Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti


Sxem 4.   Maliyyə nəzarətinin predmeti



Yüklə 1,15 Mb.
Pdf görüntüsü
səhifə20/26
tarix02.01.2022
ölçüsü1,15 Mb.
#45383
1   ...   16   17   18   19   20   21   22   23   ...   26
R-himov-B-hruz-Kamil-o-lu

Sxem 4.  

Maliyyə nəzarətinin predmeti 

 

Mənbə: 



R.A.Hill. “Strategic Financial Management”. 1 Edition. 2009 məlumatları 

əsasında müəllif tərəfindən tərtib edilmişdir. 

 

Maliyyə  nəzarətinin  obyekti  dedikdə  isə, təsərrüfat  subyektlərinin,  eləcə  də 



müəssisə,  idarə  və  təşkilatların  maliyyə  resurslarının  yaradılması  və  istifadəsi 

prosesinin  nəticəsi  olaraq  yaranan  pul  münasibətləri  və  onların  bölgüsü  prosesi 

başa  düşülür.  Maliyyə  nəzarətinin  əsasında  dayanan  maliyyə  yoxlaması  dəyər 

göstəriciləri əsasında yoxlanılır. Maliyyə nəzarətinin həyata keçirilməsinin iki əsas 

aspekti əhəmiyyət daşıyır. Həmin aspektlərə aşağıdakılar aiddir:[26. Səh. 317] 

  Maliyyə  resurslarının  və  maddi  dəyərli  olanların  qorunmasının, 

hesabat və qeydiyyat məlumatlarının etibarlılığının təmin olunması və 

dövlət  maliyyə  qanunvericiliyinə  riayət  olunmasının  təmin  edilməsi 

mexanizmi 

  Müəssisə, 

idarə 

və 


təşkilatların 

fəaliyyətinin 

düzgün 

qiymətləndirilməsi,  istehsalın  daimiliyinin  və  ya  fasiləsizliyinin  və 

təsərrüfatçılığın  səmərəliliyinin  yüksəldilməsi  imkanlarının  aşkara 

çıxarılması  ilə  əlaqədar  nəzarət  mexanizminin  formalaşması 

məqsədilə tədbirlərin həyata keçirlməsi. 

Maliyyə


nəzarətinin

predmeti


maliyyə

göstəriciləri

mənfəət

əlavə dəyər

vergisi

bütün növ gəlirlər

maya dəyəri



54 

 

Ümumdövlət  maliyyə  nəzarəti  bir  neçə  elementdən  təşkil  olunmuşdur. 



Həmin elementlərin əsasları aşağıdakılardır:[27, səh. 301] 

  Maliyyə nəzarətini həyata keçirən nəzarət subyekti

  Maliyyə nəzarəti subyektinin yoxladığı nəzarət obyekti; 

  Maliyyə nəzarətinin yoxlamalı olduğu nəzarət predmeti; 

  Nəzarət prinsipi; 

  Nəzarət metodu və ya metodikası; 

  Nəzarət texnikası və texnologiyası; 

  Maliyyə  nəzarəti  nəticəsində nəzarət  subyektinin  qəbul  etmiş  olduğu 

qərarlar; 

  Maliyyə nəzarətinin səmərəliliyinin qiymətləndirilməsi. 

Müəssisə  idarə  və  təşkilatlarda  isə  maliyyə  nəzarətinin  əsas  elementlərinə 

aşağıdakılar daxildir:[27, səh. 311] 

  İdarəedici subyekt; 

  Nəzarətedici subyekt; 

  Nəzarət olunan subyekt; 

  Nəzarət obyektləri 

  Nəzarət mexanizmləri. 

İdarəedən  subyektər  iki  əlamətə  görə  təsnifatlaşdırılır.  Həmin  əlamətlər 

bunlardır: [26, səh. 299] 

  iştirak dərəcəsinə görə  

  tərkibinə görə.  

İştirak  dərəcəsinə  görə  idarəedən  subyektlər  bilavasitə,  yəni  birbaşa 

idarəedən  subyektərə  və  təmsilçi  vasitəsilə  idarəedən  subyektlərə  bölünür. 

Tərkibinə  görə  isə  idarəedən  subyektlər  isə  vahid  rəhbərlik,  yəni  təkbaşına 

rəhbərlik edən idarəedən subyektlərə və kollegial idarəedən subyektlərə bölünür. 

Nəzarəti  həyata  keçirən  subyektlər  isə  aşağıdakı  qruplara  əsasən 

təsnifləşdirilir:[27, səh. 318] 

  Təşkil olunduğu əsasa görə; 

  Hüquqi statusuna nəzərən; 



55 

 

  Nəzarət orqanını yaratmaq məqsədilə çıxış edənlərə görə; 



  Maliyyələşmə mənbəyinə görə; 

  Ərazi təşkilat səviyyəsi üçün. 

Yuxarıda qeyd olunan xüsusiyyətlərə görə təsnifatlaşdırılan nəzarəti həyata 

keçirən subyektləri aşağıdakı sxemlə göstərə bilərik: 




Yüklə 1,15 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin