Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti



Yüklə 1,15 Mb.
Pdf görüntüsü
səhifə14/26
tarix02.01.2022
ölçüsü1,15 Mb.
#45383
1   ...   10   11   12   13   14   15   16   17   ...   26
R-himov-B-hruz-Kamil-o-lu

 

 

 


37 

 

FƏSİL II. MÜASİR DÖVRDƏ XƏRCLƏRİN İDARƏ EDİLMƏSİ 



PROBLEMLƏRİ 

2.1. Azərbaycanda xərclərin idarə edilməsi xüsusiyyətləri 

İstehsal  xərcləri  əsas  iqtisadi  kateqoriyaların  formalaşmasında  əhəmiyyətli 

rol  oynayan  anlayışdır.  İstehsal  xərcləri  müəssisələrin  normal  və  dayanıqlı 

fəaliyyət göstərməsinin əsasında durur. İstehsal xərclərinin azaldılması, sözsüz ki, 

xalis mənfəəti artıracaqdır. Bu baxımdan da istehsal xərclərinin struktunun əhatəli 

təhlili  müəssisənin  qarşısında  dayanan  ən  əhəmiyyətli  məsələdir.  Maliyyənin  də 

düzgün idarə edilməsinin başında istehsal xərclərinin azaldılması və düzgün təhlili 

dayanır. 

İstehsal  xərci  dedikdə,  hər  hansı  bir  məhsulun  ilk  andan  son  ana  kimi 

istehsalına  çəkilmiş  bütün  xərcləri  əhatə  edir.  Belə  ki,  materialın  qiyməti, 

istehsalına  çəkilmiş  xərclər,  işçilərin  əmək  haqqı,  daşınma  xərcləri  və  digər 

təyinatlı xərclər istehsal xərclərinin əsas tərkib hissələrini təşkil edir. [3, səh. 148] 

İstehsal  prosesi  özü-özlüyündə  uzunmüddətli  və  qısamüddətli  olmaqla  iki 

dövrü əhatə edir. İstehsal prosesinin uzunmüddətli və qısamüddətli olması istehsal 

xərclərinin  də  belə  kateqoriyalara  bölünməsinə  şərait  yaradır.  Qısamüddətli  dövr 

xərclərin  heç  olmazsa  birinin  sabit  olduğu,  digərinin  isə  dəyişilə  biləcəyi  dövr 

kəsiyini əhatə edir. Məhz bu səbəbdən də yuxarıda qeyd olunan sabit xərclər məhz 

qısamüddətli  dövrdə  özünü  göstərir.  Çünki  sabit  xərclərin  əsasında  daşınmaz 

əmlak,  istehsal  avadanlıqları  və  digər  bu  qəbildən  olan  xərclər  təşkil  edir  .  İşçi 

qüvvəsi və xammal isə dəyişən xərclərin əsasını təşkil edir. Qısa müddət ərzində 

isə müəssisə, idarə və təşkilatların bina və ya avadanlıq, istehsal vasitələri alması o 

qədər  də  asan  deyil,  bununla  yanaşı  əhalinin  və  ya  qeyri-əhali  qruplarının  artan 

tələbatının  ödənilməsi  məqsədilə  istehsalın  həcmini  artırmaq  və  istehsalı 

sürətləndirmək  məqsədilə  yeni  işçiləri  qəbul  edilməsi,  istehsala  daha  çox 

xammalların  daxil  edilməsi  potensial  imkanlardır  və  dəyişən  xərclərin  əsasında 

dayanır.  Uzunmüddətli  dövr  isə  müəssisə,  idarə  və  təşkilatların  yuxarıda  qeyd 

etdiyimiz  və  ümumilikdə  bütün  istehsal  amillərinin  həcminin  dəyişdiyi  vaxt 

kəsiyidir. 




38 

 

Aşağıdakı  sxemdə  istehsal  xərclərinin  quruluşu  əks  olunmuşdur:[25, 



səh.310] 


Yüklə 1,15 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin