Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti


Debitor və kreditor xərclərinin idarə edilməsinin inkişaf istiqamətləri



Yüklə 1,15 Mb.
Pdf görüntüsü
səhifə23/26
tarix02.01.2022
ölçüsü1,15 Mb.
#45383
1   ...   18   19   20   21   22   23   24   25   26
R-himov-B-hruz-Kamil-o-lu

3.3. Debitor və kreditor xərclərinin idarə edilməsinin inkişaf istiqamətləri 

Dinamik inkişaf edən iqtisadi münasibətlər şəraitində tam təsərrüfat hesablı 

və  ya  maliyyə  müstəqilliyi  olan  müəssisə,  idarə  və  təşkilatlarda  istehsal 

səmərəliliyinin  yüksəldilməsi  kifayət  qədər  əhəmiyyət  kəsb  edən  və  bilavasitə 



63 

 

olaraq  müəssisə,  idarə  və  təşkilatların  rəhbərliyinin  idarəetmə  qərarlarından  asılı 



olan  prosesdir.  Mürəkkəb  bazar  iqtisadiyyatı  şəraitində  istər  tam  təsərrüfat 

formasında,  istərsə  də  maliyyə  müstəqilliyi  olan  müəssisə,  idarə  və  təşkilatların 

idarə edilmə prosesi xeyli mürəkkəbləşir. 

Müəssisə,  idarə  və  təşkilatların  idarə  edilməsinin  ən  əsas  funksiyası 

tənzimetmə  və  nəzarətdir.  Müəssisə,  idarə  və  təşkilatların  istehsal  fəaliyyətinin 

səmərəliliyinin  artırılması  bilavasitə  olaraq  rəhbər  şəxslərin  qəbul  etdikləri 

qərarlardan və onların informasiya ilə təmin olunma səviyyəsindən asılıdır. Burada 

informasiya ilə təmin olunma səviyyəsi dedikdə, cari və gələcək dövrdə müəssisə, 

idarə  və  təşkilatın  mövcud  maliyyə  vəziyyətinin  təhlil  olunması  ilə  əlaqədar 

yaranmış informasiya başa düşülür. 

Fəaliyyət  növlərinin,  satış  bazarının  və  sərbəst  qiymətin  əmələ  gəlməsinin 

nəticəsində  müəssisə,  idarə  və  təşkilatlarda  bu  sahələrə  nəzarət  edən 

departamentlərin qarşısında dayanan vəzifələri artırmış olur. 

Menecerlərə  və  rəhbərlərə  zəruri  informasiyalar  lazım  olur  ki,  yuxarıda 

göstərdiyimiz həmin informasiya bazası əsasında düzgün idarəetmə qərarları çıxara 

bilsinlər. bu qərarların böyük bir qismi satışın həcmi, məhsulların qiyməti, bazarda 

həmin  məhsula  olan  tələb-təklifin  ölçülməsi,  istehsal  olunmuş  məhsulun  bazarda 

rəqabətqabiliyyətliliyinin  ölçülməsi  haqqında  olur.  Məhz  bu  nəzarəti  həyata 

keçirtmək  üçün  müəssisə,  idarə  və  təşkilatlar  müvafiq  struktur  orqanlarını 

yaradırlar. Xərclərin maliyyə nəzarəti və idarəedilməsi də sırf bu məqsədə xidmət 

edən və müəssisə rəhbərinin göstərişlərinə müvafiq olaraq yaradılanÇ müəssislərdə 

maliyyə və pul axınlarının hərəkətinə nəzarəti həyata keçirən, xərclərin struktunu 

və formalaşma mənbəyini təhlil edən, xərclərin gəlir gətirmə baxımından analizini 

həyata  keçirən,  cari  və  gələcək  dövrlərdə  mənfəət  səviyyəsini  ölçən  və  bu 

funksiyalarla  bağlı  bütün  informasiyanı  rəhbər  şəxslərə  ötürməli  olan  nəzarət 

orqanıdır.[25, səh. 166] 

Müəssisə,  idarə  və  təşkilatların  informasiya  bazasının  əsası  kimi  maliyyə 

uçotu  bütün  səviyyələrdə  operativ  informasiya  ilə  təmin  edənləri  qane  etmir  və 

mürəkkəb və müasir bazar iqtisadiyyatı şəraitində müəssisənin gələcək inkişafının 



64 

 

proqnozlaşdırılması  və  əlaqələndirilməsi  üçün  tam  və  dolğun  informasiyalar 



yaratmır.  Belə  mövcud  şəraitdə  mühasibat  uçotunun  və  maliyyə  sisteminin 

müstəqil sahəsi kimi idarəetmə uçotu yaradılır.  

İdarəetmə  uçotunun  ən  əhəmiyyətli  vəzifəsi  istehsal  prosesinin 

təkmilləşdirilməsi məqsədilə optimal idarəetmə qərarlarının işlənib hazırlanması və 

qəbul edilməsi üçün lazımi zəruri informasiyaları hazırlamaqdan ibarətdir. Bunun 

son nəticəsində isə idarəetmənin özünü belə optimallaşdırmaq mümkün olur. 

İdarəetmə  uçotu  həyata  keçirilərkən  iki  əsas  istiqamət  daha  dərindən 

öyrənilir. Həmin istiqamətlərə aşağıdakılar daxildir:[23, səh. 108] 

  Tam  maya  dəyərinin  müəyyən  edilməsi  və  bu  maya  dəyəri  əsasında 

istehsal olunmuş məhsulun satış qiymətinin bazarda formalaşması və 

son nəticədə əldə olacaq mənfəətin səviyyəsinin müəyyən edilməsi; 

  Məhdudlaşdırılmış  maya  dəyərinin  müəyyən  olunması  və  bunun 

əsasında 

marjinal 

gəlirin 

müəyyən 


edilməsi. 

Burada 


məhdudlaşdırılmış  maya  dəyəri  dedikdə  istehsal  xərclərini  azaltmaq 

nəticəsində  məhsulun  keyfiyyətinin  bir  qədər  zəifləməsi  və  nəticədə 

məhdudlaşdırılmış  maya  dəyərinin  yaranması  başa  düşülür.  Marjinal 

gəlir isə tam maya dəyəri nəticəsində istehsal olunmuş məhsulun satışı 

nəticəsində    əldə  olunmuş  gəlir  ilə  məhdudlaşdırılmış  maya  dəyəri 

əsasında istehsal olunmuş məsulun satış qiymətləri arasındakı fərqdən 

əmələ gələn gəlir.  

Qeyd  etdiyimiz  birinci  istiqamət  istehsal  olunmuş  məhsulların  maya 

dəyərinin  idarə  edilməsini  təmin  edir,  ilk  növbədə  istehsala  çəkilmiş  məsrəflərə 

nəzarəti həyata keçirir və səmərəli uçotun aparılmasına şərait yaratmış olur. İkinci 

istiqamətin  öyrənilməsi  isə  məhsulun  keyfiyyətinin  nisbətən  aşağı  salınması 

nəticəsində  məhsulun  məhdudlaşdırılmış  maya  dəyərini  formalaşdırır  və  istehsal 

olunmuş məhsulun bazarda daha ucuz qiymətə realizəsini təklif edir. Lakin bu hal 

kifayət  qədər  riskli  xarakter  daşıyır.  Belə  ki.  əhali  və  qeyri-əhali  qrupları 

məhdudlaşdırılmış  maya  dəyəri  əsasında  istehsal  olunan  və  keyfiyyəti  tam  maya 

dəyəri əsasında istehsal olunmuş məhsullardan geri qalan hər hansı məhsulu, işi və 




65 

 

xidməti  almaq  imtina  edə  bilər  və  bu  halda  müəssisə,  idarə  və  təşkilat  zərərə 



işləmiş  ola  bilər.  Odur  ki,  idarəetmə  uçotunun  düzgün  aparılması  hansı  hallarda 

iqtisadi səmərə verə biləcəyini ifadə edir. 

Müssisə,  idarə  və  təşkilatın  istehsal  prosesindəki  yeganə  xərci  istehsal 

olunan  məhsulun  maya  dəyəri  deyildir.  Belə ki,  məhsulun  istehlakı  mərhələsində 

də xərc tələb olunur. İstehsal olunmuş məhsulun asanlıqla realizə olunmasını təmin 

etmək məqsədilə əlavə və gözlənilməyən xərclər də yarana bilər. qeyd olunan belə 

əlavə xərclər satış üzrə xərclərə aid edilir. Məsələn, müəssisə tanınmamış məhsul 

istehsal  edir.  Məhsul  bazarda  kifayət  qədər  tanınmasa  belə  keyfiyyətlidir.  Lakin 

istehsal  olunan  bu  məhsul  bazarda  tanınmadığı  səbəbindən  özünə  alıcı  kütləsi 

toplaya  bilmir  və  satış  realizə  oluna  bilmir.  Bu  halda  marketing  və  satış 

departamentlərinin  qarşılıqlı  fəaliyyəti  nəticəsində  məlum  olur  ki.  burada  əsas 

məsələ istehsal olunmuş məhsulun tanıtımının- reklamının həyata keçirilməsidir.  

Satışla  əlaqədar  yaranan  xərclərin  içində  tanıtım-reklam  xərcləri  kifayət 

qədər  çoxluq  təşkil  edir  və  bu  xərclər  məhsulun  maya  dəyərinə  aid  edilmir.  Bu 

halda reklama görə çəkilmiş xərclər müəssisə, idarə və təşkilatın gəlirindən silinən 

xərc kimi hesaba oturur.  

İstehsal  prosesində  istehsal  olunmuş  məhsulun  tanıtımına  və  ya  reklamına 

bazarda  tələbat  böyük  olduğu  üçün  reklam  xərcləri  də  böyük  rəqəmlərlə  ölçülür. 

Bununla yanaşı. müəssisə rəhbərliyi həmin xərci ödəməyə razıdır ki, istehsal etmiş 

məhsulu  asanlıqla  realizə  edə  bilsin.  Məhsul  bazarda  tanındıq  və  özünə  kifayət 

qədər alıcı kütləsi topladıqdan sonra artıq bu tipli reklam xərclərinin səviyyəsi də 

azalmış olur. 

Satışla  bağlı  yaranmış  xərclərdən  biri  də  istehsal  olunmuş  məhsulun 

istehsalçıdan  istehlakçıya  çatdırılma  xərcləridir.  Bu  xərclərin  özəyində  çatdırılma 

xidmətini  təmin  edən  əməkdaşların  əmək  haqqları,  nəqliyyatın  amortizasiya 

xərcləri,  zəruri  yanacaq  xərcləri  və  s.  dayanır.  Bu  xidmətin  göstərilməsi  bazarda 

müştəri məmnunluğunu artıran ən əsas elementlərdən biridir. 

Deməli  onda,  yuxarıda  qeyd  etdiklərimizə  əsasən  deyə  bilərik  ki,  dinamik 

inkişaf  edən iqtisadi münasibətlər şəraitində  məhsul istehsalı  və  satışı  xərclərinin 



66 

 

özəyində istehsalla bağlı xərclər kimi  məhsulun maya dəyəri, satış xərci kimi isə 



reklam, nəqliyyat və bu tipli digər xərclər böyük əhəmiyyət kəsb edir. 

Müəssisə,  idarə  və  təşkilatlarda  xərclərin  maliyyə  nəzaerətinin  və  idarə 

olunmasının ən əhəmiyyətli vəzifəsi məhz istehsalla və satışla bağlı olan xərclərin 

azaldılması nəticəsində istehsal səmərəliliyinin yüksəldilməsi və son nəticədə  daha 

çox  qazanc  əldə  olunmasına  şərait  yaratmaqdır.  Bu  səbəbdən  də  dinamik  inkişaf 

edən  iqtisadi  münasibətlər  şəraitində  məhsul  istehsalı  və  satış  xərclərinin  idarə 

edilməsinin  əsas  perspektiv  istiqamətlərini  əsasən,  aşağıdakı  müddəalar  təşkil 

etməkdədir:[22, səh. 518] 

  İstehsal olunan məhsulun mövcud keyfiyyətini saxlamaq şərtilə maya 

dəyərinin  aşağı  salınması  istiqamətdə  tədbirlər  planı  işləyib 

hazırlamaq və onların həyata keçirilmə mexanizmini müəyyən edərək 

rəhbərliyə bu barədə məlumat vermək. 

  İstehsal  olunan  məhsulun  məhdudlaşdırılmış  maya  dəyərinin  düzgün 

təhlili  aparmaq  və  bu  şərtlər  daxilində  bazarda  həmin 

məhdulaşdırılmış  maya  dəyəri  əsasında  istehsal  olunmuş  məhsulun 

realizə olunması səviyyəsini əhatəli və detallı tədqiq etmək; 

  Məhsulun  istehsaldan  sonrakı  satış  xərcləri  içərisində  tanıtım-reklam 

xərclərini  müəyyən  etmək  və  məhsulun  bazarda  uzunmüddətli  və 

daimi taninmasını təmin edəcək layihələr işləyib hazırlamaq və onları 

həyata keçirtmək 

  İstehsal  olunmuş  məhsulun  istehsalçıdan  istehlakçıya  çatdırılması  ilə 

bağlı  yaranmış  xərclərinin  quruluşunu  və  struktunu  müəyyən  edərək 

xərcləri ola bildiyi qədər azaldılmasını təmin etmək. 

Yalnız  yuxarıda  göstərilən  perspektiv  istiqamətləri  idarə  etməklə  ən  aza 

xərclə  daha  yüksək  keyfiyyətə  malik  məhsul  buraxılışına  nail  olmaq  olar  və  bu 

məhsulların bazarda asanlıqla realizə olunmasının təmin etmək olar. 

Müəssisə,  idarə  və  təşkilatlarda  qarşıya  qoyulmuş  əsas  məqsəd  istehsal  və 

satışla  bağlı  olan  xərclərin  azaldılması  sayəsində  istehsal  səmərəliliyinin 

artırılmasını,  xərclərə  qənaət  olmunmasını  və  daha  çox  mənfəət  əldə  edilməsini 



67 

 

təmin  etməkdir.  Bu  bazxımdan  müəssisə,  idarə  və  təşkilatlarda,  habelə,  dövlət 



müəssisələri və qurumlarında xərclərin maliyyə idarəetməsini təşkil etmək, onların 

perspektiv  istiqamətlərini  üzə  çıxartmaq  çox  böyük  əhəmiyyət  kəsb  edən 

məsələlərdən  birinə  çevrilmişdir.  Müəssisə,  idarə  və  təşkilatlardakı  maliyyə 

menecmenti  mexanizmi  hansı  üsul  və  vasitələrlə  xərclərin  azaldılmasına  və 

uzunmüddətli  və  qısamüddətli  dövrlərdə  daha  çox  fayda  əldə  olunmasına 

yönəldilmiş fəaliyyət mexanizmidir. 

Müəssisə,  idarə  və  təşkilatlar  üçün  istehsal  etdikləri  məhsulun  maya 

dəyərinin aşağı salınması və bununla bağlı olaraq resursların, vəsaitlərin müəyyən 

olunması  məqsədilə  onların  təsnifləşdirilməsi  mühim  əhəmiyyət  kəsb  edən 

məsələlərdən biridir.  Bu səbəbdən də maliyyə menecmenti həmin xərclərin idarə 

olunması məsələsini həll edən bir mexanizm kimi formalaşdırılmalıdır. 

İqtisadi  məzmununa  görə  xərclər  iqtisadi  elementlər  və  kalkulyasiya 

maddələri üzrə olmaqla iki qrupa bölünür.  

İqtisadi elementlər üzrə xərclərər aşağıdakılar daxildir:[32, səh. 603] 

  Geri qaytarılmış materialların qiyməti çıxılmaqla material xərcləri

  Əməyin ödənişi üzrə  edilə bilən xərclər; 

  Sosial sığortaya ayrılmış köçürmələrdir; 

  Əsas vəsaitlərin və qeyri-maddi aktivlərin amortizasiyası; 

  Digər xərclər. 

Məhsulun  maya  dəyərini  daha  dəqiq  hesablanması  xərclərin  kalkulyasiya 

üzrə  təsnifləşdirilməsi  nəticəsində  həyata  keçirilir.  Kalkulyasiya  maddəsi,  daha 

doğrusu,  xərc  maddəsi  ayrı-ayrı  məhsulun  yaxud  da  bütün  məhsul  buraxılışının 

maya  dəyərini  formalaşdıran  müəyyən  növ  xərclər  hesab  olunurlar.  Xərclər 

kalkulyasiya maddəsi üzrə aşağıdakı qruplara ayrılır:[33, səh. 486] 

  Xammal və materiallar; 

  Satıla bilən  tullantılar.  Bu  zaman  satılmış  tullantılar nəticəsində  əldə 

olunmuş gəlirlər xərclərdən silinir. 

  Yarımfabrikatlar,  alınmış  məhsullar  və  kənar  müəssisələrin  istehsal 

xərcləri daşıyan xidmətləri; 



68 

 

  Texnoloji  məqsədlərin  həyata  keçirilməsi  məqsədilə  yanacaq  və 



enerji; 

  İstehsalat sahəsində çalışan işçilərin əmək haqqları; 

  Sosial köçürmələr; 

  İstehsalın öyrənilməsinə və hazırlanmasına çəkilmiş xərclər; 

  Ümumistehsalat xərcləri; 

  Ümumtəsərrüfat xərcləri; 

  Zay məhsul istehsalı nəticəsində əmələ gəlmiş itkilər

  Digər istehsalat məsrəfləri; 

Yuxarıda qeyd olunan xərc istiqamətləri məhz məhsulun maya dəyərində əks 

olunan  əsas  xərclər  hesab  olunur.  Xərclərin  maliyyə  menecmentinin  qarşısında 

duran  əsas  məsələlərdən  biri  məhz  yuxarıda  qeyd  olunmuş  xərc  istiqamətlərini 

azaltmaq  və  bunun  nəticəsi  olaraq  məhsulun  maya  dəyərini  aşağı  salmaq  və  son 

məntiqi  nəticədə  müəssisə,  idarə  və  təşkilatların  daha  səmərəli  fəaliyyət 

göstərməsinə və daha çox mənfəət əldə etməsinə şərait yaratmaqdır. Deməli onda, 

müəssisələrdə  istehsalın  səmərəliliyinin  yüksəldilməsi  sistemində  xərclərin 

maliyyə  menecmentinin  ən  əsas  perspektiv  vasitələrindən  biri  məhz  məhsulun 

istehsal  xərclərinin  və  ya  maya  dəyərinin  azaldılmasına  xidmət  edəcək 

strategiyaların hazırlanmasını təmin etməkdir. 

Yekcinslik  dərəcəsinə  görə  xərclər  birelementli  və  kompleks  xərclərə 

bölünür.  Birelementli  xərclər  dedikdə,  bircinsli  iqtisadi  elementlərdən  təşkil 

olunmuş  xərclər  başa  düşülür.  Kompleks  xərclər  dedikdə  isə,  müxtəlif  iqtisadi 

element  qruplarını  birləşdirən  xərclər  başa  düşülür.  Məhz  müəssisə.  idarə  və 

təşkilatlarda  yaradılmış  xərclərin  maliyyə  menecmenti  mexanizminin  istehsal 

səmərəliliyinin  artırılmasında  ikinci  əsas  vasitə  yekcinslilik  baxımından  xərclərin 

azaldılmasını təmin etmək və daha çox iqtisadi səmərə və ya fayda əldə etməkdir. 

Yuxarıdakı  paraqraflarda  da  qeyd  etdiyimiz  kimi,  istehsalın  həcminə 

münasibətdə  istehsal  xərcləri  dəyişən  və  sabit  xərclərə  bölünür.  Dəyişən  xərclər 

dedikdə,  istehsalın  həcmi  dəyişən  zaman  ona  mütənasib  dəyişən  xərclər  başa 

düşülür.  İstehsal  artdıqca  bu  xərclər  də  artır.  İstehsal  prosesi  azalanda  isə  bu 



69 

 

xərclər  azalır.  Sabit  xərclər  isə  istehsalın  həcmindən  asılı  olmadan  daim  sabiot 



qalan, dəyişilməyən xərclərdir. Bu tip xərclər istehsal artsa da, azalsa da heç zaman 

dəyişilməyən  xərclərdir.  Müəssisə,  idarə  və  təşkilatların  maliyyə  menecmentinin 

istehsalın  səmərəliliyinə  yönəldilmiş  siyasətinin  əsas  vasitələrindən  biri  də  məhz 

istehsalın həcminin artdığı bir şəraitdə belə dəyişən xərclərin səviyyəsini qoruyub 

saxlamaq və mümkün olduğu qədər xərclərə qənaət etməkdir.  

Təyinatına görə xərclər texnoloji və və inzibati-təsərrüfat  xərcləri olmaqla 

iki qrupa bölünür. Texnoloji xərclər dedikdə, istehsal prosesi ilə əlaqədar texnoloji 

proseslərə  sərf  olunmuş  xərcləri  nəzərdə  tutan  xərc  məfhumu  başa  düşülür. 

İnzibati-təsərrüfat  xərci  dedikdə  isə,    istehsal  prosesinin  baş  tutduğu  bir  şəraitdə 

təsərrüfatın  idarə  edilməsi  nöqteyi-nəzərindən  sərf  olunmuş  xərclərin  mahiyyəti 

başa  düşülür.  Müəssisənin  maliyyə  menecmentinin  istehsalın  səmərəliliyinin 

yüksəldilməsində  əsas  istiqamətlərindən  biri  də  texnoloji  və  inzibati-təsərrüfat 

xərclərini azalmaq və bunun nəticəsində daha çox qazanc əldə etmək məqsədinin 

təmin olunmasıdır. 

Məqsədəuyğunluq  kriteriyasına  görə  xərclər  istehsal  xərcləri  və  qeyri-

istehsal  xərcləri  olmaqla  iki  qrupa  ayrılır.  İstehsal  xərcləri  dedikdə,  məhsul 

iastehsalı  prosesində  yalnız  və  yalnız  yararlı  məhsul  istehsalına  sərf  olunmuş 

xərclərin  məcmusu  başa  düşülür.  Qeyri-istehsal  xərcləri  dedikdə  isə,  istehsalın 

dayanması nəticəsində  yaranmış itkilər, eləcə də zay  məhsul istehsalı nəticəsində 

yaranmış  zərərlər  və  çatışmazlıqlarla  əlaqədar  formalaşmış  xərclərin  məcmusu 

başa  düşülür.  Müəssisə,  idarə  və  təşkilatlarda  xərclərin  maliyyə  idarə  etməsinin 

istehsalın  səmərəliliyinin  artırılmasındakı  ən  əhəmiyyətli  rolu  məhz  istehsal  və 

qeyri-istehsal  xərclərinin  azaldılması  hesabına  uzunmüddətli  və  qısamüddətli 

istehsal  prosesləri  ərzində  daha  çox  iqtisadi  səmərə  və  ya  fayda  götürülməsini 

təmin  etməkdir.  Xüsusən  də,  qeyri-istehsal  prosesi  zamanı  zay  məhsul  istehsalı 

prosesində yaranmış  xərcləri azaltmaq və daha çox yaralı  məhsul istehsalına nail 

olmaq maliyyə menecmentinin qarşısında dayanan ən vacib məsələlərdən, xərclər 

üzrə  maliyyə  menecmentinin  istehsalın  səmərəliliyinin  artırılmasındakı  əsas 

istiqamətlərdən biridir. 



70 

 

Maya  dəyərinə  daxil  olunması  üsuluna  görə  xərclər  birbaşa  (bilavasitə) 



xərclərə  və  dolayı  xərclərə  bölünür.  Birbaşa  (bilavasitə)  xərclər  dedikdə,  ilkin 

sənədlər əsasında məhsulun konkret bir növünün maya dəyərinə birbaşa daxil olan 

xərclər  başa  düşülür.  Birbaşa  xərclərin  əsas  xüsusiyyəti  odur  ki,  bütün  birbaşa 

(bilavasitə)  xərclər  özü-özlüyündə  həm  də  dəyişən  xərclərdir.  Dolayı  xərclər 

dedikdə  isə,  bir  neçə  məhsul  növünün  istehsalına  çəkilmiş  xərclərin  ümumi 

məcmusu  başa  düşülür.  Buna  ən  real  əyani  misal  olaraq  istehsalın  idarəedilməsi 

xərcini göstərmək olar. Dolayı xərclər xüsusi hesablarda toplanır və müəyyən baza 

əsasında bölüşdürülərək istehsal olunan məhsulun maya dəyərinə dolayı yolla daxil 

edilir.  Belə  xərclərə  misal  olaraq  əmək  haqqı,  istehsal  həcmi  xərclərini  də  misal 

göstərmək  olar.  Müəssis.  idarə  və  təşkilatların  xərclərin  maliyyə  menecmentinin 

əsas hədəflərindən biri də məhz istehsal olunan məhsulun maya dəyərinə daxil olan 

birbaşa  və  dolayı  xərcləri  azaltmaqdır.  Çünki  məhsulun  maya  dəyəri  bu  xərclər 

əsasında  formalaşır.  Bu  xərclərin  azalması  avtomatik  olaraq  məhsulun  maya 

dəyərini  də  aşağı  salacaq.  Aşağı  maya  dəyəri  ilə  istehsal  olunmuş  məhsul  daha 

ucuz qiymətə realizə olunur ki, bu da son nəticədə məhsulun bazarda özünə mövqe 

tutmasına və reqabət mübarizəsinə hazır olmasına səbəb olur. Deməli onda. Maya 

dəyərinin  aşağı  salınması  istehsalın  səmərəliliyinin  artırılmasında  əsas  istiqamət 

olmaqla xərclərin maliyyə menecmentinin əsasında dayanır. 

Yaranma vaxtına və maya dəyərinə aid olma xüsusiyyətinə görə xərclər cari 

xərclərə  və  gələcək  dövrü  əhatə  edən  xərclərə  bölünür.  Cari  xərclər  gəlir  gətirən 

xərclərdir və cari dövr ərzində məhsul istehsalı və satışı ilə bağlı yaranıb formalaşa 

xərclərdir.  Gələcək  dövrü  əhatə  edən  xərclər  isə  cari  dövrdə  sərf  olunan,  lakin 

iqtisadi  səmərəsinə  gələcək  dövrdə  verən  xərclərdir.  Belə  xərclər  cari  dövrdə 

istehsal olunan məhsulun maya dəyərinə daxil olur. Lakin istehsal olunmuş bu tip 

məhsulların  bazarda  reallaşdırılması  gələcək  dövrü  əhatə  etdiyi  üçün  gəlirlər  sırf 

gələcək  dövrdə  formalaşan  gəlirlərə  aid  edilir.  Müəssisə,  idarə  və  təşkilatların 

xərclərin  maliyyə  menecmentinin  istehsalın  səmərəliliyinin  yüksəldilməsi 

istiqamətində  diqqəti  özünə  çəkən  əsas  vasitələrdən biri də  məhz  cari  və  gələcək 

dövrü əhatə edəcək xərclərin idarə edilməsi prosesidir. Xüsusən də gələcək dövrü 



71 

 

əhatə edən xərclər xüsusi nəzarətə götürülür. Çünki bu tip xərclərin iqtisadi faydası 



gələcək  dövrdə baş verəcəyindən  iqtisadi  tarazlığın  pozulmasının  qarşısını  almaq 

üçün bu, xüsusi əhəmiyyət kəsb edən zəruri məsələlərdən biridir. 

Müəssisə, idarə və təşkilatlarda istehsalın səmərəliliyinin artırılmasında əsas 

məsələlərdən  biri  də elmi-texniki  tərəqqinin ən son nailiyyətlərinin  istehsala  cəlb 

olunması  məsələsidir.  Çünki  elmi-texniki  tərəqqinin  istehsala  cəlb  olunması  çox 

böyük iqtisadi resurs və maliyyə ehtiyatı tələb edir. Məhz elmi-texniki tərəqqinin 

istehsala  cəlb  olunması  uzunmüddətli  istehsal  dövrünü  əhatə  edir.  Bu  da  əsasən, 

elmi-texniki  tərəqqinin  yüksək  dəyərdə  olması  ilə  ölçülür.  Maliyyə  resursu  tələb 

etdiyi  üçün  elmi-texniki  tərəqqinin  istehsala  cəlb  olunması  müəyyən  xərc  tələb 

edir.  Bu  səbəbdən  də  elmi-texniki  tərəqqinin  istehsala  cəlb  olunma  xərcləri  və 

onun  uzunmüddətli  dövrdə  verəcəyi  gəlirlərin  nisbəti  xərclərin  maliyyə 

menecmenti  tərəfindən  əhatəli  və  detallı  şəkildə  analiz  edilir  və  qazanılacaq 

mənfəətin  elmi-texniki  tərəqqinin  istehsala  cəlb  olunma  xərclərini  dəfələrlə 

üstələdiyi  hallarda  qəbul  edilmiş  olur.  Elmi-texniki  tərəqqinin  istehsala  cəlb 

olunması  istehsalın  səmərəliliyinin  yüksəldilməsinə  təkan  verir,  əmək 

məhsuldarlığını  kifayət  edəcək  qədər  yüksəldir,  eyni  zamanda  da  işçi  qüvvəsini 

əvəz  etdiyindən  əmək  haqqı  kimi  dəyişən  xərclərin  aradan  qaldırılmasında  çox 

böyük əhəmiyyətli rol oynamış olur.  

Yuxarıda  qeyd  etdiklərimizə  yekun  olaraq  bu  nəticəyə  gələ  bilərik  ki, 

müəssisələrdə  debitor  və  kreditor  xərclərin  struktunun  optimallaşdırılması 

istiqamətləri aşağıdakılardır: 

  İqtisadi  elementlər  və  kalkulyasiya  maddəsi  üzrə  xərclərin 

azaldılmasını təmin edəcək tədbirlər hazırlamaq; 

  Birelementli  və  kompleks  xərclərin  azaldılmasına  xidmət  edəcək 

fəaliyyət planı müəyyən etmək; 

  Dəyişən xərclərin mümkün olduğu qədər azaldılmasını təmin etmək; 

  Texnoloji  xərclərin  və  inzibati-təsərrüfat  xərclərinin  azaldılması 

nəticəsində  istehsalın  səmərəliliyinin  yüksəldilməsinin  təmin 

olunması; 



72 

 

  İstehsal  xərcləri  və  qeyri-istehsal  xərclərinin  azaldılması  nəticəsində 



istehsalın səmərəliliyinin yüksəldilməsinin təmin olunması; 

  Birbaşa  (bilavasitə)  və  dolayı  xərclərin  azaldılmasını  təmin  edəcək 

qərarların qəbul olunması; 

  Cari  və  gələcək  dövrün  xərclərinin  düzgün  təhlili  və  gələcək  dövrdə 

iqtisadi tarazlığın qorunmasının təmin edilməsi; 

  Elmi-texniki tərəqqinin ən son nailiyyətlərinin istehsala cəlb olunması 

nəticəsində əmək məhsuldarlığının artırılması və xərclərin azaldılması 

istiqamətlərində tədbirlərin həyata keçirilməsinin təmin olunması. 

 

 

 




73 

 

NƏTİCƏ 

Debitor  borclar  müəssisənin  aktivlərinin,  kreditor  borcları  isə  firmanın 

kapitalının  və  öhdəliklərinin  ümumi  hissəsini  təşkil  edir.  Ona  görə  də  dövriyyə 

aktivinin və tədiyyə öhdəliyinin idarə olunması ilə əlaqəli problemlərin həllində bu 

borcun  uçot  və  təhliliylə  əlaqəli  problemlərin  bazar  iqtisadi  şəraitində  idarə 

etmənin  tələblərinə  uyğun  şəkildə  tənzim  olunması  böyük  əhəmiyyət  kəsb  edən 

iqtiadi, politik və təşkilati məsələlərdən biri hesab edilir. 

Tədqiqat  materiallarından  göründüyü  qədərilə  ölkə  iqtisadiyyatının  bütün 

sahələində  fəaliyyətdə  olan  təsərrüfat  subyektlərində,  eləcə  də  tədqiqat  obyekti 

olaraq  seçdiyimiz  səhmdar  cəmiyyətdə  həm  debitor  borc  məbləği  və  həm  də 

kreditor  məbləği,  həmçinin  bunlarla  əlaqəli  olaraq  qarşılıqlı  hesablaşmalarda 

yaranan  ödəniş  vaxtı  keçmiş  borc  ilbəil  artmaqdadır  və  indi  idarəolunmaz  bir 

həddə çatıb. 

Tədqiqat  materiallarının  təhlilindən  göründüyü  kimi,  borcların,  o  cümlədən 

ödəmə  vaxtı  keçmiş  borcların  yaranması  və  ilbəil  artmasının  müəssisə 

rəhbərlərinin, 

mühasiblərin, 

menecerlərin, 

maliyyəçilərin, 

sahibkarların, 

təsisçilərin,  investorların,  habelə  bu  işdə  maraqları  olan  dövlət  idarəetmə 

orqanlarının  hesablaşma  münasibətlərinə  laqeyd  münasibəti  kimi  qəbul  etmək 

olmaz. 


Tədqiqatın  nəticələrindən  məlum  olur  ki,  debitor  və  kreditor  borclarının 

artmasının,  vaxtı  keçmiş  borcların  yaranmasının  başlıca  səbəbi  bazar 

iqtisadiyyatına  keçid  dövründə  (1995-2000-ci  illər)  tələm-tələsik  hazırlanan 

qanunvericilik  və  normativ  sənədlərdə  olan  boşluq,  çatışmamazlıq  və  nöqsanlarla 

əlaqədardır.  Bunu  Azərbaycan  Respublikası  Nazirlər  Kabinetinin  2003-cü  il  20 

Fevral  tarixli,  29  №-li  qərarı  ilə  təsdiq  edilmiş  “Beynəlxalq  Mühasibat  Uçotu 

Standartlarına  keçmək  məqsədi  ilə  Milli  Mühasibat  Uçotu  Standartlarının  2003-

2007-ci  illərdə  hazırlanması  və  təfbiqi  üzrə  PROQRAM”dan  daha  aydın  görmək 

olar.  Həmin  proqramda  mühasibat  uçotunun  tənzimlənməsini  təmin  edən  və 

normativ sənədlərlə yanaşı (ümumi xarakterli) “Büdcə ilə hesablaşmalar”ın uçotu, 

“Lizinq” əməliyyatlarının uçotu , “Təsisçilərlə hesablaşmalar” ın uçotu, “Əməyin 



74 

 

ödənişi  və  sair  əməliyyatlar  üzrə  işçi  heyəti  ilə  hesablaşmalar”ın  uçotu, 



“Təsərrüfatdaxilii və törəmə (asılı) müəssisələrlə hesablaşmalar”ın uçotu, “Debitor 

və  kreditorlarla  hesablaşmalar”ın  uçotu,  “Kreditlərin,  borcların  və  məqsədli 

maliyyələşdirmələr”in  uçotu  üzrə  yeni,  beynəlxalq  uçot  standartlarına  uyğun 

normativ  sənədlərin  hazırlanması  idarəetmədə  böyük  səlahiyyətlərə  malik  olan 

Azərbaycan  Respublikasının    Maliyyə  Nazirliyi,  İqtisadiyyat  Nazirliyi  ,  Dövlət 

Statistika  Komitəsi  ,  Əmək  və  Əhalinin  Sosial  Müdafiəsi  Nazirliyi,  Azərbaycan 

Respublikasının  Prezidenti  yanında  Qiymətli  Kağızlar  üzrə  Dövlət  Komitəsi, 

Mərkəzi Bank və idarəetmə orqanlarına həvalə edilmişdir. 

Tədqiqat işində aşağıdakı nəticələr əldə olunmuşdur: 

  Debitor  və  kreditor  borcların  artmasının  qarşısının  alınması  tədbiri 

kimi,  qanunvericilikdə  hesab  fakturanın  yazılması  anının  satış  anı 

kimi qəbul olunmasının ləğv edilməsi; 

  Azərbaycan  Respublikasının  təsərrüfat  subyektlərində  debitor  və 

kreditor borclarının 70-80%-ə qədəri əmtəə satışı və yaxud da xidmət 

göstərilməsi  ilə  əlaqədar  olduğundan,  bu  borclarla  əlaqədar  iddia 

müddətlərinin  Azərbaycan  Respublikasının  Mülki  Məcəlləsində  öz 

əksinin tapmasının təmin olunması; 

  Borcların azaldılması problemini həll etmək üçün iqtisadiyyatı güclü 

inkişaf  etmiş  qərb  ölkələrinin  bu  sahədə  mövcud  təcrübələrini 

öyrənmək və ölkə iqtisadiyyatına tətbiq edilməsini təmin etmək

  Ödəmə  vaxtı  keçmiş  və  ümidsiz  borcların  silinməsi  mənbəyini  və 

mexanizmini müəyyən etmək; 

  Hesablaşma  əməliyyatlarının  surroqat  pullarla,  o  cümlədən  veksellər 

və  istiqrazlarla  aparılmasının  mümkün  hala  gətirilməsi  üçün  fond 

bazarının yaradılmasını təmin etmək. 


Yüklə 1,15 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin