük Britaniya Aİ büdcəsinə verdiyi töhvə daha az gəlir
götürür. Beləcə, Fransa və Almaniya kimi Aİ büdcəsinə xalis töhvə verən ölkələr
arasında yer alır. Büdcə üçün edilən xərclər digər Aİ ölkələrinə kömək və yatırım
edilməsi üçün istifadə olunur. [71] Brexit tərəfdarları iddia edirlər ki, Birləşmiş
39
Krallığın iqtisadiyyatı onun Avropa İttifaqından çıxmasından daha çox fayda
götürə bilər. Birləşmiş Krallığın Aİ büdcəsinə verdiyi xalis töhvə Brexit
kampaniyasının əsas arqumentlərindən birinə çevrilmişdir. Avropa İttifaqı üzv
dövlətlərdən birliyin büdcəsinə illik haqq ödəməyi tələb edir. Digər üzv dövlətlər
kimi Birləşmiş Krallıq da Aİ büdcəsinə gömrük tarifləri, ƏDV faizləri, Ümumi
Milli Gəlirin müəyyən hissəsi şəkilində ödəyir. Bu o deməkdir ki, Birləşmiş
Krallıq nə qədər çox Ümumi Milli Gəlirə sahib olsa, o qədər çox Aİ büdcəsinə
ödəniş etməlidir. Birləşmiş Krallıq yeganə ölkədir ki, Avropa İttifaqından daimi
güzəştə (permanent rebate) malikdir. 1985-ci ildən bəri Aİ Birləşmiş Krallığın
ödəniş məbləğindən həmin güzəşti çıxır. Birləşmiş Krallıq parlamenti tərəfindən
yayınlanmış məlumata əsasən 2016-2017-ci ildə Birləşmiş Krallıq £16,9 milyard
ödəmiş, Aİ £4,1 milyardı güzəşt olaraq qaytarmışdır. Əlavə olaraq Birləşmiş
Krallıq £4,1 milyardı Aİ-dən maliyyə dəstəyi olaraq almışdır. Bu o deməkdir ki,
2016-2017-ci ildə Birləşmiş Krallığın Aİ büdcəsinə xalis töhvəsi £8,9 milyarddır.
Brexit tərəfdarlarının arqumentinə əsasən Birləşmiş Krallıq Aİ büdcəsinə verdiyi
xalis töhvəyə qənaət edərək onu əhali üçün xərcləyə bilərlər. [38]
-
Miqrant problemi: Əsas səbəblərdən biri kimi Böyük Britaniyaya kütləvi miqrant
axınları göstərilir. Brexit tərəfdarlarının arqumentinə əsasən immiqrasiya Birləşmiş
Krallıqda həyatın keyfiyyətini aşağıya salır.
Aİ öz vətəndaşlarına digər üzv ölkələrdə azad şəkildə yaşamaq, səyahət etmək
və işləmək hüququ verir. Birlikdən çıxma tərəfdarlarının fikrinə görə Aİ ölkələrdən
Birləşmiş Krallığa olan immiqrasiya maaşları aşağı salır və vətəndaşlar üçün iş
imkanlarını azaldır. 2015-ci il statistikasına əsasən Birləşmiş Krallıqda digər Aİ
ölkələrindən gələn 3,3 milyon immiqrant yaşayır və onlar əhalinin 5,3%-i, əmək
qabiliyyətinə malik olan insanların (16-64 yaşda) 6,3%-ini təşkil edir. Aİ
ölkələrindən gələn miqrantlar Birləşmiş Krallıqda yaşayan miqrantların 35%-ini
təşkil edir. Aİ ölkələrindən gələn miqrantların böyük hissəsini Polşa (29%),
Irlandiya (12%), Portuqaliya (7%), Rumıniya (7%), Litva (6%) və Italiya (6%)
təşkil edir. [66]
40
Ölkəyə hər il gələn miqrant sayı 300 mini aşır. Hökumət bu sayı 100 minə
endirmək istəyir. Aİ vətəndaşlarının ölkədə sərbəst hərəkəti, ölkə daxilində ucuz
işçi qüvvəsinin artımı və işləmək məqsədilə digər Avropa ölkələrindən gələn
insanların sayının azaldıla bilməməsi ayrılma tərəfdarlarının arqumentlərinin sayını
çoxaldır.
- Suverenliyin məhdudlaşdırılması: Avropa İttifaqından ayrılma tərəfdarlarının ən
çox istifadə etdiyi arqumentlərdən biri, hətta birincisi birlikdən asılılığı azaltma,
beləcə dövlət suverenliyinin və müstəqilliyinin yenidən gücləndirilməsidir və Aİ-
nin məhdudlaşdırıcı qanun və qərarlarından azad olmaqdır. [84
]
Onların fikrinə
görə, Britaniyanın Aİ üzvlüyü onun suverenliyinə təhdiddir. Britaniya Avropa
Birliyinə üzv olarkən imzaladığı 1972-ci il Avropa Birlikləri Aktına (European
Communities Act) əsasən Birləşmiş Krallıq milli hüququnu Avropa Birliyi
hüququna uyğunlaşdırmalıdır. [18] Yuxarıda anket nəticələrində də göründüyü
kimi, avroskeptiklər “Birləşmiş Krallıqla bağlı qərarlar Birləşmiş Krallıqda
alınmalıdır” şüarı ilə hərəkət edirlər. [9] “Nəzarəti əlinə al” sloqanı Brexit
kampaniyasının əsas sloqanlarından biri olmuşdur.
Bundan əlavə, Brexit tərəfdarları iddia edir ki, qanunvericilik təklifi ilə çıxış
etmə hüququna malik Avropa Komissiyası xalq tərəfindən seçilməyən
bürokratlarıdan ibarətdir və xalqı təmsil etmir. Brexit kampaniyasına liderlik edən
London şəhərinin meri Boris Johnson bəyan etmişdir ki, Aİ üzvlüyü parlament
suverenliyi ilə uyğunluq təşkil etmir. [18] Həmçinin, Birləşmiş Krallıqda
milliyyətçilik Avropa inteqrasiyasına mane olur. Belə ki, Brexit ilə İngilis
milliyyətçiliyi arasında bir əlaqə vardır. [35] Londondan başqa bütün ingilis
regionları Brexit leyhinə səs vermişlər.[24] Özlərini Avropa kimliyinə aid edən
Britaniyalılar birlikdə qalma tərəfdarıdırlar. [43]
Böyük Britaniyada Avropa İttifaqında üzvlüyü məsələsində əhali iki əks fikrə
sahib olan avroskeptiklər və avrofillərə bölünmüşdür. Böyük Britaniyanın Aİ
üzvlüyünə qarşı olan tərəflərdən avroskeptiklərə Nigel Farage (Birləşmiş Krallıq
Müstəqillik Partiyası), ölkənin Avropa İttifaqında qalmasının vacibliyini
41
vurğulayan avrofillərə isə Nick Clegg (Liberal Demokrat Partiyası) rəhbərlik
edirdi. [42] Brexiti dair tərəflərin arqumentləri aşağıdakı cədvəldə ətraflı
verilmişdir: (Cədvəl 2.1)
Cədvəl 2.1.
Avroskeptiklər və Avrofillərin arqumentləri
Dostları ilə paylaş: |