Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti


Debitor və kreditor xərclər üzrə hesablaşmaların təkmilləşdirilməsi



Yüklə 1,15 Mb.
Pdf görüntüsü
səhifə22/26
tarix02.01.2022
ölçüsü1,15 Mb.
#45383
1   ...   18   19   20   21   22   23   24   25   26
R-himov-B-hruz-Kamil-o-lu

3.2. Debitor və kreditor xərclər üzrə hesablaşmaların təkmilləşdirilməsi. 

Debitor  və  kreditorlarla  hesablaşmaların  mühasibat  uçotu  və  təhlilin 

Beynəlxalq  Mühasibat  Uçotu  Standartlarına  uyğunlaşdırılmasının  zəruriliyini  AR 

Prezidentinin  2002-ci  il  26  dekbar  tarixli,  827  №-li  Fərmanının  6-cı  bəndinin 

icrasını  təmin  etmək  məqsədi  ilə  AR  Nazirlər  Kabinetinin  20  Fevral  2003-cü  il 

tarixli,  29  №-li  qərarı  ilə  təsdiq  edilmiş  “Beynəlxalq  Mühasibat  Uçotu 

Standartlarına  keçmək  məqsədi  ilə  Milli  Mühasibat  Uçotu  Standartlarının  2003-

2007-ci  illərdə  hazırlanması  və  tətbiqi  üzrə  PROQRAM”dan  daha  aydın  görmək 

olar.  Bu  mühüm  normativ  sənəddə  2004-cü  ildə  Büdcə  ilə  hesablaşmaların 

uçotu”na  və  “Lizinq  əməliyyatlarının  uçotu”na,  2005-ci  ildə  “Təsisçilərlə 

hesablaşmaların uçotu”na, “Əməyin ödənişi və sair əməliyyatlar üzrə işçi heyəti ilə 

hesablaşmaların  uçotu”na,  “Təsərrüfatdaxili  və  törəmə  (asılı)  müəssisələrlə 

hesablaşmaların  uçotu”na,  2006-cı  ildə  “Debitor  və  kreditorlarla  hesablaşmaların 

uçotu”na və “Kreditlərin, borcların və məqsədli maliyyələşdirmənin uçotu”na dair 

normativ  sənədlərin  hazırlanması  və  tətbiqini  nəzərdə  tuturdu.  Bu  göstərilən 

normativ-hüquqi sənədlər hazırlanmış və indi tətbiq edilir.  

Haqqında danışdığımız normativ sənədlərin hazırlanması və icrasının böyük 

səlahiyyətlərə malik olan Mərkəzi Bank, İqtisadiyyat Nazirliyi, Vergilər Nazirliyi, 

Dövlət  Statistika  Komitəsi  və  Maliyyə  Nazirliyi  kimi  qurumlara  tapşırılması  bu 

sənədin hazırlanmasına olan zərurəti bir daha sübuta yetirmiş olur.  

Dünya  təcrübəsinə  nəzər  salsaq  görərik  ki,  debitor  borcların  səviyyəsi 

müxtəlif amillərdən asılı olaraq müəyyənləşir. Həmin sözügedən amillər qrupuna 

isə aşağıdakıları aid etmək olar:[16, səh. 100] 

  Məhsul növü; 

  Bazar tutumu; 

  Bazarın qeyd edilən malla dolma dərəcəsi

  Müəssisədə qəbul edilən hesablaşma sistemi. 




59 

 

Qeyd  etdiyimiz  amillər  qrupundan  sonuncusu-müəssisədə  qəbul  edilən 



hesablaşmalar sistemi maliyyə menecerini daha yaxından maraqlandıran amildir.  

Nağd  pula  və  yaxud  da  kreditlə  satış  hesablaşmaların  əsas  növləri  hesab 

olunurlar.  Qeyri-sabit  iqtisadiyyat  şəraitində  əvvəlcədən  ödənişin  ödənməsinin 

təmin olunması müəssisənin davamlı fəaliyyəti baxımından əsas amil hesab olunur. 

Çünki iqtisadiyyat qeyri-sabit fəaliyyət göstərdiyi müddətdə əmtəəni kreditlə almış 

müəssisəınin  gələcək  vəziyyətini  müəyyən  etmək  mümkün  olmur.  Gələcəkdə 

həmin  müəssisənin  iflasa  uğraması  və  yaxud  da  digər  bu  kimi  səbəblər  üzündən 

kreditlə  almış  olduğu  məhsulun  dəyərini  ödəyə  bilmirsə,  bu  artıq  müəssisənin 

fəaliyyətində nəzərəçarpacaq təsir edəcəkdir. Odur ki, iqtisadiyyatın sabit olmadığı 

dövrlərdə hər bir müəssisə, yüksək inkişaf səviyyəsinə malik olan ölkələrin həmin 

praktikasından  istifadə  edərək  əmtəələrin  dərhal  realizə  edilməsini  və  həmin 

sözügedən  realizə  prosesinin  nağd  və  ya  köçürmə  yolu  ilə  dərhal  həyata 

keçirilməsini  tələb  etməlidir.  Yalnız  bu  halda  müəssisə  gözlənilməyən  və 

proqnozlaşdırılması  kifayət  qədər  çətin  olan  xərclərdən  yaxa  qurtarmaq  imkanını 

həyata keçirmiş olar. 

Dünya  təcrübəsində  nağd  ödənişlərin  ölkənin  milli  pul  valyutası  ilə,  bəzən 

isə  kredit  kartoçkaları  vasitəsilə  həyata  keçirilir.  Kredit  kartoçkalarına  keçid  ilk 

dəfə olaraq Rusiya Federasiyasında baş vermişdir və hesablaşmaların məhz kredit 

kartoçkaları  vasitəsilə  aparılması  borcların  azaldılmasında  əsas  silaha 

çevrilmişdir.[17, səh. 94] 

Debitor borcların düzgün təhlil olunması və idarə edilməsi xüsusi dövriyyə 

vəsaitlərinin  dövriyyədən  çıxarılması  mümkün  olmayan  və  inflyasiyanın  daha 

qabarıq hökmranlıq etdiyi ölkələrdə daha çox əhəmiyyət kəsb edir. 

Gözlənilməyən  vəziyyətlərlə  qarşılaşan  bazar  iqtisadiyyatı  şəraitində 

hesablaşmalarda olan vəsaitin dövr sürətinə nəzarətin təşkili debitor borcların idarə 

edilməsində  xüsusilə  əhəmiyyət  daşıyır.  Dövr  sürətinin  dinamik  artımı  debitor 

borcların idarə edilməsi müsbət hal hesab olunur. Sözügedən problemlərin həllində 

potensial  malalanların  müəyyən  edilərək  seçilməsi  və  onlar  arasında  bağlanan 




60 

 

müqavilələrdə  nəzərdə  tutulan  malların  faktiki  dəyərinin  ödənilməsi  şərtlərinin 



müəyyən edilməsi böyük əhəmiyyət kəsb edir.  

Qeyd  olunan  potensial  malalanların  seçilməsi  qeyri-formal  meyarların 

köməkliyi ilə həyata keçirilir. Həmin qeyri-formal meyarlara isə aşağıdakıları aid 

etmək olar:[18, səh. 145] 

  əvvəlki əməliyyatlarda hesablaşma intizamının gözlənilməsi; 

  alıcılar  tərəfindən  tələb  olunan  malların,  işlərin  və  xidmətlərin 

dəyərinin ödənilməsinin proqnoz maliyyə imkanları; 

  cari ödəmə qabiliyyəti səviyyəsi; 

  maliyyə sabitliyi səviyyəsi; 

  malsatan müəssisələrin maliyyə və iqtisadi gücü. 

Qərb  ölkələrində  belə  qəbul  edilmişdir  ki,  daimi  müştərilər  malın  dəyərini 

kredit  qaydasında  ödəməlidir  ki,  bu  da  müxtəlif  səbəblərlə  əlaqədardır.  İnkişaf 

etmiş ölkələrdə “2/10 max 30” modeli daha geniş vüsət almışdır. Bu modelin əsas 

xarakterik xüsusiyyətləri aşağıdakılardan ibarətdir:[19, səh. 294] 

  malalan  aldığı  malın  dəyərini  onu  qəbul  etdiyi  andan  sonra  10  gün 

ərzində  ödəyərsə,  bu  halda  malın  dəyərinin  2  faizi  həcmində  güzəşt 

əldə etmiş olur. 

  Malalan aldığı malın dəyərini onu qəbul etdiyi andan etibarən 11-30 

gün  ərzində  ödəyərsə,  bu  halda  yalnız  və  yalnız  malın  öz  dəyərini 

ödəyir və ona heç bir güzəşt tətbiq olunması nəzərdə tutulmur. 

  Malalan  aldığı  malın  dəyərini  onu  qəbul  etdiyi  andan  30  gündən 

sonra ödəyərsə, bu halda artıq malalana əlavə faizlər-cərimələr tətbiq 

olunmağa başlayır. 

Yuxarıda qeyd etdiyimiz “2/10 max 30” modelinin əsas üstün cəhəti onunla 

izah  olunur  ki,  ortaya  qoyulmuş  şərtlər  çox  münasibdir  və  bu  şərtlərə  əməl  edən 

alıcı daha ucuz qiyməti istədiyi  əmtəəni istədiyi  miqdarda almaq imkanına malik 

olacaq. Belə ki, rəqabət mübarizəsi şəraitində o müəssisələr qalib gəlir ki, istehsal 

xərcini mümkün qədər aşağı salmağı bacarsın. Əmtəənin qiymətinin ilk 10 gündə 

ödənilməsi isə malalanı qane edir və malsatan tərəfindən 2 faiz endirim olunması 



61 

 

ilə  nəticələnir  ki.  bu  da  alqı-satqı  əməliyyatlarında  kifayət  qədər  böyük  rəqəm 



deməkdir.  Bu  model  müqavilədə  iştirak  edən  hər  iki  tərəfin  maraqlarına  uyğun 

gəlir.  Çünki  bir  tərəfdə  malsatan  borcunu  vaxtında  almış  olur,  digər  tərəfdə  isə 

malalan daha ucuz qiymətə istədiyi əmtəəni əldə etmiş olur. 

Debitor  borclarına  nəzarət  müəyyən  müddətlərdə  həyata  keçirilir  və  bu 

müddətlər aşağıdakı qruplar üzrə həyata keçirilir:[19, səh. 317] 

  0-30 günədək; 

  31-60 günədək; 

  61-90 günədək; 

  91-120 günədək; 

  120 gündən daha uzun müddətdə. 

Hər  bir  müəssisə  əlavə  olaraq  maliyyə  resurslarını  artırmaq  məqsədilə 

ümidsiz  olan  borclara  diqqəti  daha  da  artırır  və  bu  borc  sahələri  üzrə  hər  hansı 

ödənişin  əldə  olunması  artıq  müəssisənin  xeyrinədir.  Belə  ki,  az  miqdar  da  olsa 

ümidsiz borcun geri qaytarılması yalnız və yalnız müəssisəyə əlavə gəlir mənbəyi 

ola  bilər.  Debitor  borclarının  təhlili  və  onlara  nəzarət  dinamikasında  hesablanan 

nisbi və mütləq göstəricilərin köməyi ilə də həyata keçrilir. Bunun üçün mühasibat 

balansına  əlavə  edilən  5  N-li  formada  verilən  vaxtı  keçmiş  borclara  dair 

göstəricilərlə  yanaşı,  debitor  borclarının  ödənilməsi  əmsalından  da  istifadə  edilir.  

Bu  omsal  əsas  fəaliyyət  üzrə  debitor  borclarının  orta  məbləğini  satışdan  alınan 

məbləğə bölməklə təyin edilir.    

 

 

 



 

 

 



 

 

Kreditor  borclarının  təhlili  zamanı  nəzərə  almaq  lazımdır  ki,  onlar 



eyni zamanda debitor borclarının örtülməsi mənbəyidir. Buna görə də təhlil zamanı 

debitor və kreditor borclarını tutuşdurmaq tələb olunur. Debitor borcların kreditor 

borclarından  çox  olması  xüsusi  kapitalın  debitor  borcu  formasında  dövriyədən 

çıxmasını göstərir.   

 

 

 



 

 

 



 

 

 



Bəzən  debitor  borclarının  kreditor  borclarından  çox  olması  onların  idarə 

edilməsində  müsbət  hal  hesab  edilir.  Bu  fikirlə  razılaşmaq  olmaz.  Çünki  hər  bir 

müəssisə  mallarından,  sifarişçilərindən  debitor  borclarının  ala  bilməsindən  asılı 

olmayaraq kreditor boclarının, xüsusilə də mübahisəsiz alınan, iqtisadi sanksiyalar 




62 

 

tətbiq  edilən  kreditor  borclarını  ödəməyə  borcludur.  Buna  görə  də  borcları  təhlil 



edən  zaman,  müvəqqəti  dövriyədən  çıxmış  vəsait  kimi  qəbul  edilən  debitor 

borclarını ayrı-ayrılıqda təhlil etmək məqsədəuyğundur.    

 

 

 



 

Borcların  idarə  edilməsində  şübhəli  borclar  üzrə  ehtiyatlar  haqqında 

məlumatların  və  ödənilməmiş  debitor  borclarla  əlaqədar  itkilərin  təhlilinə  xüsusi 

diqqət yetirmək tələb olunur.    

 

 

 



 

 

 



 

 

Lakin  ölkəmizdə  “Mühasibat  Uçotu  haqqında”  Azərbaycan 



Respublikası  qanununda  şübhəli  borclar  üzrə  ehtiyatın  yaradılması  nəzərdə 

tutulduğu halda nə dövlət, nə də qeyri-dövlət müəssisələrində bu məqsədə ehtiyat 

yaradılmır.  İnkişaf  etmiş  qərb  ölkələrində  hesabatın  hazırlanması  prosesində 

debitor  borclarının  ümumi  məbləğinə  müəyyən  faiz  nisbətində  ehtiyatın 

yaradılması təcrübəsi geniş yayılmışdır.  

 

 



 

 

 



 

 

 



 

 

 



 

 Debitor 

borclarının 

ümidsizliyi 

onların yaranması müddətlərindən bilavasitə asılıdır. Məsələn, Amerika Birləşmiş 

Ştatlarında  aparılan  tədqiqatlar  nəticəsində  məlum  olur  ki,  30  günədək 

ödənilməmiş  debitor  borclarında  ümidsizlik  4%;  31-60  günlük  borclarında  10%; 

61-90  günlük  borclarda  17%;  91-120  günlük  borclarda  26%  və  sair.  Miqdarında 

olur [31,səh.17].   

 

 



 

 

 



 

Fikrimizcə, debitor 

və  kreditor  borclarının    idarə  edilməsində,  təhlilində,  ümidsiz  borcların  örtülməsi 

üçün  ehtiyatların  yaradılmasında,  veksellərlə  hesablaşmalarda,  debitor  borclarını 

daha  tez  ödəyən  mallarla  mal  satan  tərəfindəngüzəştlərin  verilməsində, 

müqavilələrdə  (kontraktlarda)  nəzərdə  tutulan  ödəmə  müddətlərinə  riayət 

edilməyən  hallarda  qiymət  əlavələrinə  (fazi  ödəmələrin)  alınması  və  sair. 

Təcrübəsinin  ölkəmizin  təsərrüfat  subyektlərində  tətbiqi  debitor  və  kreditor 

borclarının azaldılması üçün zəruridir.  

 

 



  

 


Yüklə 1,15 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin